Müharibə üçün İCAZƏ, İrəvan ilkin ŞƏRTLƏRDƏN… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Müharibə üçün İCAZƏ, İrəvan ilkin ŞƏRTLƏRDƏN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Danışıqlar masasında sıxışdırılan Ermənistan sülhü pozmaq üçün yeni təxribat hücumu edə bilər. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR” rejiminin “xarici işlər naziri” Karen Mirzoyan vəzifəsindən çıxarılıb. Şimali İraq kürd muxtariyyəti sentyabrın 25-də keçirilən müstəqillik referendumunun rəsmi nəticələrini açıqlayıb.İraq parlamenti baş nazir Heydər əl-İbadiyə Kərkükə qoşun göndərmək səlahiyyəti verib. Kürd muxtariyyəti Bağdadın tələblərinə rədd cavabı verib. İraq və Suriyanı bölməyi qarşısına məqsəd qoyan Məsud Bərzani-PKK ittifaqının növbəti hədəfi Anadoludur. Rusiya ordusu “RS-12M Topol” qitələrarası ballistik raketin sınağını keçirib.

Rusiyanın Xabarovsk Şəhər Dumasının deputatı Smolkin Yevgenin pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən azərbaycanlı Anar Allahverənova kömək etmək üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib. Deputatın oxuduğu mətndə A.Allahverənovun ittiham olunduğu maddənin dəyişdirilməsi və ittihamın yumşaldılması istənilir.

Smolkin Yevgenin bildirir ki, davanın 20 saniyəlik hissəsinin yalnız 9 saniyəsi – Anarın rəqibinə öldürücü zərbələr endirdiyi hissə dərc olunub. Deputatın fikrincə, beləliklə, Draçevin öz opponentinə zərbələr vurduğu videokadrlar cəmiyyətdən gizlədilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR” rejiminin “xarici işlər naziri” Karen Mirzoyan vəzifəsindən çıxarılıb. Mirzoyan “ailə şəraitinə görə vəzifədən getdiyi” haqda ərizə yazıb.

Lakin “Jamanak” qəzeti onun qondarma rejimin “prezidenti” Bako Saakyan tərəfindən istefaya göndərildiyini qeyd edib.

Mirzoyanın istefası Dağlıq Qarabağ münaqişəsi üzrə gedən proseslərin fonunda diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Danışıqlar masasında sıxışdırılan Ermənistan sülhü pozmaq üçün yeni təxribat hücumu edə bilər. Bu təhlükə Ermənistanın “lragir” saytında yayımlanan məqalədə açıq şəkildə öz əksini tapır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İraq və İran sentyabrın 25-də Şimali İraq kürd muxtariyyətində keçirilən referendumla əlaqədar olaraq sanksiyalar mövzusunda birgə hərəkət etməyə başlayıb.

Türkiyə və İran Bağdadın tələbləri çərçivəsində Ərbilə qarşı bir sıra addımlar atıb. Türkiyə və İraq Habur sərhəd keçid məntəqəsində, İran isə Şimali İraq sərhədində həyata keçirdiyi hərbi təlimlərlə kürd muxtariyyətinə gözdağı verir.

“Yeni Şəfəq” nəşrinin yazdığına görə, Qərbin bölgədəki planlarına qarşı 80 illik fasilədən sonra “Sədabat Paktı” yenidən gündəmə gəlib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq və Suriyanı bölməyi qarşısına məqsəd qoyan Məsud Bərzani-PKK ittifaqının növbəti hədəfi Anadoludur. Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.

Nəşr qeyd edir ki, Türkiyənin 270 min kvadrat kilometrlik ərazisini “Böyük Kürdüstan” xəritəsinə daxil edən Bərzani-PKK ittifaqı İraq və Suriyadan sonra Türkiyəyə hücum etməyi planlaşdırır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ərbil beynəlxalq hava limanının rəhbəri Telar Faik rəsmi Bağdadın tələbin heç bir əsasının olmadığını və yerinə yetirilməsinin mümkün olmadığını söyləyib.

Xatırladaq ki, rəsmi Bağdad sentyabrın 26-da Şimali İraq kürd muxtariyyətinə nota verib. Notada sərhəd keçid məntəqələri və muxtariyyət ərazisində yerləşən hava limanlarının 3 gün ərzində təslim edilməsi tələb olunub.

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən referendumla əlqədar bölgədə gərginlik getdikcə artmaqdadır. İraq parlamenti baş nazir Heydər əl-İbadiyə Kərkükə qoşun göndərmək səlahiyyəti verib.

Parlamentin qərarına əsasən, İraq güc strukturları 10 iyul 2014-cü ilə qədər olan vəziyyətə uyğun olaraq bütün mübahisəli rayonlarda yerləşməlidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali İraq kürd muxtariyyəti sentyabrın 25-də keçirilən müstəqillik referendumunun rəsmi nəticələrini açıqlayıb. Səsvermədə iştirak edənlərin 92,73 faizi müstəqilliyə səs verib.

Rusiya ordusu “RS-12M Topol” qitələrarası ballistik raketin sınağını keçirib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamada yer alan bilgilərə görə, sınağın məqsədi qitələrarası ballistik raketlərin yeni savaş potensialını yoxlamaq olub. Raketin təlim məqsədli savaş başlığı Sarı Şaqan (Qazaxıstan) poliqonundakı hədəfini vurub.

Sınaq əsnasında raketin havadan müdafiə sistemini uğurla dəf etməsi də bildirilib.

Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı müharibəyə başlamaqla bağlı ABŞ-ın istənilən cəhdi Rusiyanı üçün təhlükə təşkil edir. Bunu ABŞ prezidenti Donald Trampın son bəyanatını şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə sədr müavini Frans Klinseviç bildirib.

“Bilavasitə Rusiya sərhədləri yaxınlığındakı istənilən münaqişə bizim tərəfimizdən ölkəmizlə bağlı düşmən hərəkətləri kimi qiymətləndiriləcək”, - senator deyib.

Qeyd edək ki, dünən Tramp KXDR-ə qarşı növbəti təhdid bəyanatı səsləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın Vinnitsa vilayətinin Kalinkovka şəhərində yerləşən döyüş sursatı anbarlarında baş verən partlayış Donbasda növbəti hücuma hazırlıq ola bilər. Bu haqda “Obozrevatel” nəşrinə Ukraynanın xarici kəşfiyyatının veteranı, general-leytenant Vasiliy Boqdan bildirib.

“Düşmənin növbəti güclü hücuma hazırlığı haqqında danışmaq olar. Ukraynanın silahlı qüvvələrinə ciddi zərər vurulub. Mümkündür ki, cəbhədə bu cür genişmiqyaslı hərəkətlər gələcəkdə də baş versin. Ukrayna ordusu öz döyüş sursatlarının bir hissəsindən məhrum edilərsə, onlar əhəmiyyətli dərəcədə zəifləyəcək”, - Boqdan qeyd edib.

Xatırladaq ki, döyüş sursatı anbarlarında partlayış ötən gecə baş verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm