• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI, cəbhəboyu HÜCUM… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI, cəbhəboyu HÜCUM… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Moskvaya işgüzar səfərə gedib. İsrail öz təhlükəsizliyi üçün Suriyaya müdaxilə edəcəyini bəyan edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ailələri girov saxlanılan şəxslərə müxtəlif ölkələrdə kamikadze olmaq şərtini irəli sürüb. ABŞ Konqresinin Nümayəndələr Palatası təhlükəsizlik sahəsində yardım üçün Ukraynaya 350 milyon dolların verilməsi barədə qərarı qəbul edib. Zimbabvedə hərbi çevriliş baş verib.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda braziliyalı həmkarı Aloyzio Nunyes Ferreyra ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı və onun Moskvada ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı müzakirə olunacaq:

"Sergey Lavrovun Bakıya səfəri zamanı müzakirə olunacaq məsələlər danışıqlar masasındadır. Azərbaycanın mövqeyi dəfələrlə səsləndirilib. Biz istəyirik ki, danışıqlar sadəcə danışıqlar xatirinə aparılmasın".

Noyabrın 13-də Soçidə baş tutan Ərdoğan-Putin görüşündən dərhal sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfər edəcəyi haqda informasiyasının ortaya çıxması Ermənistanda narahatlığa səbəb olub.

Lavrovun noyabrın 19-da Bakıya, 20-də isə İrəvana səfər edəcəyi deyilir.

Rusiya baş diplomatının səfərində iki nüansın mümkünlüyü ehtimal edilir:

1. Lavrov münaqişənin nizama salınması üzrə yeni Qarabağ planını gətirəcək.

2. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməyə çalışacaq.

İkinci nüans sıradan diplomatik gediş kimi görünür. Xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün Lavrovun hər iki paytaxta səfərinə ehtiyac yoxdur və belə bir görüş diplomatik kanallar vasitəsilə də asanlıqla müzakirə edilə bilər. Ermənistanda narahatlıq yaradan məqam da məhz Lavrovun yeni planla gəlişidir.

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Moskvaya işgüzar səfərə gedir.

Bu gün İrəvanda parlament binasının önündə hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrlə polis arasında toqquşma baş verib. Tələbələr Ermənistan parlamentinin binası istiqamətindəki Dəmirçiyan küçəsini bağlayıb. Daha sonra onlar parlament binasının Baqramyan prospekti tərəfdən olan girişini tutublar.

"S-400 “Triumf” zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması üçün Ankara müqavilədə göstərilən bütün vəsaiti ödəməlidir". Bu sözləri xarici ölkələrlə hərbi əməkdaşlıq üzrə Rusiya Federal Agentliyinin bir səlahiyyətlisi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq, S-400 batareyalarının Türkiyəyə çatdırılması 2019-2020-ci illərdə həyata keçirilə bilər.

“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ailələri girov saxlanılan şəxslərə müxtəlif ölkələrdə kamikadze olmaq şərtini irəli sürüb”. “Yeni Şəfəq” nəşrinin yazdığına görə, bu iddia ilə terror aktı törətmək üçün Türkiyəyə keçərkən tutulan misirli “Əbu Zeyd” adlı terrorçu çıxış edib.

Ələ keçirilən “Əbu Riyad” adlı terrorçu isə son 4 ayda bir çox ölkəyə ABŞ kəşfiyyatı vasitəçiliyi ilə kamikadzelərin daşındığını söyləyib. Onun sözlərinə görə, İŞİD daxilində bütün inzibati mexanizm kəşfiyyat təşkilatları tərəfindən idarə olunur və müəyyən vaxtdan sonra bunu hər kəs bilir, ancaq ölüm qorxusu səbəbiylə susmaq məcburiyyətində qalırlar.

İsrail öz təhlükəsizliyi üçün Suriyaya müdaxilə edəcək. “İsrail şəraitdən asılı olmayaraq, öz təhlükəsizliyini təmin etmək üçün Suriyaya lazımi müdaxiləni edəcək. Baş nazir Benyamin Netanyahu artıq bununla bağlı Rusiya Prezidenti Vladimir Putini xəbərdar edib”, – bəyanatda bildirilib.

Qeyd edək ki, bundan öncə Rusiya xarici İşlər naziri Sergey Lavrov İranın Suriyadakı hərbi mövcudluğunun qanuni olduğunu və İsrailə Suriyadan İran qüvvələrinin çıxarılması ilə bağlı hər hansı söz vermədiklərini açıqlamışdı.

İsrailin baş naziri Benyamin Netanyahu isə İranın nüvə silahı əldə etməsinin və Suriyanı hərbi bazaya çevirməsinin qarşısını almaq üçün İsrail təkbaşına hərəkət etməyə hazır olduğunu deyib.

“Tehran İsrailin sərhədlərində güclənmək və İsraili məhv etmək üçün Suriya konfliktindən istifadə edir. Dünya ictimaiyyətini İran təcavüzünə qarşı kollektiv cavab verməyə çağırıram”, - deyə Netanyahu bildirib.

Rusiya Dövlət Duması "İnformasiya haqqında" və "KİV haqqında" qanunlara düzəlişləri ikinci oxunuşda qəbul edib. Dəyişikliklərlə Rusiya qanunvericiliyində xarici agent funksiyalarını icra edən “xarici kütləvi informasiya vasitələri” anlayışı meydana çıxıb.

Düzəlişlərə əsasən, aşağıdakı mənbələrdən maliyyələşdirilən media orqanlarını “xarici agentlər” siyahısına əlavə etmək mümkün olacaq.

ABŞ Konqresinin Nümayəndələr Palatası təhlükəsizlik sahəsində yardım üçün Ukraynaya 350 milyon dolların verilməsi barədə qərarı qəbul edib. Bu haqda Ukraynanın ABŞ-dakı səfirliyinin feysbuk səhifəsində deyilir.

Rusiya isə dəfələrlə xəbərdarlıq edib ki, ABŞ-ın Ukraynaya silah çatdırması Donbas münaqişəsi zonasında vəziyyəti daha da ağırlaşdıracaq.

Hələ Barak Obama administrasiyası dövründə Ukrayna parlamentinin “Xalq cəbhəsi” fraksiyasının deputatı Anton Qeraşenko bildirmişdi ki, Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib. Deputat bu barədə ona Vaşinqtonda deyildiyini bildirib.

“Donetsk Xalq Respublikası” düşməni qısa müddətdə məhv edə biləcək silahların inkişafını başa çatdırıb. Bu barədə Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko danışıb.

“Münaqişə zamanı Donetsk müdafiə sənayesi düşməni yüksək sürət və keyfiyyətlə məhv etməyə qadir olan yeni silahlar hazırladı və istehsal etdi. Ukrayna ordusunun hücumu başlamadan bitəcək”, - Zaxarçenko bildirib.

Donbasda sülhməramlıların yerləşdirilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin son variantı “DXR” və “LXR”lə (Donetsk və Luqansk “xalq respublikaları” - red.) uyğunlaşdırılmalıdır. Bu haqda belaruslu həmkarı Vladimir Makeylə görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiyanın təklif etdiyi qətnamə layihəsində tamamilə BMT-nin müəyyən etdiyi meyarlar göstərilib.

Zimbabvedə “ZBC” dövlət teleradio şirkətinin binasını ələ keçirən hərbçilər daha sonra ölkə prezidenti Robert Muqabanı əsir götürüblər. Hakimiyyəti istefaya göndəriblər.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR