Trampa Türkiyə XƏBƏRDARLIĞI, 19 gün əvvəlki DƏHŞƏTLİ ANONS ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Trampa Türkiyə XƏBƏRDARLIĞI, 19 gün əvvəlki DƏHŞƏTLİ ANONS ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. ABŞ prezidenti Donald Trampın keçmiş baş strateqi Stefan Bannon Türkiyə və Qətərlə bağlı xəbərdarlıq edib. Türkiyə təhlükəsizlik qüvvələri İŞİD-in 29 oktyabr Cümhuriyyət Gününə planlaşdırdıqları genişmiqyaslı terror aktlarının qarşısını alıb. ABŞ hökuməti Rusiyaya tətbiq edəcəyi sanksiyalara “S-400” maddəsi də əlavə edib. Rusiyada keçiriləcək prezident seçkilərinə daha bir qadın namizdliyini irəli sürüb. ABŞ Ukraynaya öldürücü silahların verilməsi məsələsində pauza verib. Katalon parlamenti İspaniya hökumətinin qərarını tanıyıb.

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak edirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrindən və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışından danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya səfər edəcək. Bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan deyib.

Erməni səfir qeyd edir ki, Sarkisyan noyabrın 15-16-da Moskvada keçiriləcək Ermənistan mədəniyyət günlərində iştirak etmək üçün Rusiyaya gedəcək.

ABŞ prezidenti Donald Trampın keçmiş baş strateqi Stefan Bannon Türkiyə və Qətərlə bağlı xəbərdarlıq edib. Bannon Londonda çıxan “Şarku'l Avsat” qəzetinə verdiyi müsahibədə Türkiyənin İrandan daha təhlükəli olduğunu bildirib.

“ABŞ üçün ən böyük təhlükə Türkiyədir. Türkiyə qonşusu İran qədər təhlükəli deyil, ondan daha təhlükəlidir. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyindəki Türkiyədə gerçəkdə nələrin baş verdiyinin fərqində deyilik. Bu, mənim üçün prioritet məsələ olacaq”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə təhlükəsizlik qüvvələri İŞİD-in 29 oktyabr Cümhuriyyət Gününə planlaşdırdıqları genişmiqyaslı terror aktlarının qarşısını alıb. Son iki gündə ölkənin 9 vilayətində keçirilən əməliyyatlarda ümumilikdə 143 nəfər saxlanılıb. Onların əksəriyyəti xarici vətəndaşlardır. İzmirdə tutulan İŞİD üzvlərindən 2-sinin isə azərbaycanlı olduğu bildirilir.

Türkiyədə İŞİD-ə qarşı həyata keçirilən son əməliyyatlar ABŞ-ın Türkiyədəki keçmiş səfiri Con Bassın İŞİD üzərindən Ankaranın təhdid etməsini yada salıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyanın İdlib şəhərindəki deeskalasiya zonasına radikalların hücum təhlükəsi var. Moskva Türkiyənin orada vəziyyəti sabitləşdirə biləcəyinə ümid edir. Bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev danışıb.

“Əlbəttə ki, həmin zonalarda olan bəzi qrupların təxribat xarakterli hərəkətləri ilə bağlı müəyyən çətinliklər mövcuddur. Türk həmkarlarımızın hələlik müşahidə zonalarını tamamilə yarada bilmədiyi İdlibdə bir sıra mürəkkəb məsələlər var. Buna görə də gərginlik səviyyəsi olduqca yüksəkdir və orada olan radikal qruplar tərəfindən hücum təhlükəsi realdır. Türkiyəli tərəfdaşlarımızın İdlib şəhərindəki deeskalasiya zonasında olan öhdəliklərini yerinə yetirəcəyinə və orada vəziyyəti sabitləşdirəcəyinə ümid edirik”, - Lavrentiyev deyib.

ABŞ hökuməti Rusiyaya tətbiq edəcəyi sanksiyalara “S-400” maddəsi də əlavə edib.

ABŞ Rusiyanın “S-400” müdafiə sistemi və “Kalaşnikov” silahlarını satan “Rosoboronexport” və “Almaz-Antey” şirkətlərini qara siyahıya salıb. Sanksiyaların siyahısı ABŞ Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb və konqresə təqdim edilib.

Qeyd edək ki, Türkiyə bir müddət öncə Rusiya ilə “S-400” razılaşması əldə edib. Səudiyyə Ərəbistanı da Moskvadan silah alması ilə bağlı anlaşmalara imza atıb.

ABŞ strateji nüvə güclərinin “Qlobal ildırım” (Global Thunder) təlimlərinə başlayır. Bu haqda ABŞ Strateji komandanlığının (STRATCOM) rəsmi nümayəndəsi Brayan Maquir bildirib.

O əlavə edib ki, ikitərəfli razılaşmada tələb olunduğu üçün ABŞ təlimlərlə əlaqədar Rusiyaya xəbərdarlıq edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasını idarə edən Paul Manafort və iş ortağı Rik Qeytsin hüquq-mühafizə orqanlarına gələrək təslim olmaları tələb edilib. ABŞ mediası bunu Trampın prezident postundan kənarlaşdırılması prosesinin ilk mərhələsi kimi təqdim edib.

Məlumata görə, bu qərar Donald Trampın 9 aylıq hakimiyyətində dönüş nöqtəsi ola bilər. Seçki kampaniyasını idarə edən Manafort bu gün hüquq-mühafizə orqanlarına gələrək təslim olacaq. İstintaq çərçivəsində baş verən həbslər Ağ Ev üçün vacib həqiqətlərin üzə çıxmasına səbəb olacaq.

Qeyd edək ki, ABŞ polisinin Prezident Trampın kabusuna çevrilən istintaqla bağlı sabahdan etibarən həbslərə başlayacağı bildirilsə də, Manafortun vəkili ilə birlikdə FTB ofisinə daxil olarkən görüntüləri yayılıb.

Gələn il Rusiyada keçiriləcək prezident seçkilərinə daha bir qadın namizdliyini irəli sürüb. Aparıcı Yekaterina Qordon da prezidentliyə iddialı olduğunu deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali İraq kürd muxtariyyəti Bərzaninin istefa tələbini səs çoxluğu ilə təsdiq edib. Bərzaninin yerinə isə idarəçilik bir müddət Neçirvan Bərzaniyə həvalə ediləcək.

Publika.az xəbər verir ki, Məsud Bərzaninin səlahiyyətlərinin təhvil verilməsi haqqında qərar Şimali İraq kürd muxtariyyətində keçirilən qapalı iclas zamanı təsdiq edilib.

İran ilə imzalanan nüvə razılaşması ləğv edilməlidir. Bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu söyləyib. Onun sözlərinə görə, İsrail bu razılaşmanı qəti şəkildə pisləyir.

“Bir daha xatırladıram ki, bu anlaşma İranın nüvə silahını əldə etməsi ilə yekunlaşacaq. İran Şimali Koreyadan 30 dəfə güclüdür. Bu ölkə bölgə və dünyada dominantlıq etmək niyyətindədir”, - o deyib.

ABŞ-ın məqsədi İranda nizamı dəyişməkdir. Bunu jurnalistlərə açıqlamasında İranın Baş Qərargah rəisi general Məhəmməd Baqıri söyləyib.

“Hədəfi İranda çevriliş etmək olan ölkənin müzakirə aparacaq ləyaqəti yoxdur. Biz nüvə razılaşmasına sadiqik, amma sanksiyalar yenidən gündəmə gəlsə, İran nüvə razılaşmasından tam çıxacaq”, – deyə o bildirib.

ABŞ Ukraynaya öldürücü silahların verilməsi məsələsində pauza verib. “Vaşinqton Post” nəşri qeyd edib ki, bir neçə aylıq danışıqlar və konsultasiyalardan sonra prezident Donald Trampın administrasiyası Barak Obama dövrünün siyasətinə qayıdıb. Sözügedən siyasət Ukraynaya öldürücü silahların verilməməsini nəzərdə tutur. Barak Obama administrasiyasının mövqeyi bundan ibarət idi ki, Ukraynaya hərbi yardımın artırılması diplomatik irəliləyişin qarşısını ala və Rusiya ilə böhranı kəskinləşdirə bilər.

Avqustun 24-də ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirmişdi ki, Amerika administrasiyası Kiyevə öldürücü silahların verilməsi məsələsinə baxır.

Katalon parlamenti İspaniya hökumətinin qərarını tanıyıb və növbədənkənar seçkilərin keçirilməsinə qədər fəaliyyətini dayandırıb. Bu haqda qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Katalon parlamenti oktyabrın 27-də regionun müstəqilliyi haqqında qətnaməni qəbul edib. Amma qətnamə nə Kataloniya parlamentinin, nə də muxtariyyət hökumətinin rəsmi bülletenində dərc edilib. Qətnamə qüvvəyə minməsi üçün rəsmi bülletenlərdə dərc edilməlidir.

Elə həmin gün İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqini təsdiq edib. Sözügedən maddə Kataloniyanın ispan hakimiyyətinin birbaşa idarəsinə keçməsinə imkan verir. İspaniyanın baş naziri Mariano Raxoy muxtariyyət hökumətinin üzvlərinin, həmçinin baş nazir Karles Puçdemonun vəzifələrindən kənarlaşdırıldığını bldirib.

Muxtariyyətdə növbədənkənar seçkilər dekabrın 21-nə təyin edilib. Puçdemon oktyabrın 28-də bildirmişdi ki, ispan hakimiyyətinin qərarlarını tanımır.

Barəsində cinayət işi açılan Kataloniya Muxtar Əyalətinin keçmiş lideri Karles Puçdemonun ölkədən qaçması ilə bağlı informasiya yayılıb. İspan mətbuatı K.Puçdemonun rəsmi instaqram səhifəsindən paylaşdığı fotodan sonra onun ölkədən qaçaraq Brüsselə sığındığını yazıb.

Belçikanın baş naziri Şarl Mişel yayılan xəbərlərə cavab olaraq deyib ki, Belçika daha əvvəl də K.Puçdemona sığınacaq verəcəyini bildirmişdi: "Məsələni daha da qızışdırmaq lazım deyil. Belçika hökuməti Kataloniya muxtariyyətinin keçmiş rəhbərinin sığınacaq istəməsilə bağlı müraciətini təmin edəcək. İspaniya Karlesin ekstradisiyası barədə qətiyyən düşünməsin".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm