Yeni silahın yaratdığı QORXU, müharibənin OLMAMASI ÜÇÜN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Yeni silahın yaratdığı QORXU, müharibənin OLMAMASI ÜÇÜN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya məhkəməsi ÜAK-ın ləğvi haqda qərarı qüvvədə saxlayıb. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı arasında görüş sentyabrın 23-də keçirilə bilər. Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlaması Ermənistanda ciddi qorxuya səbəb olub. BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində ümumi dinləmələr başlanıb. ABŞ Ukraynaya silah çatdırılması barədə qərar qəbul edib. Böyük Britaniya, ABŞ və başqaları Bəşər Əsəd rejimindən siyasi keçid olmayacağlı halda Suriyanın bərpasını dəstəkləməyəcək. Türkiyə Şimali İraq kürd muxtariyyəti və İraq arasında danışıqlarda vasitəçilik edə, hətta Ərbilin hüquqlarının təminatçısı ola bilər.

Bu gün Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb. Rusiya Federasiyasının Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

ÜAK rəhbərliyi bildirib ki, növbəti instansiya kimi Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq.

Xatırladaq ki, bu ilin 15 may tarixində Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatının ləğvi haqqında qərar çıxarıb.

Sentyabrın 23-də Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın görüşü ola bilər. Bu barədə diplomatik mənbə “İnterfaks”a məlumat verib.

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün sentyabrın 23-də BMT Baş Assambleyası çərçivəsində olması mümkündür”, - deyə mənbə bildirib.

Ermənistan mediası “Azərbaycan sürətli müharibəyə hazırlaşır” deyə yazır. İrəvanın qorxuya düşməsinin səbəbi isə təlimlərdə Azərbaycanın silah arsenalına qatdığı Çexiya istehsalı olan “Dana” özüyeriyən artilleriya qurğularının da iştirak etməsidir.

“Özüyeriyən cəhənnəm”, yaxud da “Təkərlər üzərində yeriyən cəhənnəm” deyilən “Dana” artilleriya qurğuları dağıdıcı gücü ilə seçilir. Çexiya 2018-ci ilə qədər 33 ədəd “Dana” artilleriya qurğusunu müasirləşdirilmiş formada Azərbaycana təhvil verməli idi. Lakin görünür, qurğuların bir qismi artıq vaxtından əvvəl Azərbaycana çatdırılıb. Ermənistanda təşviş yaradan da məhz silahların müəyyən hissəsinin vaxtından əvvəl çatdırılmasıdır.

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, danışıqların nəticə vermədiyini görən Bakı ərazilərin azad olunması üçün müharibəyə hazırlaşır.

Azərbaycan Ordusunun 15 minlik canlı qüvvə ilə təlimə başladığı gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın İrəvanda erməni diasporu ilə görüşdə səsləndirdiyi fikirlər də diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Erməni nazirin bu açıqlaması ordumuzun keçirdiyi təlimlərin İrəvanda qorxu yaratması ilə üst-üstə düşür. Mümkündür ki, danışıqlarda ərazilərin qaytarılması məsələsi real olaraq müzakirə olunur.

Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən Anar Allahverənov təslim olub. Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsinin mətbuat katibi Olqa Alkinin sözlərinə görə, A. Allahverənov hazırda müstəntiqlərə ifadə verir. Onunla Rusiya İstintaq Komitəsinin Xabarovsk üzrə idarəsinin əməkdaşları işləyirlər.

Xatırladaq ki, hadisə avqustun 20-də səhər tezdən Xabarovsk şəhərinin kafelərindən birinin qarşısında baş verib. Dava zamanı Anar Allahverənov Andrey Draçevi iki zərbə ilə yerə yıxır və sonra ona daha bir neçə zərbə endirir. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Anar hadisədən sonra qaçıb. O, federal və İnterpolun axtarışına verilmişdi.

Böyük Britaniya, ABŞ və başqaları Bəşər Əsəd rejimindən siyasi keçid olmayacağlı halda Suriyanın bərpasını dəstəkləməyəcək. Bu haqda Böyük Britaniya Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib.

“Biz hesab edirik ki, siyasi prosesin irəliləyişi üçün tək üsul Bəşər Əsəd rejimindən siyasi keçiddir. İranlılar, rusiyalılar və Əsəd rejimi anlamalıdır ki, Əsəd rejimindən siyasi keçid olmayacağı halda Suriyanın bərpasını dəstəkləməyəcəyik. Bunu BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi də tələb edir”, - Britaniya xarici siyasət idarəsinin başçısı deyib.

Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani Ərbildə səfərdə olan İngiltərənin müdafiə naziri Mixail Fallona müstəqillik referendumun təxirə salınması üçün şərtini açıqlayıb. Bərzani beynəlxalq zəmanət olmadan referendumun təxirə salınmayacağını bildirib.

“İraq ilə federallaşmaya qədər hər yolu sınaqdan keçirdik, amma heç bir halda uğurlu nəticə əldə edə bilmədik. Müstəqillikdən başqa, heç bir yolumuz yoxdur. Biz iki yaxşı qonşu olaraq daha yaxşı əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıyıq”, - kürd siyasətçi deyib.

İngiltərənin müdafiə naziri referendumun təxirə salınmasını və beynəlxalq cəmiyyətin nəzarətində Bağdad ilə dialoqa başlanılmasını istədiklərini vurğulayıb.

Qeyd edək ki, müstəqillik referendumunun sentyabrın 25-də keçirilməsi planlaşdırılır.

Türkiyə Şimali İraq kürd muxtariyyəti və İraq arasında danışıqlarda vasitəçilik edə, hətta Ərbilin hüquqlarının təminatçısı ola bilər. Bunu “Əl-Monitor” nəşrinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Sentyabrın 25-də kürd muxtaryyətində keçirilməsi planlaşdırılan müstəqillik referendumunun İraq Konstitusiyasına zidd olduğunu söyləyən Çavuşoğlu referendum qərarını “böyük bir səhv” adlandırıb.

“Referendum kürd bölgəsinin maraqlarına da uyğun deyil və bölgənin təhlükəsizliyinə xidmət etməyəcək”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriya lideri Bəşər Əsədlə görüşməyi planlaşdırmır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Əl-Monitor” nəşrinə müsahibəsində deyib.

Daha əvvəl Ərdoğanın özü KİV-də yayılan xəbərləri təkzib edib. İddiaya görə, Türkiyə prezidenti Rusiya tərəfinin xahişi ilə Əsədlə gizli görüş keçirib.

Gələcək 25 il ərzində “İsrail” adlı bir şeyin olmayacağı onun tam 25 il yaşayacağı demək deyil. Bunu jurnalistlərə açıqlamasında iranlı general Əbdürrəhim Musəvi söyləyib. Onun sözlərinə görə, İsrail kiçik xətaya yol versə, Hayfa və Tel-Əviv şəhərləri yerlə-yeksan olacaq.

O, İsrailin ömrünün son günlərini hesablaması gərəkdiyini bildirib.

Bu gün BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində ümumi dinləmələr başlanıb. Dövlət başçıları sessiyanın ümumi dinləmələr hissəsində çıxışlar edəcəklər.

ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində bu gün edəcəyi çıxışın tezisləri məlum olub. Bu haqda “The Wall Street Journal” nəşri yüksək vəzifəli mənbəyə istinadən yazıb.

Tramp dünən BMT-də islahatlar aparılması bəyannaməsi ilə çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresinin Senatı təhlükəsizlik və müdafiə sahəsində dəstək üçün Ukraynaya 500 milyon dollar ayrılması barədə qanun layihəsini bəyənib. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, qanun layihəsi Ukraynaya müdafiə xarakterli ölümcül silahların çatdırılmasını nəzərdə tutur.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya silah çatdıracağı halda ölkənin “başqa regionları”na hücum ola biləcəyini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Odessa əyalətinin keçmiş qubernatoru və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kiyevə gəlib. Bu haqda siyasətçinin mətbuat katibi Darina Çij məlumat yayıb.

Daha əvvəl Saakaşvili bəyan etmişdi ki, 17 oktyabrda Kiyevdə 3 tələb irəli sürərək çıxış etməyi planlaşdırır.

Xatırladaq ki, Mixail Saakaşvili sentyabrın 10-da öz tərəfdarlarının dəstəyi ilə Polşa-Ukrayna sərhəddini keçərək Ukrayna ərazisinə daxil olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm