İki yaşlı Zəhranın güllələnmiş cəsədi və İrəvanın Füzuliyə hücumunun SİYASİ SİRLƏRİ
Bizi izləyin

Nida Təhlil

İki yaşlı Zəhranın güllələnmiş cəsədi və İrəvanın Füzuliyə hücumunun SİYASİ SİRLƏRİ

Ermənistan dünən axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərə hücum etdi. Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, erməni hərbi birləşmələrinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan açdığı atəş nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. Qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə xəstəxanaya yerləşdirilib. Ordumuz düşməni cavab atəşi ilə susdurub, həmçinin, hadisə ilə bağlı beynəlxaq qurumlar məlumatlandırılıb. Təbii ki, illərdir işğala və erməni təxribatlarına göz yuman beynəlxalq ictimaiyyətin verəcəyi reaksiya nə itkiləri geri qaytaracaq, nə də 2 yaşlı Zəhranı...

Ermənistan bu hücumu ilə işğalçı və təcavüzkar mahiyyətini bir daha göstərdi. Dünyanın işğalçının qarşısına susmasına rəğmən, hər şey ortadadır: düşmənin hədəfi təkcə mövqelərimiz yox, həm də mülki vətəndaşlarımızdır.

Hücumda diqqət çəkən digər məqam Ermənistanın mülki vətəndaşları güllələməsinin arxasında yatan səbəblərin nə olmasıdır. Çünki məsələ təkcə təcavüzkarın öz mahiyyətinə uyğun davranması yox, bunu niyə etməsidir. Siyasi proseslər fonunda İrəvanın bu hücumunun hədəfləri də aydın görünür.

Ümumi mənzərədə əsas hədəf

Cəbhədə yeni gərginliyin yaradılması və Azərbaycanı təxribata çəkmək: Düşmən bu hədəfinə nail olmaqla siyasi məqsədlərini həyata keçirmək niyyətindədir.

İyunun 10-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlandı. Əvvəlcə İrəvana səfər edən həmsədrlər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də baş çəkdilər. İyunun 19-da isə Bakıya səfərə gəldilər. Səfərin yekunlarına dair bəyanatda həmsədrlər substantiv danışıqların vacibliyindən bəhs edir. Bu səfərin və bəyanatın növbəti imitasiya hesab edilməsi təbidir, çünki cəmiyyət olaraq 20 ildir eyni sözləri eşidirik. Lakin bəyanatda məhz “substantiv” ifadəsi danışıqlar xatirinə danışıqların olmasının həmsədr ölkələr tərəfindən də qəbul edilmədiyini göstərir. Ardınca Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünün planlaşdırıldığı xəbəri yayıldı. Rusiya mediası isə diplomatik mənbəyə istinadən nazirlərin görüşünün iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində keçiriləcəyi haqda məlumat yaydı. Bu məlumata inansaq, deməli, nazirlər iyulun 11-də, erməni hərbi birləşmələrinin mülki əhaliyə hücumundan 6 gün sonra görüşəcək. Burada Ermənistanın ilk hədəfi aydın görünür:

a) Mülki azərbaycanlılar qətlə yetirilir, Azərbaycan cavab zərbəsi endirir və görüşə qədər cəbhədə ciddi gərginlik yaranır.

b) Cəbhədə gərginliyin yaranması Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana “Azərbaycan hücum edir, biz hansı danışıqlardan söhbət aça bilərik” deməsinə və danışıqlardan yayınmasına imkan yaradır. Belə demək mümkünsə, Ermənistan ordusu xarici siyasətə “pas” atır.

Ermənistan ordusunun xarici syasətə “pas” atması İrəvan kuluarlarında son dəyişikliyi yada salır: Serj Sarkisyan müdafiə naziri postuna öz varisi Viqen Sarkisyanı gətirəndən sonra, xarici siyasət məsələlərini də yeni nazirə həvalə etdi. Bu haqda ABŞ-ın kəşfiyyat-analitik mərkəzi “Stratfor”un “Xarici işlər naziri Edvard Nalbandyan Rusiya ilə ailə əlaqələrinə malikdir. Lakin Moskva üçün yeni müdafiə naziri Viqen Sarkisyan əlverişli görünmür. O, Dağlıq Qarabağ məsələsində Ermənistan siyasətini tətbiq edir və Kremlin Ermənistan daxilindəki hansısa adamının danışıqlara rəhbərlik etməsinə imkan verməyi düşünmür” deyə yazması da diqqət çəkirdi.

Əslində, bu ilin 21 fevralında Moskvaya səfər edərək, Lavrovla görüşən Edvard Nalbandyanın bu səfərdən bir gün öncə Müdafiə Nazirliyində ordu rəhbərliyi ilə qapalı iclas keçirməsi təsadüfi deyildi. Bu fakt Ermənistanın xarici siyasətinə artıq ordunun nəzarət etdiyini sübut edir. O da təsadüfi deyildi ki, ordu rəhbərliyi ilə müzakirələr aparan və bir gün sonra Moskvada Lavrovla görüşən Nalbandyanın səfərindən 3 gün sonra - 25 fevral tarixində erməni hərbi birləşmələri cəbhədə növbəti genişmiqyaslı təxribata əl atdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Göründüyü kimi, Ermənistanın hərbi xuntası Qarabağ danışıqlarını yenidən pozmağa hesablanan gediş edir. Bu baxımdan, nazirlərin görüşündən ciddi nəticələr gözləmək, yaxud ən azından normal danışıqların aparılacağını demək mümkün deyil. Çünki İrəvanın hərbi xuntası Nalbandyanın “ciblərini dolduraraq” Avstriyaya göndərəcək.

“Qarabağ klanının” oyunu

Ermənistanın mülki əhaliyə hücumla oynadığı digər oyun qondarma DQR rejiminin “prezidenti” Bako Saakyanın, yəni “Qarabağ klanının” “səlahiyyətlərinin” uzadılmasını erməni cəmiyyətində legitimləşdirməkdir.

19-29 iyul tarixlərində qondarma “DQR” “parlamenti” Bako Saakyanın “səlahiyyətlərini” 3 illiyinə uzadacaq. Ermənistanda parlament üsul-idarəsinə keçən Sarkisyan hakimiyyəti Qarabağda “prezident instutunu” gücləndirmək gedişi etdi. Bu, Sarkisyanın rəhbərlik etdiyi “Qarabağ klanının” Qarabağ kartından istifadə edərək, hakimiyyətdə rıçaqlarının saxlanılması planının bir hissəsidir. Sarkisyan rejimi qondarma “DQR”-də “prezident institutunun” gücləndirilməsi gedişini “Azərbaycan təhlükəsi” ilə legitimləşdirir.

Bu hücumun “yeni seçimə” az müddət qaldığı vaxtda edilməsinin hədəfi də cəbhədə gərginliyi artırmaq və erməni cəmiyyətinə “Azərbaycan təhlükəsi qarşısında yalnız “güclü prezident institutu” dayana bilər” arqumentini yedirməkdir.

Hədəflər ortadadır və işğalçı Ermənistanın siyasi məqsədlər üçün körpə uşaqları belə güllələdiyi faktı aydın görünür. Lakin bunu dünyanın görməsi vacibdir. Beynəlxalq ictimaiyyət 2 yaşlı Zəhranın güllələnmiş körpə bədəni önündə susarsa,... bu dünyaya da, onun ədalətinə də ÜÇ NÖQTƏ.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm