Nida Təhlil
Sarkisyandan Qarabağla bağlı HİYLƏGƏR OYUN: 2018-ci ilin aprelinə kimi...

Azərbaycan və Ermənistan prezidentlərinin MDB dövlət başçılarının Soçidə keçirilən sammiti çərçivəsində görüşü olmadı. Hərçənd, görüş öncəsi bu haqda ehtimallar səsləndirilirdi.
Publika.az-ın xəbərinə görə, indi əsas gözlənti
prezidentlərin ilin sonuna kimi görüşəcəyi ilə bağlıdır. ATƏT-in
Minsk qrupu həmsədrlərinin regiona səfərin nəticələri ilə bağlı
yaydıqları bəyanatda buna açıq işarələr var idi. Bununla yanaşı,
ilin sonuna kimi Rusiyanın da prezidentlərin görüşünü təşkil etmək
istədiyi deyilir. Lakin Soçi sammitindən bir gün sonra – dünən baş
verən iki məqam diqqətdən qaçmadı:
Birinci: Ermənistan snayperləri təmas xəttinə
yeridərək, mövqelərimizi atəşə tutdu.
İkinci: Ermənistan xarici işlər
nazirinin müavini Savarş Koçaryan “bu gün danışıqların
irəliləməsinin heç bir imkan yoxdur” deyərək, Azərbaycana qarşı
“atəşkəsə nəzarət mexanizmləri” şərtini irəli sürdü.
Bu iki məqam Ermənistanın faktiki olaraq, danışıqlardan
yayındığını, masada əyləşməmək üçün siyasi və hərbi platformada
təxribata əl atdığını deməyə əsas verir.
Ermənistan mediasında yer alan informasiyalar da işğalçı ölkənin
məqsədini açıq şəkildə göstərir.
Siyasi şərhçi Aram Amatuni yazır ki, Serj Sarkisyan diqqəti daxili
problemlərə ayırır: “Ölkədə ictimai-iqtisadi problemlər var, eləcə
də hökumət daxilində mübarizə qızışır. Təcrübə göstərir ki, bu,
Sarkisyan üçün təbii hadisədir. Lakin o, öz hakimiyyətini qorumaq
üçün təkcə daxili yox, xarici faktorları da nəzərə almalıdır. İdiki
məqamda danışıqlar masasında əyləşmək hər şeydən öncə Sarkisyanın
hakimiyyəti üçün təhlükəlidir”.
Erməni şərhçinin sözlərindən belə anlaşılır ki, Sarkisyan
danışıqları ən az 2018-ci ilin aprelinə kimi uzatmaq niyyətindədir.
Həmin vaxt o, prezident səlahiyyətlərini təhvil verəcək və
hakimiyyət üzərində nəzarəti saxlamaq üçün özünə yeni post açacaq.
Bu proses fonunda A.Amatinin “Sarkisyan daxili siyasətdə yenə də
Qarabağ kartına müraciət edəcək” sözləri diqqət çəkir.
Hesab etmək olar ki, Sarkisyan danışıqlar masasında əyləşməmək üçün
siyasi və hərbi təxribatlarını davam etdirəcək.
A.Amatini qeyd edir ki, “Qarabağ ətrafında ciddi proseslər
başlayanda, bu, müharibə mərhələsinə keçid üçün əsas olur. İndiki
məqamda, danışıqların saxlanılması daha yaxşıdır, əks halda, “ciddi
danışıqlar” arxasınca müharibəni gətirir”.
Erməni şərhçinin dediklərindən belə anlaşılır ki, Sarkisyan həm də
müharibə qorxusuna görə danışıqların dondurulmasına çalışır.
Faktiki olaraq, işğalçı ölkə təhlükəli oyun oynayır. Çünki
danışıqların dondurulması müharibə fitilinin hər an alovlanması
deməkdir.
O da istisna deyil ki, Sarkisyan prezident postunu təhvil verdikdən
sonra nəzarəti əldən verməmək üçün təmas xəttində gərginliyin
olmasında maraqlıdır. Çünki onun 2018-ci ildən sonra Milli
Təhlükəsizlik Şurasının baş katibi olacağı haqda informasiyalar
var. Qarabağda istənilən toqquşma Sarkisyanın “lazımlılıq”
potensialını artıra bilər. Ermənistan prezidentinin Soçidən gələn
kimi snayperləri təmas xəttinə göndərməsi də bütün bunların fonunda
diqqət çəkir.
Asif

-
Sosial17:40
Əli Əsədov yeni qərar imzaladı
-
İdman17:08
"Neftçi" Eminin qarşısına şərt qoydu: Ya bununla razılaşacaq, ya da gedəcək
-
Rəsmi xronika15:59
İlham Əliyev Çinə getdi
-
Sosial15:10
Dəm qazından ölən ailənin görüntüləri - VİDEO
-
Dünya14:18
Papa öldü, 900 illik kitab yenidən gündəmə gəldi: Dünyanın sonu iddiası
-
Nida Xəbər 13:48
Bəzi dövlət qurumlarındakı vəzifə maaşları ilə bağlı - QƏRAR
-
Nida Xəbər 13:30
Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
-
Cənubi Qafqaz13:06
Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ