Nida Təhlil
Prezident İlham Əliyevin mətbuata qayğısı: yazmaq üçün yaradılan şərait
Prezident İlham Əliyev Milli Mətbuatın 142 illik yubileyində 255
jurnalistə mənzil hədiyyə etdi. 2013-cü ildə isə 155 jurnalist
mənzillə təmin olunmuşdu. Bu, son 4 ildə 410 jurnalist ailəsinin
mənzil probleminin həll olunmasıdır. Artıq jurnalistlər üçün
nəzərdə tutulan növbəti binanın təməli qoyulub. Həmin binada 255
mənzil nəzərdə tutulur ki, bu da 2020-ci ilə qədər ümumilikdə 665
mənzil deməkdir.
Bu humanist addım milli mətbuatımıza və jurnalist şəxsiyyətinə
verilən qiymətdir.
Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən
jurnalistlərin sosial probleminin həll edilməsi məntiqi olaraq iş
keyfiyyətinin yaxşılaşmasına, yüksək səviyyəli fəaliyyətin ortaya
çıxmasına səbəb olur. Dövlət tərəfindən jurnalistlərə verilən
mənzillər həm də onların müxtəlif mənbələrdən asılılığını aradan
qaldırır. Çünki bir çox hallarda hansısa siyasi dairələr – bu, həm
daxildə, həm də xaricdə ola bilər -jurnalistlərin yaradıcılıq
enerjisini öz məqsədlərinə yönəldir. Adətən xarici dairələr
müxtəlif qrant layihələri ilə mediaya sızır və birbaşa Azərbaycan
dövlətinə qarşı azərbaycanlı jurnalistlərin əli ilə fəaliyyət
göstərir. Dövlətin mətbuata qayğısı, jurnalistlərin mənzil məsələsi
kimi ciddi problemini həll etməsi bu cür təhlükəli tendensiyaların
aradan qaldırılması deməkdir. Məsələnin ən yaxşı tərəfi həm də odur
ki, dövlət jurnalistlərə göstərdiyi dəstəyin qarşılığında onlardan,
ümumilikdə mətbuatdan nəsə istəmir, hansısa siyasi məqsəd güdmür.
Əksinə, məqsəd jurnalistlərin sosial yüklərdən azad olaraq, daha
obyektiv, daha azad şəkildə yaradıcılıq fəaliyyəti
göstərməsidir.
Digər tərəfdən, sosial problemi olmayan, yaxud daha az olan
jurnalist həm fərd, həm də bir yaradıcı şəxs kimi daha azad olur və
bu, ifadə azadlığının qorunmasına təsir edir.
Dövlətin mətbuata göstərdiyi qayğı ümumilikdə medianın inkişafı və
qarşılaşa biləcəyi təhlükələrdən qorunması məqsədi daşıyır. Bu
dəstək indiyə qədər müxtəlif formalarda davam edir.
Prezident İlham Əliyev 2005-ci ildə “Əməkdar jurnalist” adının
bərpa olunması, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi
haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi
haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı
göstərilməsi haqqında” sərəncamlar imzalayıb. Həmin ildə mətbuatın
130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək
səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla
mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident
təqaüdünə layiq görülməsi də atılan addımlar sırasındandır.
Azərbaycan milli mətbuatının 135 illik yubileyi də dövlət
başçısının bir-birindən əhəmiyyətli sərəncamları ilə yadda qaldı.
Belə ki, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə
birdəfəlik yardımın göstərilməsi, bir qrup jurnalistin fəxri adlar
və “Tərəqqi” medalı ilə təltif edilməsi barədə sərəncam imzalamaqla
yanaşı, dünyada analoqu olmayan bir addım da atdı. Mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncam
ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Sərəncama
uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi
məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5
milyon manat vəsait ayrıldı.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə
yardımı göstərilməsi haqqında” sərəncamı, eləcə də “Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət
dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi də diqqət və qayğının
bariz nümunələrindəndir. Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata
hərtərəfli qayğısının daha bir əyani təzahürüdür.
Dövlətin əsas məqsədi jurnalistlərin daha yaxşı şəraitdə
yazıb-yaratmasıdır. Prezident İlham Əliyevin iyulun 20-də
jurnalistlərə mənzillərin verilməsi ilə bağlı keçirilən mərasimdə
dediyi fikirlər bu baxımdan diqqət çəkir: “Dövlət məmurları, yaxud
digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər, Azərbaycanda
söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa
qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də
bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram.
Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən
məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var,
qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin
və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb
edəcəksiniz”.
Göründüyü kimi, cənab Prezident “Siz yazın ki, biz nöqsanları
düzəldək” deyir və jurnalistlərdən yalnız bir şey istəyir.
Yazmağı.
Asif
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar