Ani zərbə QƏRARI, üç gün sonra QARABAĞDA... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ani zərbə QƏRARI, üç gün sonra QARABAĞDA... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi açıqlanıb. Dünən Suriyanın İdlib vilayətinə daxil olan Türkiyə Silahlı Qüvvələri ilk nəzarət məntəqələrini qurmağa başlayıb. İraq ordusu Kərkükün Peşmərgədən (Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri -red.) azad edilməsi üçün əməliyyata başlayıb. ABŞ Müdafiə Naizrliyi (Pentaqon) ani qlobal zərbə kompleksləri hazırlayır. Ağ Ev ABŞ prezidenti Donald Trampın İran üzrə yeni strategiyasının əsas müddəalarını elan edib.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi açıqlanıb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabr 2017-cı il tarixində Cenevrədə görüşü keçiriləcək.

Prezidentlər səviyyəsində sonuncu təmas 2016-cı ildə Vyana və Sankt-Peterburq görüşlərində olmuşdu. Bir ildən də artıq müddət sonra yenidən görüşün keçirilməsi bütün diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldir. Ehtimallar var ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin uzanmasında son ola bilər: ya razılaşma əldə ediləcək, ya da müharibə başlayacaq.

Rusiyalı politoloq Qriqori Trofimçuk da bu fikrin tərəfdarıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan və Ermənistan prezidentlərinin MDB dövlət başçılarının Soçidə keçirilən sammiti çərçivəsində görüşü olmadı. Hərçənd, görüş öncəsi bu haqda ehtimallar səsləndirilirdi. Lakin Soçi sammitindən bir gün sonra – dünən baş verən iki məqam diqqətdən qaçmadı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünən axşam saatlarında Suriyanın İdlib vilayətinə daxil olan Türkiyə Silahlı Qüvvələri ilk nəzarət məntəqələrini qurmağa başlayıb. Bu haqda Türkiyə Silahlı Qüvvələri Baş qərargahından bildirilib.

Rusiyanın S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı problem yoxdur. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Birinci mərhələdə birgə istehsal olmayacaq, ikinci mərhələdə bu istiqamətdə addımları atacağıq. Putinlə (Rusiya prezidenti Vladimir Putin –red.) danışıqları S-400-lə bitirməyi düşünmürük, S-500-lər haqqında da müzakirələr aparacağıq. Dünyada “Patriot” (ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemi –red) artıq istifadədən çıxır”, - prezident deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq ordusu Kərkükün Peşmərgədən (Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri -red.) azad edilməsi üçün əməliyyata başlayıb. Bu haqda İraq Müdafiə Nazirliyindən bildirilib.

Eyni zamanda dünən Kərkükə xeyli sayda Peşmərgənin göndərildiyi bildirilir.

Dünən yayılan xəbərə görə, Haviceyi İŞİD-dən təmizləyən 50 minlik İraq ordusu Ərbilin nəzarətindəki Mosul, Kərkük, Diyala, Dayrabun və Bacidə yönəlib. İraqın bölgəyə daha 70 minlik güc göndərəcəyi bildirilir.

Xatırladaq ki, İraq parlamenti sentyabrın 27-də baş nazir Heydər əl-İbadiyə Kərkükə qoşun göndərmək səlahiyyəti verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kərkük ətrafında qanlı döyüşlərin qarşısını almaq üçün Şimali İraq Kürd Muxtariyyətinə tabe olan peşmərgə müəyyən qədər geri çəkilib. Bu haqda Kürdüstan Yurdsevərlər Birliyi Məclisinin üzvü və peşmərgə komandiri Şeyx Cəfər Mustafa deyib.

ABŞ Müdafiə Naizrliyi (Pentaqon) ani qlobal zərbə komplekslərinin yaradılmasına başlayıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov bildirib.

“Pentaqon hücum və müdafiə silahlarının birgə istifadəsi konsepsiyasını reallaşdıraraq ani qlobal zərbə komplekslərinin yaradılmasına başlayıb”, - o əlavə edib.

FAN agentliyi 2017-ci ilin əvvəlində xəbər verib ki, Moskva və Moskva vilayətinin raket əleyhinə müdafiə sistemi tamamilə müasirləşdiriləcək.

Bu ilin iyun ayında ABŞ “The National Interest” nəşrində deyilir ki, dünyada yalnız bir şəhər – Moskva nüvə döyüş başlıqlı raketlərlə qorunur. Məqalədə deyilir ki, Rusiya paytaxtı planetdə “nüvə çətiri” altında olan tək yaşayış məntəqəsidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya KİV-i xəbər verir ki, PGS zərbə haqqında qərarın qəbul olunması anından 60 dəqiqə ərzində Yer kürəsində istənilən hədəfə zərbə vurmağa icazə verən qeyri-nüvə yüksək dəqiqlikli sistemlərdir. Belə komplekslərin hədəfləri ballistik raketlərin mobil və stasionar işəsalma qurğuları, nəzarət məntəqələri və nüvə obyektləridir. Hazırda PGS vasitələrinin üç tipi məlumdur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ağ Ev ABŞ prezidenti Donald Trampın İran üzrə yeni strategiyasının əsas müddəalarını elan edib. Yeni strategiyanın hədəfi İranın Yaxın Şərqdə təcavüzünün və stabilliyi pozan hərəkətlərinin qarşısını almaqdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) ABŞ tərəfindən terror təşkilatı siyahısına daxil edilməsi İrana qarşı müharibə elanı anlamına gələcək. Bunu İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi bildirib.

O, həmçinin bildirib ki, ABŞ İranla imzalanan nüvə razıaşmasından çəkiləcəyi halda, beynəlxalq arenada doğuracaq nəticələrə də hazır olmalıdır. Əli Əkbər Salehi İranın ABŞ-ın davranışına uyğun qərarlar qəbul edəcəyini deyib.

Bu gün isə Ağ Ev ABŞ prezidenti Donald Trampın İran üzrə yeni strategiyasının əsas müddəalarını elan edib. Yeni strategiyada “Sepah”a qarşı addımlar da nəzərdə tutulur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm