Gizli müharibə ANONSU, ölümcül zərbənin TARİXİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Gizli müharibə ANONSU, ölümcül zərbənin TARİXİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

İranda dekabrın 28-də başlayan etiraz aksiyaları yatırıldı. ABŞ-ın Maliyyə Nazirliyi yanvarın 5-də İrana qarşı sanksiyaları genişləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də Parisə səfər edib. Rusiyanın Suriyadakı Hmemmim təyyarə bazasına hücum təşkil olunub. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tezliklə Ukraynadan vətəninə ekstradisiya edilə bilər.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də Parisə səfər edib. Səfər zamanı fransalı həmkarı Emmanuel Makronla təkbətək, həmçinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Səfəri zamanı strateji razılaşma əldə edilib. Fransa və İtaliyanın ortaq şirkəti olan EUROSAM-la Türkiyənin ASELSAN və ROKETSAN şirkətləri arasında uzunmənzilli hava hücumundan müdafiə sisteminin inkişaf etdirilməsi mövzusunda müqavilə imzalanıb.

EUROSAM-dan verilən açıqlamaya görə, üç ölkənin həyata keçirəcəyi raket proqramı 2020-ci ilin ortalarında hazır olacaq. Raket proqramı gözəgörünməz təyyarələr, pilotsuz uçuş aparatları və raketlərdən qaynaqlanan təhdidlərə qarşı müdafiə imkanlarını təmin edəcək.

“Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirak edəcək nümayəndə heyətləri 3 ölkə - Rusiya, İran və Türkiyə tərəfindən razılaşdırılacaq”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ-ın ədalət anlayışı budursa, o zaman dünya yandı. ABŞ ədalət anlayışını bir daha gözdən keçirməlidir”. Bunu Nyu-York Məhkəməsinin Jürisinin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla ilə bağlı qərarına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsraili İranın daxili işlərinə qarışmaqda ittiham edib. Ərdoğan bu haqda Fransaya səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

Xarici İşlər Nazirliyi və prezidentin sözçüsü İrandakı hadisələrlə bağlı açıqlama verdilər. Xüsusilə, ABŞ və İsrail kimi bəzi ölkələrin İran və Pakistanın daxili işlərində müdaxilə etməsini qəbul etməyimiz mümkün deyil. Bunu İraqda da gördük”, - o bildirib.

Suriyada hərbi mövcudluğu qanunsuzdur, buna görə də ABŞ qoşunlarını bu ölkə ərazisindən çıxarmalıdır. Bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi admiral Əli Şamhani “Əl Mayadin” telekanalına müsahibəsində bildirib.

Admiral qeyd edib ki, Rusiya və İrandan fərqli olaraq, ABŞ qoşunlarının Suriyaya göndərilməsini rəsmi Dəməşqlə razılaşdırmayıb. Ə.Şamhani, ümumilikdə, ABŞ-ın Suriyada hərbi mövcudluğu işğal adlandırıb.

“Biz bütün beynəlxalq tribunalardan ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb edəcəyik”, - deyə admiral əlavə edib.

İranda etiraz aksiyaları dekabrın 28-dən başladı. Ölkənin əhali sayına görə ikinci böyük şəhəri Məşhəddə başlayan etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilib, Xameneinin istefaya getməsi istənilib. 20-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.

İranın Ali dini lideri Ayətullah Əli Xomenei günlərdir davam edən etirazlardan sonra ilk çıxıında ölkədə baş verənləri birbaşa xarici qüvvələrin İrana müdaxiləsi adlandırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ağ Evin mətbuat katibi Sara Sanders İrandakı etirazları “xalq üsyanı” adlandırıb. S.Sanders Vaşinqtonun İran xalqını dəstəklədiyini bildirərək, rəsmi Tehranı fundamental insan haqlarına hörmətlə yanaşmağa çağırıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bundan əvvəl Vaşinqtonun BMT TŞ-in təcili iclasını çağırmaq niyyətində olduğunu bildirib.

İranda dekabrın 28-də ölkənin əhali sayına görə ikinci böyük şəhəri olan Məşhəddə başladığı etiraz aksiyaları hazırda demək olar ki, bütün ölkəni bürüyüb. 20-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub. İran hakimiyyəti yaxın günlərdə sabitliyin təmin olunacağına söz versə də, türkiyəli siyasi şərhçi Taha Dağlının sözlərinə görə, əsl təhlükə heç də etiraz aksiyaları ilə bağlı deyil.

O, əsl təhlükənin PKK terror təşkilatının İran qolu olan PJAK olduğunu bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranda hakimiyyəti dəstəkləyən on minlərlə insan yanvarın 3-də səhər saatlarında küçələrə çıxıb. Ölkənin ən böyük şəhərlərində hakimiyyətə dəstək nümayişləri keçirən insanlar “Liderimiz, biz hazırıq!”, “Rədd olsun ABŞ”, “Rədd olsun Səudiyyə Ərəbistanı” və “Rədd olsun fitnəçilər!” kimi şüarlar səsləndiriblər.

Nümayişçilər polislərdən də onlara qatılmasını istəyib. Nümayişlərin ölkənin ali dini lideri Xameneinin “İranın düşmənləri savaş çıxarmaq istəyir” şəklindəki bəyanatından sonra başlaması diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranın ali dini lideri Əli Xamenei ailəsini təhlükəsizlik məqsədilə Türkiyəyə göndərib. Bu haqda Rusiyanın Yaxın Şərq üzrə mütəxəssislərindən olan Aleksandr Şumilin "Atəşin mühasirəyə aldığı İranın Rusiyaya təsiri" başlıqlı yazıda bildirib.

O, dekabrın 28-də İranın Məşhəd şəhərində başlayan kütləvi etiraz aksiyalarını 1979-cu ildə Rza Pəhləvi şahın hakimiyyətdən uzaqlaşdırılması ilə müqayisə edib.

Aleksandr Şumilin qeyd edir ki, İrandakı hadisələrin Rusiyaya təsiri üzrə iki ssenarini səsləndirmək olar:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran şəhərlərindəki özbaşınalıq başa çatıb. Bu barədə bəyanatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri yanvarın 3-də axşam saatlarında yayıb.

“Düşmənlər anlamalıdırlar ki, İrana qarşı hərbi təhdidlər işləməyəcək. Bu gün biz qiyamın məğlub olduğunu bəyan edə bilərik”, – Əli Cəfəri bildirib.

İranın ali dini rəhbəri Əli Xamenei İnqilab Keşişçiləri Korpusuna “hazır olun!” əmri verib. Daxili toqquşmalar şiddətlənəcəyi təqdirdə korpusun 140 min üzvü Xameneinin əmri ilə hərəkətə keçəcək.

İran ordusunda xidmət edən 545 min canlı qüvvənin, həmçinin 1 milyon 800 min ehtiyat qüvvənin də lazımi anda hərəkətə keçəcəyi ehtimal edilir.

Cənubi Azərbaycan Milli Oyanış Hərəkatı rəhbərinin müavini Elyar Makuyi xarici mediaya açıqlamasında bildirib ki, aksiyalar davam edərsə, çox qan axacaq.

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) yanvarın 3-də etiraz aksiyalarının yatırıldığını açıqlasa da, yanvarın 5-də gecə paytaxt Tehran və bir çox şəhərlərdə insanlar yenidən küçələrə çıxıb. İnsanlar İranın ali dini lideri Əli Xameneinin əleyhinə şüarlar səsləndiriblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vaşinqton İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) tərkibindəki “Əl-Qüds” xüsusi elit bölmənin komandiri general Kasım Süleymaninin öldürülməsi üçün İsrailə yaşıl işıq yandırıb. Bu haqda Küveytin “Əl-Cəridə” qəzetinə istinadən İsrailin “Haaretz” nəşri bildirib.

Xəbərdə Kasım Süleymaninin Yaxın Şərq əməliyyatları üzrə cavabdeh şəxs olduğu bildirilir.

İddiaya görə, İsrail üç il əvvəl Süleymanini öldürməyə yaxın olub, lakin ABŞ-ın Tehranı xəbərdar etməsi ilə plan uğursuzluğa düçar olub. Sui-qəsd cəhdinin Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığında həyata keçirilməsi planlaşdırıldı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Maliyyə Nazirliyi yanvarın 5-də İrana qarşı sanksiyaları genişləndirib. Nazirlik İran üzrə sanksiya siyahısına 3 fiziki şəxs və 5 təşkilatı daxil edib.

Daha əvvəl Dövlət Departamentində bildirilib ki, ABŞ İran rəhbərliyinin kütləvi etirazlarda iştirak edənlərə qarşı addımlarına görə, bu ölkə əleyhinə sanksiyaların tətbiq edilməsi imkanlarını nəzərdən keçirir.

ABŞ gələn həftə İranla nüvə razılaşmasının dəyişdirilməsi üçün xüsusi qanun qəbul edə bilər. Bunu “Assoşeyted Press” agentliyinə müsahibəsində ABŞ Dövlət katibi Reks Tillerson söyləyib.

“Prezident bildirdi ki, ya bu qanunu düzəldəcək, ya da ləğv edəcək. Biz verdiyimiz vədləri icra etməyə çalışırıq” – deyə o bildirib.

İŞİD terror qruplaşması İraq və Suriyada məğlubiyyətdən sonra gizli müharibəyə başlaya bilər. Bu haqda Kanada generalı Mayk Rulo bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ Türkiyəni İran kimi marginallaşdırmaq istəyir”. Bu barədə Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin deyib.

Onun sözlərinə görə, ABŞ hazırda Türkiyəni içəridən qarışdırmaq niyyətindədir.

“ABŞ-da Rza Zərrab işi də buna hesablanıb. Amerikalılar Türkiyəyə sanksiya tətbiq etmək üçün bəhanə axtarır. Rusiya və İran təcrübəsi göstərir ki, onları dayandırmaq çətindir. Biz dayandıra bilmədik. Dolayısı ilə Türkiyə sanksiyalara hazır olmalıdır. Yeganə çarə Türkiyənin Rusiya, İran və Çinlə əməkdaşlığı artırmasıdır. Əgər Türkiyə sanksiyalara hazır olarsa, bəlkə də bunu tətbiq etməyəcəklər. Əks təqdirdə Ərdoğana hücum etmək üçün hazır olacaqlar”, - deyə o bildirib.

"İran və İsrail yenidən qardaş olmağa məcbur qalacaq". Bu sözləri İsrailin baş naziri Binyamin Netanyahu özünün Tvitter səhifəsində qeyd edib.

O bildirib ki, İranda günlərdir hökumət əleyhinə davam edən nümayişlərə dayanaraq bu qənaətə gəlib:

"İran rejimi daha əvvəldən İsrail və İran xalqı arasında nifrət yaratmağa çalışırdı. Lakin, hazırkı vəziyyətdə görünən odur ki, rejim buna nail ola bilmədi. İranlılar öz azadlıq haqlarını bərpa edəcəklər. Və mən ümid edirəm ki, hakimiyyət devrildikdən sonra İranlılar və İsraillilər yenə möhkəm dost olacaq".

İsrail parlamenti Qüdslə bağlı qanunu təsdiq edərək, siyasi prosesləri bitirdiyini rəsmən elan etdi. Bu sözləri Fələstin prezidentinin müşaviri Nabil Əbu Rudayn deyib.

“İsrail tərəfi həmçinin diktə etmək siyasətinə başladığını da təsdiqləmiş oldu. Fələstin xalqı bu qərarı öz siyasi və dini mənsubiyyətinə qarşı elan edilmiş müharibə kimi qəbul edir. İsrail regionu uçuruma aparır. Ərəb və İslam dünyası, beynəlxalq qüvvələr qəti addımlar atmalıdırlar”, - Rudayn bildirib.

Qeyd edək ki, İsrail Milli Məclisi Qüdsün statusunu dəyişən qanun layihəsini təsdiqləyib. Məclis bu qərarla Qüdsü tək bir şəhər kimi tanıyıb və bu ərazilərin İsrail torpaqlarına aid olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Fələstin İsrail ilə sülh danışıqların aparılmasında maraqlı deyil. ABŞ prezindenti bu səbəbdən Fələstinə hər il yüz milyonlarla dolların verilməsi məsələsinin sual altına qoyub.

"Biz heç nədən nəinki Fələstinə, diqər ölkələrə də milyardlarla dollar ödəyirik. Misal üçün, biz fələstinlilərə ildə milyonlarla dollaq ödəyirik amma əvəzində nə təşəkkür, nə də hörmət görürük," — deyə D,Tramp bildirib.

Onun sözlərinə görə, Fələstin İsrail ilə sülh danışıqları aparmaq istəmir.

Tramp əlavə edib ki, ABŞ danışıqlar gündəminin "ən çətin hissəsi olan" Qüds məsələsini çıxarıb.

"Lakin əgər fələstinlilər danışıqları aparmaq istəmirsə, nə üçün gələcəkdə biz onlara böyük həcmdə pul ödəməliyik?" — deyə ABŞ prezidenti vurğulayıb.

İsrail Təhlükəsizlik Xidməti (ŞABAK) İordan çayının qərb sahilində fəaliyyət göstərən “terror şəbəkəsi”ni ifşa edib. Bu haqda İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, terror şəbəkəsi İran kəşfiyyatına işləyirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Qəzzadan atıldığı iddia edilən raketlərin arxasından “İslami Cihad” hərəkatı çıxarsa, liderlərini hədəf alacağıq”. Bu sözləri İsrail ordusunun sözçüsü Aviçay Adrae deyib.

O, dekabrın 29-da Qəzzadan atılan raketlərlə bağlı araşdırmanın tamamlandığını bildirib.

“Araşdırmanın nəticəsində cümə günü atılan raketin ötən il noyabrın 30-da “İslami Cihad” tərəfindən Qəzzanın şimalından atılan raketlərə bənzədiyi məlum olub. Bu, eyni zamanda Həmasın “İslami Cihadı” nəzarət altında saxlamaqda nə qədər çətinliklə qarşılaşdığını göstərir”, - İsrail ordusunun sözçüsü qeyd edib.

Qeyd edək ki, İsrail ordusu dekabrın 29-da Qəzzadan atılan 3 raketdən 2-sini “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi ilə zərərsizləşdirib. Üçüncü raketlə bağlı məlumat verilməyib.

Raket hücumuna görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Livanın “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah bildirib ki, Suriya ərazisində baş verən davamlı münaqişələr 1-2 ildən sonra sona çatacaq.

Onun sözlərinə görə, İŞİD qruplaşması məhv edilsə də, onların gizli tərəfdaşları hələ də Suriya ərazilərindədir:

“İŞİD-in Suriya, Liviya və digər yerlərdə gizli şəkildə yaşayan silahdaşları var. Onlar özlərini bəlli etməsələr də, kiçik terror təşkilatı yaratmağa cəhd edirlər. Bundan başqa Suriyada mövcud olan daha bir terror təşkilatı da “Nüsra cəbhəsi”-dir. Onlara qarşı da tədbirlər görülməlidir”.

“Hizbullah” Fələstində İsrailə qarşı intifadanı dəstəkləyir. Bunu Hizbullah lideri Həsən Nəsrullah “Əl Mayadin” televiziyasına müsahibəsində söyləyib.

“Hizbullah Fələstinin müqavimət hərəkatını hər zaman dəstəkləyib. Biz Fələstin qruplarına İranın maddi yardımlarının verilməsi üçün vasitəçi rolunu oynamırıq. Hizbullahın özü müstəqil şəkildə Fələstinə yardım edə bilər. Biz İsrailə qarşı yeni “sürpriz”lər hazırlayırıq. Bu ordunu məğlub edə bilərik və bunun üçün 100 min raketə ehtiyacımız yoxdur”, – deyə o bildirib.

Rusiya Müdafiə Nazirliyi Suriyada Hmeymim bazasına hücum nəticəsində 7 təyyarənin məhv edildiyi xəbərini təkzib edib. Lakin 2 Rusiya hərbçisinin öldüyü təsdiqlənib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Suriyadakı Hmemmim təyyarə bazasına hücum 82 millimetr kalibrli “Vasilek” avtomatik minaatanı ilə təşkil olunub. Bu haqda hərbi ekspertlərin fikirlərinə istinadən “Vestnik Mordoviya” nəşri yazıb.

Minanatanın üstünlüyü kimi kiçik çəki (630 kiloqram) və yüksək tezatma qabiliyyəti (dəqiqədə 120 atəşə qədər) göstərilir. Silahın çəkisinin az olması onu avtofurqonda yerləşdirməyə imkan verir. Nəşr dəqiqləşdirib ki, “Vasilek”in hər mərmisindən ətrafa 600 qəlpə dağıla bilir.

“Bu silahın atdığı minaları Rusiya ordusunda olan vasitələrlə yaxalamaq praktik olaraq mümkün deyil. Xaricdə bu istiqamətdə işlər daha müvəffəqiyyətlə aparılıb. Belə ki, NATO ölkələrində xüsusi artilleriya və lazer kompleksləri var. Amerikalılar Bağdaddakı obyektlərini minaatanların atəşlərindən qoruya bildilər”, - nəşr qeyd edib.

Nəşr əlavə edir ki, Suriya ordusunun silahlanmasında bu minaatanlar yoxdur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qərb, Rusiya, Qərb-Rusiya münasibətləri

Birləşmiş Ştatların prezidenti Donald Tramp faktiki olaraq öz seçkiqabağı vədlərini reallaşdırmaq imkanından məhrum olub”. Bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçev bildirib.

“ABŞ-da son bir il ərzində prezidentli respublikadan parlament respublikasına transformasiyanın olduğu sürünən de-fakto dövlət çevrilişi baş verdi. Tramp seçkilərdə ona qələbə gətirən çağırışları reallaşdırmaq imkanından tamamilə məhrum edilib”, - rusiyalı senator qeyd edib.

Yanvarın 2-də Moldova Konstitusiya Məhkəməsi ölkə prezidenti İqor Dodonun səlahiyyətlərini müvəqqəti dayandırıb. Qərar hakim partiyanı təmsil edən bir qrup deputatın sorğusu əsasında qəbul edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2018-ci ildə Rusiya Baltikyanı ölkələri - Litva, Latviya və Estoniyanı tutmağa çalışa bilər. Bu haqda ABŞ-ın “The National Interest” jurnalı bildirib.

Nəşr “RAND Corporation” analitik şirkətin məlumatlarına istinadən bildirir ki, Rusiya 845 min əsgərdən istifadə edərək 3 Baltikyanı ölkəni işğal etməyi bacaracaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiya İranı dəstəkləməyə davam edərsə, bunun ağır nəticələri olacaq”. Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster bildirib.

“Rusiyanın son zamanlardakı hərəkətləri ABŞ və Avropa dövlətlərinin maraqlarına zidd görünür. İrana kömək etmək Rusiya üçün necə faydalı ola bilər? Rusiya İranı dəstəkləməyə davam edərsə, bunun üçün ağır əvəz ödəyəcək”, - o deyib.

ABŞ-ın ən güclü sanksiyalarının qurbanı olacaq Rusiya oliqarxlarının siyahısı yanvarın 30-na qədər açıqlanacaq. Bu haqda şəxsi mənbələrinə istinadən “Komsomolskaya Pravda” nəşri yazıb.

Qeyd edilir ki, “bəxtəvərlər”in siyahısının açıqlanması Rusiyadakı prezident seçkiləriləri üzrə kampaniyanın qızğın dövrü ilə üst-üstə düşəcək.

“Düşünürəm ki, Vaşinqton bununla hakimiyyət və böyük biznesin nümayəndələri arasında düşmənçilik yaratmaq üçün Rusiya elitalarına müəyyən siqnal göndərir. Bu, xüsusilə strateji sahələrə təbii resursların çıxarılması, sənaye və mediaya aiddir”, - nəşrdə deyilir.

Nəşr yeni sanksiyaların potensial fiqurantlarının siyahısını və onların sərvətlərinin həcmini də dərc edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

"Nüvə düyməsi mənim masamın üzərindədir". Bunu Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yeni il münasibətilə xalqa müraciətində söyləyib.

“Nüvə qüvvələrimiz ABŞ-ın Şimali Koreya ilə müharibəyə başlamaq cəhdlərinin qarşısını alacaq. Müharibə başlasa, ABŞ-ın bütün əraziləri raketlərimizin hədəfi olacaq. Nüvə düyməsi mənim masamın üzərindədir”, - deyə o bildirib.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın "nüvə düyməsi" ilə bağlı bəyanatına cavab verib.

"Şimali Koreya lideri bəyan edib ki, onun "nüvə düyməsi" daima masasının üzərindədir. Acından ölən, zəifləmiş rejimindən kimsə, zəhmət olmasa, ona məlumat versin ki, mənim də "nüvə düyməm" var və onunkundan daha böyük və daha qüdrətlidir. Və o işləyir!", - deyə, D.Tramp özünün Twitter hesabında yazıb.

Konqresin icazəsi olmadan ABŞ dövlət başçısının nüvə silahından istifadə etməsi qadağandır. Bu barədə Şimali Koreyanı nüvə silahı ilə hədələyən ABŞ prezidenti Donald Trampa müraciətində Konqresin demokrat üzvü Ted Le bildirib.

Şimali Koreya hakimiyyəti gələn həftə Cənubi Koreyanın nümayəndələri ilə danışıqlar aparmağa razılıq verib. Tərəflər problemləri sənədlərin mübadiləsi ilə işgüzar səviyyədə müzakirə etməyi razılaşdırıblar. Görüşün yanvarın 9-da keçirilməsi nəzərdə tutulub.

Yanvarın 3-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkəsi ilə Cənubi Koreya arasında “qaynar xətt”in açılması barədə tapşırıq verib.

Qeyd edək ki, Şimali Koreya bu il Cənubi Koreyada keçiriləcək qış Olimpiya oyunlarında iştirak etməyə razılıq verib. Koreyanın birləşməsi üzrə Cənubi Koreya nazirliyinin başçısı Ço Men Qyun Şimali Koreya idmançılarının beynəlxalq idman tədbirində iştirakı məsələlərinin müzakirəsi üçün Pxanmuncon demilitərizə edilən zonada yüksək səviyyədə görüşləri təşkil etməyi təklif edib.

Ukrayna

“Amerika Birləşmiş Ştatları Rusiya ilə münasibətlərin yaxşılaşmasına cəhd edir, amma hesab ki, buna Ukrayna böhranının həllində irəliləyişlə nail olmaq mümkündür”. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson CNN telekanalına müsahibəsində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tezliklə Ukraynadan vətəninə ekstradisiya edilə bilər. Bu haqda siyasətçinin özü bildirib.

Onun sözlərinə görə, yanvarın 3-də onunla bağlı üç məhkəmə prosesinin paralel keçirilməsi bunu deməyə əsas verir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Tiflis şəhər məhkəməsinin hakimi Georgi Arevadze Sandro Qirqvlianinin işi üzrə Gürcüstanın sabiq prezidenti barəsində hökm elan edib. Bankirin qətlində iştirakda ittiham olunan sabiq prezident qiyabi 3 il azadlıqdan məhrum edilib. Saakaşvili səlahiyyətlərindən sui-istifadədə və prezident olduğu vaxt bank işçisinin ölümündə təqsirləndirilən 3 nəfəri əfv etməkdə ittiham olunub.

Qeyd edək ki, Qirqvliani 2006-cı il yanvarın 28-də Okrokana (Tiflisin şəhərətrafı) qəsəbəsində qəbiristanlıqda ölü tapılıb.

Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk hesab edir ki, Gürcüstan məhkəməsinin Mixail Saakaşvili barəsində qərarı onun dərhal deportasiya edilməsinə şərait yaradır.

Saakaşvilinin özü Gürcüstanda barəsində oxunmuş qiyabi hökmün qeyri-qanuni olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm