Prezidentdən “dördgünlük müharibə” XƏBƏRDARLIĞI, İrəvandan YALVARIŞ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Prezidentdən “dördgünlük müharibə” XƏBƏRDARLIĞI, İrəvandan YALVARIŞ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak edib. Sentyabrın 23-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı arasında görüş keçiriləcək. Ermənistan Xarici İşlər Nazirliyinin başçısı işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı ziddiyyətli bəyanatlar verib. Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirib. Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendum bölgədə gərginliyi daha da artırıb. Rusiyada növbəti prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb. Koreya yarımadası ətrafında gərginlik davam edir.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün Nyu-Yorkda görüşəcək. “Görüş sentyabrın 23-nə planlaşdırılıb. Gündəlikdə Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünün təşkili məsələsi və ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfər qrafiki var. Bu iki məsələ müzakirə olunacaq”, - Ermənistan xarici işlər naziri Edvard Nalbandyan “Amerikanın səsi” radiostansiyasına açıqlamasında deyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutub.

Təxminən saat yarım davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-dən 22-dək müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər keçirilib. Təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyası çərçivəsində çıxış edib. Azərbaycan Prezidenti BMT tribunasından Ermənistanı işğalçı adlandırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan mediası “Azərbaycan sürətli müharibəyə hazırlaşır” deyə yazır. İrəvanın qorxuya düşməsinin səbəbi isə təlimlərdə Azərbaycanın silah arsenalına qatdığı Çexiya istehsalı olan “Dana” özüyeriyən artilleriya qurğularının da iştirak etməsidir.

Azərbaycan Ordusunun 15 minlik canlı qüvvə ilə təlimə başladığı gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın İrəvanda erməni diasporu ilə görüşdə səsləndirdiyi fikirlər də diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Erməni nazirin bu açıqlaması ordumuzun keçirdiyi təlimlərin İrəvanda qorxu yaratması ilə üst-üstə düşür. Mümkündür ki, danışıqlarda ərazilərin qaytarılması məsələsi real olaraq müzakirə olunur.

“Ermənistan xarici işlər nazirinin Qarabağ ətrafı ərazilərin qaytarılması ilə bağlı dedikləri əslində danışıqlar masasında müzakirə olunanları gizlətmək cəhdidir”. Bu barədə erməni siyasi şərhçi Romella Mnasakyan deyib.

R. Mnasakyan iddia edir ki, Nalbandyanın dedikləri erməniləri sakitləşdirməyə hesablanmış sözlərdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı ziddiyyət yaranıb. Xarici işlər naziri Edvard Nalbandyan Qarabağ ətrafı rayonların qaytarılması məsələsinin müzakirə edildiyini açıqladı. Erməni nazir detalları açıqlamadan imtina etsə də, danışıqlar masasında mövcud status-kvonun ləğvi ilə nəticələnəcək müzakirələrin getdiyi ehtimalını gücləndirdi.

Lakin Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın açıqlaması İrəvanda hərbi-siyasi rəhbərlik arasında qarşıdurmadan xəbər verir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bir neçə gün öncə açıqladığı “Qarabağ ətrafı ərazilər Azərbaycana qaytarılır” sözlərindən imtina edib. “Amerikanın səsi” rediostansiyasına danışan Nalbandyan fikirlərinin kontekstdən çıxarıldığını iddia edib.

“Mən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin bəyanatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məşhur 3 prinsip və 6 elementə toxunmuşam”, - deyə o bildirib.

Cənubi Qafqazda qızğın silahlanma davam edir. Rusiya Ermənistana “İskəndər” raket kompleksini verdi. Azərbaycan buna cavab olaraq İsraildən “Dəmir Günbəz” sistemlərini almaq istəyir. Müdafiə naziri Zakir Həsənov gözlənilmədən İsrailə səfər etdi və həmkarı Aviqdor Libermanla danışıqlar apardı.

“Pravda” nəşri Azərbaycanın erməni hərbi birləşmələrinin həmlələrinin qarşısını almaq üçün atdığı addımlar haqda yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Azərbaycan İsraildən “Dəmir günbəz” raket sistemini Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini qorumaq üçün alır”. Bu barədə Gürcüstanın “Rezonansi” nəşri yazıb.

Nəşr qeyd edir ki, Bakının bu planı Ermənistanın “İskəndər” raketləri ilə BTC-ni vurmaq hədələrinə qarşıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sentyabrın 19-da Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb. Rusiya Federasiyasının Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

ÜAK rəhbərliyi bildirib ki, növbəti instansiya kimi Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq.

Xatırladaq ki, bu ilin 15 may tarixində Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatının ləğvi haqqında qərar çıxarıb.

"Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi həmin bölgədəki istiqlalın açarıdır". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında çıxışı zamanı deyib.

Ermənistan

Ermənistan Putinin qəzəbinə rəğmən mərkəzdənqaçma siyasəti yürüdür, əvəzində Avropa İttifaqı ilə noyabr ayında yeni saziş imzalamağa hazırlaşır. Nə qədər inandırıcı görünməsə də, İrəvanın Kremlin orbitindən yayındığı, yaxud buna çalışdığı müşahidə olunur. Lakin proseslərin son nəticəsində Ermənistanda Ukrayna ssenarisinin yaşana biləcəyi da istisna deyil.

“Yelk” blokunun Putinin müəllifi olduğu Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı təklifi Rusiyada ciddi müzakirələrə səbəb oldu.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kanadanın elm naziri Reza Moridi İrəvana gedərək, qondarma “erməni soyqırımı” abidəsinin önündə baş əyib. R.Moridi “soyqırımı abidəsi”ni ziyarət edərkən, bundan böyük zövq aldığını dilə gətirib.

“23 avqustda Ermənistanda “erməni soyqırımı muzeyi”ni ziyarət etdim. Bir əsr öncə erməni xalqının “faciəvi itkisi”ni anmaqdan böyük qürur duydum. Bundan başqa, “anma kitabı”nı imzalamaq qürurunu da yaşadım”, - deyə o bildirib.

Bu sözlərin müəllifi Cənubi Azərbaycanın Urmiya vilayətində doğulub, əslən azərbaycanlı olduğunu gizlətmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan və Türkiyədən şikayətlənib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İran, Yaxın Şərq

Sentyabrın 21-də ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında görüş keçirilib. Tramp Ərdoğanı dost adlandıraraq, ABŞ və Türkiyənin həmişəkindən daha yaxın olduqlarını bildirib.

Türkiyə Silahlı Qüvvələri sentyabrın 18-də Şırnak vilayətinin Silopi mahalının Habur bölgəsində hərbi təlimlərə başlayıb. Təlimlər Şimali İraqa mümkün müdaxiləyə hazırlıq kimi qiymətləndirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sentyabrın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin ilə Ankarada görüşü gözlənilir. Bunu Türkiyə prezidenti Nyu-Yorkda işgüzar forumuda çıxış edərkən bildirib.

ABŞ PKK-nın liderlərindən olan Cəmil Bayıka qarşı Türkiyə tərəfindən əməliyyatın hazırlandığı barədə məlumatı terror təşkilatına sızdırıb. Bu haqda “Aydınlıq” nəşri yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendum bölgədə gərginliyi daha da artırıb. ABŞ gizli şəkildə referenduma dəstək verdiyi halda, “ləğv edin!” və ya “təxirə salın! kimi açıq çağırışlar edir.

“Habertürk” saytının yazarı Sərdar Turqut 1993-ci ildə Vaşinqtonda jurnalist işlədiyi dövrdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) siyasi planlaşdırma qurumunda çalışan bir məmurla görüşüb. Amerikalı məmur ona Vaşinqtonun kürdlərlə bağlı planının təsvir edən xəritəni göstərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Şimali İraq kürd muxtariyyəti və İraq arasında danışıqlarda vasitəçilik edə, hətta Ərbilin hüquqlarının təminatçısı ola bilər. Bunu “Əl-Monitor” nəşrinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Sentyabrın 25-də kürd muxtaryyətində keçirilməsi planlaşdırılan müstəqillik referendumunun İraq Konstitusiyasına zidd olduğunu söyləyən Çavuşoğlu referendum qərarını “böyük bir səhv” adlandırıb.

Şimali İraq kürd muxtariyyətinin müstəqillik referendumu keçirməsi bölgənin siyasi xəritəsinin dəyişməsi və yeni müharibə ilə nəticələnə bilər. Lakin referendumda diqqətçəkən məqamlardan biri də “Kürdüstan” dövlətinin yaradılacağı təqdirdə, Azərbaycana qarşı ola biləcək təhlükələrdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Müstəqillik referendumunu keçirməyi planlaşdıran Şimali İraq kürd muxtariyyətinə növbəti dəfə xəbərdarlıq edib. Ölkənin baş naziri Binəli Yıldırım Ankara müqaviləsini xatırladıb.

Qeyd edək ki, kürdlərin müstəqillik elan etməsi ilə İraqın bölünməsi Türkiyənin bu ölkəyə müdaxiləsini gündəmə gətirə bilər. 1926-cı ilin Ankara müqaviləsi Türkiyəyə bu hüququ verir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq və Suriyanın ərazi bütövlüyünün ləğv edilməsi nə zaman bitəcəyi məlum olmayan və beynəlxalq miqyas alacaq daha böyük müharibənin alovlanması anlamına gəlir”. Bunu Şimali İraq kürd muxtariyyətində keçirilməsi planlaşdırılan müstəqillik referendumunu şərh edən Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Onun sözlərinə görə, İraqın ərazi bütövlüyünün pozulması ilə ediləcək dəyişiklik Türkiyə üçün çox ciddi bir təhdiddir.

Türkiyə Təhlükəsizlik Şurasının sentyabrın 22-də keçirilən iclasında İraq Kürdüstanında keçiriləcək referendumu qeyri-qanuni və qəbuledilməz adlandırılıb.

“Referendum baş tutduğu halda, Türkiyə beynəlxalq hüququ müdafiə edəcək. İraqın xalqları - ərəblər, kürdlər, türkmənlər yalnız vahid ölkə çərçivəsində sülhdə yaşaya bilərlər. Referendumun nəticələri olduqca mənfi fəsadlar verə bilər”, - iclasdan sonra yayılan sənəddə vurğulanıb.

Türkiyənin baş naziri Binəli Yıldırım referendumun kürd muxtariyyəti üçün bir əvəzinin olacağını deyib. Baş nazir referendumun keçiriləcəyi halda Şimali İraqa hərbi müdaxilənin də masada olduğunu bildirib.

Son məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri İraq sərhədində, Habur sərhəd keçid məntəqəsinin yaxınlığında keçirdiyi hərbi təlimlərin səviyyəsini yüksəldirb.

İraq Kürd Muxtar Vilayətini ləğv edəcəyik. Bunu Türkiyə mətbuatına açıqlamasında İranın məşhur generalı Qasım Süleymaninin müşaviri Sadullah Zarei söyləyib.

“Bərzaninin referendum tələbi şiddətli savaşa səbəb olacaq. Bu savaş 1991-ci ildən bu yana İraqda mövcud olan kürd muxtariyyətinin yox olmasına gətirib çıxaracaq”, – deyə o bildirib.

Lakin kürd muxtariyyətinin başçısı Məsur Bərzani bütün təzyiqlərə baxmayaraq, muxtariyyətin müstəqilliyi haqqında referendum təxirə salınmayacağını bəyan edib. Onun sözlərinə görə, referendum nəzərdə tutulan vaxtda – sentyabrın 25-də keçiriləcək.

ABŞ İraq Kürdüstanına 650 xüsusi təyinatlı əsgər göndərib. Əsgərlər xüsusi təyyarələrlə Ərbil şəhərinə gətirilib.

Bundan başqa, Ağ Evin nümayəndələrindən biri İraq Kürdüstanında keçiriləcək referendum qədər bölgədəki amerikalı əsgərlərin sayının 3 minə çatdırılacağını bildirib.

İraq Silahlı Qüvvələri və “Hasti Şabi” qruplaşması sentyabrın 2-də səhər saatlarında Kərkük vilayətinin Havice bölgəsində əməliyyata başlayıb. Havice İraq ordusunun referendum öncəsi Kərkükə müdaxilə edə biləcəyi ən kritik bölgə hesab olunur.

Qeyd edək ki, Kərkük kürd muxtariyyəti ilə Bağdad arasında mübahisəli ərazi hesab olunur. Siyasi mütəxəssislər və hərbi ekspertlər zəngin neft və qaz ehtiyatlarının olduğu Kərkük uğrunda amansız müharibənin baş verə biləcəyi ehtimalını yüksək qiymətləndirirlər.

ABŞ Şimali İraq Kürd Muxtariyyətində müstəqillik referendumuna qəti şəkildə qarşıdır. Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert deyib.

“Referendum İraqa verilən köməyə, dəstəyə təsir edəcək. Çox güman ki, bu referendum reallaşsa, Bağdadla danışıqlar aparmayacağıq. Bundan başqa, beynəlxalq ictimaiyyətin də müzakirələrə verəcəyi dəstəyin qarşısı alınacaq”, - Noyert bildirib.

Rusiyanın “Rosbalt” agentliyinə müsahibəsində Yaxın Şərq üzrə mütəxəssis və politoloq Mixail Maqid kürdlərin keçirməyi planlaşdırdığı müstəqillik referendumu fonunda proseslərin mümkün gedişatını qiymətləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Rusiyaya Suriyanın Deyr-ez-Zor şəhərinin gələcəi haqqında məsələ ilə əlaqədar görüş keçirməyi təklif edib. Bu haqda vəziyyətlə tanış olan hərbi-diplomatik mənbə bildirib.

“Onlar (amerikalılar –red.) dedilər ki, cari həftədə görüşək və Deyr-ez-Zorun gələcəyi haqqında danışaq. Biz şəhərin məsuliyyət zonalarına bölünməsindən danışırıq”, - agentliyin həmsöhbəti deyib.

Onun sözlərinə görə, Rusiya artıq şəhərin məsuliyyət zonalarına bölünməsi üzrə ilkin təkliflərini ABŞ-a təqdim edib. Həmçinin görüşdə İŞİD terror qruplaşması ilə mübarizə üzrə hərəkətlərin koordinasiyasının müzakirə edilməsi planlaşdırılır.

Suriyanın İdlib əyalətində sentyabrın 19-da “Ən-Nüsrə” Cəbhəsi terror təşkilatına ağır zərbə vurulub. Rusiya Hava Qüvvələri terrorçuların mühasirəsinə düşən 29 rus əsgərini xilas etmək üçün əməliyyat təşkil edib. Nəticədə təxminən 850 terrorçu öldürülüb, 11 tank, 4 zirehli piyada avtomobili, 46 maşın, 38 silah deposu və 20 yük maşını məhv edilib.

Əməliyyat zamanı mühasirəyə düşən rus əsgərlərindən 3-ü yaralanıb. Lakin onları xilas etmək mümkün olub.

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəhbərliyi Amerika xüsusi xidmət orqanlarını Suriyada döyüşçülərə birbaşa yardım göstərməkdə ittiham edib. Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoyun sözlərinə görə, döyüşçülər sentyabrın 19-da bir gün ərzində müdafiəni 12 kilometr dərinliyə qədər yarmağı bacarıblar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Böyük Britaniya, ABŞ və başqaları Bəşər Əsəd rejimindən siyasi keçid olmayacağlı halda Suriyanın bərpasını dəstəkləməyəcək. Bu haqda Böyük Britaniya Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib.

Suriya prezidenti Bəşər Əsəd törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Bu tələbi Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında səsləndirib.

Bəşər Əsədin Suriyada hakimiyyətdə saxlanılması cinayətdir. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Əsədin Suriyada hakimiyyətdə qalması cinayətdir. Ona görə ki, məhz onun adı ilə dövlət terroru siyasəti bağlıdır. Məhz bu şəxs milyona yaxın insanın ölümündə günahkardır. Əsəd öz xalqına qarşı kimyəvi silahdan istifadə edib”, – deyə o bildirib.

Türkiyə ordusunun Suriyanın İdlib vilayətinə müdaxilə hazırlığını görən Dəməşq əks addımlar atmaq qərarına gəlib. Bəşər Əsədin Xamadan İdlibə göndərdiyi 800 İŞİD döyüşçüsü Türkiyə ordusuna qarşı mübarizə aparacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada müharibə növbəti il bitə bilər. Bunu “Ulduz” telekanalının “Proses” tok-şousunda Şərqşünaslıq və Afrikaşunaslıq İnstitutunun elmi rəhbəri Səid Qafurov deyib.

“Proqnozum son dərəcə optimistdir. Burada olan heç kəs mənimlə razılaşmayacaq, amma əminəm və proqnozlaşdırıram ki, Suriya müharibəsi növbəti ilin yazında bitəcək. Mən ümid edirəm ki, müharibə yanvarın 1-də bitsin, amma bunu deməyə ehtiyat edirəm”, - ekspert qeyd edib.

“İran neftdən qazandığı pullarla “Hizbullah” və Bəşər Əsəd rejimini dəstəkləyərək bölgədə dağıdıcı fəaliyyət göstərir”. Bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında ümumsiyasi müzakirələrin gedişatında çıxışı zamanı deyib.

O, növbəti dəfə İranla imzalanan nüvə razılaşmasını tənqid edib və onu ABŞ üçün “utanc mənbəyi” adlandırıb.

ABŞ prezidenti Suriya prezidenti Bəşər Əsədə də mesaj göndərib: “Qadağan edilmiş kimyəvi silahlardan istifadə ediləcəyi halda heç bir ölkə təhlükəsiz vəziyyətdə olmayacaq. Suriyada diktator Bəşər Əsəd rejimi bu hücumlara son qoymalıdır”.

ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişini poza bilər. “NBC” telekanalının xəbərinə görə, Tramp 15 oktyabra qədər bu barədə yekun qərarını verəcək. Bundan sonra isə ABŞ prezidenti Konqresə İrana qarşı nüvə sazişi bağlandıqdan sonra ləğv edilmiş sanksiyaların yenidən bərpa edilib-edilməməsi barədə qərar vermək üçün 60 gün vaxt təyin edəcək.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətər ətrafında böhranın başlanğıc mərhələsində hərbi əməliyaytların başlanması imkanına baxırdı. Bu haqda vəziyyətlə tanış mənbələrə istinadən “Blomberg” agentliyi bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gələcək 25 il ərzində “İsrail” adlı bir şeyin olmayacağı onun tam 25 il yaşayacağı demək deyil. Bunu jurnalistlərə açıqlamasında iranlı general Əbdürrəhim Musəvi söyləyib. Onun sözlərinə görə, İsrail kiçik xətaya yol versə, Hayfa və Tel-Əviv şəhərləri yerlə-yeksan olacaq.

O, İsrailin ömrünün son günlərini hesablaması gərəkdiyini bildirib.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Sentyabrın 18-də ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Serqey Lavrov Nyu-Yorkda görüş keçirib. Rusiyanın BMT-dəki daimi nümayəndəliyində keçirilən qapalı görüşdə Suriya məsələsi, Ukraynadakı vəziyyət, KXDR-nın raketləri işə salması və iki ölkə arasındakı digər problemlərin müzakirə olunduğu bildirilir.

ABŞ və Ukrayna Donbasda BMT-nin sülh missiyasının yerləşdirilməsi haqqında Rusiyanın irəli sürdüyü qətnamə layihəsini müzakirə etməyə hazır deyil. Bu haqda Rusiya BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitənin sədr müavini Frans Klinseviç qətnamə layihəsinin Vaşinqton və Kiyev tərəfindən rədd edilməsini şərh edib. Senatorun sözlərinə görə, ABŞ və Ukraynaya müharibə lazımdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyada növbəti prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb. Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərini 2018-ci il martın 18-ə təyin edib.

Putin epoxası 2030-cu ilə qədər başa çatacaq. Bunu “Exo Moskva” radiosuna müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Rusiyanın gələcəyi belə olacaq. Putin 2018-dən 2024-cü ilə qədər, Medvedyev isə növbəti 6 ili idarə edəcək. Bununla hər şey bitəcək. Onlar sonra hakimiyyəti təhvil verəcəklər. 2031-ci ildə seçkidə Vahid Rusiya Partiyası qələbə qazanmayacaq. Beləliklə, sizinlə cəmi 12 il gözləməli olacağıq”, – deyə o bildirib.

ABŞ prezidenti Donald Tramp sentyabrın 18-də BMT-də islahatlar aparılması bəyannaməsi ilə çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

BMT üzvü olan ölkələr Ukraynadan Cənubi Çin dənizinə qədər ərazidə olan ölkələrin suverenliyini qorumalıdırlar. Bunu BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp söyləyib. Onun sözlərinə görə, dünya dövlətləri sərhədlərə, mədəniyyətlərə hörməti dəstəkləməlidir.

"Vladimir Putin SSRİ-nin dağılmasına görə ABŞ-dan qisas almaq üçün prezident olmağa qərar verib". Belə versiya ilə Amerika aktyoru Morqan Friman çıxış edib.

“Və bu film üçün ssenari deyil”, - Friman Rusiyanın ABŞ-dakı prezident seçkilərinə mümkün müdaxiləsinin araşdırılması üçün yaradılan komitənin hazırladığı təbliğat videoçarxında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sentyabrın 14-dən 21-dək keçirilən Rusiya-Belarus “Qərb-2017” birgə hərbi təlimləri ilə bağlı Qərbin narahatlığı davam edir. Moskva təlimlərin Qərb üçün heç bir təhdid olmadığını və müdafiə xarakterli olduğunu bildirsə də, Avropa ölkələrindən həyacan təbili çalınmaqdadır. Onların sözlərinə görə, təlimlər Rusiyanın Qərb istiqamətində ekspansiya siyasətinin bir hissəsidir.

Estoniyanın müdafiə qüvvələrinin komandanı, general-leytenant Rixo Terras da bu fikirdədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskvanın Avropa və Şimali Amerika ölkələrinə hücum etməyə cəsarəti çatmaz. Bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

Rasmussenin sözlərinə görə, alyans ölkələrindən istənilən birinə hücum edəcəyi təqdirdə Rusiya qırmızı xətti keçəcək. Bu isə NATO ölkələrini istəməsələr belə cavab tədbirləri görməyə vadar edəcək.

Rusiya kiçik və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmanı pozur və dünyada kütləvi qırğın silahlarının yayılmasına imkan yaradır. Bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ Dövlət katibi Reks Tillerson söyləyib. Onun sözlərinə görə, Rusiyanın bu addımları son dövrlər müəyyən dövlətlərin məsuliyyətinə cəlb edilməsinə maneə yaradıb:

“Moskva gizli nüvə proqramlarının araşdırılmasına maneə yaradır. Rusiya MAQATE-nin müstəqilliyini zəiflətmək istəyir”.

Rusiya Prezidenti Vladimir Putin İspaniyanın daxili işlərinə qarışmaqda günahlandırılıb. Rəsmi Moskva Kataloniyanın müstəqilik referendumunun hazırlanmasında və İspaniya torpaqlarının bölünməsində marağı olması ilə ittiham edilir.

“El Confidencial” qəzeti bu iddiasına sübut da gətirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sentyabrın 20-də İspaniyanın mülki qvardiyası Kataloniyada müstəqillik haqqında referendum hazırlığına görə 12 məmuru saxlayıb. Saxlanılar arasında telekommunikasiyalar və informasiya, sosial məsələlər, xarici işlər, iqtisadiyyat və maliyyə idarələrinin əməkdaşları var. Saxlanılanların bəziləri referendum haqqında materialların yayılmasında ittiham olunur.

Ukrayna

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən nəzarət edilən çox ciddi layihə ilə əlaqəsi var. Bunu Rusiyanın “Müstəqil qəzet” nəşrinə müsahibəsində Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burdjanadze deyib.

Burdjanadzenin bəyanatını Rusiya parlamentinin hər iki palatasının nümayəndələri şərh ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresinin Senatı təhlükəsizlik və müdafiə sahəsində dəstək üçün Ukraynaya 500 milyon dollar ayrılması barədə qanun layihəsini bəyənib. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko feysbuk səhifəsində yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Odessa əyalətinin keçmiş qubernatoru və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sentyabrın 19-da Kiyevə gəlib. Daha əvvəl Saakaşvili bəyan etmişdi ki, 17 oktyabrda Kiyevdə 3 tələb irəli sürərək çıxış etməyi planlaşdırır.

Xatırladaq ki, Mixail Saakaşvili sentyabrın 10-da öz tərəfdarlarının dəstəyi ilə Polşa-Ukrayna sərhəddini keçərək Ukrayna ərazisinə daxil olub.

Koreya böhranı

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçisi Nikki Heyli BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə proqramını nəzarət altına alacaq planların artıq tükəndiyini deyib. Onun sözlərinə görə, ABŞ artıq Şimali Koreya problemini Pentaqona həvalə etməyə hazırlaşır.

N.Heyli bildirib ki, Şimali Koreya “əttökən” nüvə proqramına davam etdiyi təqdirdə ABŞ özünü və mütəffiqlərini müdafiə etmək məcburiyyətində qalacaq və Şimali Koreya yox olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ özü üçün təhlükə yaranacağı halda Koreya Xalq Demokratik Respublikasını (KXDR) tamamilə məhv etməyə məcbur olacaq. Bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında ümumsiyasi müzakirələrin gedişatında çıxışı zamanı deyib.

“Birləşmiş Ştatlar böyük gücə və səbrə malikdir. Amma əgər özümüzü və müttəfiqlərimizi müdafiə etmək lazım olarsa, Şimali Koreyanı məhv etməkdən başqa seçimimiz qalmayacaq”, - Amerika lideri bildirib.

ABŞ prezidenti hesab edir ki, KXDR-in rəhbərliyi təhlükəli siyasət həyata keçirir.

O, BMT Təhlükəsizlik Şurasında KXDR-ə qarşı sanksiyaların qəbulunda verdiyi dəstəyə görə, Rusiya və Çinə minnətdarlığını ifadə edib. Eyni zamanda qeyd edib ki, Moskva və Pekin səylərini daha da artırmalıdır.

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda Yaponiyanın baş naziri və Cənubi Koreyanın prezidenti ilə görüşündə Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları barədə fərman imzaladığını elan edib. Fərman hər şeydən əvvəl Koreya Xalq Demokratik Respublikasının son dərəcə mühüm gəmiçilik və ticarət şəbəkəsinə qarşı yönəlib.

Şimali Koreya tezliklə misli görülməmiş sınaqla qarşılaşacaq. Bu barədə ABŞ Prezidenti Donald Tramp rəsmi Tviter hesabında yazıb.

“Öz xalqının aclıq çəkməsi və ölümünə qarşı heç nə etməyən Kim Çen şübhəsiz ki, dəlidir. O, daha əvvəl görülməmiş bir sınaqla qarşı-qarşıya gələcək”, - Tramp yazıb.

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampın BMT tribunasından çıxışına “ən yüksək səviyyədə” cavab verəcəyinə söz verib. Kim Çen In rəsmi bəyanatla çıxış edərək söz verib ki, Şimali Koreya tarixin ən sərt əks-tədbirlərini tətbiq etmək imkanına baxacaq. Dövlət başçısı vurğulayıb ki, prezidentin nitqi ABŞ-a baha başa gələcək.

Kim Çen In Pxenyanın məhz hansı cavab addımları atacağını dəqiqləşdirməyib.

Amma daha əvvəl Şimali Koreyanın XİN rəhbəri Li Yon Xo jurnalistlərə bildirib ki, Pxenyan Donald Trampın BMT-dəki nitqinə cavab olaraq, Sakit okeanda hidrogen bombasını sınaqdan keçirə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya ordusu ABŞ-a qarşı döyüş andı içib. Şimali Koreya ordusunun yüksək vəzifəli məmurları ABŞ-a qarşı müqəddəs müharibədə sonuna qədər döyüşəcəyini bildiriblər.

Meksikanın cənubunda sentyabrın 19-da 7.1 bal gücündə zəlzələ baş verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Meksikada dünən baş verən dağıdıcı zəlzələnin vaxtını tam dəqiqliyi ilə proqnozlaşdıran türkiyəli professor Övgün Ahmet Ercan növbəti xəbərdarlıqla çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm