Nida Təhlil
Bakı ölüm raketlərini cəbhəyə göndərir: dəhşətli qisasdan qorxan İrəvan TİR-TİR ƏSİR - - VİDEO
İyunun 10-da Azərbaycanın Rusiyadan aldığı silahların
növbəti partiyası Bakıya çatdırıldı. Müdafiə Nazirliyinin
məlumatına görə, Rusiya istehsalı olan müasir döyüş texnikası,
silah-sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi
prosesi davam edir.
“İki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya
əsasən, ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə
çatdırılıb. Bakı limanına artilleriya və raket sistemləri üçün
gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki
əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının,
canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə
məhv edilməsi üçün nəzərdə tutulub. Eşalonlaşdırılan döyüş
sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli
gücləndirəcək”, - deyə məlumatda qeyd olunur.
Müdafiə Nazirliyinin məlumatından da aydın olur ki, gətirilən
silahlar cəbhə bölgəsinə göndəriləcək. Bu, erməni hərbi
birləşmələrinin daha ağır cavab zərbəsi alacağına işarədir.
Publika.az xəbər verir ki, Bakıya gətirilən
silahlar və onların cəbhə bölgəsinə yerləşdiriləcəyinə dair
informasiya Ermənistanda ciddi rezonansa səbəb olub. Düşmən ölkənin
mediası artıq qaçacaqları yerlərinin qalmadığını, Azərbaycanın
cavab zərbəsinin daha şiddətli olacağını yazır.
1in.am saytı yazır ki, Bakıya gətirilən silah-sursat arasında
“Günəş alovu” TOS 1A raket sisteminin mərmiləri və digər hərbi
avadanıqlar var: “Təkcə son silah partiyasının Bakıya gətirilməsi
Azərbaycanın hədəfini müəyyən edir: müharibəyə hazırlıq.
Ermənistanın son hücumu görünür, bütün daşları yerindən oynatdı və
Azərbaycan daha ağır zərbəyə hazırlşır. Bu, həmçinin o deməkdir ki,
Bakının son zərbəsi başlanğıcdır”.
Qeyd edək ki, TOS 1A raket sistemi “aprel müharibəsi”ndə
Ermənistana ağır zərbələr endirmişdi.
Sayt qeyd edir ki, Ermənistanın təhlükəsizliyinə zəmanət olduğunu
deyən Rusiya Azərbaycanın zərbələri haqda susacaq.
“Bu, Moskvanın razılaşdığını və heç bir şey etməyəcəyi deməkdir.
Ötən il aprel döyüşlərində də Rusiya eyni susqunluğu nümayiş
etdirdi”, - deyə məqalədə bildirilir.
Erməni saytı İrəvanı dişsiz siyasət yürütməkdə ittiham edir:
“Ermənistan hakimiyyəti qorxaraq “böyük qardaşı” Rusiyaya heç nə
deyə bilmir. Bir sözlə, bizim hakimiyyətimiz nə hansısa siyasətə,
nə də diplomatiyaya malikdir”.
“Lragir” saytı isə ikinci “aprel müharibəsi”nin başlaya biləcəyini,
Azərbaycan Ordusunun bu dəfə daha çox ərazini işğaldan azad edə
biləcəyini yazır.
“Rusiya və Azərbaycan silah ticarətini biznes adlandırır. Lakin
yeni silah partiyasının Bakıya çatdırılmasının Alxanlı
hadisələrindən sonra olması təsadüfi deyil. Burada həmçinin, “aprel
müharibəsi”nə qədər Rusiya baş nazirinin müavini, hərbi sənayeni
kurasiya edən Dmitri Roqozinin səfəri yada düşür. Roqozin 2016-cı
ilin martında Bakıda olmuşdu. Ardınca aprel döyüşləri oldu və
Azərbaycan müəyyən əraziləri azad etdi. Hesab etmək olar ki, Bakı
yeni əraziləri azad etmək üçün Moskvanı yenidən neytrallaşdırır.
Bu, Ermənistana ağır zərbələrlə müşaiyət oluna bilər”, - deyə sayt
yazır.
Asif
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır