ABŞ-ın içindən başlanan İŞĞAL, payızda Dağlıq QARABAĞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

ABŞ-ın içindən başlanan İŞĞAL, payızda Dağlıq QARABAĞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan dünyanın ən güclü orduları arasında 58-ci yerdə qərarlaşıb. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatı Ermənistanda hələ də müzakirə mövzusudur. Berlin Türkiyə və Almaniya arasında münasibətləri daha da gərginləşdirən addım atıb. Rusiya Federasiyasının diplomatik missiyasının əməkdaşları ABŞ-ın bir neçə ştatında hərbiləşdirilmiş dəstələrdən ibarət şəbəkələr yaradır.

Rusiya prezidenti Vladimir Putinlə erməni həmkarı Serj Sarkisyan arasında Soçidə keçirilən görüş ötən həftənin (görüş 23 avqustda Soçidə keçirilib - red.) əsas siyasi hadisəsi oldu. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatı da görüşlə üst-üstə düşdü.

Erməni KİV-ləri bəyanatın Ermənistan hakimiyyətinin xoşuna gəlmədini yazıb.

Putin-Sarkisyan görüşündən bir neçə saat əvvəl “Amerikanın səsi”nin erməni xidmətində dərc edilən sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından danışılırdı. Sənədə əsasən, Dağlıq Qarabağın ətrafındakı ərazilər (həmsədr məhz “işğal edilmiş” ifadəsindən istifadə edib - red.) Azərbaycanın nəzarətinə qaytarılmalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vestikavkaza.ru saytının yazdığına görə, Soçi görüşünün gedişatında aydınlaşmalı idi: payızda Dağlıq Qarabağ problemi ilə bağlı yeni sammit çağırılacaqmı?

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Riçard Hoqlandın bəyanatı yeni deyil, onlara ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə birgə bəyanatlarında dəfələrlə istinad ediblər”. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Hesab edirik ki, üç ölkəyə məxsus olan komanda ruhu saxlanılacaq”, - Zaxarova qeyd edib.

O, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə məlumatının olmadığını da vurğulayıb.

Erməni jurnalistin Dağlıq Qarabağın danışıqlar prosesinə tərəf kimi qoşulmasının mümkünlüyü ilə bağlı sualına isə Rusiya XİN sözçüsü cavab verib ki, bu məsələ barədə Moskvanın ənənəvi mövqeyi var.

Azərbaycan dünyanın ən güclü orduları arasında 58-ci yerdə qərarlaşıb. Bu haqda “Global Fire Power” portalının hesabatında deyilir.

Dünyanın ən güclü ordusu ABŞ-dır. Reytinq siyahısında Rusiya ikinci yerdədir. İlk onluqda sonrakı yerlərdə Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir qərarlaşıb.

Ermənistan 93-cü, Gürcüstan isə 82-ci yerdədir. Dünyanın ən yaxşı ordularının reytinq siyahısında 133 ölkədən ibarətdir. Məlumata görə, siyahının hazırlanmasında “Global Fire Power” şirkəti kompleks tədqiqat aparıb və 50-dən çox amil, o cümlədən silahların sayı, onların müxtəlifliyi, orduda kadrların sayı, ehtiyatda olan kadrların sayı, hərbi sahənin maliyyələşməsi səviyyəsi və ölkənin nəqliyyat infrastrukturu nəzərə alınıb. Nüvə arsenalına malik ölkələr bonus balları alıb.

Bundan başqa, NATO-nun üzvü olan ölkələr də əlavə bonuslar alıblar.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İrəvan ofisi fəaliyyətini rəsmən dayandırıb. Bu barədə ATƏT-in mətbuat xidmətindən bildirilib.

Vurğulanıb ki, ATƏT-in Daimi Şurası Ermənistanda təşkilatın nümayəndəliyinin mandatının uzadılması məsələsində konsensus əldə edə bilməyib.

Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa İttifaqının Gömrük Birliyi ilə razılaşmasının genişlənməsinə veto qoyub. Kansler bu haqda Avropa Komissiyasının sədri Jan-Klod Yunkeri məlumatlandırıb.

Qeyd edək ki, son vaxtlar Türkiyə və Almaniya arasında münasibətlərin pisləşib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrailin “muzdlu qatili” hesab olunan Məhəmməd Dahlan Yaxın Şərqi qarışdırmaq üçün yeni planlarını tətbiq edir. Türkiyənin “Yeni Şəfəq” nəşri xəbər verir ki, Dahlanın nəzarətində işləyən Suriya Milli Müxalif və İnqilabçı Qüvvələr Koalisiyasının keçmiş rəhbəri Əhməd Carba müxtəlif tayfalardan topladığı 3 min ərəb döyüşçünü ABŞ-PYD ittifaqına verib.

Carbanın Hasekedə qərargah qurduğu və İdlibə hücuma hazırlaşdığı bildirilir.

Daha əvvəl yayılan xəbərə görə, Məhəmməd Dahlan Misirdə 8 min terrorçunun yerləşdiyi düşərgə yaradıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fransa və Rusiya arasında Ukraynadakı vəziyyətlə bağlı fikir ayrılıqları var. Bu barədə Fransa Prezidenti Emmanuel Makron danışıb.

Prezidentin sözlərinə görə, Fransa Rusiya ilə vətəndaş cəmiyyətləri arasında danışıqları başladıb. Paris iqlim məsələlərində Rusiya ilə həmrəydir. Suriya məsələsində də birgə irəliləyişlər müşahidə olunur. Gələcəkdə bu problemin yaxınlaşma nöqtələrini tapmağa ehtiyac var.

Qeyd edək ki, Fransa və Rusiya prezidentləri may ayında Parisdə görüşmüşdü.

Rusiya Federasiyasının diplomatik missiyasının əməkdaşları ABŞ-ın bir neçə ştatında hərbiləşdirilmiş dəstələrdən ibarət şəbəkələr yaradır. Bu haqda “Slavic News in California” nəşrinə Ruslan Qurjiy yazıb.

Onun məlumatına görə, Kremlin ABŞ-da gözəçarpan aktivləşməsi Krımın zəbt edilməsi və Donbasa müdaxilədən sonra müşahidə olunmağa başlanıb.

Xüsusi diqqət hərbi məşqlər və sovet bayramlarının keçirildiyi müxtəlif düşərgələrin yaradılmasına ayrılır. Düşərgələrdə uşaqlara atıcı silahdan davranış qaydaları, bıçaqların atılması və sıra hazırlığı öyrədilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Federal Təhlükəsizlik Xidməti (FTX) sentyabrın 1-də paytaxt Moskvada və Moskva vilayətində terror aktları həyata keçirməyi planlaşdıran iki nəfəri saxlayıb. Bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.

Saxlanılan şəxslər Mərkəzi Asiya sakinləridir.

“Saxlanılanlardan biri Bilik Günü ərəfəsində sosial şəbəkədə İŞİD terror təşkilatının üzvlərinə video müraciət yerləşdirib. O, müraciətdə terrorçulara sədaqət andı içib”, - xəbərdə deyilir.

Şübhəli şəxslərdən birinin telefonunda İŞİD terrorçuları ilə əlaqə nömrələri və terror aktlarına hazırlıq üzrə təlimatlar aşkarlanıb. Axtarış zamanı şübhəlilərdən paytlayış gücü yüksək olan əldəqayırma partlayıcı qurğu, həmçinin onun istehsalı üçün komponentlər tapılıb. Onlar kamikadze olmağa hazırlaşdığını etiraf ediblər.

Heç bir zaman Fələstin adında dövlət qurulmayacaq. Bunu jurnalistlərə açıqlamasında İsrailin Təhsil naziri Naftali Bennet söyləyib.

“Bəziləri Fələstin adında dövlət yaradılmasını arzu edirlər. Ancaq mən sizə bu xəyalın gerçəkləşməyəcəyinə dair söz verirəm. Fələstin dövləti əsla qurulmayacaq”, - deyə o bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm