Rusiya Türkiyəyə VERİLƏCƏK: ABŞ-ın qonşumuzu bölüşdürmə və MƏHV LAYİHƏSİ
Bizi izləyin

Nida Təhlil

Rusiya Türkiyəyə VERİLƏCƏK: ABŞ-ın qonşumuzu bölüşdürmə və MƏHV LAYİHƏSİ

80-cı illərin əvvəllərində sovet kəşfiyyatına müyəssər olur ki, “Harvard və Hyuston layihələri” haqda materialları əldə edə bilsin.

Publika.az bildirir ki, bu proqram SSRİ və sosialist sistemin tamamilə məhv olunmasını nəzərdə tuturmuş. Layihə üç cilddən ibarət idi: “Yenidənqurma”, “İslahat” və “Başa çatdırılma”.

Birinci cildin əvvəlində bəhs olunan fikirlər bundan ibarətdir ki, anqlosakson analitik-ekoloqların gəldiyi nəticəyə görə, bəşəriyyətin xilası məhz Ronald Reyqanın “Şər İmperiyası” adlandırdığı SSRİ-nin məhv edilməsindən sonra ümumi məsələləri birgə həll etməkdən asılıdır. Bura əhalinin 10 dəfə azaldılması, milli dövlətin dağıdılması və s. aid idi.

Proqram üç beşillik üçün nəzərdə tutulub:

İlk beşilliyə 1985-ci ildən 1990-ci ilədək “Yenidənqurma” planı daxil idi. Onun məqsədləri aşağıdakılardır:

1. Aşkarlıq;

2. “İnsan sifətli” sosializm uğrunda mübarizə;

3. “Sosializmdən kapitalizmə” islahatlarının hazırlanması.

“Yenidənqurma”ya bir başçı rəhbərlik etməli idi, ehtimal ki, Baş Katib.

İkinci cild “İslahatlar” layihəsinin həyata keçirilməsinə həsr olunmuşdu, onun həyata keçirilmə dövrü - 1990-1995-ci illər, məqsədləri isə aşağıdakılardır:

1. Dünya sosialist sisteminin ləğvi;

2. Varşava müqaviləsinin ləğvi;

3. SOV.İKP-nin tam aradan qaldırılması;

4. SSRİ-nin ləğvi;

5. Vətənpərvərlik sosializm şüurun aradan qaldırılması.

“İslahat”a artıq başqa bir başçı rəhbərlik etməli idi.

Üçüncü cild “Başa çatdırılma” adlanır. Buna aşağadakılar daxil idi:

1. Sovet ordusunun ləğvi;

2. Rusiyanın bir dövlət kimi ləğvi;

3. Sosializm atributlarının aradan qaldırılması: əsasən pulsuz təhsil və tibbi xidmət, əvəzinə kapitalizm atributlarını tətbiq etmək - hər şey üçün pul ödəmək;

4. Leninqradda və Moskvada tox və əminaman yaşamının ləğvi;

5. İctimai və dövlət mülkiyyətinin ləğvi və hər yerdə xüsusi mülkiyyətə verilməsi (özəlləşdirmə).

“Başa çatdırılma” həm də Rusiyanın əhalisini ac saxlamaqla, ölkənin bütün xammal və zənginliyini xaricə çıxarmaq üçün yeni standartlara uyğun yollar və dəniz limanları tikməklə müşayiət olunmalı idi.

“Başa çatdırılma”ya üçüncü başçı rəhbərlik etməli idi, bu layihənin dövrü kimi 1996-2000-ci illər nəzərdə tutulmuşdu.

“Hyuston layihəsi”

“Hyuston layihə”si “Başa çatdırılma” mərhələsinə müfəssəl baxışı təmin etməlidir. O, yalnız Rusiya ilə bağlıdır və burada SSRİ-nin parçalanmasından söhbət getmir, hansı ki, artıq “Harvard” layihəsində həyata keçirilib.

Burada artıq Rusiyanın kiçik dövlətlərə bölünməsindən söhbət açılır. Həmin planlara görə:

1. Sibir ABŞ-ın tərkibinə keçməli;

2. Şimal-Qərb hissə Almaniyaya;

3. Cənub və Volqa ətrafı ərazilər Türkiyəyə;

4. Nəhayət, Uzaq Şərq Yaponiyaya - Sibir və Uzaq Şərqin xammalına birbaşa nəzarət etmək üçün.

Son 10-12 il ərzində hər il Rusiyadan xaricə çıxarılır:

1. Hasil edilən neftin 57%-i;

2. Qazın 40%-i;

3. Misin 90%-i;

4. Nikelin 97%-i;

5. Və ölkədə istehsal olunan Alüminiumun 99%-i, sanki ən geridə qalmış koloniyada olduğu kimi!

“Hyuston layihəsi”ndə Rusiyaya vahid dövlətə qarşı olan münasibət kimi baxılmasından imtina edilməsi təmin edilir və onun ayrı-ayrı, parçalanmış hissələrinin hər birinə ayrıca siyasi baxış nəzərdə tutulur.

Hər iki layihə biri-birinə çox yaxındır və son 25-30 ildə Rusiyada hakimiyyətdə olan, Qərbin Rusiyada “beşinci kolonu” hesab edilən rəhbər şəxlərin timsalında yaxşı sezilməkdədir.

“Yenidənqurma” layihəsinin başa çatdırılması Qorbaçova həvalə edilmişdi.

“İslahatlar” layihəsi Boris Yeltsinə.

“Başa çatdırılma” layihəsi də uğurla yerinə yetirilir. Ölkənin müdafiə və ordu sisteminin parçalanması, iqtisadi çökdürülməsi, sərvətin daşınması və s.

Son hadisələr təsdiqləyir ki, “Harvard” və “Hyuston” layihələri ABŞ və Qərbin maraqları ilə həyata keçirilir və onların Rusiyadakı agenturası - “beşinci kolon” bu prosesdə Qərbə əvəzsiz kömək edir.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm