“Şeytan detallarda gizlənir” - Qarabağ masasında Sarkisyan üçün “RUS RULETİ”
Bizi izləyin

Nida Təhlil

“Şeytan detallarda gizlənir” - Qarabağ masasında Sarkisyan üçün “RUS RULETİ”

Cəbhə xəttində gərginlik davam edir, buna paralel olaraq, Ermənistan gələn ilin hərbi büdcəsini artırır. Hərçənd, o, bununla Azərbaycana çatmağı bacarmayacaq. Bütün bunların fonunda beynəlxalq vasitəçilər – ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ həmsədrləri, həmçinin, Azərbaycan və Ermənistan XİN rəhbərləri Prezident İlham Əliyevlə Serj Sarkisyanın görüşünü hazırlayır. Oktyabrda Minsk qrupunun həmsədrləri regiondakı vəziyyətlə bilavasitə tanış olacaqlar. Gözlənilir ki, bundan sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq.

Publika.az
xəbər verir ki, Rusiyanın “Rosbalt” agentliyi görüşün formal xarakter daşıyacağının istisna edilmədiyini yazıb.

Agentlik yazır ki, tərəflər müharibədən qaçmaq üçün bu danışıqlara gedə bilər.

Çünki müharibə başlayarsa, bu regionda iqtisadiyyatın, habelə nəqliyyat və neft-qaz layihələri də daxil olmaqla infrastrukturun məhv olması deməkdir. Həmçinin, üçüncü hərbi-siyasi güclərin Xəzər dənizinə genişmiqyaslı müdaxiləsi də mümkündür. Ehtimal ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ərazilərin Bakıya qaytarılmasının müzakirə edildiyini təsadüfən bildirmədi. Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev isə bildirdi ki, nazir Məmmədyarov münaqişənin nizama salınması üzrə “predmet danışıqların” davamı üçün həmsədrlərin bir neçə “maraqlı təklifini” dəstəklədi. Lakin bu təkliflərin nədən ibarət olduğu açıqlanmır”, - deyə “Rosbalt” qeyd edir.

Məqalədə bildirilir ki, Rusiya “Lavrov planı” adlanan variant üzərində israr edir: “Burada söhbət Qarabağ ətrafı rayonların azad olunmasından gedir. Lakin tərəflər Qarabağın son statusunda razılaşa bilmədi. Bakı ehtiyat edir ki, bu, Qarabağın tamamilə itirilməsi ilə nəticələnə bilər. Digər tərəfdən, qaçqınların qayıdışından sonra da şübhəsiz bölgədə mülkiyyət və digər məsələlər üzrə sonu görünməyən mübahisələr başlayacaq”.

Agentlik masada hansı sənədin olduğunu tərəflərin yaxşı bildiyinə diqqət çəkir: “Lakin “şeytan detallarda gizlənir”. Hə hər iki tərəf ehtiyat edir. Bu baxımdan, prezidentləri bir araya gəlməsi indiki məqamda heç bir ciddiyyət daşımır, əksinə, bu etibarı darmadağın edə bilər. Ümumilikdə isə tərəflər sülh nizamlanması prosesinin başlanmasına tələsir, çünki region və dünya sürətlə dəyişir, qlobal oyunçuların neqativ təsirləri hiss olunur. Misal üçün, bəzi ekspertlər “Rusiya-Azərbaycan münasibətlərinin soyuduğunu iddia edir”. Ermənistan-Rusiya münasibətlərində çatlar isə aydın görünür. İrəvan Avropa İttifaqı ilə yaxınlaşır və noyabrda Ermənistan ittifaqla hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqda saziş imzalamalıdır. Bu, qalmaqallı məsələ olaraq qalır”.

Mümkündür ki, Rusiya Sarkisyanı razılaşmaq üçün sıxacaq. Ermənistan prezidenti danışıqları 2018-ci ildə prezident səlahiyyətlərini təhvil verənə qədər uzada bilər. Bu, regionda gərginliyin artması baxımından təhlükəli məqamdır. Moskva Qarabağda silahların qınından çıxmasını istəmir. Lakin Sarkisyan da daxili vəziyyətə görə, rusların tələblərini həyata keçirməyə qorxur. “Qarabağ masasında Sarkisyan üçün rus ruleti”. Onun düşdüyü vəziyyəti belə izah etmək olar. Əgər danışıqları uzadırsa, ruslarla üzləşir, əks təqdirdə isə ölkə daxilində siyasi etirazlar başlaya bilər.

Sarkisyan ölkənin birinci şəxsi olmayacaqsa, ehtimal ki, o, münaqişənin “Lavrov planı” üzrə həllinə razı olacaq”, - deyə yazan agentlik də diqqəti 2018-ci ildə Serj Sarkisyanın prezidentlik müddətinin başa çatmasına yönəldir.

“Sarkisyan bununla tarixdə “xeyirxah addımları” ilə iz qoymaq istəyir. Lakin Sarkisyan danışıqları yeni kabinetin formalaşmasına qədər uzada da bilər. Bu halda Rusiya münaqişə bölgəsində atəşin yenidən başlanmaması üçün ciddi səylər qoymalıdır”, - məqalədə deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm