Nida Təhlil
Qarabağ əvəzinə erməni konyakı, yaxud AŞPA-da anti-Azərbaycan ŞƏBƏKƏSİ
1400 avro və 40 illik erməni konyakı... Yaxud
AŞPA-dakı anti-Azərbaycan şəbəkəsi.
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və
Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə
səsləndirdiyi bir çox fikir diqqət çəkdi. Onlardan birinə diqqət
edək: Azərbaycan Avropa Şurasını tərk etsə, ölkənin
həyatında heç nə dəyişməyəcək.
Dövlət başçısının bu sözləri əslində Azərbaycan ictimaiyyətinin
mövqeyidir.
Hər şeydən öncə bu qurum Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həllinə dəstək vermir, əksinə, bəzi üzvlər işğalçını dəstəkləməklə
beynəlxalq hüquq normalarını tapdayır.
Bu siyasətin davamı olaraq, Azərbaycan “insan haqları, demokratiya”
və s. bəhanələr altında hədəfə alınır. Seçkilərin daim
saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi,
terrorizmin dövlət siyasət səviyyəsində qəbul edildiyi, digər
dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə
milyonlarla insana əzab verən Ermənistan isə AŞPA-dakı lobbi
qrupları tərəfindən hər zaman himayə olunur.
Azərbaycan bütün qərəzli mövqelərə rəğmən, Avropa Komissiyası və
Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi diqqət yetirir, AŞPA-dakı
ədalətsiz mövqeyin ümumi mənzərəyə xələl gətirməsinə imkan vermir.
Lakin hər şeyin sonu olduğu kimi, ədalətsizliyin də sonu olmalıdır.
AŞPA-dakı lobbi qrupları və bəzi rəsmilər isə son dövrlər yeni
hücum dalğası başladaraq, Azərbaycanı qurumdan çıxarmaqla
hədələyir.
Prezident İlham Əliyevin dediyi kimi, bu baş verərsə, Azərbaycanda
heç nə dəyişməyəcək.
Ümumiyyətlə erməni lobbisinin və anti-Azərbayan şəbəkəsinin yuva
qurduğu AŞPA Azərbaycana lazımdırmı, yaxud bu qurumun ölkəmiz haqda
hansısa irad belə səsləndirməyi nə dərəcədə doğrudur?
Bu sual fonunda Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik
Mərkəzinin (European Strategic İntelligence and Security Center -
ESİSC) Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan
kampaniyası aparan erməni şəbəkəsini de-şifrə edən məlumatları yada
düşür.
Qarabağın işğalına qarşılıq 40 illik erməni
konyakı
2017-ci ili 24 yanvar tarixində Ukrayna deputatı Vladimir Arev
“Facebook”da yazdı ki, son illər bəzi deputatlar AŞPA-nı şəxsi
məqsədlərinə alət edib. O, AŞPA-dakı üç erməni deputatın adını
çəkirdi: Samvel Farmanyan, Naira Karapetyan və Naira Zoqrabyan.
(Ermənistanın AŞPA-da nümayəndə heyətinin üzvləri -red). Onlar
Arevə mətbuat azadlığı və beynəlxalq hüquqa riayət etmə haqqındakı
məruzəsini dəyişdirməsi üçün rüşvət təklif ediblər. Erməni
deputatlar rüşvəti ona görə təklif edirdilər ki, Arev məruzədən
Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı hissəsini çıxartsın.
Arevin sözlərinə görə, üç deputat 1400 avro və 40 illik erməni
konyakı ilə onu ələ almağa çalışıb.
Arev rüşvəti qəbul etmir və bundan sonra təzyiq və böhtan
dövriyyəyə buraxılır. AŞPA-nın 2017-ci il qış sessiyasında
ermənilər ədalətli və qərəzsiz ukraynalı deputatı milliyyətcə
azərbaycanlı olmaqda ittiham etdilər.
Sorosun “Mister X-i”, yaxud “Ermənistan tərəfindən
oyna”
ESİSC-in araşdırmasına görə, AŞPA-da anti-Azərbaycan əməliyyatları
2012-ci ildə yüksək vəzifəyə yeni təyinatla başlandı. İlk məruzədə
bu şəxs “mister X” olaraq təqdim olunurdu. (ikinci məruzədə
təşkilat “mister X”-in Avropa Şurasının insan haqları üzrə
komissarı və Soros Fondunun əməkdaşı latviyalı Nils Muyjnieks
olduğu açıqlandı). Bu təyinatdan sonra AŞPA-da bəzi
şəxslər birləşərək, Azərbaycana qarşı çağırışlar etməyə başladı.
Lakin heç bir əsas yox idi və ittihamlar böhtan xarakteri
daşıyırdı.
“ONG Monitor”un məlumatına görə, şəffaflıq və azadlıq üzrə
ixtisaslaşan QHT-lər Soros Fondunun ayırdığı 4 milyard avro qrantla
maliyyələşir və bura “Human Rights Watch”, “Amnesty İnternational”,
“Human Rights House Foundation”, “Açıq dialoq”, “Avropa sabitlik
təşəbbüsü” (YEİS), “İnsan haqları üzrə Helsinki komitələri” kimi
təşkilatlar da daxil olmaqla Avropanın 50 qeyri-hökumət təşkilatı
aiddir.
“Sorosun təşkilatları onilliklər ərzində Bakını ləkələyir,
Azərbaycan haqqında yalan informasiyalar yayır, dünyəvi dövləti
diktator rejimi kimi təqdim etməyə çalışırdı. 2010-cu ildən
etibarən Azərbaycanda insan potensialının inkişafı daim yüksəlir,
baxmayaraq ki, Ermənistan işğalı nəticəsində ölkə kütləvi qaçqın
problemi ilə üzləşib. Lakin QHT-lər siyasi həbslər haqda bağırır və
nə qaçqın problemini, nə də 105 radikalın Suriya və İraqa getməsini
xatırlamırlar. Azərbaycan hakimiyyəti Avropa demokratlarından
fərqli olaraq, öz sərhədləri daxilində problemlə mübarizədə
tamamilə qanuni və ədalətli addımlar atır. Azərbaycanı gözdənsalma
kampaniyası fonunda Ermənistandakı vəziyyətə göz yumulur və “mənim
düşmənimin düşməni, mənim dostumdur” prinsipindən çıxış edirlər. Bu
prinsipi 2012-ci ildən başlayaraq, AŞPA-nın boynuna qoymağa
çalışırdılar. Soros yalnız Avropa siyasətinə qarışmır, ABŞ-da aktiv
oyunçu olmağa davam edir və erməniyönümlü diplomatiyanın
irəliləməsi üçün mesenat fəaliyyətindən istifadə edir. Bunun üçün
o, İrəvanda “Açıq Cəmiyyət İnstitutu”nun filialını öz erməni
diplomatiyasının əsas elementi etdi. Digər tərəfdən, Soros ABŞ-da
güclü erməni lobbisinə güvənir, “Azərbaycanın stabilliyini pozmaq
üçün Ermənistan tərəfindən oyna” strategiyasını gücləndirir”, -
deyə hesabatda qeyd olunurdu.
“Mister X”-in anti-Azərbaycan komandası
2012-ci ildən başlayaraq, “mister X” - Nils Muyjnieks Sorosun
tapşırığına əsasən, AŞPA daxilində anti-Azərbaycan şəbəkəsini
inkişaf etdirməyə başlayır. Bu şəbəkəyə qoşunlardan biri “Avropa
sabitlik təşəbbüsü” (YEİS) təşkilatının rəhbəri olan Cerald
Knaus idi. Knaus Soros Fondunun idarə heyətinin üzvüdür.
O, Azərbaycanı heç bir sübutu olmadan tez-tez korrupsiyada ittiham
edir. Knaus YEİS vasitəsilə “kürü diplomatiyası” adlı hesabat dərc
edərək, ona maksimum dəstək verdi. Bu məruzənin nəşrində bir hədəf
var idi: böhtana əsaslanan şübhəli mühit yaratmaq və Bakıya qarşı
siyasi müharibədə iştirak edəcək deputatların şəbəkəsini
formalaşdırmaq. Soros Fondunun üzvünə AŞPA daxilində effektiv iş
üçün Parlament məclisinin dəstəyini təmin etmək lazım idi. Çünki
təkcə erməni deputatların dəstəyi bəs etmirdi və daha çox deputat
prosesə qoşulmalı idi. Xüsusilə Avropa İttifaqı ölkələrinin
nümayəndələri olarsa, lap əla olardı. Kristofer
Ştrasser və digər deputatların dəstəyini alan Knaus buna
nail oldu.
Knausun yaxın dostu Ştrasser Ermənistana sevgisi ilə məşhurdur. O,
2015-ci ilin 24 aprelində İrəvanda “soyqırımı qurbanlarını” yad
edən alman hökumətinin yeganə nümayəndəsi idi. Bu faktın özü də
göstərirdi ki, Ştrasser Dağlıq Qarabağın qanunsuz işğalı da daxil
olmaqla, Ermənistan maraqlarının müdafiəsində mükəmməl
namizəddir.
Knaus və Ştrasser “siyasi məhbus” məsələsini qaldıraraq Azərbaycana
qarşı hücumda birləşdi. Knaus Corc Sorosun xeyrinə işləyirdi,
Ştrasser isə Ermənistanın.
Ştrasser italiyalı jurnalist Milena Qabanelli ilə
əməkdaşlıq edirdi. 2016-cı ilin noyabrında Qabanelli İtaliyanın
“RAİ3” telekanalında erməni maraqlarının müdafiəsi məqsədilə AŞPA
deputatlarını tənqid edən reportaj hazırladı. Milenanın Soros Fondu
ilə əlaqələri məlumdur. Misal üçün, 2013-cü ildə Milena Qabanelli
İtaliyanın “Tiziano Terziani” ədəbi müsabiqəsinin münsiflər
heyətinin üzvü idi. Hansı ki, bu müsabiqədə Corc Sorosun “Avropa və
ABŞ-da maliyyə sarsıntıları” kitabı da təqdim edilirdi. Milena
həmçinin, Ermənistanın “köhnə dostu”dur. Dağlıq Qarabağ müharibəsi
zamanı o erməni tərəfindən reportajlar hazırlayır, azərbaycanlı
qaçqınların taleyindən narahat olmadan, İrəvanın xeyrinə
materiallar yayırdı. Bu dəstək onu Ermənistan mediasının ulduzu
etdi. Ştrasser Qabanelliyə təkcə kömək etmirdi, o, ukraynalı
deputat Vladimir Arevi ələ almağa çalışan erməni deputat Samvel
Farmanyanla birgə telereportajda da çıxış edirdi.
Şəbəkənin digər üzvü - Piter Omtzixt: Niderland
siyasətçi Omtzixt 2010-cu ildə AŞPA-da deputat fəaliyyətinə
başladı. İlk iki il ərzində o, Ermənistandakı siyasi vəziyyət haqda
öz narahatlığını tez-tez dilə gətirirdi. 2012-ci ildə qəfildən
əvvəlki bəyanatlarından tamamilə imtina etdi və Azərbaycanı tənqid
etməyə başladı. Səbəb nə idi? Bunu aydınlaşdırmaq üçün 2012-ci ildə
Niderlandda parlament seçkilərinə baxmaq lazımdır. Omtzxit üzvü
olduğu partiyadan çıxarılmışdı, lakin yenə də güclü seçki
kampaniyası apardı və səs çoxluğu ilə qalib gəldi. İstisna deyil
ki, onun AŞPA-dakı mövqeyinin qəfil dəyişməsi bu seçkilərlə
əlaqəlidir. Çünki onun seçki kampaniyasının arxasında erməni
lobbisi dayanırdı.
Bununla yanaşı, o, Cerald Knausla münasibətlərini gizlətmir.
Omtzixt “kürü diplomatiyası” məruzəsinin ikinci fəslinin tərtib
olunmasında Knausla əməkdaşlıq edirdi. Bu işdə ona Frank Şvab da
kömək edirdi.
Frank Şvab 2011-ci ildə AŞPA-nın üzvü oldu. Həmin
vaxtdan etibarən o, SDP-də (Almaniyanın Sosial-Demokrat Partiyası)
qalmaq üçün Ştrasserlə öz siyasi baxışlarını uyğunlaşdırırdı. Bu
məsələ onu anti-Azərbaycan lobbisi üçün mükəmməl namizəd etdi.
Ştrasser və Şvab SDP daxilində “erməni soyqırımı” məsələsini
qaldırdı.
Anti-Azərbaycan kampaniyasında həmçinin, iki fransız deputat da
mühüm rol oynayır. Onlar sosialistlər qrupunun üzvləridir: sədr
müavini Rene və Fransa-Ermənistan dostluq qrupunun üzvü Fransua
Roşblaun.
Fransua Roşblaun Ermənistanın işğal etdiyi
regionlara tez-tez həmrəylik səfərləri təşkil edir. O, daha əvvəl
qondarma “DQR”-in “prezidenti” Bako Saakyan və “spikeri” Aşot
Qulyanla görüşüb.
AŞPA-da kölgə şəbəkəsi Azərbaycana daim hücum edir. Onun taktikası
belədir: sıx hücumlar, böhtanlar. Məqsəd Ermənistanın işğalına
bəraət qazandırmaqdır. Faktiki olaraq, bu şəbəkə AŞPA-nı etibardan
salır.
Azərbaycana qarşı məqsədyönlü hücum isə ictimai rəydə “bizim o
təşkilatda nə işimiz var kimi” fikirləri gücləndirir. İndi bunu
AŞPA-nın özü düşünməlidir?: Ya ədalət prinsipini əsas götürərək,
anti-Azərbaycan maraqlarına xidmət etməkdən əl çəkməli və öz
etibarını bərpa etməli, ya da artıq de-şifrə olunmuş erməni lobbisi
və maraq şəbəkəsinin maşasına çevrilməyə davam edərək, öz nüfuzunu
ayaqlar altında salmalıdır.
Asif Nərimanlı
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO