İrəvana Qarabağ MESAJI, böyük müharibənin MƏŞQİ... – GÜNÜN SİYASİ CÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvana Qarabağ MESAJI, böyük müharibənin MƏŞQİ... – GÜNÜN SİYASİ CÜLASƏSİ

AÇG-nin 2050-ci ilədək işlənməsinə dair saziş imzalanıb. Kremlin ideoloqu kimi tanınan Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin Dağlıq Qarabağla bağlı İrəvana mesaj göndərib. Belarus və Rusiya qoşunlarının iştirakı ilə “Qərb-2017” birgə təlimləri başlayıb. ABŞ kəşfiyyatı Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən yeni raketin işə salınmasına hazırlığın əlamətlərini qeydə alıb. Pxenyan ABŞ-I nüvə zərbəsi ilə növbəti dəfə təhdid edib.

Bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalanıb. Sazişi BP, SOCAR, "Chevron", "Inpex, "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh Ltd." OVL şirkətlərinin rəhbərləri imzalayıblar.

Sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yeni kontraktın Azərbaycan üçün daha da əlverişli olduğunu vurğulayan Prezident deyib: “Baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var”.

“Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. Rusiya bu münaqişədə sülh yaradan tərəf kimi çıxış edir, lakin hazırkı status-kvo nə bizi, nə də tərəfləri təmin edir”. Bu barədə Kremlin ideoloqu kimi tanınan Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin “Moskva-Bakı oxu” konfransında deyib.

Politoloqun sözlərinə görə, Ermənistan Qarabağa nəzarət edir, lakin Rusiya Azərbaycanı ərazi bütövlüyünü tanıyır: “Güc variantı bu münaqişədə həll yolu deyil. Lakin biz buna yaxınlaşdıq. Azərbaycan güclənir və regionda güc balansı dəyişir. Bəli, Ermənistan Rusiyanın dostudur, tərəfdaşıdır, lakin Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. İki ölkə arasında hərbi və digər sahələrdə yaxınlaşma gedir. Amma bizim Azərbaycanla dostluğumuz Ermənistana qarşı deyil. Əksinə, Rusiya ikitərəfli münasibətlərə əsaslanır”.

A.Duqin əlavə edib ki, Qarabağ münaqişənin həllində irəli hərəkət etmək üçün Ermənistan işğal olunmuş 5 rayonu sözsüz Azərbaycana qaytarmalıdır.

Bu gün Moskvada “Prezident” hotelində Azərbaycan və Rusiya siyasətçilərinin iştirakı ilə “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasəti” adlı konfrans keçirilib. Konfransda “Bu gün Azərbaycanın yeni obrazı” və “Moskva-Bakı oxu: strateji əməkdaşlıq” adlı iki sessiya baş tutub. Konfransın əsas mövzusu Rusiya və Azərbaycanın strateji əməkdaşlığı, Avrasiya əməkdaşlığı və Qafqazın yeni geosiyasəti olub. Həmçinin, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan və Azərbaycan arasında münaqişə artıq təhlükəli dövrə qədəm qoydu. İndi Qarabağda mövcud vəziyyəti saxlamaq çətindir, bu baxımdan, status-kvo dəyişə bilər. Bu barədə Kanadanın “Geopolitical monitor” analitik mərkəzinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, münaqişənin Rusiyanın asılılığında qalması da çətinləşir.

“Lakin Moskvanın münaqişədə böyük geosiyasi çəkisi var və Rusiya hərbi balansı saxlamaq məqsədilə həm Bakıya, həm də İrəvana silah çatdırır. Həmçinin, Kreml Türkiyə və İranın təsirinin qarşısını almağa da çalışır və münaqişənin nizama salınmasında öz təsirini gücləndirmək xəttini davam etdirir”, - deyə mərkəz qeyd edir.

Hesabatda təmas xəttində hər gün 100-dən çox atəşkəs pozmalarının olduğuna diqqət çəkilir və qeyd olunur ki, belə vəziyyətdə istənilən sülh nizamlanması çətinləşir: “2016-cı ilin aprelində baş verən müharibə göstərdi ki, münaqişə statik deyil və geosiyasi şəraitin dəyişikliyinə meyillidir”.

Ermənistan ordusu bu ilin 1-31 avqust tarixlərində 5 itki verib. Ermənistan mediasına istinadən xəbər verir ki, itkilər həm döyüş, həm də qeyri-döyüş hadisəsi nəticəsində qeydə alınıb.

Rusiya və Türkiyə iki ölkənin münasibətləri tarixində ən böyük silah sazişini bağladı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 “Triumf” zenit raket sisteminin alınması haqqında müqavilənin imzalandığını açıqladı. Sənəd hava hücumuna qarşı müdafiə sistemi üçün Ankaranın apardığı uzunmüddətli axtarışların nəticəsi oldu.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya-ABŞ qaarşıdurmasının gücləndiyi bir vaxtda Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) birgə təmsil Moskva ilə Astananın bir-birinə qarşı hərbi həmləsi diqqəti Mərkəzi Asiya çöllərinə yönəltdi.

Moskvanın Qərblə boğuşduğu bir vaxtda eyni ittifaqlarda təmsil olunduğu Qazaxıstanın ordunu ayağa qaldırması “nə baş verir” sualını aktuallaşdırır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün Belarus ərazisində Belarus və Rusiya qoşunlarının iştirakı ilə “Qərb-2017” birgə təlimləri başlayır. Rəsmi məlumatlara görə, təlimlərə 10 min 200 hərbi qulluqçu cəlb ediləcək.

Onlardan 3 mini Rusiya hərbçiləridir. Təlimlərə hərbi texnikanın 680-ə qədər vahidinin cəlb edilməsi planlaşdırılır. Təlimlər yeddi poliqonda keçiriləcək.

Belarus Müdafiə Nazirliyindən bildiriblər ki, birgə hərbi manevrlər xüsusi müdafiə xarakterinə malikdir.

Amma 20-nə keçiriləcək Belarus-Rusiya “Qərb-2017” birgə hərbi təlimlərinin gedişatı Qərbdə narahatlıqla izlənilir. Belarusun TUT.BY portalının bir neçə gün əvvəl dərc etdiyi məqalə də Qərbin narahatlığının müəyyən qədər əsasının olduğunu göstərir.

Portal 1981-ci ildə sentyabrın 4-dən 12-dək müasir Belarus, Ukrayna və Baltikyanı ölkələrin ərazisində keçirilən “Qərb-1981” sovet ordusunun təlimlərinin xatırladıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyada 5 gündür anonim zəng dalğası davam edir. Bu gün Sankt-Peterburq şəhərində 12 ticarət mərkəzində insanlar təxliyə edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Şimali İraq kürd muxtariyyətinə referendumla bağlı növbəti xəbərdarlıq edib. Ölkənin Xarici İşlər Nazirliyi referendumun ağır nəticələrinin olacağını bildirib.

“Bütün dostyana tövsiyələrimizə baxmayaraq, referendum mövzusunda israrlılığın davam etdirilməsinin mütləq ağır nəticələrinin olacağı diqqətə alınmalıdır”, - nazirliyin açıqlamasında deyilir.

Qeyd edək ki, kürd muxtariyyətində müstəqillik referendumu sentyabrın 25-nə təyin edilib.

Müstəqillik referendumunun keçirilməsinin qarşısını almaq istəyən qüvvələrə qarşı gücdən istifadə edəcəyik. Bunu Kərkük şəhərində çıxışı zamanı İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani söyləyib.

“Kərkükün taleyini burda yaşayan xalqlar müəyyən etməlidir. Biz tez-tez təhdidlər eşidirik. Bizi müharibə ilə hədələyirlər. Biz bu hədələrə qarşı sakit oturmayacağıq”, – deyə o bildirib.

Səudiyyə Ərəbistanı Suriya Prezidenti Bəşər Əsədlə bağlı mövqeyini dəyişib. Bu barədə informasiyanı “İzvestiya” qəzeti Rusiyadakı diplomatik mənbələrə istinadən yayıb. Mənbə artıq Ər-Riyadın bağlı qapılar arxasındakı danışıqlarda bu məsələni gündəmə gətirmədiyini söyləyib:

“Onlar anlayırlar ki, Bəşər Əsəd hesablaşılması gərəkən reallıqdır. Bu o demək deyil ki, onlar Suriya lideri ilə razıdırlar. Ər-Riyad ilk imkanda Əsədi devirə bilər, amma indiki qüvvələr nisbəti Səudiyyəni öz siyasətini dəyişməyə məcbur edir”.

İspaniyanın mərkəzi hökuməti ilə Kataloniya muxtar qurumu arasında referendumla bağlı yaranan gərginlik isə hərbi müstəviyə keçir. İspaniya Müdafiə Nazirliyi Kataloniya sərhədinə hərbi qüvvə toplayır.

İspaniya hökumətindən yüksək vəzifəli bir səlahiyyətlisi daha əvvəl bildirib ki, referendumun keçirilməməsi üçün bütün vasitələrdən istifadə olunacaq.

O vurğulayıb ki, muxtar qurumların səlahiyyətlərini donduran və mərkəzi hökumətə keçməsini təmin edən Konstitusiyanın 155-ci maddəsinin Katalonya üçün də tətbiq olunması mümkün variantlardan biridir. Hökumət rəsmisi hərbi müdaxiləni də son variant kimi istisna etmədiyini söyləyib.

Oktyabrın 1-də keçirilməsi planlaşdırılan referendum baş tutarsa və insanların əksəriyyəti müstəqilliyin lehinə səs verərsə yerli qanunvericiliyə əsasən Kataloniya 48 saat ərzində müstəqilliyini elan edəcək.

ABŞ kəşfiyyatı Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən yeni raketin işə salınmasına hazırlığın əlamətlərini qeydə alıb. Bu haqda üç yüksək vəzifəli hərbi mənbəyə istinadən NBC telekanalı bildirib.

Mənbələrin məlumatlarına görə, KXDR son iki gün ərzində raket işəsalma qurğuları və müdafiə olunmuş start mövqeləri hazırlayır.

Xatırladaq ki, KXDR sentyabrın 3-də qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulmuş hidrogen hərbi yükü sınaqdan keçirib. Bu, Pxenyanın altıncı nüvə sınağı idi. Bundan bir həftə əvvəl isə ölkə ballistik raketin sınaqlarını keçirib.

BMT Təhlükəsizlik Şurası sınaqlara cavab olaraq Şimali Koreya barəsində yeni sanksiyaları tətbiq edib. Sanksiyalar Pxenyanın ixracat və idxal imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

Şimali Koreya Yaponiyanı batırmaq və ABŞ-ı külə çevirmək üçün nüvə silahından istifadə edə bilər. Bu barədə bəyanatı Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb. Agentlik Yaponiyanın bundan sonra Şimali Koreyanın yanında mövcudluğuna ehtiyac olmadığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm