Yaxın Şərqi qan gölünə çevirəcək müharibə - 4 MƏRHƏLƏLİ SSENARİ
Bizi izləyin

Nida Təhlil

Yaxın Şərqi qan gölünə çevirəcək müharibə - 4 MƏRHƏLƏLİ SSENARİ

Bir neçə gün əvvəl Yəməndə İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Salmanın rəsmi iqamətgahı olan Yamama Sarayını raketlə hədəf aldı. Səudiyyə buna cavab olaraq, Yəməndə ağır bombardmanlara başlayıb. Baş verənlər münasibətləri gərgin olan regionun iki böyük ölkəsi arasında hərbi qarşıdurmanın baş vermə ehtimallarını gücləndirir.

Səudiyyə Ərəbistanı və İran arasındakı siyasi gərginlik artıq hər iki ölkənin ictimaiyyətinə də sirayət edib. Hər iki ölkə mümkün müharibə ssenarilərini müzakirə etməyə başlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“İran-Səudiyyə müharibəsi baş verə biləcəyi halda, bunun hansı nəticələri ola bilər” sualına indiyə kimi müxtəlif analitik mərkəzlər və media qurumları cavab tapmağa çalışıblar. Ölkələr arasındakı son gərginlik fonunda BBC şiə-sünni qarşıdurmasından sonra nələr ola biləcəyini təxmin edib.

Publika.az xəbər verir ki, “The Inquiry” proqramında mövzu ətrafında ekspertin fikirləri soruşulub.

Ekspertlər hərbi qarşıdurmanın Yaxın Şərq üçün tam bir fəlakət ssenarisi olacağını bildiriblər və mümkün ssenariləri dilə gətiriblər. Onların sözlərinə görə, qarşıdurmada 4 mərhələni ayırmaq olar.

1. Soyuq müharibə

Ekspertlər iki ölkənin artıq dolayısı ilə qarşıdurmada olduğunu iddia edirlər. Səudiyyə Ərəbistanı və İranın dəstəklədiyi müxtəlif qruplar və ya dövlətlər arasında müxtəlif ölkələrdə münaqişələr mövcuddur. Ekspertlər bu baxımdan, Suriya və Yəməni nümunə gətirirlər. Proqramda İran İslam İnqilabı Keçikçilər Korpusunun (SEPAH) fəaliyyətinə xüsusi diqqət yetirilib. “Dünyanın ən fəal paramilitar təşkilatlarından biri” kimi təsvir olunan SEPAH öz müttəfiqlərini aktiv şəkildə dəstəkləyir və rəqiblərinin gözünü qorxudur.

İki ölkə də Yəmən və Suriyadakı əks tərəfləri dəstəkləyir. Səudiyyə Ərəbistanı və İranın üz-üzə olduğu digər ölkələr İraq, Livan və Bəhreyndir.

Ekspertlər xəbərdarlıq edirlər ki, “soyuq müharibə” istənilən bir qığılcımla birbaşa silahlı münaqişələrə çevrilə bilər.

2. Hava qüvvələri və raket gücü, müdafiəsiz obyektlər

Ekspertlər deyirlər ki, iki tərəf arasındakı gərginlik birbaşa müharibəyə çevrilərsə, əsas iş hərbi-hava qüvvələrinin üzərinə düşəcək.

İranın hərbi-hava donanması köhnəlmiş olsa da, hələ də aktiv vəziyyətdədir. İranın əlində Körfəz müharibəsindən sonra İraqdan və 1980-ci illərdən etibarən Rusiyadan aldığı az sayda döyüş təyyarəsi var.

Səudiyyə Ərəbistanının hava donanması isə İranla müqayisədə daha güclüdür. Səudiyyə Ərəbistanında “Eurofighter Typhoon” və “F-15 Eagle” kimi ən son texnologiyalara malik döyüş təyyarələri var.

Söhbət raketlərdən gedirsə, burada vəziyyət dəyişir. İran daha çox ballistik raketə sahibdir və qanadlı raketlər almaqda davam edir. İranın əlində olan ballistik raketlər Səudiyyə Ərəbistanının şəhərlərini vura biləcək uçuş məsafəsinə və imkanlara malikdir.

Hər iki ölkənin elektrik istehsalı və içməli su obyektləri kimi strateji əhəmiyyətli infrastrukturunun hava hücumları qarşısında zəif olduğu bildirilir. Bundan başqa, neft-qaz müəssisələrinin də hava hücumları qarşısında zəif olduğu deyilir. Səudiyyə Ərəbistanı və İran iqtisadiyyatının enerjidən asılılığını nəzərə alsaq, bunun nəticələrinin həm iki ölkə, həm də bütün dünya üçün çox ağır olacağı gözlənilir.

3. Digər ölkələrin müharibəyə qatılması

Mütəxəssislər Səudiyyə Ərəbistanı və İran arasındakı müharibənin yalnız bu iki ölkə ilə məhdudlaşmayacağını bildirirlər.

Səudiyyə Ərəbistanı bir sıra Qərb ölkələri, xüsusən ABŞ, İngiltərə və Fransanın strateji müttəfiqidır. İranın Rusiya və bölgənin digər mühüm ölkəsi olan İraqla yaxın əlaqələri var. Belə bir qarşıdurma hətta İsraili də cəlb etmə potensialına malikdir.

Səudiyyə Ərəbistanı ilə İran arasındakı qarşıdurmaya ABŞ-ın daxil olması 100 faizli ehtimal kimi qiymətləndirilir.

Hörmüz boğazı enerji tədarükü baxımından dünyanın ən əhəmiyyətli tranzit keçidlərindən biri olduğu üçün, İranın bura dənizaltı minaları yerləşdirməsinə ABŞ-ın səssiz qalmayacağı bildirilir. ABŞ-ın bu regionda bir çox hərbi bazası və 35 min əsgəri var. Təyyarədaşıyan gəmilər isə hazır vəziyyətdə gözləyirlər. Ekspertlərin fikrincə, bu, Birləşmiş Ştatlara bir neçə saata münaqişəyə qatılma imkanı verir. ABŞ-ın müharibəyə qatılması ilə İran ordusunun ciddi itkilərə məruz qalacağı təxmin edilir. Hesab edilir ki, ABŞ-ın hərbi müdaxiləsi müharibənin “qısa və sərt” olmasını şərtləndirən amil kimi qiymətləndirilə bilər.

4. Müharibədən sonra

Ekspertlər belə bir müharibənin qısamüddətli və canlı qüvvənin itkisinin az olacağını, lakin ağır nəticələrin özünü bir neçə il göstərəcəyini söyləyirlər. Bu nəticələrin başında müharibənin iqtisadi dəyəri və enerji obyektlərinə vurulan zərər dayanır. Bu, neft qiymətlərinin artmasına, həmçinin dünya iqtisadiyyatının tənəzzülünə gətirib çıxaracaq bir sıra mənfi təsirlərin yaranmasına səbəb olacaq. ABŞ-ın müharibəyə daxil olması ilə İran ordusunun əlindəki vasitələrə ciddi zərər vurulacağı deyilir.

Bildirilir ki, bütün bu ağır nəticələr İranın digər ölkələrdəki şiə qruplarını dəstəkləməsinə maneə törətməyəcək. Buna görə də Yaxın Şərqin bir çox hissəsində yeni münaqişələrin yaranması və mövcud münaqişələrin daha da genişlənməsi ehtimal olunur. Bu ssenarinin baş verməsi daha çox insan itkisinə və milyonlarla insanın qaçqın vəziyyətinə düşməsinə gətirib çıxaracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm