2016-cı il Qarabağ razılaşmasının DETALLARI, 5 rayon və geosiyasi MARAQLAR… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

2016-cı il Qarabağ razılaşmasının DETALLARI, 5 rayon və geosiyasi MARAQLAR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Aleksandr Duqin Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana qaytarılmalı olduğunu bildiriib. NATO Türkiyə ilə Rusiya arasında əldə edilən “S-400” havadan müdafiə sistemi razılaşması ilə bağlı şərh verib. Cenevrə danışıqları sonda Suriyanın Bəşər Əsəd və ailəsindən xilas olmasına gətirib çıxara bilər. Suriya ordusu Türkiyə, Rusiya və İranın Astana formatı çərçivəsində aparılan danışıqlarda təhlükəsizlik bölgəsi elan edilən ərazilərə hücumları artırıb.

Donald Tramp Administrasiyası 2018-ci ilin yanvar ayının sonuna kimi Konqresə “Kreml məruzəsi”ni təqdim edəcək. Ağ Ev Putin hakimiyyətində təmsil olunan məmurları və Kremlə yaxın biznesmenlərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Ermənistan hakimiyyəti bu sanksiyaların onlara da təsir göstərəcəyindən narahatdırlar.

“1in.am” saytı yazır ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Ermənistan hakimiyyətini ciddi zərbə altında qoyacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“2018-ci il həm çoxqütblü dünyanın yaradılması, həm də bu münaqişənin həlli planı baxımından həlledici olmalıdır. İlk növbədə, müəyyən mənada Azərbaycanın potensialını tam açmasına mane olan Qarabağ məsələsini həll etmək lazımdır”.

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqin bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana verilməsi barədə qərar 2016-cı ildə razılaşdırılıb: “Bu həllin nəzəri paradiqması onun münaqişə tərəflərinin hamısını və digər regional gücləri, hətta Qərbi belə razı salmasıdır. Serj Sarqsyan isə hər dəfə bu sazişlərin həyata keçirilməsi prosesinə mane olur".

"Rusiya Ermənistanı tərk edə bilməz, onlar bizim müttəfiqimizdir, bu məsələdə heç bir şübhə yoxdur. Amma iş ondadır ki, Rusiya Ermənistan kimi lokal təsisat naminə qlobal geosiyasi maraqlarını qurban verə bilməz. Biz onun suverenliyinin saxlanılmasını, müstəqilliyinin dəstəklənməsini, erməni identikliyini qoruyacağımızı öhdəmizə götürmüşük - bunlar maraqlarımız daxilindədir. Lakin digər tərəfdən, Ermənistan Türkiyə və Azərbaycan ilə münasibətlərimizdə maneə ola bilməz. Hamı anlamalıdır ki, geosiyasətdə ərazi mübahisələrindən də daha böyük dəyərə malik məsələlər var", - A.Duqin bildirib.

Gələn il Azərbaycan və Ermənistanda prezident seçkilərinin keçiriləcəyini xatırladan A.Duqin bu beş rayonun qaytarılmasının tarixi dəyərinin hansısa seçki yarışmasından xeyli çox olduğunu qeyd edib.

Onun sözlərinə görə, münaqişənin həllinin gecikdiriləcəyi təqdirdə, vəziyyət geri qaytarılması mümkün olmayacaq dərəcədə pozula və kəskinləşə bilər: "Ona görə də 2018-ci ildə bu beş rayonun Azərbaycana qaytarılmasının zəruri olduğunu hesab edirəm. Əks halda, göstərilən səylər və danışıqlar prosesində əldə olunan bütün nailiyyətlər əhəmiyyətini itirər. Bu, Rusiya üçün də üzücü və məyusedici olacaq. Çünki bütün bunlar Azərbaycanla davam edən yaxınlaşmaya, Qafqazda, Xəzər dənizi regionunda və Yaxın Şərqdə birgə siyasət yürüdülməsinə təsir edə bilər. O zaman münaqişənin sülh yolu ilə nizamlanması prosesindəki səylərimiz kənardan gülünc görünəcək və buna görə də bu razılaşmaların həyata keçirilməsi üçün maksimum səy göstərməliyik".

ABŞ-la Türkiyə arasında viza böhranı həll edilib. ABŞ-ın Türkiyədəki səfirliyindən bildirilib ki, Türkiyə vətəndaşlarının viza müraciətləri ilə bağlı məhdudiyyətlər aradan qaldırıb:

“Türkiyə hökuməti aparılan danışıqlara sadiq qaldı”.

Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilməsi ilə əlaqədar ABŞ-ın Türkiyədəki səfirliyi oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq oktyabrın 9-da Türkiyənin ABŞ-dakı səfirliyi ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

Türkiyə ilə Rusiya arasında əldə edilən “S-400” havadan müdafiə sistemi razılaşması NATO tərəfindən yaxından izlənilir. Bu barədə NATO-lu bir səlahiyyətli deyib.

Onun sözlərinə görə, NATO-nun narahatlığı sistemlərin hərbi alyansın müdafiə sisteminə inteqrasiya olunmasının çətinliyi ilə bağlıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya ordusu Türkiyə, Rusiya və İranın Astana formatı çərçivəsində aparılan danışıqlarda təhlükəsizlik bölgəsi elan edilən ərazilərə hücumları artırıb. Xüsusilə, Türkiyə hərbçilərinin olduğu İdlib vilayətində edilən bombardman nəticəsində son bir neçə gün ərzində 130-dan çox mülki vətəndaş ölüb.

İdlib vilayətində şimaldan cənuba doğru 5 kəndi ələ keçirən Bəşər Əsəd rejimi Astanada əldə edilən razılaşmanı pozmağa cəhd edir. Rejim İdlib şəhərində təhlükəsizliyi təmin edəcək Türkiyə ordusu üçün ən önəmli nöqtələr olar Taftenaz və Əbu əd-Duhur aerodromlarına istiqamətlənib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Cenevrə danışıqları sonda Suriyanın Bəşər Əsəd və ailəsindən xilas olmasına gətirib çıxaracaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Reks Tillerson söyləyib.

“Ümid edirik ki, Rusiya Cenevrə prosesinə əməl edəcək. Biz əminik ki, bu prosesin sonunda Suriya Bəşər Əsəd və ailəsindən xilas olacaq”, – deyə o bildirib.

“Rusiya əsgərlərinin Suriyadan çəkilməsi Rusiya prezidenti Vladimir Putinin Suriyadakı hərbi əməliyyatın başa çatdığını göstərməsi baxımından çox əhəmiyyətli bir addımdır”. Bunu “Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin “Aydınlıq” qəzetinə müsahibəsində deyib.

Politoloqun sözlərinə görə, Putinin qərarı hərbi bazaların bağlanması və rusiyalı hərbi məsləhətçilərin geri dönəcəyi, yaxud da Suriyaya göstərilən yardımların dayandırılacağı anlamına gəlmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ bundan sonra da İranla nüvə proqramı barədə razılaşmanın çatışmazlıqlarının aradan qaldırılması istiqamətində çalışacaq. Bunu ABŞ-ın dövlət katibi Reks Tillersonun “Nyu York Tayms” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, artıq İranla zərərli razılaşma Vaşinqtonun Tehranla münasibətlərində mərkəzi yeri tutmur:

“ABŞ bundan sonra özünün Yaxın Şərqdəki müttəfiqləri ilə alyansları bərpa etmək niyyətindəyik. Biz müttəfiqlərimiz və Konqreslə birgə işləməyi davam etdirərək, nüvə razılaşmasının çatışmazlıqlarının ortadan qaldırılması üçün yollar axtaracağıq. Bununla bərabər, müttəfiqlərimizlə səylərimizi birləşdirib, İranı ballistik raketlərin hazırlanması proqramı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozduğuna və regionda pozuculuq fəaliyyətlərinə görə cəzalandıracağıq”.

Sankt-Peterburq şəhərində supermarketdə törədilən partlayış terror aktıdır”. Bunu Rusiya prezidenti Vladimir Putin Suriyada hərbi əməliyyatlarda iştirak etmiş zabitlərlə görüşdə deyib.

Qeyd edək ki, dekabrın 27-də Sankt-Peterburqda törədilən partlayış nəticəsində 13 nəfər yaralanıb.

Cənubi Osetiya respublikası Rusiyanın tərkibində olmalıdır. Bu barədə qondarma Cənubi Osetiya lideri Anatoli Bibilov danışıb.

“Bura bizim tarixi vətənimizdir. 80 ildir Rusiyadan kənarda yaşayırıq, ancaq biz bu gün faktiki olaraq Rusiyayıq. Vətəndaşlarımız həmçinin Rusiya vətəndaşlarıdır. Bizim iqtisadiyyatımız Rusiyaya bağlıdır. Maaşlarımız və proqramlar hamısı Rusiyanın büdcəsindən maliyyələşdirilir”, - Bibilov deyib.

Qeyd edək ki, Cənubi Osetiya Gürcüstan ərazisidir. 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Moskva Cənubi Osetiyanı dövlət kimi tanıyıb və bu ərazidə ordularını yerləşdirib.

“Biz düşünürük ki, diplomatiyanın hesabına nüvə potensialı olan və Avropanın ən güclü ordusuna sahib ölkə ilə müharibəni uda biləcəyik. Mən isə tez-tez deməli oluram: “Xəritəyə və Rusiyanın ölçüsünə baxın...”.

Bunu “112 Ukrayna” telekanalında Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş sədri, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq başçısı İqor Smeşko deyib.

Qərbdə real siyasətçilərdən heç kəs vəziyyəti müharibə həddinə gətirib çatdırmayacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Təsadüfi hərəkətlər Koreya Xalq Demokratik Respublikasında hərbi münaqişəyə gətirib çıxara bilər”. Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Burmistrov bildirib.

Onun sözlərinə görə, Koreya yarımadasında vəziyyət gərginliyin görünməmiş səviyyəsi ilə səciyyələnir.

“Gərginliyin silahlı konfliktə yuvarlanması təhlükəsi artır. Müharibə hər hansı təsadüfi şəraitə görə başlana bilər”, - o deyib.

Burmistrovun sözlərinə görə, şimali-şərqi Asiyada toplanan böyük miqdarda silahlar öz-özlüyündə “barıt çəlləyi”dir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm