Ermənilərin xam XƏYALLARI, məxfi görüşlərin DETALLARI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ermənilərin xam XƏYALLARI, məxfi görüşlərin DETALLARI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın xarici işlər naziri Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündən danışıb. ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları və onun Ermənistana mümkün təsirləri İrəvanda ciddi şəkildə müzakirə olunur. İsrail, ABŞ və Rusiya Suriya üzrə məxfi danışıqlar seriyasını keçirib. Koreya yarımadası ətrafında vəziyyət gərgin olaraq qalır.

“Hazırda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı konkret heç nə yoxdur”. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

Onun sözlərinə görə, yeganə məlum olan məsələ sentyabrda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşəcəyidir: “Görüşün əsas məqsədi danışıqların irəliləyişi üçün atmosferin yaradılmasıdır”.

Azərbaycan müdafiə naziri Zakir Həsənov ötən ay Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Suriyada hərbi əməliyyat təcrübəsinin regionda tətbiqi məsələsini müzakirə edib. Zakir Həsənov bunu “RİA Novosti” agentliyinə müsahibəsində də təsdiqlədi. Məsələnin Dağlıq Qarabağda mümkün müharibədən ibarət olduğu məlumdur, lakin Suriyada konkret hansı təcrübədən bəhs edildiyi müəmma olaraq qalır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları və onun Ermənistana mümkün təsirləri İrəvanda ciddi şəkildə müzakirə olunur. Həm İrəvan rəhbərliyi, həm də erməni cəmiyyəti narahatlıq içindədir. Ekspertlər əmindirlər ki, Rusiyaya qarşı sanksiyalar Ermənistana son dərəcədə neqativ təsir edəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Fikir var idi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmasaydı, Rusiya Qarabağı Azərbaycan qaytaracaq və Bakıya hərtərəfli dəstək verəcək. Erməni cəmiyyəti uzun müddət bu versiyaya inandı, lakin Ermənistan ittifaqa üzv olandan sonra da, Rusiyanın Azərbaycana silah satması davam etdi”.

Bu barədə erməni siyasi şərhçi Sarkis Artsruni deyib.

Onun iddiasına görə, Putin Ermənistanı aldatdı və erməni hakimiyyəti özünü qorumaq üçün bu oyunda iştirak etdi: “Ermənistan hakimiyyəti Avrasiya İqtisadi İttifaqının bizə dəstək vermədiyini sirr kimi saxlamağa çalışır, lakin baş verənlər ortada heç bir sirrin olmadığını göstərir. 2016-cı il “aprel müharibəsi” Avrasiya İqtisadi İttifaqının Ermənistanın təhlükəsizliyini təmin etdiyi əfsanəsini dağıtdı. Məlum oldu ki, Rusiya Ermənistanın bu ittifaqda olmasından istifadə edərək, Azərbaycanla əməkdaşlığını gücləndirir”.

S.Artsruni Rusiyanın və Ermənistan hakimiyyətinin bütün erməniləri aldatdığını qeyd edib.

Rusiya prezidenti Vladimir Putin dünən tanınmamış “Abxaziya Respublikası”na səfər edib. Putinin bu səfəri Ermənistanda Rusiya prezidentinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edə biləcəyi ümidlərini yaradıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentindən 15 nəfərlik heyət Suriyanın Ayn İsa bölgəsində PYD (PKK terror təşkilatının Suriya qanadı - red.) terror təşkilatının nümayəndələri ilə gizli görüş keçirib. Görüşün əsas mövzusu Şimali Suriya federasiyasının yaradılması olub.

Xəbərə görə, ABŞ nümayəndə heyəti terror təşkilatına 6 ay ərzində dövlət qurulacağı barədə vəd verib.

“PYD-yə 6 ay ərzində qanuni dövlət və beynəlxalq status qazandıracağıq. Nəzarət etdiyiniz bölgələrdə seçki infrastrukturunu yaradın, 2018-ci ilin yanvar ayında Suriyanın şimalında keçiriləcək referendumla dövlət olacaqsınız”, - ABŞ-ın verdiyi vəddə deyilir.

Amerika tərəfinin sözlərinə görə, Suriyanın şimalında “PKK-PYD dövləti”nin yaradılması ilə Türkiyənin bu bölgələrə hücum ehtimalı də aradan qalxacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyulun əvvəlində İsrail, ABŞ və Rusiya məxfi danışıqlar seriyasını keçirib. Bu haqda İsrail məmurları və Qərb diplomatlarına istinadən “Haaretz” nəşri bildirib.

Nəşrin yazdığına görə, danışıqlarda Suriyanın cənubunda atəşkəs rejimi, Suriya-İsrail və Suriya-İordaniya sərhədlərində təhlükəsiz zonaların yaradılması müzakirə edilib. Rusiya və ABŞ müzakirə olunan məsələlər üzrə razılaşsa da, İsrail tərəfi təhlükəsiz zonaların yaradılması üzrə razılaşmalara qarşı çıxıb. İsrail Moskva və Vaşinqtonun İran güclərinin Suriyadan çıxarılması ehtiyacına lazımı diqqət yönəltmədiyini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Yeni fəlakət və döyüşün baş verməməsi üçün İraq Kürd Regional Rəhbərliyində referendum keçiriləcək”. Bunu Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani Londonda çıxan "El Hayat” qəzetinə müsahibəsində deyib.

“Sentyabrda 25-də keçiriləcək referendumdan geri dönüş yoxdur”, - kürd lider bildirib.

İraq dövlətinin ötən yüz illik uğursuz təcrübəsini yenidən yaşamaq istəmədiklərini deyən Bərzani referendumdan sonrası Bağdadla dialoqa başlayacaqlarını vurğulayıb.

“Rusiya Ukraynaya təcavüzü dayandırmayacaq və Qərblə bağlı “hibrid müharibə” taktikasını tətbiq edəcək”. Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında deyilir.

“Stratfor”un ekspertlərin fikrincə, Moskva Qərb hökumətləri daxilində qeyri-sabitlik yaradaraq, Avropa dövlətləri arasında parçalanmanı gücləndirərək, transatlantik həmrəyliyi zəiflədərək və Qərb ölkələri ilə inteqrasiyaya mane olaraq öz rəqibini əldən salacağına ümid edir.

“Rusiya Ukrayna ilə sərhəddə qoşunların zərbə briqadalarını toplayır”. Bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəhbəri Viktor Mujenko “Liqa.net” saytına müsahibəsində deyib.

“Sərhəddə yaradılan üç yeni diviziyadan söhbət gedir. Bunlar 144-cü, 3-cü və 150-ci motoatıcı diviziyalardır. Onların formalaşması 2016-cı ildə başlanıb”, - Mujenko qeyd edib.

Onun sözlərinə görə, bu diviziyalar bilavasitə Ukrayna-Rusiya sərhədindədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ-ın nüvə arsenalı bu gün heç vaxt olmadığı qədər güclüdür”. Bu haqda ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

Amerika prezidenti eyni zamanda ümid etdiyini bildirib ki, ABŞ-a heç vaxt onu tətbiq etmək lazım olmayacaq.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, ABŞ-da bunkerlərdə 7 min nüvə döyüş başlığı var.

Şimali Koreya ordusu ABŞ hərbi bazalarını hədəf alan və “Hvasonq-12” ballistik raketlərin istifadə olunacağı hücumlara hazırlaşır. Şimali Koreya ballistik raket atacağı tək ölkənin ABŞ olduğunu və bu iddianın sözdə qalmayacağını açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ölkəyə qarşı sanksiyaları qətiyyətlə pisləyən Pxenyan Koreya sahillərindən 3400 km uzaqlıqda yerləşən Quama hücum edəcəyini açıqlayıb.

Şimali Koreya ordusunun sözçüsü Quamdakı ABŞ-ın Anderson hərbi bazalarını bombardman etmək planı üzərində işlədiklərini və ölkə liderinin əmr verdiyi an hərəkətə keçəcəklərini bildirib.

Koreya Xalq Demokratik Respublikasına (KXDR) “tarixdə görünməmiş atəş və qəzəb” sözü verən ABŞ prezidenti Donald Trampın bəyanatı mümkün hərbi münaqişə riskini artırır. Belə nəticəyə Koreya yarımadası ətrafındakı son vəziyyəti şərh edən Amerika KİV-i gəlib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Qərb-2017 strateji təlimləri çərçivəsində Belarusu işğal edə bilər. Bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili danışıb.

“Belarusa baxanda görünür ki, Rusiya onu işğal etməyə və tərkibinə qatmağa hazırlaşır. Təlim zamanı ölkəyə infrastruktur gətiriləcək. Buna görə də təhlükə aradan qalxmayıb, əksinə daha da yüksəlib”, - Saakaşvili bildirib.

Saakaşvili həmçinin Baltikyanı ölkələrin işğal edilmə ehtimalının hazırda aşağı olduğunu, NATO-nun Moskva tərəfdən gələn təhlükənin reallığını artıq daha yaxşı dərk etdiyini bildirib.

Rusiya Odessaya hücum edə bilmək üçün qondarma Dnestryanı respublikasını özünə birləşdirmək niyyətindədir. Bu sözləri Ukrayna Ali Radasının deputatı İrina Friz deyib.

İrina Frizin sözlərinə görə, rəsmi Tiraspolun Rusiya bayrağını ikinci dövlət bayrağı elan etməsi belə bir fikri səsləndirməyə əsas verir. Xanım Friz ikinci səbəb kimi rusiyalı auditorların qondarma respublikada keçirilən iqtisadi islahatlara yardım etməsini göstərib. Millət vəkili həmçinin Rusiyanın həmin ərazidən Odessaya hücum etmək üçün istifadə edə biləcəyini bildirib.

“Ukraynanın cənub-qərbində vəziyyətin bu cür inkişafı həlledici siyasi və diplomatik addımlar tələb edir. Tiraspolun siyasəti Rusiya tərəfinin növbəti dəfə beynəlxalq razılaşmaların tələblərini pozmasının sübutudur”, - millət vəkili əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm