Nida Təhlil
Sarkisyan Təhlükəsizlik Şurasının qapalı iclasını keçirdi: MÜHARİBƏYƏ HAZIRLIQ
Ermənistan prezidenti Serj Sarkisyan dünən Milli
Təhlükəsizlik Şurasının qapalı iclasını keçirib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki,
iclasda Yaxın Şərqdə baş verən hadisələr, ərzaq təhlükəsizliyi və
təbii resursların idarə edilməsi müzakirə olunub.
Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə,
iclasda Sarkisyan Yaxın Şərqdəki erməni icmalarının mirasının
qorunması, onların təhlükəsizliyinin təmin olunmasında aktiv rol
oynamaq haqda tapşırıqlar verib. Ermənistan prezidenti, həmçinin,
Suriyada humanitar yardıma davam etmək, ərəb ölkələri ilə
münasibətləri dərinləşdirməklə bağlı da bir sıra göstərişlər verib.
İclasda ərzaq təhlükəsizliyi, təbii resursların idarə olunması
müzakirə edilib, bəzi tapşırıqlar verilib.
Sarkisyanın Təhlükəsizlik Şurasının iclasını çağırması və orada
müzakirə edilən məsələlər yaxın gələcəkdə Ermənistanın atacağı
addımlarla bağlı bir sıra ehtimallar yaradır.
Mütləqi-hakimiyyət: 2018-ci ildən sonraya hazırlıq
planı
Hər şeydən öncə Milli Təhlükəsizlik Şurasının iclasının çağırılması
Sarkisyanın 2018-ci ildən sonrakı dövr üçün hazırlığa strat
verdiyinə işarədir. Bu il aprelin 2-də keçirilən parlament
seçkilərindən sonra Ermənistanın parlament respublikası
üsul-idarəsinə keçidi legitimləşdi. Lakin bu üsul-idarənin de-fakto
işləməsi yalnız 2018-ci ilin aprelindən sonra – Serj Sarkisyanın
prezident səlahiyyətləri bu tarixdə başa çatır – mümkündür. Bundan
sonra Ermənistanda əsas söz sahibi baş nazir olmalıdır, təbii ki,
Sarkisyan buna imkan verərsə...
Sarkisyanın 2018-ci ildən sonra nə edəcəyi sual altındadır:
versiyalardan birinə görə, o, müdafiə naziri postuna qayıdacaq,
digər versiyaya görə isə baş nazir postunu tutacaq. Lakin bu iki
versiya zəif ehtimallardır: birincisi, müdafiə naziri postunda
Sarkisyanın varisi Viqen Sarkisyan əyləşir, yəni, onsuz da bu post
onun nəzarətindədir. Həmçinin, müdafiə naziri postu ilə razılaşmaq
Ermənistan üzərindəki mütləq hakimiyyətin itirilməsi deməkdir;
ikincisi, baş nazir postu Rusiyanın İrəvana göndərdiyi Karen
Karapetyanın inhisarındadır və güman ki, bundan sonra bir müddət
belə də olacaq. Moskva baş nazir postuna öz adamını yerləşdirməklə
Ermənistan üzərindəki nəzarətini sabit saxlayır.
Ermənistan mediasının da yazdığı kimi, Sarkisyan prezident
səlahiyyətlərini başa vurduqdan sonra, ölkə üzərində nəzarətini
saxlamaq üçün Milli Təhlükəsizlik Şurasının baş katibi olmaq
niyyətindədir. Hesab etmək olar ki, dünən keçirilən iclas gələcək
prosesə strat verilməsidir. İclasda ərzaq təhlükəsizliyi və təbii
resursların idarə olunması kimi məsələlərin müzakirəsi ilə
Sarkisyan ölkə daxilində vacib sahələr üzərindəki nəzarətini
möhkəmləndirir.
Müharibəyə hazırlıq
İclasda Yaxın Şərqdəki hadisələrin müzakirəsi də təsadüfi deyildi.
Ehtimal etmək olar ki, qapalı iclasda Ermənistanın Rusiyanın
yanında Suriyadakı müharibədə iştirakı müzakirə olunub. Rəsmi
Moskva Suriyadakı hərbi əməliyyatlarında Gümrüdəki 102-ci hərbi
bazasından istifadə etmək niyyətini açıqlayıb, həmçinin, erməni
hərbi birləşmələrinin aktiv əməliyyatlara qoşulmasını istəyir.
Müdafiə naziri Viqen Sarkisyan bir müddət öncə Rusiya mediasına
açıqlamasında erməni hərbi birləşmələrinin Suriya müharibəsinə
qoşulacağını istisna etmədi. Lakin Ermənistan ictimaiyyətində
erməni əsgərlərin Suriyaya getməsinə qarşı ciddi etiraz var.
Ermənilər hesab edirlər ki, əgər ölkələri Suriya müharibəsində
tərəf olarsa, bu, onları terorçuların hədəfinə çevirəcək. Digər
tərəfdən, Suriyada Rusiyanın yanında döyüşmək Amerikanın qəzəbinə
səbəb olacaq ki, bu da Qərbdən gələn maddi və mənəvi dəstəyin
kəsilməsi deməkdir. İrəvan rejiminin Suriyada rusların yanında
döyüşəcəyi isə şübhəsizdir. Bu baxımdan, qapalı iclasda məhz bu
məsələnin müzakirə edildiyi ehtimalı böyükdür. Deməli, Ermənistan
müharibəyə hazırlaşır, lakin bu dəfə Suriyada....
Bir daşla iki quş
Sarkisyanın 2018-ci ildən sonra ölkəyə nəzarət etmək üçün baş katib
olaraq əyləşməyə hazırlaşdığı Milli Təhlükəsizlik Şurasının
iclasında məhz Yaxın Şərq məsələsini müzakirə etməsi həm də
Rusiyanın dəstəyini əldə etmək planlarının bir parçası hesab oluna
bilər. Belə ki, Ermənistan prezidenti Milli Təhlükəsizlik Şurasının
iclasını keçirərək, ilk növbədə ölkə daxilində vacib sahələrə
nəzarəti gücləndirir, digər tərəfdən, erməni əsgərlərinin Suriyaya
göndərilməsi məsələsini müzakirə etməklə gələcək hökmdarlığı üçün
Moskvanın dəstəyini qazanmaq istəyir.
Asif Nərimanlı
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi