Ermənistanı məhv edəcək SİLAHLAR, səfərdən sonra MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ermənistanı məhv edəcək SİLAHLAR, səfərdən sonra MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə İrəvan və Bakıya səfər edəcək. Rusiya ekspertləri Azərbaycanın Rusiyadan “Prometey” S-500 və “Antey-4000” zenit-raket sistemlərini almasının mümkünlüyü haqda müzakirələr aparır. Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsində qarşıdurma baş verib. ABŞ-da dəhşətli terror aktı törədilib. Şimali İraq kürd muxtariyyətinə qarşı həyata keçiriləcək əməliyyatın detalları məlum olmağa başlanıb. İspaniyanın Kataloniya muxtariyyəti referendumun nəticələrini elan edib. Pxenyan ABŞ-I növbəti dəfə təhdid edib.

ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə İrəvan və Bakıya səfər edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, o, yerdə vəziyyətlə tanışdıq məqsədilə rəsmilərlə görüşlər keçirəcək.

Məlumatda o bildirilir ki, bölgədə olduğu zaman A.Şofer Minsk Qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.

Rusiya ekspertləri Azərbaycanın Rusiyadan “Prometey” S-500 və “Antey-4000” zenit-raket sistemlərini almasının mümkünlüyü haqda müzakirələr aparır. Belə müzakirələrin başlanmasına səbəb bu ilin avqust ayında “Silahların ixracı” jurnalının baş redaktoru Andrey Frolovun “Promotey” S-500 və “Antey-4000” komplekslərinin əsas alıcılarından biri Azərbaycan ola bilər” deməsi oldu.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

PKK terror təşkilatının Ermənistanda iki dərnəyi və satın aldığı 2 mərtəbəli qərargahı var. Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-ya aid mülklər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının yanında yerləşir. Hətta binalar arası məsafənin 5-6 metr olduğu deyilir. Bu evlərdə terrorçular müalicə olunur.

Məlumata görə, yaralanan PKK terrorçuları iki yerdə malicə olunur. Ağır yaralılar Ermənistanda, yüngül yaralılar isə Şimali İraqda Bərzani rejiminin xəstəxanalarında müalicə olunurlar.

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey Ermənistanla PKK arasında gizli anlaşma olduğunu deyir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsində qarşıdurma baş verib. Cavaxetiyanın Kumurdo kəndində ermənilər X əsrdən qalma kilsənin həyətində erməni xaçı qoymaq istəyib. İddia ediblər ki, bu erməni kilsəsidir. Gürcüstan polisi isə buna müdaxilə edib. Daha sonra qarşıdurma başlanıb.

“Bu, dövlətə qarşı qiyamın və separatizmin ilkin mərhələsidir”, - deyə “kavkazplus” saytı yazır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyədə 37,055 erməni ailəsi kürd, ələvi və türk adı altında gizlənir. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

ASİMDER Türkiyə bölgələrindəki ermənilərin siyahısını və onların hansı dini və etnik ad altında gizləndiklərini təqdim edib:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Ermənistana 200 milyon dollarlıq kredit çərçivəsində edəcəyi silah tədarükü 2017-ci ilin sonuna qədər başa çatacaq. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə naziri Vigen Sərkisyan söyləyib. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin gələn ilin büdcəsindən alacağı əlavə 27 milyard dramın əsasən silah idxalına yönəldiləcəyini bildirib.

Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında 200 milyon dollarlıq kredit razılaşması 2015-ci ildə imzalanıb. Razılaşmaya əsasən, Moskva İrəvana bu krediti silah tədarükü ilə verməlidir. Müqavilə çərçivəsində artıq Rusiya Ermənistan “İsgəndər” raketlərini də verib. Bu, Azərbaycanın kəskin etirazına səbəb olub.

Şimali İraq kürd muxtariyyətinə qarşı həyata keçiriləcək əməliyyatın detalları məlum olmağa başlanıb. Əməliyyat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərinbən sonra həyata keçiriləcək.

Türkiyə Silahlı Qüvvələri əməliyyatın ilk mərhələsində İraq sərhədlərini keçə bilməyəcək. Bölgədəki hərbi mənbələrə görə, 41 min Peşmərgə (kürd muxtariyyətinin silahlı qüvvələri –red.) Kərkükdən başqa, 12 nöqtədə ağır silahlarla İraq əsgərlərini gözləyir.

İran Şimali İraq kürd muxtariyyətinə qarşı hərəkətə keçib. Muxtariyyət rəsmilərinin iddiasına görə, İran kürd muxtariyyəti ilə sərhədə tank və toplar yerləşdirir.

Qeyd edək ki, Şimali İraq kürd muxtariyyəti sentyabrın 25-də referendum keçirərək, müstəqilliyini elan edib. Lakin heç bir ölkə bu referendumun nəticələrini rəsmi şəkildə tanımayıb. Bölgə ölkələri – İran, Türkiyə və İraq kürd muxtariyyətinə qarşı birgə hərəkət edir.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva ətrafında nəqliyyatda terror aktları törətməyə hazılaşan İŞİD üzvlərini saxlayıb. Bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.

Əməliyyat sentyabrın 30-da keçirilib. Zərərsizləşdirilən terror qrupunun üzvləri Şimali Qafqaz regionunun sakinləri idilər. FTX-nin məlumatına görə, onların yaşadığı mənzillərdə böyük partlayış gücü olan əldəqayırma iki partlayıcı qurğu, PM-9 mm markalı iki tapança, iki ədəd RQD-5 qumbarası, rabitə vasitələri, həmçinin partlayıcı qurğuların istehsalı üçün lazım olan başqa predmetlər aşkarlanıb.

Rusiyada “telefon terror”u çərçivəsində növbəti xəbərdarlıq edilib. Nijni Novqorodda məktəblərə və Nijni Novqorod Kremli adlanan binaya partlayışı qurğuların qoyulması barədə zəng daxil olub.

Xatırladaq, 2017-ci ilin 11 sentyabrından bütün Rusiya üzrə minlərlə obyekt - inzibati binalar, ali məktəblər, orta məktəblər və ticarət mərkəzləri “minalanıb”. Rusiya KİV-i bir neçə gün əvvəl ölkədə telefon terrorizmi dalğasının təşkilində əsas şübhəlinin adını yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya nüvə bombasından qat-qat güclü olan yeni radioelektrik silah istehsal edir. İngiltərənin “Daily Star” qəzetinin məqaləsində Rusiyanın “Elabuqa” adlı yeni silahının orduları zərərsizləşdirmək, 7 km sahədə bütün ballistik raket başlıqlarını və təyyarələrin nəzarət sistemini bağlamaq potensialına malik olduğu qeyd edilib.

Yeni silahın ən diqqət çəkən özəlliyi isə tankların nəzarət sistemlərini əhatə dairəsi xaricində buraxmaq və tankın içindəki mərmiləri partlatmaqdır.

Əlavə olaraq, yerin 100 metr altında gizlənən əsgərlər belə elektromaqnetik silahın təsirinə məruz qala biləcək.

ABŞ-ın “The National Interest” nəşrində hərbi ekspert Nikolas Mayers Rusiya hərbçilərinin malik olduğu ən güclü və müasir silah və hərbi texnikanın adlarını açıqlayıb. Ekspert bu silahların ABŞ və müttəfiqləri üçün potensial təhlükə olduğunu bildirib.

Bu hərbi texnika və silahlara “Triumfu” S-400 zenit-raket kompleksləri, “İskəndər-M” operativ-taktik raket kompleksi, “Bal” raket kompleksi, “Kalibr” qanadlı raketləri, həmçinin radio elektron kəşfiyyatının ən yeni sistemləri daxildir.

“Bu texnologiyalar, şübhəsiz ki, ən azından növbəti bir neçə il ərzində Rusiyanın hərbi arsenalının əsasını təşkil edəcək”, - Mayers qeyd edib.

Əfqanıstan və İraq müharibələri, həmçinin İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar ABŞ-a 2001-ci ildən bu yana 1,7 trilyon dollara başa gəlib. Bu haqda ABŞ dövlət büdcəsinin xərclərinin analizi ilə məşğul olan “National Priorities Project” tədqiqat təşkilatının ekspertləri bildiriblər.

Ekspertlərin məlumatına görə, ABŞ 2001-ci ilin oktyabrında başladığı Əfqanıstan müharibəsinə 785 milyard dollardan çox xərcləyib. 2003-cü ilin martında başlana İraq müharibəsi 821, İŞİD-ə qarşı mübarizə 17 milyard dollara başa gəlib.

Qeyd edilir ki, ekspertlər hesablamalar zamanı yalnız ABŞ Müdafiə Nazirliyinin rəsmi rəqəmlərinə istinad ediblər. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və başqa xüsusi xidmət orqanlarının məxfiləşdirilmiş hərbi əməliyyatlarına çəkilən xərclər, həmçinin həlak olan və yaralanan hərbi qulluqçular üçün ən yaxın 40 ildə ayrılacaq kompensasiyalar nəzərə alınmayıb.

Əgər bütün bu xərclər nəzərə alınarsa, Braun Universitetindən olan analitiklərin qiymətləndirmələrinə görə, ümumi məbləğ 5 trilyon dollara yaxınlaşır.

Koreya Xalq Demokratik Respublikası (KXDR) təsəvvür oluna bilməyəcək zərbə vasitələrinə malikdir. Bu haqda Şimali Koreyanın dövlət nəşri “Rodong Sinmun”un məqaləsində deyilir.

Məqalədə iddia edilir ki, ABŞ-la müharibə olacağı halda, KXDR “yəqin qələbə qazanacaq”.

“Xalq və Koreya Xalq Demokratik Respublikasının ordusu Amerika imperialistlərini məhv etməyə və nəyin bahasına olursa-olsun vətənin yenidən birləşdirilməsinə nail olmağa köklənib”, - nəşr vurğulayır.

Xatırladaq ki, KXDR-in Asiya-Sakit okeanı Regionunda Sülh üzrə Komitəsinin nümayəndəsi ötən gün yeni bəyanatla çıxış edib. Bəyanatda ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasət tənqid olunur və Amerika "alov dənizinə" çevirməklə hədələnir.

ABŞ-ın Las-Veqas şəhərində “Mandalay Bay Hotel” mehmanxana kompleksinin qarşısında təşkil edilən musiqi fevtivalına silahlı hücum olub. İŞİD-in məsuliyyəti üzərinə götürdüyü terror hücumunda ən azı 50 nəfər ölüb, 200-dən çoxu yaralanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kamerunun Anglofon bölgəsindəki separatçı qruplar müstəqillik elan edib. Müstəqillik özünü “Ambazonyanın dövlət başçısı” adlandıran Sisiku Ayukun bazar günü sosial şəbəkədəki status ilə elan edilib.

“Biz artıq Kamerunun kölələri olmayacağıq. Bu gün mirasımız və torpaqlarımız üzərində hakimiyyəti gücləndiririk”, - o yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İspaniyanın Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon referendumun nəticələrini elan edib. Prosesdə iştirak edənlərdən 90 faizi müstəqillik lehinə səs verib.

Referendumda 5,3 milyon seçicidən 2,2 mln. nəfəri iştirak edib.

Madrid referendumu və plebisitin nəticələrini tanımır.

Kataloniyanın müstəqillik referendumu qanunsuzdur. Bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas söyləyib.

Onun sözlərinə görə, bu referendum İspaniya Konstitusiyasının tələblərinə cavab vermir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm