Qarabağda “DOMİNO EFFEKTİ”, imtina olunmayan İŞĞAL PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağda “DOMİNO EFFEKTİ”, imtina olunmayan İŞĞAL PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza Bakıda keçirilən beynəlxalq konfransda Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. “Komandos” ləqəbli erməni general Arkadi Ter-Tadevosyan İrəvanın əraziləri Azərbycana qaytarmaq istədiyini açıqlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın RTP kanalına müsahibəsində ABŞ-a sərt mesajlar göndərib. Türkiyədə Azərbaycan vətəndaşı olan “canlı bomba”lar həbs olunub. Rusiya Müdafiə Nazirliyi mayın 28-də Rusiya Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin mümkün məhvi haqqında məlumat yayıb. Kiyev Rusiya Ukraynaya hücum planlarından imtina etmədini açıqlayıb.

Azərbaycan və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimləri başlanıb.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, iyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhan birgə əməliyyat taktiki təlimi izləyiblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlər iyunun 24-dək davam edəcək.

I Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlığı ilə xüsusi seçilən və bu gün Ermənistanda işğal siyasətinin qatı tərəfdarı kimi çıxış edən “Komandos” ləqəbli erməni general Arkadi Ter-Tadevosyan İrəvanın əraziləri Azərbycana qaytarmaq istədiyini açıqlayıb.

“Lragir” saytına müsahibə verən “Komandos” ənənəvi qaydada Azərbaycanı təhdid edib və erməni ordusunun ciddi zərbələr vuracağı haqda absurd iddialar səsləndirib. Lakin o, həm də maraqlı etiraflarla çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dağlıq Qarabağ münaqişəsinin həllində 25 ildir irəliləyiş olmadığı barədə düşüncə doğru deyil. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza deyib.

M. Brayza bildirib ki, 10 il əvvəl münaqişənin həlli ilə bağlı əsas sənəd hazırlanmış və razılaşdırılmışdı:

“Bu, yeganə işlək sənəddir və münaqişənin həllində fundamental balans yaradır. Problem odur ki prezidentlər bir-birinə etibar etmir. Münaqişənin həlli üçün tərəflərin güzəştə getməsinə ehtiyac var. Münaqişənin yeganə həlli vasitəçilik və liderlik yolu ilə mümkündür. Bunu da Rusiya və ya ABŞ üzərinə götürə bilər. Amma inanmıram ki, Tramp bunun öhdəsindən gəlsin. Buna çoxlu vaxt tələb olunacaq, ABŞ-ın siyasi rəhbərliyində isə bu işi görəcək siyasətçilər yoxdur”.

Metyu Brayza Dağlıq Qarabağ münaqişəsini regionun iqtisadi inkişafına və təhlükəsizliyinə əsas maneə adlandırıb. “Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu torpaqlardan çıxmaq və ümumi dil tapmaq lazımdır. Bizim prezident Corc Buş və Rusiya prezidenti Dmitri Medvedev bu məsələyə diqqət ayırırdılar və töhfə verirdilər. Həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrov çox yaradıcı idi. Bunlar daha yaradıcı düşünmək üçün stimul yaradırdı. İndi isə nəinki Cənubi Qafqazla bağlı, ümumiyyətlə, dünya ilə bağlı siyasət yoxdur”, - o deyib.

Metyu Brayzanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar o zaman başlaya bilər ki, ya Azərbaycan, ya da Ermənistan hökuməti bununla bağlı qərar qəbul etsin. O bildirib ki, belə əməliyyat nə Azərbaycan, nə də Ermənistanın marağındadır: “Ola bilsin ki, Cənubi Qafqazdan kənar hansısa ölkə belə bir provokasiyalar törətsin. Mən ABŞ-ı nəzərdə tutmuram. Təmas xəttində ağır texnikanın olması aprel döyüşləri kimi ciddi toqquşmalara gətirə bilər. Lakin nəticədə bu vəziyyət müharibəyə kimi gedib çıxmadı. Çünki müharibə heç kimin marağında deyil”.

Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ münaqişəsinin xarici müdaxilə olmadan həll edilməli olduğunu açıqlayıb. Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Təhlükəsizlik Şurasının katibləri ilə görüşən Lukaşenko “Qarabağ, Dnestryanı, Ukrayna kimi münaqişələr bizim problemlərimizdir və bu münaqişələri xarici müdaxilə olmadan həll etməliyik” deyə o vurğulayıb.

A.Lukaşenkonun bu fikirləri İrəvanda narazılıqla qarşılanıb. Xüsusilə Ermənistan mediası Belarus prezidentinin çıxışını öz ölkələri üçün təhlükəli hesab edirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə hüquq-mühafizə orqanlarının Suriya sərhədində keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı olan “canlı bomba”lar həbs olunub. Saxlanılanlar 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnar Şirməmmədova və 42 yaşlı Nazənin Zeynalovadır.

Onlarla birlikdə boşnak əsilli Anaçtaçnır Pozdiva (44) və Bosniya-Herseqovina hökumətinin “qırmızı bülleten”lə axtardığı Begzat Spahiç (31) də var. Saxlanılanlar “Terror təşkilatı İŞİD-in üzvü olmaq və partlayıcı maddələr daşımaq” ittihamı ilə məhkəmə qarşısına çıxarılaraq, həbs olunub. Saxlanılanların Türkiyədə səs-küylü terror aktları törətmək planları olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın RTP kanalına müsahibəsində ABŞ-a sərt mesajlar göndərib. Prezident ötən ay amerikalı həmkarı Donald Trampa xəbərdarlıq etməsinə baxmayaraq, ABŞ-ın Rakka əməliyyatını PYD/PKK terror təşkilatı ilə birgə həyata keçirməkdə israr etdiyini söyləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın bizə qarşı yeni sanksiyalarının qüvvəyə minməsindən sonra öz rezervlərimizi qorumaqdan ötrü tədbirlər görəcəyik. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın ABŞ-da Ticarət İşləri üzrə nümayəndəsi Aleksandr Stadnik söyləyib.

“Bizə qarşı yeni sanksiyalar rus qaz və neftini dünya bazarından çıxarmağa cəhd edən ABŞ-daki enerji şirkətləri lobbisinin işi kimi görünür. İran, Rusiya və Qətər kimi ölkələrə problemlər yaradaraq, onlar özlərinin dünya bazarlarına daha genişmiqyaslı çıxışları üçün şərait yaradırlar”, – deyə o bildirib.

Rusiya Müdafiə Nazirliyi mayın 28-də Rusiya Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin mümkün məhvi haqqında məlumatları yoxlayır. Bu haqda İdarənin mətbuat xidməti bildirib.

“Məlumatlara görə, hava zərbələri ilə vurulan müşavirədə İŞİD lideri Əbubəkr əl-Bağdadi də iştirak edirdi. İnformasiya müxtəlif kanallar üzrə yoxlanılır”, - idarənin xəbərində deyilir.

Müdafiə Nazirliyindən bildiriblər ki, Rakka yaxınlığında hava hücumu nəticəsində İŞİD-in “hərbi şura”sının qruplaşma tərkibinə daxil olmuş döyüşçülər və daha 330-a qədər terrorçu məhv edlib.

Məhv edilmiş terrorçular arasında Rakka “əmiri” Əbu əl-Hacı əl-Misri, Rakkanın Es-Suxne rayonuna nəzarət edən İbrahim Ən-Naef əl-Hac və İŞİD-in “təhlükəsizlik xidməti”nin başçısı Suleyman Əl-Şayax da var. Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov hesab edir ki, İŞİD liderinin ölməsi təsdiqlənərsə, bu terror təşkilatına güclü zərbə olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amerikanın “Showtime” kanalı “Putinin müsahibəsi” sənədli filminin son – dördüncü hissəsini göstərib. Rusiya prezidenti Vladimir Putin son hissədə Moskvanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi, ABŞ prezidenti Donald Trampdan gözləntiləri, Rusiya liderinin gələcək planları, o cümlədən 2018-ci il prezident seçkilərində mümkün iştirak haqqında danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyada keçirilən son aksiyalar başqa ölkələrdəki rəngli inqilablara bənzər ssenarilərin təkrarıdır. Bunu “İnterfaks” agentliyinə açıqlamasında Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov söyləyib.

“Korrupsiya ilə mübarizənin əsl hədəfi ümumi destabilizasiya, xaos yaradılmasıdır. İnsan haqlarının pozulması, demokratik azadlıqların məhdudlaşdırılması bəhanəsi ilə Avropa Birliyi, Britaniya və ABŞ KİV-ləri bizə qarşı daim hücum vəziyyətində olurlar”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiyada korrupsiyaya qarşı 200 şəhərdə etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı təkcə Moskva və Peterburqda 1200 nəfər həbs olunub.

“Rusiya ilə güman edilən əlaqələrimlə bağlı aparılan 7 aylıq araşdırmaların gedişatında heç kəs heç bir sübut təqdim edə bilməyib”. Bunu ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

“Yeddi ay Konqresin komitəsində aparılan apaşdırmalar və dinləmələrdə mənim “ruslarla gizli sözləşməm” haqqında heç kəs heç bir sübut təqdim edə bilməyib. Kədərlidir!”, - dövlət başçısı qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ukraynanın şərqindəki cari vəziyyət göstərir ki, Rusiya Ukraynaya hücum planlarından imtina etməyib”. Bunu Kiyevdə Ukrayna Milli Müdafiə Universitetinində keçirilən tədbirdə ölkənin müdafiə naziri Stepan Poltorak deyib.

“Cəbhədəki vəziyyət göstərir ki, təcavüzkar Rusiya Federasiyası bizim ölkəmizi tutmaq ideyasından imtina etməyib. Bu şərtlərdə Ukraynanın müdafiə sektorunda islahatları davam etdirmək və ordunu möhkəmləndirmək lazımdır”, - Müdafiə Nazirliyinin başçısı vurğulayıb.

Onun sözlərinə görə, yalnız 2016-cı ildə Ukrayna Silahlı Qüvvələrinin arsenalına hərbi texnikanın 2,5 min vahidi daxil edilib, texnikanın 15 min vahidi isə təmir olunub. Nazir söyləyib ki, ordunun ixtisaslaşmasında xüsusilə NATO-nun standartları nəzərə alınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm