Nida Təhlil
Prezidentdən mühüm tapşırıqlar: Əhalinin gəlirləri artacaq, yeni iş yerləri yaradılacaq

Azərbaycanın sosial-iqtisadi inkişafı yüksələn xətt üzrə
davama edir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən
Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında qeyd edilən göstəricilər də bunu sübut edir.
Publika.az xəbər verir ki, 2017-ci ilin ötən doqquz ayı
ərzində Azərbaycanda qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft
sənayesi 3,1 faiz artıb. Qeyri-neft iqtisadiyyatında müşahidə
edilən artım son illərdə aparılmış məqsədyönlü siyasətin, uğurlu
islahatların, iqtisadiyyatın şaxələndirilməsinin göstəricisidir.
Hərtərəfli inkişafı dövlət prioritetinə çevrilən kənd
təsərrüfatında 2,8 faiz artım qeydə alınıb.
Uğurlu inkişaf
Azərbaycanın xarici ticarət dövriyyəsi 7 faiz artıb. İxrac idxalı
böyük fərqlə üstələyir. Xarici ticarətin müsbət saldosu 4,4 milyard
dollara bərabərdir. İlin sonuna qədər bu rəqəm daha da artacaq.
Doqquz ayda Bakıda və bölgələrdə yeni iş yerlərinin yaradılması
prosesi uğurla gedib. 226 min yeni iş yeri yaradılıb ki, onlardan
171 mini daimidir.
Əsas infrastruktur layihələri uğurla icra edilib. Yeddi yüz
kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma 93 faiz
səviyyəsindədir.
50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülübdür,
suvarma suyu təmin edilib. Dövlət başçısının taspşırığına əsasən,
qalan iki ay yarım ərzində daha 100 min hektar torpaqlarda bütün
işlər başa çatmalıdır.
Sosial infrastrukturla bağlı siyasət uğurla aparılır. Bu ilin
əvvəlindən 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilib və təmir
edilib. İnfrastruktur layihələrinin uğurlu icrası ümumi iqtisadi
inkişafa, regionların inkişafına təkan verir. Neftdən və qazdan
gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur
layihələrinin icrasına, özəl sektorun inkişafına
istiqamətləndirilib.
Neft qiyməti ilə müqayisədə inkişaf
İlin 9 ayı ərzində dünya bazarlarında neftin qiyməti aşağı
səviyyədə olsa da, Azərbaycanın valyuta ehtiyatları 4.5 milyard
dollar artaraq 42 milyard dollara çatıb. Qənaətlə istifadə, düzgün
investisiya proqramı valyuta ehtiyatlarını artırmağa imkan yaradır.
Azərbaycan iqtidarı ölkənin gələcəyi, uzunmüddətli, dayanıqlı
inkişaf haqqında düşünür. İqtisadi imkanlar, o cümlədən valyuta
ehtiyatları müstəqilliyin əsas şərtlərindən biridir. Azərbaycan
özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib,
müstəqil siyasət aparan ölkə kimi tanınır. Bunun təməlində güclü
siyasi iradə, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik amilləri
xüsusi yer tutur.
Beynəlxalq arenada Azərbaycanın mövqeyi və Qarabağ
siyasəti
Beynəlxalq arenada mövqeyi daha da möhkəmlənən Azərbaycan dünyada
etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Azərbaycanın xarici
əlaqələri çoxşaxəlidir, bütün ölkələrlə qarşılıqlı faydalı və
bərabərhüquqlu münasibətlər qurulub. Azərbaycan dünya miqyasında
etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Azərbaycan
Prezidenti rəsmi səfərlər, beynəlxalq tədbirlər, yüksək səviyyəli
görüşlər zamanı xalqın milli maraqlarından çıxış edir, dövlətin
həyata keçirdiyi siyasəti, ölkənin reallıqlarını,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini dünya
ictimaiyyətinə çatdırır. Azərbaycan Prezidenti xarici ölkələrə 14
səfər etmiş, ondan çox dövlət və hökumət başçısı Azərbaycana gəlib.
Beynəlxalq arenada Azərbaycan böyük hörmətə və çox müsbət
reputasiyaya malik olan bir ölkədir.
Bu il ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində
ciddi addımlar atılıb. Dövlət başçısının dediyi kimi, Azərbaycanın
ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq.
Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas vəzifədir.
Ermənistanın müəyyən şərtlər irəli sürtməklə danışıqlara başlamaq
cəhdi baş tutmadı. Bu gün danışıqlar prosesi heç bir şərt qəbul
olunmadan bərpa edilir.
Ermənistanın isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu
müraciətləri açıq etirafdır ki, döyüşdə onların Azərbaycan
qarşısında duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu
göstərdi. Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar
bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr
gözləyir.
Tarixə yazılan 2017-ci il
2017-ci il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar və uğurlu
il kimi qalacaq.
“Əsrin kontraktı”nın yeni şərtlərlə təzələnməsi və müddətinin
uzadıılması bu tarixi hadisələrdən biridir. Müqavilədə Azərbaycanın
iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75
faizi Azərbaycan tərəfinə veriləcək. Dövlət Neft Şirkəti yeni
kontraktın podratçısı kimi iştirak edəcək və Azərbaycana xarici
neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək.
“Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra olunur. “Şahdəniz-2”
layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri,
98 faiz səviyyəsində icra edilib. TANAP layihəsi 82 faiz, TAP
layihəsi isə 53 faiz səviyyəsində icra olunub. Bakı-Tbilisi-Qars
dəmir yolunun tikintisi başa çatıb. Yaxın vaxtlarda bu yolun rəsmi
açılışı nəzərdə tutulur. Azərbaycanın iştirak etdiyi və bir çox
hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Bu
layihələr ölkəyə böyük iqtisadi mənfəət, səmərə verir və
Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional
müstəvidə rolu artır. Bu gün Azərbaycanın iştirakı olmadan bu
regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa
bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi
təsdiqləyib. 2017-ci il Azərbaycan tarixində ciddi iqtisadi
islahatlar ili kimi qalacaq. Sahibkarlığın inkişafı təmin edilir.
İnvestisiya təşviqi mexanizmi tam işə düşüb. Bu istiqamət
çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat
həcmində investisiya qoyuluşu təmin ediləcək.
Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan bu
il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz
reytinqini daha da yaxşılaşdırır. Bu, böyük uğurdur, tarixi
nailiyyətdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar
tərəfindən Azərbaycanın gələcəyinə çox böyük inam var. Bu ilin
doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə
qoyulub.
Prezident İlham Əliyev iclasda mühüm tapşırıqlar
verdi:
1. İlin sonunadək Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş
bütün məsələlər öz həllini tapacaq.
2.Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha böyük olacaq.
3.Hazırda sahibkarlara verilən güzəştli kreditlərin tam həcmi
əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir.
İlin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin
olunacaq.
4. Rayonlararası və kənd yolları ilə bağlı il ərzində prezident
tərəfindən çoxlu sərəncamlar verilibdir, bu sərəncamların icrası
turizmin inkişafın sürətlədirəcək.
5. Azərbaycanda bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan
kənd yolu qalmayacaq.
6. Gələn il 100 min hektar sahəyə yeni kanallar çəkiləcək.
Azərbaycanda yeni süd zavodları yaradılacaq. Hazırda 400 hektardan
çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Bu
istixanaların böyük hissəsi ixraca hesablanıb və beləliklə, ölkənin
ixrac potensialı daha da artacaq.
7. Azərbaycanda 38 aqroparkın yaradılması prosesi gedir. Onlardan
ikisi artıq fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsi açılıb.
Balaxanıda, Masallıda sənaye zonaları, Mingəçevirdə böyük
tekstilyönümlü yüngül sənaye zonası, Hacıqabul rayonunda sənaye
məhəlləsi yaradılır. Gələn il də bir neçə rayonda sənaye
zonalarının yaradılması ilə bağlı praktiki işlər başlanacaq.
8. Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur.
Gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq.
Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə
tutulur, bununla həm boyadan, həm də iplikdən xarici asılılığa son
qoyulacaq.
9. “ASAN xidmət” mərkəzlərinin tikintisi davam etdirilir. Yaxın
aylarda Mingəçevir və Quba şəhərlərində, gələn il isə Şəki və
İmişli şəhərlərində yeni mərkəzlər açılacaq.
Dövlət başçısının çıxışında bu məsələlər öz əksini tapdı. Bu
perspektiv ölkədə yeni iş yerlərinin yaradılması, əhalinin
gəlirlərinin artması deməkdir.
Diqqətçəkən digər məqamlar isə Azərbaycanın gələcək inkişafı ilə
bağlı strateji planlardır. Prezident tapşırıq verdi ki, Strateji
Yol Xəritələrinin icrası tam təmin olunmalıdır. Monitorinq göstərir
ki, bəzi qurumlarda Strateji Yol Xəritələrinin icrası 50 faizr, 70
faizr, bəzi qurumlarda isə 10-15 faizdir. Bunun izahatı tələb
olunmalı, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş
yaratmalıdırlar. Sənayenin, kənd təsərrüfatının inkişafı,
infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi”
layihələrinin icrası, “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının
işlənilməsi əsas prioritetlərdir. Bundan sonrakı illərdə də
Azərbaycan uğurla inkişaf edəcək və həmişə zirvələrdə olacaq.
Publika.az

-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz hadisələr səni stresə sala bilər
-
Region17 Aprel 22:36
Çavuşoğlunun atası VƏFAT ETDİ
-
Art17 Aprel 22:12
Azərbaycanlı kinorejissor vəfat etdi - FOTO
-
Kriminal17 Aprel 21:12
Dəhşətli qətl və intiharın ŞOK TƏFƏRRÜATI - 5 ay əvvəl ailə qurduğu qadının... / VİDEO
-
Nida Xəbər 17 Aprel 20:24
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
Sosial17 Aprel 20:20
Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ - FOTO
-
Magazin117 Aprel 19:12
Anasını itirdikdən sonra ilk dəfə efirə çıxdı - VİDEO
-
Elm və təhsil17 Aprel 19:00
Balakəndə ilk: buraxılış imtahanında 300 bal toplayan kimdir? - FOTO