Putindən hücum SİFARİŞİ, Ərdoğanın tək ŞƏRTİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Putindən hücum SİFARİŞİ, Ərdoğanın tək ŞƏRTİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endrü Şofer Dağlıq Qarabağa səfər edib. Ermənistan parlamenti Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanı təsdiq edib. Neçə illərdir dünya gündəminin əsas mövzularından birinə çevrilən İŞİD terror qruplaşmasının yaranması ilə bağlı daha bir fakt ortaya çıxıb. ABŞ Senatı 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyini təsdiqləyib. Səudiyyə Ərəbistanı kralı ilə Rusiya prezidenti Putin arasında görüş keçirilib.

ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endrü Şofer Dağlıq Qarabağa səfər edib. Həmsədr Xankəndidə Dağlıq Qarabağ separatçı rejiminin başçısı Bako Saakyanla görüşüb.

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da İrəvanda, oktyabrın 7-də isə Bakıda rəsmi görüşlər keçirəcəklər. Səfərin gedişatında vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan qarşıdakı görüşün gündəliyini müzakirə edəcəklər.

Sentyabrın 17-də Ermənistana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərdən imtina ediblər. Bu faktı “aysor” qəzeti indi gündəmə gətirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünən Ermənistan parlamenti Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanı müzakirəyə çıxartdı. Əsas məruzəçi kimi çıxış edən Ermənistan müdafiə nazirinin müavini Artak Zaxaryan etiraf etdi ki, onlar öz sərhədlərinin toxunulmazlığını təmin etmək gücündə deyil.

“Ermənistan öz sərhədlərini qorumaq gücündə deyil, lakin silahlandırma və vahid qoşun qruplaşması bunu təmin edə bilər”, - deyə o bildirib.

Parlamentin vitse-spikeri Eduard Şarmazanov da qeyd edib ki, “Ermənistan tam ölçüdə öz müdafiəsini təmin etmək vəziyyətdə deyil. Biz hansısa hərbi blokda olmalıyıq, buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını seçdik. Çünki Türkiyəyə qarşı yeganə alternativimiz bu blokdur”.

Müzakirələrin sonunda isə parlament Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanı ratifikasiya edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin Muğla vilayətinin Köyceğiz mahalında PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verib. Nəticədə 7 terrorçudan 5-i öldürülüb, digərlərinin zərərsizləşdirilməsi üçün əməliyyat başlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. Prezident ölkəsinin Şimali İraq kürd muxtariyyətində keçirilən referendumla bağlı mövqeyini açıqlayıb.

Prezident Ərdoğan bildirb ki, kürd muxtariyyəti qarşısında Ankaranın tək şərti var:

“Referendumun nəticələri ləğv olunmalıdır. Şərtləri və vəziyyəti tamamilə fərqli olan Kosovaya baxın. Hazırda 114 ölkənin tanınmasına baxmayaraq, hələ də “dövlətəm” deyə bilmir. Halbuki, Kosovanı tanıyan ilk ölkə ABŞ, ikincisi isə saniyə fərqi ilə Türkiyə oldu. Ərbilin hərəkətini isə İsraildən başqa heç kim dəstəkləmir. Buna görə də referendumun nəticələri ləğv edilməlidir, başqa çarələri yoxdur. Əks halda, lazımı addımlar atacağıq”.

Neçə illərdir dünya gündəminin əsas mövzularından birinə çevrilən İŞİD terror qruplaşmasının yaranması ilə bağlı daha bir fakt ortaya çıxıb. Türkiyənin “Yeni Şəfəq” nəşri xəbər verir ki, altında ABŞ kəşfiyyatının imzası olan 2001-ci il tarixli bir sənədə görə, İŞİD-in nüvə strukturu olan “Tövhid və Cihad” təşkilatı ABŞ və İsrailin kəşfiyyat qurumları - CİA və MOSSAD-ın əməkdaşlığı ilə qurulub.

İraq kəşfiyyatı tərəfindən 18 sentyabr 2001-ci ildə hazırlanan sənədə görə, Suriyada PYD-nin, İraqda isə Məsud Bərzaninin pirat dövlət qurması üçün zəmin hazırlayan “Tövhid və Cihad”ın qurulması prosesini Bərzani də dəstəkləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səudla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. Kremlin Andreyevski zalında keçirilən görüş öncəsi Vladimir Putin Səudiyyə Ərəbistanı kralının səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini söyləyib.

Putin dəvəti qəbul etdiyinə görə krala təşəkkür edib.

“Bu, bizim münasibətlərimizin tarixində Səudiyyə Ərəbistanının kralının Rusiyaya birinci səfəridir. İki ölkənin münasibətləri böyük tarixə malikdir”, - Rusiya prezidenti deyib.

Kreml başçısı xatırladıb ki, 1926-cı ildə krallığını müstəqilliyini tanıyan ilk dövlət Sovet İttifaqı olub.

Krallığın Hərbi-Sənaye Kompleksi ilə “Rosoboroneksport” arasında Səudiyyə Ərəbistanında hərbi təyinatlı məhsulların istehsalını nəzərdə tutan razılaşma da imzalanıb. Rusiya Səudiyyə Ərəbistanına “Kalaşnikov A-103” avtomat silahının və müxtəlif təyinatlı güllələrin istehsalı üçün lisenziya da verəcək.

BMT Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasını Yəməndəki insan haqlarını pozanlarla bağlı tərtib etdiyi qara siyahıya salıb. Təşkilat koalisiyanın fəaliyyəti nəticəsində Yəməndə keçən il 683 uşağın öldüyünü bildirib. Üstəlik, koalisiyanın bombardmanı ucbatından 38 xəstəxana və məktəb dağılıb.

Qeyd edək ki, koalisiyanın bu siyahıya əlavə edilməsi məsələsi uzun müddətdir BMT-nin gündəmində yer almışdı. Keçən il koalisiyanı buraya əlavə etmələrinə baxmayaraq, sonradan bu qərar ləğv edilmişdi.

ABŞ Senatı 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyini təsdiqləyib. Bu haqda Senatın kəşfiyyat üzrə komitəsinin başçısı Riçard Burr məlumat verib.

Onun sözlərinə görə, bununla da Rusiyanın 2016-cı ildə ABŞ-da seçkilərə müdaxilə etdiyi barədə Amerika kəşfiyyatının tədqiqatını təsdiqlənmiş olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Las-Veqasda 59 nəfəri öldürən, 200-dən çox insanı yaralayan Stefan Paddok haqda yeni detallar ortaya çıxıb. Türkiyəli yazar Taha Dağlı qətliamla bağlı maraqlı araşdırma aparıb.

Stefanın İŞİD-lə bağlantısı olduğu iddia edilsə də, sonradan bu, təkzib edildi. ABŞ mediası və polisi israrla bu şəxsin psixoloji problemlərinin olduğunu deyir. 64 yaşında olan və bu yaşa qədər heç bir cinayət törətməyən, hətta yol qaydalarını belə pozmayan Stefanın belə bir qətliam törətməsinin sirri nədir?

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreyanın Seul və Tokio şəhərlərinə mümkün nüvə zərbəsindən sonra 2 milyondan çox insanın həlak olacağı bildirilir. Belə qənaətə Koreya Xalq Demokratik Respublikasının vəziyyətini daim analiz edərək ixtisaslaşmış “38 North” təşkilatı gəlib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm