Vaşinqtondan Bakıya QARABAĞ MESAJI, “Dördgünlük müharibə”dən ƏVVƏLKİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Vaşinqtondan Bakıya QARABAĞ MESAJI, “Dördgünlük müharibə”dən ƏVVƏLKİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland avqustun 23-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini dərc edib. Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərini ala bilər. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı verdiyi bəyanat Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunu yenidən gündəmə gətirib.Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilib. ABŞ-ın “Ən-Nüsra” Cəbhəsi bəhanəsilə İdlibə hücum əməliyyatını planlaşdırması Astana üçlüyü olan Türkiyə, Rusiya və İranı hərəkətə gətirib. ABŞ yeni nəsil nüvə başlıqlı raketlərin hazırlanmasına başlayıb. KXDR ABŞ və Cənubi Koreyanı növbəti dəfə təhdid edib. Koreya böhranı ABŞ və Çin arasında hərbi qarşıdurma ilə nəticələnə bilər.

Azərbaycan, Dağlıq Qarabağ

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biridir. Bu haqda “İzvestiya” nəşrinə müsahibəsində hərbi ekspert, “Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov deyib.

S-500 “Prometey” S-500 və “Antey-4000” Rusiyada yaradılan hava-kosmik müdafiəsinin vahid milli sisteminin əsas elementləri hesab edilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biri olması barədə informasiya Ermənistanda qorxu ilə qarşılanıb. Erməni siyasi şərhçi Aram Amatuni hesab edir ki, sözegedən silaha Azərbaycanın sahib olması ehtimalı Ermənistan üçün olduqca təhlükəlidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması haqqında müqavilə imzalanıb. Bu barədə avqustun 22-də Rusiyanın “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev bildirib. Erməni siyasi şərhçi Sarkis Artsruni Rusiya-Türkiyə arasında keyfiyyətcə yeni əməkdaşlığın Qarabağ problemində yeni çağırış olduğunu bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland avqustun 23-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini “Amerikanın səsi”nin erməni xidmətində dərc edib. Sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından danışılır.

Sənədə əsasən, Dağlıq Qarabağın ətrafındakı ərazilər (həmsədr məhz “işğal edilmiş” ifadəsindən istifadə edib - red.) Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Qeyd edilir ki, Dağlıq Qarabağı Ermənistanı bağlayan dəhliz olmalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan tərəfi bu prinsiplərin yeni olmadığını və onları qəbul etdiyini etiraf edirsə, onda artıq təfərrüatları müzakirə etmək üçün substantiv danışıqlara başlamaq lazımdır. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın son açıqlamasını şərh edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın açıqladığı sənəddə əsas diqqətçəkən məqam ondan ibarətdir ki, burada işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından danışılır. Beynəlxalq qanunvericilik üzrə ekspert, politoloq Fərhad Mehdiyev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Amerika tərəfinin açıqladığı prinsiplər Rusiyaya bir növ siqnal xarakteri daşıyır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin (CHD) hərbi bazasının kəşfiyyat bölmələrinin hərbçiləri ilk dəfə gücləri şərti düşmənin arxasına keçirmək üzrə təlimlərə başlayıb. Təlimlərə Mi-24P hücum vertolyotu və Mi-8Mt ordu aviasiyasının hərbi-nəqliyyat vertolyotu, eləcə də Rusiyanın Cənubi Qafqazdakı hərbi birləşməsinin pilotsuz uçan aparatları cəlb edilib.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı verdiyi bəyanat Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunu yenidən gündəmə gətirib. Politoloq Fikrət Sadıxov hesab edir ki, Ankara özünün xarici siyasət prioritetlərini heç zaman dəyişməyəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“İrəvan bu məsələdən sui-istifadə etmək niyyətindədir və istəkləri yalnız Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı deyil”. Bunu politoloq Qabil Hüseynli Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı verdiyi bəyanata Ermənistan tərəfindən verilən reaksiyaları şərh edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avqustun 23-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə erməni həmkarı Serj Sarkisyan arasında görüş keçirilib. Rusiya KİV-lərinin yaydığı məlumata görə, görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar. Bundan əlavə Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dair məsələlər müzakirə edilib.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

“Peterburq siyasəti” Fondu ekspertləri Rusiya prezidenti Vladimir Putinin “varislərı” reytinqini hazırlayıb. Reytinq siyahısında Putinin mümkün varislərinin adı yer alıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ cari ilin avqustun 23-də bütün Rusiya üzrə qeyri-miqrasiya vizaların verilməsini müvəqqəti dayandırıb. Bu haqda ABŞ-ın Rusiyadakı səfirliyindən bildirilib.

“Bu prosedur 1 sentyabr 2017-ci il tarixindən Moskvada bərpa ediləcək”, - səfirliyin saytında deyilir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvanın cavab addımının olmayacağını bildirib.

Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Anatoli Antonovu ABŞ-a səfir təyin edib. Antonov həmçinin Amerika Dövlətləri Təşkilatında Rusiyanın daimi nümayəndəsi təyin edilib. Rusiyanın ABŞ-dakı səfiri postunu daha əvvəl Sergey Kislyak tuturdu.

ABŞ Şimali Koreyanın nüvə və raket proqramına dəstək verdikləri üçün Çinin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib. Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur.

Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski 2018-ci ildə keçiriləcək prezident seçkisində iştirak edəcək. Bunu Jirinovskinin özü “Danışır Moskva” radiosuna açıqlamasında söyləyib. “Mən mütləq seçkidə iştirak edəcəyəm. Əgər hazırkı prezident Vladimir Putin seçkidə iştirak etməsə, o zaman qələbə mənim olacaq”, – deyə o bildirib.

Moldova BMT-dən Rusiya hərbçilərinin Dnestryanıdan çıxarılması məsələsinin 72-ci Baş Assambleyanın gündəminə daxil edilməsini istəyib. Bu sözlər Moldovanın BMT-dəki daimi nümayəndəsi Viktor Morarunun BMT baş katibinə göndərdiyi məktubda yer alıb. Onun sözlərinə görə, Moldovadakı rus hərbçiləri təhlükəsizlik üçün əsas təhdiddir.

Qeyd edək ki, bundan öncə Moldova Konstitusiya Məhkəməsi Rusiya hərbçilərinin Dnestryanıdakı mövcudluğunu qanunsuz adlandırıb.

BMT-nin Baş Assambleyası sentyabrın 12-də fəaliyyətə başlayacaq.

ABŞ-ın dövlət katibi Reks Tillerson növbəti dəfə Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda və beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib.

“Rusiya, həqiqətən, taliblərə silah-sursat tədarük edir, bu beynəlxalq hüquqa, BMT TŞ-nin normalarına ziddir. Biz, əlbəttə ki, buna qarşı çıxış edirik və Rusiyanı buna fikir verməyə çağırırıq”, - deyə Tillerson qeyd edib.

Rusiya tərəfi bu ittihamları əsassız adlandırıb.

ABŞ Senatının kəşfiyyatı üzrə komitəsi kibertəhlükəsizlik üzrə qanun layihəsini dərc edib. Qanun layihəsi ABŞ prezidenti Donald Trampa Konqresin razılığı olmadan kibertəhlükəsizlik məsələləri üzrə Rusiya ilə əməkdaşlığı qadağan edir. Sənəd həmçinin Rusiya tərəfindən kibertəhlükələr və ABŞ-ın seçki sisteminə kiberhücumlara qarşı ümumdövlət strategiyasının yaradılmasını tələb edir.

Rusiyanın hazırkı siyasəti NATO-ya meydan oxumaqdır. Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.

“Soyuq müharibədən sonra biz çalışdıq ki, Moskva ilə aktiv işləyək. Lakin Rusiya öz fəaliyyəti ilə bizim aramızdakı münasibətlərin etibarsızlığına şərait yaratdı”? – deyə o bildirib.

Donald Trampın ABŞ-da prezident seçkilərində qələbə qazanacağını düzgün proqnozlaşdıran Amerika Universitetinin professoru, tarixçi Alan Lixtman prezidentin mümkün impiçmentinin vaxtını açıqlayıb. Qeyd edək ki, Alan Lixtman 1984-cü ildən bu yana keçirilən prezident seçkilərinin nəticələrini öncədən təxmin edə bilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

MKİ şefi Mayk Pompeo ABŞ Prezidenti Donald Trampın Rusiya ilə "əlaqələrini" araşdırılması işinə şəxsən nəzarət etməyə başlayıb. “Vaşinqton Post” qəzetinin yazdığına görə, Pompeonun şəxsi nəzarəti vəziyyət barəsində hansı məlumatların Ağ Evə verilməsinin izlənməsi deməkdir.

Polşa və Almaniya arasında təzminat davası böyüməkdədir. Mövzu ilə bağlı növbəti bəyanat Polşanın baş naziri xanım Beata Şidlodan gəlib. Baş nazir Polşanın II Dünya müharibəsində ölkəyə vurulmuş zərərə görə Berlindən təzminat tələb edə biləcəyini deyib.

Polşanın hakim “Haqq və Ədalət” Partiyasının siyasətçiləri yalnız Almaniya deyil, həmçinin Rusiyadan hərbi təzminat tələb etmək qərarına gəliblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avqustun 23-də İsrailin baş naziri Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında Soçidə görüş keçirilib. Tərəflər Yaxın Şərqi, Suriya, Livan və Yəməndəki kritik vəziyyəti, terrorla birgə mübarizə məsələlərini müzakirə edib.

Netanyahu İŞİD terror qruplaşmasını müxtəlif ölkələrin əməkdaşlığı vasitəsilə məhv etməyin labüdlüyündən danışarkən İranın İsrail və dünya üçün yaratdığı təhlükəni də unutmamaq lazım olduğunu vurğulayıb.

ABŞ Müdafiə Nazirliyi yeni nəsil nüvə başlıqlı raketlərin hazırlanmasına başlayıb. “Röyters” agentliyi yeni raketlərin hazırlanması üçün Pentaqonun “Lokhid Martin” və “Rayton” şirkətləri ilə müqavilə imzaladığını yazıb. Müqavilənin dəyərinin 1,8 milyard dollar olduğu vurğulanır.

Yeni raketlərin 4,5 ilə başa gələcəyi gözlənilir. ABŞ bu raketləri öz silahlanmasına 2030-cu ildə qəbul edəcək.

Qeyd edək ki, ABŞ öz nüvə silahlarının modernləşdirilməsinə 350 milyard dollar xərcləyəcək.

İŞİD terror qruplaşması İspaniyanı yeni hücumlarla hədələyib. “Pais” qəzetinin məlumatına görə, döyüşçülər ispan dilində İspaniyanın ünvanına təhdidlərin yer aldığı videonu sosial şəbəkələrdə dərc ediblər.

Xatırladaq ki, avqustun 17-də avtofurqon Barselonanın mərkəzi hissəsində insanların arasına girib. Həmin gün analoji hadisə Barselonadan 120 kilometr uzaqlıqda yerləşən Kambrils şəhərində baş verib. Rəsmi məlumatlara görə, terror aktları nəticəsində 15 nəfər həlak olub, 130-u yaralanıb.

Terror hücumlarına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Türkiyə, İran, Yaxın Şərq, Mərkəzi Asiya

Avqustun 23-də ABŞ-ın müdafiə naziri Ceyms Mettis Türkiyəyə səfər edib. Səfərin gündəliyinə Yaxın Şərqdəki münaqişələr, həmçinin Suriya və İraqda böhranlarının həlli, terror təşkilatları ilə mübarizə məsələləri daxil idi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mettislə görüşdə ABŞ-ın PKK/PYD terror təşkilatlara verdiyi dəstəyə görə narahatlığını ifadə edib.

Rusiya hərbi aviasiyası İŞİD terror təşkilatına ağır zərbə vurub. “Ulduz” telekanalın saytında aviazərbələrin kadrları dərc edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın “Ən-Nüsra” Cəbhəsi bəhanəsilə İdlibə hücum əməliyyatını planlaşdırması Astana üçlüyü olan Türkiyə, Rusiya və İranı hərəkətə gətirib. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiridən sonra Rusiyanın Baş qərargah rəisi Valeri Gerasimov İdlib mövzusu ilə əlaqədar Ankaraya gələcək.

Yalova Universitetinin müəllim, Yaxın Şərq və beynəlxalq əlaqələr üzrə mütəxəssis Cengiz Tomar hesab edir ki, Afrin və İdlib Türkiyə üçün taleyüklü mövzulardı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran və Türkiyə PKK terror təşkilatına qarşı birgə mübarizə apara bilər. Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, mövzu ötən həftə Türkiyəyə səfər edən İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiri ilə danışıqlarda müzakirə edilib. Bu, Türkiyə və İranın münasibətləri tarixində belə yüksək səviyyəli birinci hərbi görüş idi.

Lakin Ərdoğanın bu bəyanatı İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) tərəfindən təkzib olundu. "Biz xaricdə əməliyyatlar həyata keçirmirik. Lakin İran ərazisində dövlətə qarşı olan istənilən insan və qruplaşmaya qarşı dayanacağıq. Eləcə də İranda istənilən terror cəhdinin qarşısını alacağıq", - mətbuat xidmətindən bildiriblər.

Bununla belə Türkiyə KİV-i PKK terror təşkilatına qarşı birgə əməliyyatın bəzi detalları yazıb. İranlı generalla aparılan danışıqlarda 3 fərqli əməliyyat planının müzakirə edildiyi bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

PKK terror təşkilatı Suriyanın Afrin bölgəsini “ikinci Qəndil”ə (PKK-nın əsas qərargahı, İraqda yerləşir –red.) çevirib. Bölgədə təlim görmüş 20 min terrorçu var.

“Suriyanın İdlib şəhərinə qarşı keçirilməsi planlaşdırılan əməliyyat Türkiyənin küncə sıxışdırılmasıdır”. Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə sərhədində “Əl-Qaidə” terror təşkilatının mövcudluğu barədə ABŞ-ın Suriya nümayəndəsinin bəyanatı məqsədli şəkildə səsləndirilib.

“Qəndil və Sincar məhv edilməlidir. Qəndil yerlə-yeksan edilməlidir”, - partiya sədri bildirib.

O, Şimali İraq kürd muxtariyyətində keçirilməsi planlaşdırılan referendumu “Kürdüstan”ın məşqi addlandırıb. “Referendum Türkiyə üçün lazım olarsa, müharibə səbəbi olaraq qiymətləndirilməlidir”, - Dövlət Baxçalı bildirib.

“Suriyada başqa bir dövlətin qurulmasına heç vaxt icazə verməyəcəyik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında 39-cu muxtarlar toplantısında çıxışında deyib.

“Biz bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”, - prezident bildirib.

İsrail İranın Suriyada dəniz və aviasiya bazaları yaratması cəhdləri ilə barışmayacaq. Bunu jurnalistlərə açıqlamasında İsrail Müdafiə naziri Aviqdor Liberman söyləyib.

“Söhbət burada İranın Suriyada bazalar yaratmasından, Livan ərazisində yüksək dəqiqliyə malik silahların istehsalından gedir. Biz bununla barışmayacağıq”, – deyə o bildirib.

Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması haqqında müqavilə imzalanıb. Bunu “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev bildirib. Onun sözlərinə görə, müqavilə hələ qüvvələyə minməyib və bəzi texniki nüanslar qalır.

Rusiyanın “Fontanka” nəşri şəxsi hərbi şirkət olan “Vaqner qrupu”nun Suriyada itkilərini sübut edib. Nəşrin yazdığına görə, 2016-cı il aprel-may aylarında Palmira şəhərinin azad edilməsi üzrə əməliyyatın gedişatında qeyri-formal hərbiləşdirilmiş təşkilatın təxminən 32 döyüşçüsü həlak olub, 80-ni ağır yaralanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyadan müxalifətin terrorçulardan ayrılması və neytral zonaların yaradılması bu ölkədə vətəndaş müharibəsini bitirməyə imkan verdi. Bunu Livan Müdafiə naziri Yaqub Sərrafla görüşü zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ildən bu yana davam edir. Vətəndaş müharibəsi zamanı 300 mindən çox insan həlak olub.

İŞİD-in Suriyadakı döyüşçülərinin sayı 9 min nəfərdən çoxdur. Bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi general-polkovnik İqor Korobov söyləyib. O, döyüşçülərin əsasən Suriyanın mərkəzində və İraqla sərhəd rayonlarında yerləşdiyini bildirib.

Korobov İŞİD-in Suriyadakı neft yataqlarını əlindən çıxarmaq istəmədiyini söyləyib.

Pakistan terrorçulara sığınacaq verir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp söyləyib. “Pakistan tez-tez xaos, terror agentlərinə sığınacaq verir. İslamabadın siyasəti təhdid kəsb edir”, – deyə o bildirib.

Qeyd edək ki, dünən ABŞ prezidenti Əfqanıstana əlavə hərbi kontingentin göndərilməsi barədə fərman imzalayıb.

Pakistan hakimiyyəti özünün terrorizmə yanaşmasını dəyişməlidir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Reks Tillerson söyləyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərdə gərginlik terrorçuların tez-tez Pakistanda gizlənməsi ucbatından yaranıb:

“Pakistan öz antiterror siyasətinə yenidən baxmalıdır. Əgər Pakistan heç bir addım atmasa, ABŞ onu cəzalandıracaq və ya onu böyük müttəfiq statusundan məhrum edəcək”.

“Qazaxıstan federasiya olmasa, onu Ukraynanın taleyi gözləyə bilər”. Təhdid xarakterli bu fikir Rusiyanın cont.ws saytında gedən yazıda yer alıb.

Qriqori Mironovun müəllifi olduğu yazıda qeyd edilir ki, rəsmi Astana müasir Qazaxıstanda rusların öz tarixi və etnik torpaqlarında yaşadıqlarını tanımaq istəmir. O iddia edir ki, bu torpaqları bolşeviklər qazaxlara hədiyyə edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna

“Ukraynanın müstəqilliyinin 26-cı ili onunla əlamətdar oldu ki, ölkə Rusiya ilə hibrid müharibənin yaratdığı dərin böhranın öhdəsindən gəldi”. Bu bəyanatla Ukrayna prezidenti Pyotr Poroşenko çıxış edib.

“Bu yalnız Rusiya qoşunlarının və müasir silahların cəbhəyə çatdırılması deyil, həm də Rusiya bazarlarının bağlanması və Ukrayna istehsalı olan məhsulların sifarişlərinin dayandırılmasıdır. Bu, ticarət müharibəsidir, bu, bizim ərazimizdə terror əməliyyatlarıdır. Biz dözdük və öhdəsindən gəldik. Ən qorxunc dövr artıq arxadadır”, - Poroşenko bildirib.

Avqustun 21-də ABŞ-ın Ukrayna üzrə rəsmi nümayəndəsi Kurt Volkerlə Rusiya rəsmi nümayəndəsi Vladislav Surkov arasında Minskdə mətbuata qapalı görüş keçirilib.

Rusiya prezidenti Vladimir Putin yaxın gələcəkdə Minsk razılaşmalarının qismən icrasına gedə bilər. Bu haqda Ukraynanın “Obozrevatel” nəşrinə “Center for Eastern European perspectives in Washington D.C” təşkilatının direktoru Nikolay Vorobyov deyib.

“Mümkündür ki, Rusiya qoşunların Donbasdan çıxarılması ilə razılaşacaq və bunu Minsk razılaşmalarının öz üzərinə düşən hissəsinin icrası kimi təqdim edəcək. Bundan sonra Ukraynaya Donbasa xüsusi statusun verilməsi təklif ediləcək. Belə variant bundan iki il əvvəl müzakirə edilirdi”, - Vorobyov qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ heç vaxt Krımın Rusiya tərəfindən anneksiyasını qəbul etməyəcək. Bunu Kiyevə səfəri zamanı jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib.

“ABŞ hər zaman Ukraynanın yanındadır. Biz heç vaxt Krımın anneksiyasını qəbul etməyəcəyik. Vaşinqton Moskvanın Minsk razılaşmasını yerinə yetirməsi üçün təzyiqlər edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Kiyevdə Ukraynanın Müstəqillik Günü ilə əlaqədar hərbi parad keçirilib. Paradda NATO hərbçiləri də iştirak edib.

Ukraynanın nəzarətində olmayan Donbas ərazilərindəki Rusiya qüvvələri təmas xəttinin yaxınlığında yerləşən mülki müəssisələrdə Minsk sazişi ilə qadağan edilmiş silah və hərbi texnika gizlədirlər və ATƏT-in xüsusi monitorinq missiyasının müşahidəçilərini həmin əraziyə buraxmırlar. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi informasiya yayıb.

“Silahların aşkarlanmasının qarşısını almaq üçün düşmən həmin obyektlərin yoxlanılması zamanı ATƏT nümayəndələrinin işlərini məhdudlaşdırır və ya texnikanı köçürür”, - idarədən bildirilib.

Qadağan edilmiş silah və hərbi texnikanın “Debaltsevo” metallurgiya maşınqayırma zavodunun ərazisində olduğu qeyd olunub.

Ukrayna hökuməti Donbasda müharibənin dayandırılmasının əlavə mexanizmlərinə baxır. Publika.az xəbər verir ki, bunu NATO-da Ukrayna nümayəndəliyinin başçısı Vadim Pristayko “Azadlıq” radiosunun efirində deyib.

Onun sözlərinə görə, regionda sülhməramlıların yerləşdirilməsi prioritet variantdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Koreya Xalq Demokratik Respublikası (KXDR) döyüş başlıqlarının və raket mühərriklərinin istehsalını artıracaq. Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, KXDR lideri Kim Çen In Kimya Materialları Elmi İnstitutuna baş çəkib və bərk yanacaqlı raket mühərriklərinin, döyüş başlıqlarının istehsalını artırmaq barədə göstəriş verib.

"O, göstəriş verdi ki, institut yüksək dəqiqlikli cihazlar, karbon və qarışıq materiallardan istifadə etməklə bərk yanacaqlı raket mühərriklərinin və döyüş başlıqlarının istehsalını artırsın", - deyə xəbərdə qeyd edilir.

Avqustun 21-də Koreya yarımadasında “Ulchi Freedom Guardian” (UFG) adlı hərbi təlimlər başlayıb. On gün davam edəcək ABŞ-Cənubi Koreya təlimlərində təxminən 50 min Cənubi Koreya və 17,5 min amerikalı hərbi qulluqçu iştirak edir.

Koreya Xalq Demokratik Respublikası birgə təlimlər keçirən ABŞ və Cənubi Koreyanı “amansız cəza” ilə hədələyib. Bu haqda Koreya Xalq Demokratik Respublikasının hərbi komandanlığının elan edilmiş bəyanatında deyilir.

Pxenyan təlimlərı silahlı konfliktin məşqi kimi qəbul edib.

Şimali Koreya həmçinin ABŞ-a məxsus Quam adasını necə məhv edəcəyinə dair video hazırlayaraq, internet şəbəkəsinə yerləşdirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Sülhün müdafiəsi üzrə xalq komitəsi ABŞ və Cənubi Koreyanı növbəti dəfə təhdid edib. Komitənin bəyanat KXDR-in dövlət telekanalında səsləndirilib.

Bəyanatda ABŞ və Cənubi Koreyanın birgə təlimləri “nüvə barıt anbarının üstündə odla oyun” adlandırılıb. Bildirilib ki, Pxenyan düşmənçiliyin açıq təzahürünə cavab verəcək.

Avqustun 22-də Koreya yarımadasında “Ulchi Freedom Guardian” (UFG) adlı hərbi təlimlər başlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ və Çin arasında ticarət müharibəsi Şimali Koreyanın təcavüzkar siyasətinə görə əsl müharibəyə çevrilə bilər”. Bunu “Obozrevatel.LIVE”nin efirində ekspert, beynəlxalq hüquq mütəxəssisi Andrey Buzarov söyləyib.

“Hadisələrin inkişafının ən ehtimal edilən ssenarisi ABŞ-ın vəziyyətə hərbi obrazla təsir etmək cəhdidir”, - beynəlxalq hüquq mütəxəssisi proqnozlaşdırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya avqustun 26-da növbəti dəfə Yapon dənizinə bir neçə qısamənzilli ballistik raket atıb. Bu barədə Cənubi Koreya ordusu məlumat yayıb

Bu, Şimali Koreyanın 2017-ci ildə gerçəkləşdirdiyi 13-cü ballistik raket sınağıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm