Nida Təhlil
Moskva İKİ SEÇİM QARŞISINDA: ya ordumuz Ermənistanı dağıdacaq, ya da...
Rusiyalı ekspert Aleksandr Bordunov Dağlıq Qarabağ
münaqişəsi ətrafındakı vəziyyət, o cümlədən, Rusiyanın müttəfiqi
olan Ermənistanın NATO-nun Gürcüstanda keçirilən təlimlərinə
qatılmasının səbəblərini şərh edib.
Publika.az xəbər verir ki, rusiyalı ekspert Qarabağ
münaqişəsi zonasında vəziyyətin kəskin olaraq qaldığına diqqət
çəkib.
Qarşılıqlı atışmalar, artilleriya zərbələri, yaxud diversiya
qruplarının fəaliyyəti haqda xəbərlər mütəmadi olaraq gündəmə
gəlir. Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsilə
bağlı Moskvanın təşəbbüsləri İrəvanın imtinası fonunda davam edir.
Baş verənlər regionda hansı nəticələri doğura bilər?!
“Ləyaqətli tərəfdaş?
Postsovet məkanında iki hərbi-siyasi hadisə baş verdi. Rusiyada
“Beynəlxalq hərbi oyunlar-2017” keçirildi və yarışlara Rusiya,
Qazaxıstan, Belarus və Azərbaycan da daxil olmaqla müxtəlif ölkələr
qatıldı. Eyni ərəfədə Gürcüstanda NATO-nun “etibarlı tərəfdaş”
təlimləri keçirildi. Bu təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə,
Almaniya, Sloveniya, Britaniya və Ukrayna ilə yanaşı, Ermənistan da
iştirak etdi.
ABŞ-ın vitse-prezidenti Maykl Pens təlimlərin gedişində Tiflisə
gəldi və Rusiyaya qarşı sərt açıqlamalar verdi.
“Rusiya Ukraynada stabilliyi pozmaq addımlarını, o cümlədən,
Suriyada, İranda və Şimali Koreyada rejimləri dəstəkləməyi
dayandırmalıdır”, - deyən Pens əlavə etdi ki, ABŞ Abxaziya və
Cənubi Osetiyanın işğalı ilə heç vaxt barışmayacaq.
Burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və
Avrasiya İqtisadi İttifaqında Rusiyanın müttəfiqi olan Ermənistanın
NATO-nun təlimlərinə qatılması diqqət çəkir. Və bunun əksinə olaraq
müstəqil siyasətilə tanınan Azərbaycanın “Avrasiya” koalisiyası
çərçivəsində keçirilən hərbi oyunlarda iştirak etməsi də
maraqlıdır.
O da maraqlıdır ki, Ermənistan 2016-cı ildə NATO-nun Gürcüstanda
keçirilən ənənəvi təlimlərində iştirak etməmişdi, lakin 2017-ci
ildə, Rusiya-ABŞ münasibətlərinin ən kəskin dövründə nümayişkaranə
şəkildə Şimal Alyansının təlimlərinə əsgər göndərdi. Bu, İrəvanın
Moskvaya ilk belə siqnalı deyil. İyul ayında Rumıniyada Şərqdən
mümkün hücumlara qarşı “Saber Guardian -2017” təlimləri keçirildi.
Həmin təlimlərdə də Ermənistan, Serbiya, Ukrayna, Gürcüstan iştirak
edirdi.
Azərbaycan Ermənistanı
dağıdacaq
Ermənistanın bu addımları Rusiyadan narazılığın nəticəsi kimi şərh
edilir. Həmçinin, Qərb İrəvanı öz planlarına çəkmək istəyir.
Ermənistanın Rusiyadan “küsməsi” 2016-cı il “aprel müharibəsi”ndən
sonra baş verdi. Xüsusilə Qarabağ münaqişəsinin həlli üçün
Rusiyanın irəli sürdüyü “Lavrov planı” erməniləri səksəkəyə saldı.
Rusiya həmin vaxt müharibənin qarşısını almaq üçün sülh planını
təklif etdi, halbuki, bunu etməsəydi, döyüşlər tammiqyaslı
toqquşmaya keçəcəkdi. Rusiya bununla həm də Ermənistanı xilas etdi.
Çünki təşəbbüs irəli sürməsəydi və müharibə davam etsəydi, silah və
peşəkarlıq baxımından yüksək olan Azərbaycan Ermənistanı alt-üst
edəcəkdi. Eyni vəziyyət hələ də hökm sürür. Əgər Rusiya münaqişədə
gərginliyi azaltmaq üçün təşəbbüslər irəli sürməsə, Azərbaycan
Ordusu Ermənistanı dağıdacaq. Bunu yəqin ki, İrəvan da anlayır.
“Lavrov planı” işğal olunmuş yeddi rayondan beşinin Azərbaycana
qaytarılmasını nəzərdə tuturdu. İki rayon ermənilərin nəzarətində
qalmalı idi və Dağlıq Qarabağın statusu daha sonra müzakirə
ediləcəkdi. Ermənistan bu plana rəsmi razılıq vermədi. 2016-cı ilin
iyununda İrəvanda “Sasne srer” millətçi qrupun qiyamı Ermənistan
hakimiyyətinə “Lavrov planı”ndan qaçmağa bəhanə verdi. İddia etdi
ki, Qərb bu qrupların əlilə ölkəyə müdaxiləyə hazırlaşır. Lakin
İrəvanın Qərb tərəfindən Rusiyaya qarşı istifadə edildiyi reallığı
dəyişmir. Bu iş erməni diasporu vasitəsilə aparılır. ABŞ-ın “DQR”-ə
rəsmi şəkildə maliyyə ayırması da təsadüfi deyil.
Azərbaycan amili
Təbii ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi Azərbaycanı
qıcıqlandırır. Qarabağda daimi gərginlik də bundan irəli gəlir.
Bakının fikrincə, Rusiya münaqişənin həlli üçün danışıqların
yenilənməsinə daha diqqətlə yanaşa bilər. Ermənistan ABŞ və NATO
ilə yaxınlaşmağa gedərək, Moskvanı şantaj edir.
Moskva üçün Bakı əhəmiyyətlidir. Xüsusilə “Şimal-Cənub” layihəsi,
silah satışı kimi məsələlər Bakı və Moskvanı yaxınlaşdırır.
Azərbaycan Rusiya və İran arasında bağlayıcı rolu oynamaqla təkcə
Cənubi Qafqazda yox, həm də Orta və Yaxın Şərqdə vazkeçilməz ölkə
olur. Bununla yanaşı, Türkiyə və Rusiyanın yaxınlaşmasında da
Azərbaycanın rolu böyükdür.
Bu kimi faktorlar Rusiyanın Azərbaycanla mehriban münasibətlərə
üstünlük verməsini şərtləndirir. Həmçinin, Rusiya Ermənistanla da
ittifaq münasibətlərini saxlamaqda maraqlıdır. Buna görə də Bakı və
İrəvan arasında müharibədə maraqlı deyil. Çünki məcburi seçim
etməli olacaq və istənilən halda uduzacaq.
Hesab etmək olar ki, Rusiyanın yeganə yolu bu iki ölkə arasında
ortaq nöqtə tapmaqdır. Azərbaycan daha azad addımlar atmağa
qadirdir, Ermənistan isə yox. Mümkündür ki, Moskva vəziyyətin
nəzarətdən çıxmaması üçün Dağlıq Qarabağ məsələsində Ermənistanı
geri çəkilməyə məcbur etsin.
Asif
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO