Nida Təhlil
Ordu poliqona yeridilir: Bir şəhidimizə qarşı 6 erməni əsgəri – İrəvan YALVARIR
Azərbaycan Ordusu yenidən poliqona yeridilir.
Publika.az xəbər verir ki, iyun ayının 19-dan döyüş
şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma
qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili,
onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə
genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Müdafiə
Nazirliyinin məlumatına görə, iyunun 24-dək davam edəcək təlimlərə
23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika,
180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım
atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş
aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və
pilotsuz uçuş aparatları cəlb olunacaq.
Son iki ayda intensiv təlimlərin keçirilməsi diqqət çəkir. May
ayında Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirəndən
sonra, Türkiyə-Azərbaycan təlimləri baş tutdu. Bununla yanaşı,
Türkiyə-Azərbaycan-Gürcüstan birgə təlimləri keçirildi.
Bu təlimlər Ermənistanda ciddi narahatlığa səbəb olur. Erməni
hərbçi Senor Asratyan hesab edir ki, regionda müharibə başlaya
bilər. Onun fikrincə, yeni müharibə Ermənistana sərf etmir.
“Azərbaycan təlimlərdə “TOS-1” sistemlərini yoxladı, bu, Qarabağ
müharibəsində də bu silahların tətbiq edilə biləcəyinə işarədir”, -
deyə o bildirib.
Erməni ekspert Ovanes İqityan bildirib ki, Azərbaycan Dağlıq
Qarabağdakı mövcud status-kvonu saxlamaq niyyətində deyil: “Bakının
bu mövqeyi qətidir. Bu, sülh yolu ilə həll olunmursa, hərbi yola əl
atacaq. Azərbaycan bunu gizlətmir və beynəlxalq hüquqa əsaslanaraq
hərəkət edir. Yəni, yeni müharibənin başlaması ehtimalı
böyükdür”.
O.İqityan hesab edir ki, Ermənistanın yeganə çıxış yolu beynəlxalq
təşkilatlardan kömək istəməkdir.
Qeyd edək ki, Azərbaycanın qəti mövqeyi ilə qarşılaşan Ermənistanın
işğalçı rejimi yeni təxribatlara əl atır. Dünən təxribat
nəticəsində ordumuzun bir əsgəri şəhid oldu. Lakin bu təxribat
Ermənistana baha başa gəldi. Belə ki, ordumuzun düşmən təxribatına
cavabı nəticəsində Ermənistan tərəfi 6 itki verib, çoxsaylı yaralı
var.
“News.am” saytı yazır ki, yaralıların vəziyyəti ağırdır. Buna görə
də yaralı əsgərlər İrəvana daşınır.
Ermənistan mediası hazırda erməni cəmiyyətinin təşviş içində
olduğunu yazır. Ermənilər baş verənlərə görə, Sarkisyan rejimini
günahlandırır.
Asif
-
MDB23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU