“Xorvat ssenarisi” üzrə QƏLƏBƏ, kiçik qrupların MÜHARİBƏSİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

“Xorvat ssenarisi” üzrə QƏLƏBƏ, kiçik qrupların MÜHARİBƏSİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri rəsmən işə başlayıb. Livan ordusu avqustun 19-dan etibarən İŞİD terror təşkilatına qarşı başlatdığı əməliyyatı başa çatdırıb. Donbasın reinteqrasiyası haqqında qanun layihəsində Rusiya ilk dəfə olaraq Ukrayna qanunvericiliyi səviyyəsində işğalçı dövlət adlandırılacaq. Şimali Koreyanın yeni raket sınağı Koreya yarımadasında vəziyyəti yenidən gərginləşdirib. Myanmada son 3 gün ərzində üç min müsəlmanı qətlə yetirilib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer rəsmən işə başlayıb. ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nouertin bəyanatında bildirilir.

Bəyanatda vurğulanır ki, E.Şofer Avropa və beynəlxalq təşkilatlarla zəngin iş təcrübəsinə malikdir.

"ABŞ beynəlxalq hüquqa, o cümlədən Helsinki Yekun Aktında əksini tapmış güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını müəyyən etmə prinsiplərinə əsaslanan ədalətli həll yollarının axtarılması üçün səy göstərəcək", - deyə sözçünün bəyanatında qeyd olunur.

E.Şoferin təyinatı barədə qərar Azərbaycan və Ermənistan hökumətlərinə göndərilib. Bununla da, o, rəsmi olaraq vəzifəsinin icrasına başlamış sayılır.

Bu təyinatdan əvvəl E. Şofer ABŞ-ın Vyanadakı beynəlxalq təşkilatlarda müvəqqəti işlər vəkili vəzifəsini tutub. 2015-ci ilin avqustundan 2017-ci ilə qədər o, missiyanın sözçüsünün müavini olub. Buna qədər diplomat 2914-cü ilin avqustundan 2015-ci ilə qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə müşavir kimi çalışıb. 2011-2014-cü illərdə ABŞ-ın Kiprdəki səfirinin müavini olub, ABŞ-ın Küveyt, Bəhreyn və Rusiyadakı səfirliklərində işləyib.

Vaşinqtonda isə Dövlət Departamentinin İraq üzrə bölməsində çalışıb, dövlət katibinin müavinin siyasi məsələlər üzrə köməkçisi olub.

Ermənistanın müdafiə nazirinin müavini Ara Nazaryan Surenoviç vəzifəsindən azad edilib. Bu barədə Ermənistan prezidentinin rəsmi saytında məlumat yayılıb.

Onun tutduğu postdan hansı səbəbdən uzaqlaşdırıldığı məlum deyil.

ABŞ Prezidenti Donald Tramp Rusiyanı “böyük dövlət” adlandırıb. O, bunu Finlandiya Prezidenti Sauli Niinistyo ilə görüşü zamanı deyib.

“Ümid edirəm ki, bizim Rusiya ilə münasibətlərimizi yaxşılaşacaq. Mən bunu illərlə aydın şəkildə söyləmişəm. Bu, çox vacibdir. Rusiya nüvə gücü olan böyük ölkədir”, – o bildirib.

Almaniyada bundestaqa seçkilər ərəfəsində (sentyabrın 24-də keçiriləcək - red.) kansler Angela Merkel və onun əsas rəqibi olan Sosial-Demokrat Partiyasının sədri Martin Şults arasında mübarizə kəskinləşib. Kanslerin ABŞ-dan asılılığı və Rusiya barəsində siyasəti seçkiqabağı kampaniyanın mərkəzi məsələləridir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Almaniya kansleri Angela Merkel Türkiyə ilə yaxşı münasibətlər qurmaq istədiyini bildirib. O, son vaxtlar Türkiyə ilə münasibətlərin çox mürəkkəbləşdiyini bildirib.

Livan ordusu avqustun 19-dan etibarən İŞİD terror təşkilatına qarşı başlatdığı əməliyyatı başa çatdırıb. Ordudan verilən rəsmi açıqlamada “Dağların şəfəqi” adlı hərbi əməliyyatlar çərçivəsində Livanın terrorçulardan tamamilə təmizləndiyi və bölgənin nəzarət altına alındığı bildirilib.

Ordu komandirinin mətbuata verdiyi məlumata görə, son İŞİD üzvü bölgəni dünən gecə saatlarında tərk edib və beləliklə, əməliyyat başa çatıb. Sərhəd təhlükəsizliyi bərpa edilib və keçid nöqtələrinə əsgərlər yerləşdirilib.

Media nümayəndələri əməliyyatın aparıldığı bölgələrdə tura çıxıb və “Dağların şəfəqi”nin izi ilə İŞİD-in məhv edildiyi yerləri əyani olaraq seyr edib.

Hazırda Livan ordusu və Hizbullah təşkilatı bölgədə İŞİD tərəfindən qazılan mağaraları, hazırlanan barrikadaları və basdırılan minaları məhv etmək işləri aparır.

Donbasın reinteqrasiyası haqqında qanun layihəsində Rusiya ilk dəfə olaraq Ukrayna qanunvericiliyi səviyyəsində işğalçı dövlət adlandırılacaq. Bunu prezident Pyotr Poroşenkonun parlamentdə nümayəndəsi İrina Lutsenko bildirib.

O, Ukraynanın "Beşinci kanalı"nın efirində deyib ki, qanunvericilik səviyyəsində işğalçı dövlət anlayışı ilk dəfə Rusiyaya qarşı tətbiq olunacaq.

Hazırda Ukraynanın şərqində qanunsuz silahlı birləşmələrin tərkibində təxminən 30 min döyüşçü var. Onlardan 4 mini Rusiyanın kadr hərbçisidir. Bu haqda dsnews.ua internet nəşri üçün hərbi ekspert Mixail Jiroxov yazıb.

Rusiya ilə müharibənin mümkün ssenarilərindən danışan ekspert qeyd edir ki, Donbasın işğal edilmiş ərazisində təxminən 350 tank var. Donbasdakı 30 min döyüşçünün ən azı 30 faizini Rusiya vətəndaşları təşkil edir. Onların da əksəriyyəti artıq kadr döyüşçüsü olmayan peşəkar hərbçilərdir.

Hərbi ekspert bildirir ki, bu gün Donbasda vəziyyətin inkişafının variantları çox deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ İranla imzalanan nüvə razılaşmasından çıxsa, Avropa Birliyi buna qarşı effektiv tədbirlər görə biləcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov söyləyib.

“Biz ABŞ tərəfdən İranla imzalanan müqavilənin şərtlərini yerinə yetirməmək təşəbbüsü müşahidə edirik. Bütün bunlar müqavilənin ruhuna qarşıdır. Bu, həm də ABŞ-ın müqavilələrə sadiqliyini şübhə altına qoyur. Vaşinqtonun İranla nüvə razılaşmasından çıxması regional təhlükəsizliyə böyük zərbə olacaq”, – deyə o bildirib.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Yaponiya istiqamətində buraxdığı növbəti raket bölgədə vəziyyəti yenidən gərginləşdirib. ABŞ, Yaponiya və Cənubi Koreya Pxenyanı sərt cavabla hədələyirlər.

Bu gün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək. İclasda Pxenyana qarşı atılacaq addımların müzakirə olunması istisna edilmir. Cənubi Koreya və ABŞ artıq bildirib ki, Şimali Koreya təxribatlarına cavab olaraq hərbi ölçülərə baxılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın bu gün keçirdiyi növbəti raket sınağına sərt reaksiya göstərib. “Mən Pxenyanın Yaponiya istiqamətində raketlər buraxmasını şiddətlə qınayıram. Şimali Koreya raket proqramını dərhal dayandırmalıdır”, - baş katib Tvitter hesabında yazıb.

Rusiya rəsmi Pxenyandan BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnamələrə riayət etməsini tələb edir. Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov danışıb.

“Biz BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinə sadiqik. Şimali Koreyadan olan qonşularımızın qətnamələrə tam şəkildə riayət etməsində israr edirik. Təhlükəsizlik Şurasında müzakirələrin gedişinə biz bu istiqamətdə rəhbərlik edirik və təşkil olunması nəzərdə tutulan danışıqlara da rəhbərlik edəcəyik”, - Lavrov bildirib.

Koreya yarımadası barıt çəlləyinə bənzəyir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədri Leonid Slutski söyləyib.

“Bu bizi narahat edir. Şimali Koreyanın bitməz raket sınaqları ABŞ-ın bu ölkənin rəhbərliyinə qarşı provokasyalarına bərabərdir. Bütün bunlar düzəldilməsi mümkün olmayan nəticələrə səbəb ola bilər. Şimali Koreyaya hərbi müdaxilə dalana dirənmək bir şeydir”, – deyə o bildirib.

Dünya ictimaiyyəti de-fakto nüvə silahına sahib olan dövlətlərin statusunu leqallaşdırmalıdır. Bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev söyləyib.

Nazarbayev Astananın Şimali Koreyanın ballistik raket sınağından narahat olduğunu bildirib.

Myanmada ordu Arakan ştatında son 3 gün ərzində üç min müsəlmanı qətlə yetirib. Bu haqda Avropa Rohinya Şurasının (ERC) sözçüsü doktor Anita Sçuq məlumat yayıb.

O, qətliamda yalnız bir oğlan uşağının sağ qaldığını deyib. Anita Sçuq son günlər müsəlmanlara qarşı törədilən qırğınların 2012 və 2016-cı ildə yaşanan qırğınlardan dəfələrlə çox olduğunu söyləyib.

Ştatın yalnız bir kəndində - Saugparada 1000-ə yaxın müsəlman öldürülüb.

Qeyd edək ki, silahlı qrupların ötən həftənin cümə günü polis bölməsinə hücum etməsindən sonra ştatda qarşıdurmalar yenidən alovlanıb.

Əhalinin əksəriyyətini təşkil edən buddistlərlə arakanlı hind mənşəli müsəlmanlar arasındakı gərginliyin səbəbi üç təməl faktora söykənir. Birincisi, buddistlər və müsəlmanlar regional hökmranlıq uğrunda mübarizə aparırlar. Onlar bunun üçün də tarix ərzində fərqli ittifaqlara üstünlük verirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm