Nida Təhlil
“Aprel müharibəsi”nin daha bir SİRRİ: Azərbaycan Ordusu İrəvanın gizli planını necə alt-üst etdi?
Ötən il Azərbaycan Ordusunun işğal altındakı ərazilərin
bir qismini azad etməsi ilə nəticələnən “aprel müharibəsi”nin yeni
sirri ortaya çıxıb.
Publika.az xəbər verir ki, Ermənistan mediası “aprel
müharibəsi”ndə hücumun İrəvan tərəfindən edildiyini dolayısı ilə
təsdiqləyib. Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun mövqelərinə
hücum edərək, qurduğu siyasi planı həyata keçirmək istəyirmiş.
Lakin Azərbaycan Ordusunun cavabı bu planları alt-üst edib.
Erməni jurnalist Naira Ayrumyanın “lragir” saytında yayımlanan
məqaləsində “Aprel müharibəsi nəyi etməyə icazə vermədi” başlıqlı
məqaləsində yazır ki, işğal edilmiş Azərbaycan torpaqlarında
yaradılmış qondarma DQR-də “prezidentliyin” gücləndirilməsi planı
olub. Yəni, İrəvan rejimi separatçıların “prezidenti” Bako
Saakyanın səlahiyyətlərini gücləndirmək istəyirmiş. Lakin bəzi
siyasi partiyalar və klanlar qondarma rejimdə “parlament
üsul-idarəsi”nə keçidi dəstəkləyirmiş. Belə ki, 2015-ci ilin
dekabrında Ermənistanda keçirilən referendumla ölkənin parlament
üsul-idarəsinə keçidi üçün əsas yarandı. Bu ilin 2 aprelində
keçirilən parlament seçkilərindən sonra Ermənistan "de-yure" olaraq
parlament respublikası sisteminə keçdi. Sadəcə olaraq, bu sistemə
gələn il, hazırki prezident Serj Sarkisyanın səlahiyyətini başa
vurandan sonra keçiriləcək.
2015-ci ildə Ermənistandakı siyasi partiyaların hamısı yekdilliklə
qondarma DQR-in də “parlament sisteminə” keçidi təklifini irəli
sürdü. Hesab olunurdu ki, bu sistemlə qondarma rejimin inkişafı
təmin olunacaq. Lakin Sarkisyan hakimiyyəti buna qarşı olub və
“DQR”-də “prezidentin” vacibliyini sübut etmək üçün “Azərbaycan
təhlükəsi” oyununa əl atıb. Bu oyuna görə, erməni hərbi
birləşmələri hücuma keçəcək, Azərbaycan qarşılıq verəcək və
“parlament sistemini” təklif edənlərə göstəriləcəkdi ki,
“Azərbaycan ciddi təhlükəlidir, bunun üçün güclü prezident
idarəçiliyi lazımdır”. Hesab olunur ki, döyüşlərin olması planın
həyata keçirilməsi üçün lazım olan arqumentləri gücləndirib. Lakin
Azərbaycan Ordusunun əks-hücuma keçərək, işğal altındakı
torpaqların bir qismini azad etməsi Ermənistan rəhbərliyinin
Qarabağda həyata keçirmək istədiyi planı ləngidib və ciddi zədələrə
yol açıb.
N.Ayrumyan da yazır ki, “Aprel müharibəsi” “parlament sistemi”ndən
imtina ilə nəticələndi və “güclü prezident” varantı önə çıxdı.
“Lakin görünür, bu bir qədər gecikdi. İndi 19-29 iyulda Qarabağda
“prezident” seçiləcək və əsas namizəd yekdilliklə Bako Saakyandır”,
- deyə o qeyd edir.
Erməni jurnalist onu da əlavə edir ki, “aprel müharibəsi”
Ermənistan cəmiyyətində hələ də müəmmalı olaraq qalır.
Asif
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...