Ordu üçün qətliam PLANI, hər an BÖYÜK MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ordu üçün qətliam PLANI, hər an BÖYÜK MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin gündəmə gəlməsi haqda qorxular yaranıb. Türkiyə ordusu hər an genişmiqyaslı əməliyyatlara başlaya bilər. Suriya və İraqda məğlubiyyətə uğrayan beynəlxalq terrorçular başqa istiqamətlərə yönəlir və Yaxın Şərqin hüdudlarında yenidən qruplaşırlar. Husilər Səudiyyə Ərəbistanı ərazisinə raket atıblar. Şimali Koreya ABŞ Dövlət katibi Reks Tillersonun nüvə proqramından imtina ilə bağlı təklifini rədd edib.

Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin gündəmə gəlməsi haqda qorxular yaranıb. “Ermənistan milli konqresi” partiyasının sədr müavini Vardan Malxasyan İrəvan daxili toqquşmaların Qarabağda böyük gərginliyə səbəb ola biləcəyini düşünür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Əgər Azərbaycan müharibə elan etmək istəsə, bunun qarşısını almaq olmayacaq. Bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin söyləyib.

“Əgər Azərbaycan müharibəni başlamağa qərar versə, o zaman hansı formada müharibənin başlanması faktının qarşısını almaq olacaq? Hücumun qarşısını almaq başqa məsələdir, amma Azərbaycanın istəyəcəyi təqdirdə müharibənin başlanmasının qarşısını almaq mümkün olmayacaq.

Qarabağdakı erməni ordusu barədə dəqiq informasiya yoxdur. Ümumiyyətlə, Dağlıq Qarabağ informasiya baxımından çox qapalıdır. Belə ki, Dağlıq Qarabağ tanınmamış ərazidir”, – deyə o bildirib.

O, həmçinin, müharibənin başlayacağı təqdirdə Azərbaycan və Ermənistan ordularının mövqeləri barədə danışıb:

“Erməni ordusu döyüş mövqeləri baxımından güclənib. Buna səbəb isə son illər Rusiyadan aldığı silahlardır. Bu, tərəflər arasındakı disbalansı aradan qaldırıb. Azərbaycan ordusu isə daha güclü silahlanıb. Onun özəlliklə, səmada böyük üstünlüyü var”.

Türk ordusu Suriya ilə sərhəddə yerləşən Afrin şəhərini terrorçulardan azad etmək üçün hər an genişmiqyaslı əməliyyatlara başlaya bilər. Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna YPG-yə qarşı əməliyyat üçün artıq “hazır ol” əmrinin verdildiyi də bildirilib.

Zirehli texnikanın ön planda olacağı əməliyyata başlamaq üçün Afrin-İdlib sərhədindəki 3 təpədə təhlükəsizlik nöqtəsi qurulub. Daha 9 təpədə sözügedən prosesin icra olunmasına başlanılıb. Proses başa çatdıqdan sonra həmin təpələrə türk əsgərləri yerləşdiriləcək.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrinin tezliklə terrorçulardan təmizlənəcəyi anonsunu vermişdi.

ABŞ Türkiyəyə satdığı bombaların gücünü azaldır. Bu iddia ilə Türkiyənin “Sözcü” qəzeti çıxış edib. Qəzet bu iddianı Türkiyə Jandarma Komandanlığında çalışan və ölkənin cənub-şərqində xidmət edən yüksək rütbəli zabitə istinadən yayıb.

“Təəssüf ki, təyyarələrimizin atdığı bombalar saxtadır. Son bir ayda Van, Şırnak, Bitlis bölgələrində iki hadisə yaşandı. 7 nəfərlik terrorçu qrupa üç bomba atıldı. Bomba 25-30 metr yaxınlarına düşməsinə rəğmən, aralarından bir terrorçu yaralı olaraq canını qurtardı. Digər insidentdə isə bomba ağac altında oturan iki terrorçuya atıldı. Terrorçuların 8 metrliyinə düşən bombadan sonra onların burnu belə qanamadı. Normalda isə bomba 300 metr məsafədəki hər şeyi məhv etməlidir. Bombaları istehsal edən ABŞ şirkətidir. Bu sursatla xaricdə başlayacağımız savaşda necə döyüşəcəyik? Ordumuz içi boş bombalarla məqsədli şəkildə bir savaşa doğru sürüklənir. Bu plan mehmetçik üçün qətliam planıdır”, - məqalədə iddia edilib.

Suriya və İraqda məğlubiyyətə uğrayan beynəlxalq terrorçular başqa istiqamətlərə yönəlir və Yaxın Şərqin hüdudlarında yenidən qruplaşırlar. Bu haqda Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın İrana qarşı fəaliyyətləri “altılıq”la Tehran arasındakı nüvə sazişini poza bilməz. Bu barədə İran Prezidenti Həsən Ruhani danışıb.

Ruhani sazişin pozulmasına ümid edənlərin yanıldığını və Trampın buna qadir olmadığını qeyd edib.

Husilər Səudiyyə Ərəbistanı ərazisinə raket atıblar. Bu barədə informasiyanı husilərin nümayəndəsi olan Məhəmməd Əbdüsalam öz Tvitter səhifəsində yayıb. Onun sözlərinə görə, raket Ər-Riyaddakı Yamama kral sarayına atılıb. Atılan raketin “Burkan” olduğu vurğulanıb.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası “Hizbullah” təşkilatı ilə başladılan narkotiklərin qaçaqmalçılığı üzrə araşdırmanı bağlayıb. Bu haqda “New York Post” nəşri bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi qəbul edilməsi qərarına qarşı BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbul edilməsi rəsmi Vaşınqton tərəfindən bloklanıb. Ağ Ev rəhbəri Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı olduğunu qəbul etmiş və ölkəsinin səfirliyini bu şəhərə köçürülməsi barədə göstəriş vermişdi.

ABŞ prezidenti Donald Tramp ABŞ-ın milli təhlükəsizliyinin yeni Strategiyasını təqdim etdi. Sənəddə “böyük dövlətlərin rəqabətinin geri qayıtdığı” deyilir.

Rusiya və Çin doktrinada ABŞ üçün əsas çağırışlar hesab edilir. Amerika siyasətçilərinin fikrincə, bu ölkələr dünya nizamını “təkrar gözdən keçirməyə” çalışırlar. Ekspertlər izah edir ki, Vaşinqton Çinin texnologiyalar baxımından ABŞ-ı üstələyə biləcəyindən ehtiyat edirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Prezidenti Donald Tramp özünü Rusiya kəşfiyyatının casusu kimi aparır. Bunu jurnalistlərə açıqlamasında ABŞ Milli Kəşfiyyatın keçmiş direktoru Ceyms Klepper söyləyib.

“Biz bazar günü gördük ki, Putin gözəl kəşfiyyatçıdır və mənbəni necə əldə etməyi bilir. O, casusla necə davranılmalı olduğunu bacarır. ABŞ prezidenti ilə də məhz bu cür hərəkət edirlər. Xatırlayın, Putin haradan gəlib. O, KQB casusudur. Onlar işləyirlər, onlar casuslar şəbəkəsi yaradırlar”, – deyə o bildirib.

Bu ilin mayında zərərverici “WannaCry” virusu ilə 150 ölkəyə edilən hücumun arxasında Şimali Koreya dayanır. Bu haqda ABŞ prezidentinin daxili təhlükəsizlik üzrə məsləhətçisi Tom Bossert “The Wall Street Journal”ında dərc edilən məqaləsində yazıb.

“Biz yalnız ittihamları irəli sürmürük. Onlar dəlillərlə sübut edilib. Başqa hökumətlər və şəxsi şirkətlər də bununla razıdır”, - o qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya ABŞ Dövlət katibi Reks Tillersonun nüvə proqramından imtina ilə bağlı təklifini rədd edib. Bu barədə Şimali Koreyanın rəsmi mətbu orqanı “Rodonq Sinmun” məlumat yayıb.

Qəzet Pxenyanın nüvə silahı proqramını davam etdirəcəyini yazıb:

“Vaşinqton bizi danışıqlar masasına gətirmək istəməsini nümayiş etdirməklə Koreya yarımadasında yaratdığı böhranın məsuliyyətindən boyun qaçırmağa çalışır. ABŞ-ın düşmən münasibəti dəyişmədikcə biz məsələ ilə bağlı heç bir müzakirəyə qatılmayacağıq”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson bir qədər əvvəl Şimali Koreyanı nüvə silahından imtina mövzusunda müzakirələrə dəvət etmişdi.

Donbasa serbiyalı snayperlərdən ibarət muzdlu dəstə gəlib. Bu barədə informasiyanı Ukrayna Müdafiə Nazirliyi yayıb.

“Antiterror Əməliyyatları Qərargahının əldə etdiyi kəşfiyyat məlumatlarına əsasən, Donbasa serb snayperlərindən ibarət muzdlular daxil olub. Onlara “Deki” ləqəbli Deyan Beriç rəhbərlik edir. Bu şəxs dəfələrlə Donbasda olub və separatçıların tərəfində vuruşub”, – deyə məlumatda bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm