Üç günə DARMADAĞIN, Azərbaycan son SAVAŞA... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Üç günə DARMADAĞIN, Azərbaycan son SAVAŞA... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüş vaxtı məlum olub. “Global Firepower” beynəlxalq analitik mərkəzi dünya ölkələrinin hərbi gücünə görə yeni reytinqini dərc edib. Türkiyə Suriyanın şimalında quru əməliyyatına hazırlaşır. Qətər ətrafında vəziyyət gərgin olaraq qalır. ABŞ prezidenti Donald Tramp Ağ Evdə Cənubi Koreyanın naziri Moon Jae ilə görüşündə Şimali Koreyaya qarşı müharibə siqnalı verib. İraqın Mosul şəhəri İŞİD terror təşkilatından tamamilə azad edilib. İyunun 27-də dünya üzrə bir çox iri şirkətlər güclü haker hücumuna məruz qalıb.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçiriləcək. Bu barədə “RİA Novosti” agentliyinə diplomatik mənbə məlumat verib. Nazirlərin görüşü ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Mauerbaxda keçiriləcək qeyri-rəsmi görüşü çərçivəsində baş tutacaq.

“Görüşdə Minsk qrupunun həmsədrlərinin iştirak edəcəyi də gözlənilir”, - deyə diplomatik mənbə vurğulayıb.

Rusiya Azərbaycana silahı ilk növbədə kommersiya maraqları üçün tədarük edir. Bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin söyləyib. O, Azərbaycanın Rusiya silahının dəyərini tam ödədiyini, Rusiyanın isə bunu götürdüyünü bildirib.

Ekspertin fikrincə, Azərbaycan Qarabağ uğrunda son savaş hazırlaşır.

Hərbi ekspert Üzeyir Cəfərli hesab edir ki, Rusiyadan alınan silahlar xüsusi savaşdan daha çox, ordunun döyüş qabiliyyətinin gücləndirilməsinə yönəlib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov bildirib ki, yaxın zamanlarda döyüş əmri verilərsə, bu heç də gözlənilməz olmayacaq. Onun sözlərinə görə, Ermənistan döyüşdə tanklardan çox istifadə etdiyi üçün “Xrizantema-S” tank əleyhinə raket kompleksi düzgün seçimdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyan iyunun 27-də Milli Təhlükəsizlik Şurasının qapalı iclasını keçirib. İclasda Yaxın Şərqdə baş verən hadisələr, ərzaq təhlükəsizliyi və təbii resursların idarə edilməsi müzakirə olunub. Sarkisyanın Təhlükəsizlik Şurasının iclasını çağırması və orada müzakirə edilən məsələlər yaxın gələcəkdə Ermənistanın atacağı addımlarla bağlı bir sıra ehtimallar yaradır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Global Firepower” beynəlxalq analitik mərkəzi dünya ölkələrinin hərbi gücünə görə yeni reytinqini dərc edib. “Dünya ölkələrinin hərbi gücü - 2017” adlı siyahıda 132 ölkə yer alıb.

Siyahıda Azərbaycan 59-cu, Gürcüstan 80-ci, Ermənistan isə 95-ci yeri tutub.

İndeksə əsasən, ABŞ hərbi güc üzrə dünya ölkələri arasında lider mövqeyini saxlayıb. Reytinqdə Rusiya ikinci, Çin isə üçüncü yerdə qərarlaşıb. İlk onluğa həmçinin Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya və Türkiyə daxil olub.

Qlobal hərbi güc indeksinin (Global Firepower Index) tərtib edilməsi zamanı hərbi xidmətə yararlı şəxslərin sayı, hərbi büdcə, hərbi hava və dəniz qüvvələrinin gücü nəzərə alınır.

Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyaya ümid etməyin yersiz olduğunu açıqlayıb. S.Koçaryan Rusiyanın Azərbaycana silah satması haqda məsələni şərh edərkən, Moskvanı tənqid edib.

“Təhlükəsizlik məsələsində Ermənistan özünə ümid etməlidir. Rusiya bizim müttəfiqimizdir, onunla münasibətlərə önəm veririk, lakin daha ona ümid etmək lazım deyil”, - deyə o bildirib.

Qeyd edək ki, iyunun 24-də Rusiyadan Azərbaycana 42 eşalon silah-sursat gətirilib. Gətirilən silahlar arasında “Tank qatili” adlandırılan “Xrizantema-S” raket kompleksləri var. Məhz bu silah Ermənistanda ciddi qorxulara səbəb olub.

ABŞ-ın Ermənistanda siyasi rejimin dəyişməsi ilə bağlı əməliyyatının ikinci mərhələsinə tam güclə strat verilib. Hazırda, yüzlərlə amerikalı hərbçi Ermənistandadır. “Newsinfo” saytın çıxış ın iddiasına görə, amerikalı hərbçilər təlimatçı, yaxud müxtəlif ad altında Ermənistana gəliblər.

“Onlar ABŞ-ın “xarici hərbi maliyyələşmə” adlı sxemi əsasında gəliblər. Lakin aralarında Ermənistanda nəzarəti ələ almaq üçün gələn yüksəkrütbəlilər də var. ABŞ hərbiçiləri erməni hərbiçilərinə minaların təmizlənməsi kimi xoşməramlı kömək edəcək. Lakin bu, Birləşmiş Ştatların sakit şəkildə Ermənistana müdaxiləsidir. Görünür, Rusiyanın boyunduruğunda olan Sarkisyan rejimi artıq Vaşinqtona lazım deyil”, - deyə iddiada qeyd olunur.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyə Suriyanın Afrin bölgəsində quru əməliyyatı keçirəcək. Türkiyə Silahlı Qüvvələri YPG (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu - red.) terror təşkilatının nəzarəti altında olan Afrində əməliyyat üçün hazırlıqlarını başa çatdırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya hərbiçiləri Türkiyə ordusunun əməliyyata hazırlaşdığı Suriyanın Afrin bölgəsindən çəkilir. Sosial şəbəkələrdə yayılan fotolarda rus hərbiçilərin olduğu müşahidə məntəqəsini boşaldığı görünür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD və YPG terror təşkilatlarını sərhədlərindən təmizləmək üçün “Fərat Qalxanı” hərəkatı keçirən Türkiyə ikinci əməliyyata başlayır. “Fərat Qılıncı” adı verilən əməliyyat üçün Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna “hazır olun!” təlimatı verilib.

Əməliyyat üçün Türkiyə-Suriya sərhədinə böyük miqdarda hərbi texnika, sursat və canlı qüvvə toplanıb. Bu, “Fərat Qanxanı”nda istifadə olunan hərbi texnika və sursatdan iki dəfə çoxdur. Bölgədə xüsusi təyinatlı qüvvələrdən 7 min əsgər hazır vəziyyətə gətirilib.

İyul sonu, yaxud da avqustun əvvəlində başlanması planlaşdırılan quru əməliyyatı Suriyanın şimalının YPG-dən təmizlənməsinə kimi davam edəcək.

Türkiyə və Rusiya S-400 zenit-raket komplekslərinin çatdırılması mövzusunda razılaşmanı təmin edib. Bu haqda Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin deyib.

O, kreditin məbləği ilə bağlı danışıqların davam etdiyini bildirib.

Ötən həftə Səudiyyə Ərəbistanında kral Salmanın varisi elan edilən 31 yaşlı şahzadə, müdafiə naziri Məhəmməd bin Salman Əl-Səud Rusiyaya qarşı çox sərt mövqedən çıxış etməyə başlayıb.

İyunun 23-də mətbuat üçün rəsmi bəyanatında şahzadə Məhəmməd Rusiyanı və prezident Putini Səudiyyə Ərəbistanı üçün “başlıca təhdid” adlandırıb. “Hesab edirəm ki, Suriyada başı əzilməli olan bir çox terrorçu qruplar var. Lakin əsas təhdid ruslardır”, deyən davakar varis sonrakı açıqlamalarında bir qədər də irəl gedib, Suriyadakı Rusiya qüvvələrini “üç günə məhv edə biləcəklərini” bildirib.

“Suriyadakı Rusiya qüvvələrini üç gün ərzində məhv etməyə kifayətdir”, - şahzadə hədələyib.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səudun hakimiyyətə gəldiyi 2015-ci ilə qədər beynəlxalq arenada kimsənin tanımadığı oğlu Məhəmməd bin Salman Əl-Səudun iki il ərzində az qala ölkədə bütün orqanlara nəzarəti ələ keçirməsi və son olaraq əmisi oğlu Məhəmməd bin Nayifin yerinə birinci vəliəhd şahzadə vəzifəsinə gətirilməsi Yaxın Şərqdə ən çox müzakirə edilən mövzu olaraq qalmaqdadır. Mövzu ilə bağlı növbəti iddia İran mediası tərəfindən ortaya atılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyadakı özəl təhlükəsizlik şirkətlərinin xarici ölkələrdə fəaliyyət göstərməsinə icazə verən qanunun qəbul edilməsinin səbəbi bəlli olub. Məqsəd Suriyadakı təbii qaz və neft ehtiyatlarıdır.

Ötən il Suriyanın neft və mədən sənayesi naziri Ali Ganim Humus bölgəsindəki təbii qaz yataqlarının işlədilməsi ilə bağlı Rusiyanın “Europolis” firması ilə müqavilə imzalayıb. Bu yaxınlarda Tedmür bölgəsindəki neft yataqları ilə bağlı da eyni anlaşma imzalanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Körfəz ölkələri Qətərə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu barədə Birləşmiş Ərəb Əmirliyinin Rusiyadakı səfiri Omar Qhobaş İngiltərənin “The Guardian” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ərəb ölkələri ticarət tərəfdaşlarına “ya onları dəstəkləmək, ya da Qətərin yanında yer almaq” şərtini irəli sürəcək. Hədəf Qətərlə əməkdaşlıq edən ölkələri və şirkətləri öz tərəflərinə çəkmək və Doha ilə yaxınlığı tamamilə aradan qaldırmaqdır.

“Biz riskləri başa düşürük. Qətər tamamilə İranın təsir dairəsinə keçə bilər. Lakin onu da bilirik ki, Qətər bir seçim etməlidir”, - deyə o bildirib.

Ekspertlər Körfəz ölkələrinin Qətərə qarşı total hücuma keçəcəyini düşünürlər.

Körfəz ölkələri Qətərə qarşı yeni həmləyə hazırlaşır. Qətər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin tələblərini 72 saat ərzində yerinə yetirməyəcəyi təqdirdə, ona qarşı bəzi tədbirlər həyata keçiriləcək.

Misir mətbuatında yer alan xəbər görə, həyata keçiriləcək tədbirlər arasında iqtisadi sanksiyaların genişləndirilməsi, Qətərin Körfəz Əməkdaşlıq Şurası ölkələrindəki investisiyalarının dondurulması da var.

Bununla yanaşı, 4 ölkənin bölgədə coğrafi baxımdan Qətərə ən yaxın yerdə yerləşən Bəhreyndə hərbi baza qurmaq niyyəti var. Bu baza qurularsa, Misir ilk dəfə Körfəz bölgəsində hərbi gücə sahib olacaq.

İsrail kəşfiyyatının (MOSSAD) keçmiş əməkdaşı, şərqşünas-politoloq Aleksandr Qrinberq “Jewish” saytına müsahibəsində Qətər böhranının gizli səbəbini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrail, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fələstində hakimiyyəti dəyişdirmək üçün razılaşıb. Bu haqda İsrailin “Haartez” nəşri yazıb.

Nəşrin xəbərinə görə, üç ölkə Fələstin lideri Mahmud Abbası və “Həmas” təşkilatını BƏƏ tərəfindən dəstəklənən Məhəmməd Dahla ilə əvəz etməyi planlaşdırılır. Yazının müəllifi qeyd edir ki, planın reallaşması ilə “İsrail və Misirin xəyalı gerçəkləşəcək”.

Müəllif qeyd edir ki, planın əsas hədəfi Türkiyə və Qətərin Qəzzadakı rolunu minimuma endirməkdir.

“İran Suriyada qaydalar üzrə oynamır”. Bu haqda ABŞ-ın müdafiə naziri Ceyms Mettis jurnalistlərə bildirib.

“Bəli, iranlılar qaydalara riayət etmirlər. Biz hesab edirik ki, ruslar onları vaxtaşırı bəzi şeyləri etməyə inandırmağa çalışırdılar”, - Mettis deyib.

Suriya hakimiyyətini dəstəkləyən İran hərbçiləri ilə toqquşmanın mümkünlüyünə gəlincə, müdafiə naziri İran qoşununun onlara hücum etmədiyi halda, belə ehtimalın olmadığını vurğulayıb.

“ABŞ-ın Suriyada macəra axtarışı odla oynamağa bənzəyir”. Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani deyib.

ABŞ-ın Suriya hökumətinə qarşı hədələrinə münasibət bildirən Ə. Şəmxani bildirib ki, Dəməşqə əsassız iddiaların irəli sürülməsi Vaşinqtonun terrorizmə qarşı mübarizədə ardıcıl uğursuzluqlarını ört-basdır etmək məqsədi daşıyır: “ABŞ Suriya ordusunun yeni qələbələri ilə mübarizə aparmaq istəyir. Əgər ABŞ hökuməti öz iddialarında əmindirsə, onları araşdırmaq üçün sübutlarını Kütləvi Qırğın Silahlarının Yayılmaması Mərkəzinə təqdim etməlidir".

Ə. Şəmxani onu da əlavə edib ki, ABŞ-ın Suriya ordusunun hərbi bazasına zərbəsindən sonra İranla Rusiya məsələ ilə bağlı faktaraşdırıcı qrupun yaradılması təşəbbüsü ilə çıxış etsələr də, Vaşinqton buna mane olub. O, ABŞ-a bu kimi addımların pis nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq edib.

İranı tam şəkildə bütün yardımlardan təcrid etmək lazımdır. Bunu jurnalistlərə açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmaster söyləyib.

“İran region ölkələrdə zəif ərəb hökumətlər qurmaq istəyir. Bununla da o həmin ölkələri özündən asılı vəziyyətə salmaq niyyətini güdür”, – o bildirib.

İraqın Mosul şəhəri İŞİD terror təşkilatından tamamilə azad edilib. Bu haqda İraq Müdafiə Nazirliyinə istinadən “Sky News Arabia” telekanalı bildirib.

“Mosulda İŞİD-in nəzarətində heç bir rayon qalmayıb. Döyüşçülərin kapitulyasiyadan başqa çıxış rolu yoxdur. İraqda İŞİD həmişəlik bitdi”, - nazirlik açıqlayıb.

İŞİD terror qruplaşması bundan sonra bir il yaşamayacaq. Bu proqnozla IHS Markit beynəlxalq ekspert təşkilatının nəzdində fəaliyyət göstərən “Conflict Monitor” analitik qrupunun məruzəsində deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya-Qərb münasibətləri

Rusiya Fransa Prezidenti Emmanuel Makronun Ukrayna məsələsi ilə bağlı verdiyi bəyanatlarla razı deyil. Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Xatırladaq ki, Fransa prezidenti Krımın Rusiyaya birləşdirilməsini qəbul etməyəcəklərini açıqlayıb. E.Makron bu haqda fikirlərini Ukrayna prezidenti Pyotr Poroşenko ilə Parisdə görüşündə səsləndirib. Makron Fransanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Krımın Rusiyaya heç bir halda verilməyəcəyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp Ramazan ayı boyunca heç bir iftar yeməyinə ev sahibliyi etməyib. Bununla da prezident 20 ildir ABŞ prezidentləri tərəfindən təşkil edilən iftar yeməyi ənənəsinə son qoyub.

Qeyd edək ki, bu ənənənin əsasını 1805-ci ildə prezident Tomas Ceferson qoyub. O, Ağ Evdə Tunisli səfiri qəbul etmək üçün ilk dəfə iftar mərasimi təşkil edib. Müəyyən dövrlərdə bu ənənəyə əməl edilməsə də, son 20 il idi ki, davamlı olaraq Ağ evdə iftar süfrəsi təşkil edilirdi.

ABŞ ordusu Suriyanın hökumət qüvvələrinə qarşı yeni hücuma hazırlaşır. Bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klinçeviç deyib.

“Həyasız və görünməmiş təxribat hazırlanır. ABŞ bundan sonra konstruktiv həllə yaxınlaşan qüvvələrə zərbə endirəcək. Suriyada yerləşən Rusiya və digər ölkələrin qoşunları ciddi təklükə altındadır”, - deyə Klinçeviç bildirib.

Daha əvvək isə Ağ Evin sözçüsü Şon Spayser Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməyə hazırlaşması haqda məlumat əldə etdiklərini deyib. “Bu hazırlıqlar aprelin 4-də həyata keçirilən kimyəvi hücumun təkrarının ola biləcəyinə işarə edir. ABŞ Suriyada İŞİD-ə qarşı mübarizə aparır. Lakin Əsəd kimyəvi silahdan istifadə edib daha bir kütləvi qırğına səbəb olsa, çox ağır şəkildə cəzalandırılacaq”, - Spayser bildirib.

Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp Suriyada kimyəvi silah hücumu həyata keçiriləcəyi halda, koordinasiyalı şəkildə birgə cavab vermək qərarına gəliblər. Yelisey Sarayından verilən məlumata görə, razılaşma dövlət başçıları arasında reallaşan telefon söhbətində əldə olunub.

Fransa prezidenti daha əvvəl bildirmişdi ki, Suriyada kimyəvi silah anbarlarının yeri müəyyən edilərsə, onları təkbaşına məhv edəcək.

ABŞ-ın dövlət katibi Reks Tillerson Suriyada yeni kimyəvi hücumun mümkün nəticələri haqqında Rusiyanın xarici işlər naziri Sergey Lavrova məxfi xəbərdarlıq edib. Bu haqda “Daily Beast” nəşri şəxsi mənbəyinə istinadən yazıb.

Nəşrin yazdığına görə, Tillerson Rusiyanın Xarici İşlər Nazirliyinin başçısına bildirib ki, Suriyanın hökumət qoşunları qadağan edilmiş silahın tətbiqi ilə yeni hücuma hazırlaşır.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Lavrov həmişəki kimi heç bir kimyəvi hücumun olmayacağını deyib.

NATO Rusiyanın artan hərbi qüdrətini özü üçün potensial təhlükə olaraq görür. Bunu “Politiko”ya müsahibəsində NATO-nun Hərbi Komitəsinin rəhbəri general Pyotr Pavel söyləyib.

“NATO birmənalı olaraq Rusiyanın Polşa və Baltikyanı ölkələr üçün ciddi təhlükə mənbəyi olduğunu düşünür. 2016-cı ilin iyununda Varşavada keçirilən sammitdə şərq cəbhəsinin gücləndirilməsini qərara alan alyans, Litva, Latviya, Estoniya və Polşaya beynəlxalq qüvvələr yerləşdirmək istəyir. Onların formalaşdırılmasını Böyük Britaniya, Almaniya, Kanada və ABŞ öz üzərlərinə götürüblər”, - deyə general bildirib.

Koreya Xalq Demokratik Respublikasının 80 minə qədər vətəndaşı əsasən Rusiya və Çində əmək düşərgələrində məcburi işlərə cəlb edilib. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson dünyada qul alveri ilə mübarizə haqqında Dövlət Departamentinin illik məruzəsini təqdim edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın ABŞ-ın Rusiya diplomatlarına 2016-cı ilin dekabrında tətbiq etdiyi sanksiyalara cavab tədbirləri hazırladığını bildirib. O, bununla bağlı "Rossiya 1" telekanalına müsahibəsində qeyd edib.

"Cavab tədbirləri hazırdır" – deyə o vurğulayıb.

Bununla yanaşı, Zaxarova əlavə edib ki, bu məsələ yalnız Xarici İşlər Nazirliyi tərəfindən həll ediləcək.

Avropa İttifaqı (Aİ)iyunun 29-da Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb. Yeni qərara əsasən, sanksiyaların müddəti daha 6 ay - 2018-ci il yanvarın 31-dək uzadılıb.

Hazırkı sanksiya müddəti iyul ayının 31-dək uzadılmışdı. Qeyd edək ki, Aİ 2014-cü ildə Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya iqtisadi sanksiyalar tətbiq etmişdi.

Rusiya Qərbə qarşı sanksiyaların müddətini 31 dekabr 2018-ci il tarixinə qədər uzadıb. Bu haqda iyunun 30-da rəsmi internet portalında dərc edilmiş Rusiya prezidentinin fərmanında deyilir. Sənəddə qeyd edilir ki, bu qərar “Rusiya Federasiyasının milli maraqlarının müdafiəsi üçün” qəbul edilib. Fərman imzalandığı gündən qüvvəyə minir.

"Rusiya və Qərbin rəqabəti uzunmüddətli amildir. Yaranmış münasibətlər yekunda məhdud və ya genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər”. Bu haqda Strateji Araşdırmalar Mərkəzinin (SSR) məruzəsində deyilir.

“Avropa və dünya üçün belə münaqişənin nəticələri bütovlükdə acınacaqlı ola bilər. Rusiya və Qərbin rəqabəti uzunmüddətli amil olduğu üçün yaranmış vəziyyətdən çıxmaq son dərəcə çətin olacaq. Münasibətlərin keyfiyyətli dəyişikliyi həm Rusiyanın, həm də Qərbin ardıcıl və uzunmüddətli siyasətini tələb edəcək”, - məruzədə qeyd edilib.

Ekspertlər bildirirlər ki, Rusiya Qərblə qarşıdurmada uduzur.

“Rusiya və Çin ABŞ-ın təsirini zəiflətməyə çalışır”. Bu haqda ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin (RUMO) başçısı Stüart Vinsentin məruzəsində deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Məruzədə həmçinin bildirilir ki, ən yaxın on ildə Rusiyanın imkanları arta bilər. Qeyd edilir ki, Rusiya öz şərtləri ilə sabitliyin təminatı üçün hərbi gücdən istifadə etmək niyyətindədir.

Rusiya NATO-nun Şərqi Avropada qüvvətlənməsinə mane ola bilməyəcəyi üçün buna öz hərbi vasitələri ilə cavab verəcək. Bu sözləri Rusiyanın NATO-dakı təmsilçisi Aleksandr Qruşko deyib.

“2014-cü ildən bəri ardıcıl 3-cü dəfədir ki, NATO hərbi xərclərini artırır. Bu müddət ərzində büdcə 46 milyard dollar artıb. Təkcə alyansa üzv olan Avropa ölkələrinin ayırdığı 250 milyard vəsait Rusiyanın hərbi büdcəsindən 4 dəfə çoxdur. NATO ölkələrinin 2014-də əldə etdiyi razılığa əsasən, müttəfiqlərin hər biri 2024-ə qədər hərbi xərcləri 2 faiz həcmində artırmalıdır. Hazırda 29 ölkədən sadəcə bir neçəsi buna əməl edib. Əgər 2024-ə qədər alyansın bütün üzvləri razılaşmaya əməl etsə, o zaman sözügedən rəqəmlər NATO-nun açıqladığından dəfələrlə çox olacaq. Bütün bunlar yeni silahlanma yarışının başlanmasına səbəb ola bilər”, - deyə Qruşko açıqlama verib.

Suriyanın yeni kimyəvi hücuma hazırlığı kimi təhrikedici iddia yalnız Dəməşqə deyil, eyni zamanda Rusiyaya qarşıdır. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ağ Evin Suriya hökumətinin yeni bir kimyəvi hücuma hazırlanması iddiasına cavab olaraq deyib.

“Bu nə yeni, nə də orijinal bir iddiadır. Bu Suriyaya qarşı yeni hərbi müdaxilənin qığılcımları, ABŞ-ın Suriyada tətbiq edəcəyi tipik bir strategiyanın parçasıdır”, - Zaxarova bildirib.

ABŞ prezidenti Donald Tramp məsləhətçilərdən Rusiyaya mümkün güzəştlərin siyahısını hazırlamağı xahiş edib. Bu haqda Böyük Britaniyanın “The Guardian” nəşri vəziyyətlə tanış olan Ağ Evin keçmiş məmurlarına istinadən yazıb.

Güzəştlər siyahısından 7-8 iyun tarixlərində Almaniyada keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşdə istifadə edilməsi nəzərdə tutulur.

ABŞ Konqresinin Senatı Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini tamamlayıb. Daha əvvəl Respublikaçılar Partiyasının nümayəndələri bildirirdilər ki, qanun layihəsindəki səhvlər onun tamamlanmasını tələb edir. Bildirilirdi ki, layihə ABŞ konstitusiyasını pozur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyunun 27-də dünya üzrə bir çox iri şirkətlər güclü haker hücumuna məruz qaldıqlarını bəyan ediblər. Rusiya, Ukrayna, İspaniya, Fransa, Danimarka, Böyük Britaniya və Hindistan və bir çox başqa ölkələrdəki kompüter şəbəkələri güclü kiber hücuma məruz qalıblar.

Virus həmçinin iri infrastruktur obyektləri də sıradan çıxarıb. Bəzi ekspertlər hazırkı hücumda istifadə edilən “Petya” adlı virusun may ayında kompüter şəbəkələrini sıradan çıxarmış “WannaCry” virusundan daha zərərli olduğunu iddia edirlər.

Qeyd edək ki, bu gün Ukrayna və Rusiyanın bir çox iri şirkətlərinin kompüter şəbəkələrinə buraxılan bu virus daha sonra digər ölkələrə yayılıb.

Venesuela

İyunun 27-də Venesuelada vəziyyət yenidən gərginləşib. Venesuela polisinin elmi, cinayət və kriminalistika araşdırmaları korpusuna (CICPC) aid olan vertolyot itaətsizlik çağırışı ilə paytaxt Karakasa uçaraq Ali Məhkəmənin binasına hücüm edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Prezident müxalifəti öz siyasi kursunun müdafiəsi üçün silaha əl atmaqla hədələyib.

204169

Helikopterin paytaxt Karakasda Ali Məhkəmə və Daxili İşlər Nazirliyinin binasına hücum edərək, qiyam qaldırmaq cəhdinin arxasında ABŞ kəşfiyyatının dayandığı hesab olunur. Helikopter atəş açandan sonra naməlum istiqamətdə yoxa çıxıb. Hazırda qiyamçıların axtarışı aparılır.

Qiyamçılar hücum zamanı videomüraciət yayaraq, ölkədə zülmə qarşı çıxdıqlarını bildiriblər, həmçinin, prezident Nikolas Maduronun istefasını tələb ediblər.

İddialara görə, qiyamçıları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) qaçıraraq gizlədib. Hücumun arxasında CİA-nın olduğu ehtimal edilir.

Koreya yarımadası

Şimali Koreya lideri Kim Çen Ina sui-qəsd planlaşdırıldığına dair iddia ölkəni bir-birinə qatıb. Sabiq Cənubi Koreya prezidenti Pak Kın Xenin Şimali Koreya liderinə qarşı sui-qəsd təşkil etdiyi iddiası edamla nəticələnə bilər.

Şimali Koreyanın Dövlət Təhlükəsizlik, Xalq Təhlükəsizlik nazirlikləri və Mərkəzi Dövlət Prokurorluğunun birgə açıqlamasına görə, Pxenyan rəhbərliyi Pak Kın Xeni və Milli Kəşfiyyat Xidmətinin (NIS) keçmiş rəisi Li Byoung Honu Kim Çen Ina sui-qəsd planlaşdırmaqda günahlandıraraq ölümlə cəzalandırılacaqlarını bildirib.

Donald Tramp Ağ Evdə görüşdüyü Cənubi Koreyanın naziri Moon Jae ilə birgə mətbuat konfransı keçirib. ABŞ prezidenti Şimali Koreyanı tənqid edib və dolayısı ilə müharibə siqnalı verib.

“Şimali Koreya rejiminə qarşı strateji səbir dönəmi uğursuz oldu. Doğru demək lazımdırsa, artıq səbir sona çatdı. Müttəfiqlərimizi və öz vətəndaşlarımızı Şimali Koreyadan qorumaq üçün diplomatik, təhlükəsizlik və iqtisadi tədbirlərlə bağlı Cənubi Koreya və Yaponiya ilə birgə çalışırıq”, - deyə o bildirib.

Tramp Şimali Koreyanın nüvə və ballistik raket proqramlarına sərt cavab veriləcəyini qeyd edib.

Ukrayna

Ukrayna prezidenti Pyotr Poroşenko Konstitusiya komissiyasına Krımın statusu haqqında dəyişikliklərlə bağlı layihəni hazırlamağı tapşırıb. Bu haqda Ali Radanın deputatı Yuri Çijmar deyib.

“Biz anladıq ki, hazırda Krımın Muxtar Respublikası artıq unitar ölkənin tərkibində mövcud ola bilməz”, - parlament üzvü bildirib.

Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq edilib. Moskva yarımadanın referendumun nəticəsinə görə Rusiyaya birləşdirildiyini iddia edir. Qərb isə ilhaqı tanımayacağını bildirir.

Ukrayna prezidenti Pyotr Poroşenkonun lideri olduğu “Pyotr Poroşenkonun Bloku” fraksiyasından Ali Radanın deputatı Sergey Leşenko şok ittihamla çıxış edib. Deputat ZIK telekenalının efirində erməni əsilli daxili işlər naziri Arsen Avakovu dövlət çevrilişinə hazırlıqda günahlandırıb.

“Arsen Avakovun komandası istənilən ssenarilərə, həmçinin hakimiyyətin güc yolu ilə tutulmasına hazırlaşır. Daxili işlər nazirinin özü baş nazir olmağa hazırlaşır. Axı sirr deyil ki, Avakovun icazəsi olmadan hökumət qərar qəbul etmir”, - Leşenko bildirib.

Qeyd edək ki, bu, Avakova qarşı səsləndirilən analoji ilk ittiham deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm