Nida Təhlil
Azərbaycan erməni ordusunu məhv edəcək S-400 raketlərini alır – Düşmənə gözləmədiyi yerdən ZƏRBƏ
Azərbaycan müdafiə naziri Zakir Həsənovun Ermənistanın
qürrələndiyi “İskəndər” raket kompleksini məhv etmək gücünə malik
silahlarımızın olması haqda dedikləri İrəvanda təşvişlə müzakirə
edilir.
Publika.az xəbər verir ki, Azərbaycanın silah arsenalında
olan “Favorit” S-300PMU-2 və “Barak 8” raket sistemləri
“İskəndər”in qarşısını almaq gücündədir.
Ermənistanda prezident Serj Sarkisyan da daxil olmaqla müxtəlif
dairələrin verdiyi reaksiyalar bu baxımdan təsadüfi deyil.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Digər tərəfdən, Ermənistandakı “İskəndər”lərin erməni hərbi
birləşmələrinin arsenalına daxil olmadığı, Rusiyanın Gümrüdəki
102-ci hərbi bazasının tərkibində olduğu, həmçinin, Moskvanın bu
raket komplekslərini İrəvana verməsinin arxasında siyasi
məqsədlərin mövcudluğu şübhəsizdir. Bunu ermənilərin özləri də
etiraf edir.
Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, “İskəndər”lər
faktiki olaraq Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil
deyil: “Yalnız formal olaraq bizim balansımızdadır. Sabah bu raket
kompleksinin tətbiqi gündəmə gələrsə, mümkün olmayacaq.
Kalininqradda olduğu kimi, Ermənistanda da “İskəndər”lərin
istifadəsi ilə bağlı əmri yalnız Putin verə bilər”.
S.Artsruni qeyd edir ki, “İskəndər”lər yalnız mifdir.
Ermənistanı qorxuya salan digər məqam isə Rusiyanın Azərbaycana
S-400 raket müdafiə sistemlərinin verəcəyidir. Bu qorxunun mənbəyi
Türkiyə və Rusiya arasında S-400-lərin alınması ilə bağlı sazişin
imzalanmasıdır.
Siyasi şərhçi Akop Badalyan yazır ki, Türkiyə Rusiyadan aldığı iki
divizion S-400-ün birini Azərbaycana verə bilər.
“Türkiyə bu raket kompleksini Azərbaycana məhz “İskəndər”lərdən
müdafiə üçün verə bilər. Əslində bu, Moskvanın razılığı ilə baş
tutacaq məsələdir. Ermənistana “İskəndər” verən Rusiya Azərbaycana
da S-400 verərək, münasibətləri qoruyur və bunu Türkiyə vasitəsilə
edir”, - deyə o qeyd edib.
Asif
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı