Bakı şərtləri irəli sürdü, İrəvan qəbul etdi - Prezidentlər GÖRÜŞƏ HAZIRLAŞIR
Bizi izləyin

Nida Təhlil

Bakı şərtləri irəli sürdü, İrəvan qəbul etdi - Prezidentlər GÖRÜŞƏ HAZIRLAŞIR

Regiona səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan, oktyabrın 7-də isə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəndən sonra birgə bəyanat yaydı.

Publika.az
xəbər verir ki, bəyanatda həmsədrlər prezidentlərin görüşməsi istiqamətində müzakirələr apardıqlarını və hər iki liderin danışıqların yenilənməsi məqsədilə görüşə hazır olduqlarını qeyd etdilər.

“Görüşün vaxtı haqda yaxın gələcəkdə tərəflər ictimaiyyətə məlumat verəcək”, - deyə bəyanatın yekununda qeyd olunur.

Gözlənilir ki, bu ilin sonuna kimi prezidentlərin görüşü baş tutsun. Ötən ilin “aprel müharibəsi”ndən sonra Vyana və Sankt-Peterburq görüşləri keçirildi, lakin bir ildən artıq müddətdir ki, prezidentlər səviyyəsində görüş keçirilmir. Bu baxımdan, qarşıdakı görüşün münaqişənin həlli baxımından irəliləyişə səbəb olacağına dair az da olsa ümidlər yaranır.



Ermənistan isə narahatdır. İşğalçı ölkədə hesab edirlər ki, həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmasını dilə gətirməməsi onlar üçün yaxşı gələcək vəd etmir. Söhbət Obama dövründə ABŞ tərəfindən təklif olunan və mövcud status-kvonun möhkəmləndirilməsinə hesablanmış “atəşkəsə nəzarət mexanizmi”ndən gedir. Hərçənd, bu məsələ Vyana görüşündə müzakirə edilsə də, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən Sankt-Peterburq görüşündə əsas müzakirə mövzusu deyildi. Sadəcə olaraq, “atəşkəsə nəzarət mexanizmi” ərazilərin qaytarılması məsələsinin müzakirə edildiyi görüşün detallarını gizlətmək məqsədilə bəyanata daxil edilmişdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İrəvan uzun müddət işğalın davam etməsinə hesablanmış bu mexanizmlərin quraşdırılması məsələsinin üzərində dayanır. Lakin nə nazirlərin Nyu-York görüşündə, nə də həmsədrlərin sonuncu bəyanatlarında bu məsələyə yer verilməsi artıq Ermənistanda ciddi narahatlığa səbəb olur.

Erməni siyasi şərhçisi Sarkis Artsruni yazır ki, bu, Ermənistanın Azərbaycanın istədiyi şərtlər daxilində danışıqlar masasına qayıtdığını göstərir: “Həmsədrlərin son bəyanatları iddia etməyə imkan verir ki, “atəşkəsə nəzarət mexanizmi” Minsk qrupunun gündəliyindən çıxarılıb”.

Erməni şərhçi diqqəti Rusiyadan gələn “rayonların qaytarılması” bəyanatlarına çəkir və qeyd edir ki, ABŞ-ın oyunda aktiv iştirak etməməsi Moskvanın oyunu öz qaydalarına uyğun oynamasına şərait yaradır.

Moskvanın oyun qaydaları isə göründüyü kimi, Ermənistana sərf etmir. Hərçənd, Rusiya 5 rayonun qaytarılmasını nəzərdə tutan planını tətbiq etməklə ən çox öz əlinə oynayır. Lakin indiki məqamda bu, mövcud status-kvonun dəyişməsi və danışıqlar prosesinin irəliləməsi deməkdir.

Kremlin mətbəxində hazırlanan bəyanatlar

Maraqlıdır ki, son dövrlər həm Ermənistandan, həm də Rusiyadan rayonların qaytarılması ilə bağlı açıqlamalar gəldi.



Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda Məmmədyarovun hüzuruna getməmişdən bir neçə gün öncə “Qarabağ ətrafı rayonların qaytarılması məsələsi müzakirə olunur” açıqlamasını verdi. Erməni nazir sonradan fikirlərinin kontekstdən çıxarıldığını iddia etsə də, ox yaydan çıxmışdı. Nəzərə alsaq ki, Nalbandyan Rusiyanın himayəsində olan şəxsdir – bunu erməni mediası dəfələrlə yazıb – hesab etmək olar ki, onun bu, sözləri Kremldə hazırlanıb.

Daha sonra Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Qarabağ ətrafındakı beş rayonun qaytarılmasını gündəmə gətirdi. Duqin rəsmi şəxs deyil, lakin onun Kremlin danışan dili olduğuna dair iddialar çoxdur. Xüsusilə təyyarə böhranına görə başlanan Rusiya-Türkiyə qarşıdurmasının yumşaldılmasında iştirakı, eləcə də Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən öncə və sonra türkiyəli rəsmilərlə Moskvanın adından təmaslar qurması bu iddiaları gücləndirdi. Belə bir şəxsin Qarabağ məsələsi haqda konkret dediyi sözlərdə siyasi populizm olması ehtimalı azdır. Deməli, Rusiya Duqinin ağzı ilə də öz yanaşmasını gündəmə gətirir.



Duqin deyir ki, “prezidentlərin görüşündə 5 rayonun qaytarılması məsələsi müzakirə olunacaq”.

Proseslərin inkişafı fonunda bu sözləri Duqin kimi şəxsin deməsi həqiqətən də görüşdə belə bir məsələnin müzakirəsini istisna etmir.

Nədir 5 rayon?

Rusiya “Kazan düsturu”nun yenilənmiş formasını təklif edir. Mətbuatda bu “Lavrov planı” olaraq adlandırılır, hərçənd, Lavrov da daxil olmaqla, ruslar bu adda planın olmadığını qeyd edirlər. Təbii ki, bu deyilənlər sadəcə diplomatik etiketdir.



Rusiyanın planına görə, ilkin mərhələdə Qarabağ ətrafındakı 5 rayon qaytarılır; Qarabağla Ermənistan arasında dəhliz olacaq bölgə yaradılır, bunun Laçın dəhlizi olacağı istisna deyil; 2 rayonun taleyi sonradan həll edilir; Qarabağın gələcək statusu məsələsi müzakirəyə çıxarılır.

Detallar isə bəlli deyil. Belə demək mümkünsə, “şeytan detallarda gizlənir”. İndiki məqamda Ermənistanın narahatlığı işğalçı ölkə üçün kabus dövrünün başlandığı görüntüsünü ortaya çıxarır. Lakin hər şey prezidentlərin görüşündən sonra məlum olacaq, təbii ki, bu görüş olacaqsa...

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm