Moskvaya XATIRLATMA, Türkiyə Qarabağ MÜHARİBƏSİNDƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Moskvaya XATIRLATMA, Türkiyə Qarabağ MÜHARİBƏSİNDƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın son açıqlamasını şərh edib. Rusiyanın Abxaziyadakı hərbi bazasındakı hərbçilərin döyüş hazırlığı yoxlanılıb. Rusiya İŞİD-in Suriyadakı döyüşçülərinin sayını açıqlayıb. ABŞ prezidentinin impiçment tarixi açıqlanıb. Koreya böhranı ABŞ və Çin arasında hərbi qarşıdurma ilə nəticələnə bilər.

Ermənistan tərəfi bu prinsiplərin yeni olmadığını və onları qəbul etdiyini etiraf edirsə, onda artıq təfərrüatları müzakirə etmək üçün substantiv danışıqlara başlamaq lazımdır. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın son açıqlamasını şərh edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, münaqişənin həlli ilə yaranacaq əməkdaşlıq imkanlarından erməni xalqı faydalana biləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avqustun 23-də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, eyni zamanda ABŞ-ın Ermənistandakı səfiri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini “Amerikanın səsi”nin erməni xidmətində dərc etdi. Sənəddə əsas diqqətçəkən məqam ondan ibarətdir ki, burada işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından danışılır.

Beynəlxalq qanunvericilik üzrə ekspert, politoloq Fərhad Mehdiyevin amerikalı həmsədr tərəfindən dərc edilən sənədi və prezidentlərin Soçi görüşünü şərh edib. Müsahibimiz hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Amerika tərəfinin açıqladığı prinsiplər Rusiyaya bir növ siqnal xarakteri daşıyır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ və Çin arasında ticarət müharibəsi Şimali Koreyanın təcavüzkar siyasətinə görə əsl müharibəyə çevrilə bilər”. Bunu “Obozrevatel.LIVE”nin efirində ekspert, beynəlxalq hüquq mütəxəssisi Andrey Buzarov söyləyib.

“Hadisələrin inkişafının ən ehtimal edilən ssenarisi ABŞ-ın vəziyyətə hərbi obrazla təsir etmək cəhdidir”, - beynəlxalq hüquq mütəxəssisi proqnozlaşdırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Abxaziyadakı hərbi bazasındakı hərbçilərin döyüş hazırlığı yoxlanılıb. Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi hərbçilərin həyəcan siqnalı ilə ayağa qaldırıldığı barədə xəbər yayıb. Döyüş hazırlığının yoxlanılmasına 3 min hərbçi, 700-dən artıq hərbi texnika cəlb edilib.

Qeyd edək ki, Abxaziya Gürcüstanın tərkib hissəsidir. Rusiya 2008-ci il müharibəsindən sonra qondarma respublikanın müstəqilliyini tanıyıb.

Rusiyanın hazırkı siyasəti NATO-ya meydan oxumaqdır. Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.

“Soyuq müharibədən sonra biz çalışdıq ki, Moskva ilə aktiv işləyək. Lakin Rusiya öz fəaliyyəti ilə bizim aramızdakı münasibətlərin etibarsızlığına şərait yaratdı”? – deyə o bildirib.

“Qazaxıstan federasiya olmasa, onu Ukraynanın taleyi gözləyə bilər”. Təhdid xarakterli bu fikir Rusiyanın cont.ws saytında gedən yazıda yer alıb.

Qriqori Mironovun müəllifi olduğu yazıda qeyd edilir ki, rəsmi Astana müasir Qazaxıstanda rusların öz tarixi və etnik torpaqlarında yaşadıqlarını tanımaq istəmir. O iddia edir ki, bu torpaqları bolşeviklər qazaxlara hədiyyə edib.

“Rəsmi Qazaxıstan ölkədə rusdillilərin hüquqlarına etinasızlıq siyasətini davam etdirərək dövlət səviyyəsində hələlik gizli qazax millətçiliyini həyata keçirir. Hədəf gələcəkdə ölkənin monoetnik xüsusiyyətə malik olmasıdır. Hərçənd bunun nəticəsi yalnız daha pis olacaq”, - müəllif xəbərdarlq edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Donald Trampın ABŞ-da prezident seçkilərində qələbə qazanacağını düzgün proqnozlaşdıran Amerika Universitetinin professoru, tarixçi Alan Lixtman prezidentin mümkün impiçmentinin vaxtını açıqlayıb.

Daha əvvəl Lixtman söz verib ki, Trampın impiçmentini elan edəcəklər. Mümkün səbəblərin arasında isə Rusiya ilə əlaqələr, hakimiyyət tərəfindən sui-istifadə və qanun pozuntularının dəstəklənməsi göstərilir. Həmçinin qeyd edilir ki, Tramp prezidentlikdən əvvəlki cinayətlərinə görə məsuliyyətə cəlb edə bilər.

Qeyd edək ki, Alan Lixtman 1984-cü ildən bu yana keçirilən prezident seçkilərinin nəticələrini öncədən təxmin edə bilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) şefi Mayk Pompeo ABŞ Prezidenti Donald Trampın Rusiya ilə "əlaqələrini" araşdırılması işinə şəxsən nəzarət etməyə başlayıb. “Vaşinqton Post” qəzetinin yazdığına görə, Pompeonun şəxsi nəzarəti vəziyyət barəsində hansı məlumatların Ağ Evə verilməsinin izlənməsi deməkdir. İndiyə qədər Pompeo rəsmi mövqeyindən istifadə edərək istintaqın gedişinə təsir göstərməmişdi. Lakin MKİ sədri bundan sonra prezidentin tərəfdarları və rəqibləri arasında siyasi qarşıdurma zamanı öz mövqeyindən istifadə edə bilər.

Polşa və Almaniya arasında təzminat davası böyüməkdədir. Mövzu ilə bağlı növbəti bəyanat Polşanın baş naziri xanım Beata Şidlodan gəlib. Baş nazir Polşanın II Dünya müharibəsində ölkəyə vurulmuş zərərə görə Berlindən təzminat tələb edə biləcəyini deyib.

Polşanın hakim “Haqq və Ədalət” Partiyasının siyasətçiləri yalnız Almaniya deyil, həmçinin Rusiyadan hərbi təzminat tələb etmək qərarına gəliblər. Avqustun 21-də dziennik.pl portalı yazıb ki, gözlənilən təzminatın məbləği hələlik məlum deyil. Amma siyasətçilər əmin edirlər ki, trilyonlarla zlotadan (Polşanın pul vahidİ. 1 trilyon zlota təxminən 275 milyard dollardır - red.) söhbət gedir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD-in Suriyadakı döyüşçülərinin sayı 9 min nəfərdən çoxdur. Bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi general-polkovnik İqor Korobov söyləyib. O, döyüşçülərin əsasən Suriyanın mərkəzində və İraqla sərhəd rayonlarında yerləşdiyini bildirib.

Korobov İŞİD-in Suriyadakı neft yataqlarını əlindən çıxarmaq istəmədiyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm