Vaşinqtondan yeni QARABAĞ PLANI, PKK ilə birləşib BAKI və ANKARAYA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Vaşinqtondan yeni QARABAĞ PLANI, PKK ilə birləşib BAKI və ANKARAYA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ Ermənistana Rusiyadan silah almamaq haqda xəbərdarlıq edib. Türkiyənin Müdafiə naziri Nurəddin Canikli və ABŞ-ın Müdafiə naziri Ceyms Mettis Brüsseldə görüşüb. Ceyms Mettis Türkiyəyə skandal bir təklif verib. Əfqanıstanın Taliban hərəkatı ABŞ-a ünvanlanan açıq məktubu dərc edib. NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul ediblər.

“Rusiyanın Qarabağ münaqişəsinin həllini tapacağına ümidi var". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Azərbaycan, Ermənistan və Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini necə görməsi ilə bağlı suala cavabında bildirib.

Rusiyada heç vaxt anti-erməni əhval-ruhiyyə olmayıb. Bunu Rusiya Dumasında təşkil edilən “Vmeste” Rusiya-Ermənistan sərgisində çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Qarabağ konfliktinin həlli onun Rusiyanın tərkibinə daxil olması ola bilər. Lakin Qarabağ Rusiyadan çox uzaqda yerləşir. Ermənistan ölkədə Rusiya hərbçilərinin sayını artırmalıdı və hər zaman şimala – Moskva və Kremlə baxmalıdır. Moskva erməniləri istənilən zaman qoruyur. Cənub istiqaməti Rusiya üçün prioritetdir. Ermənistan bizim üçün vacib geostrateji nöqtədir. Ermənistan öz düşmənləri ilə hər zaman bacarıb, amma məhz Rusiya erməni dövlətini gücləndirməyə və inkişaf etməyə yardım edib. Bizə qədər Ermənistan hissələrə parçalanmışdı. Ona görə də Ermənistan dövlətinin siyasi xəritədə mövcudluğu Rusiyanın xidmətidir. Ermənistan hər zaman dəstəyə görə Rusiyaya minnətdar olacaq”, – deyə o bildirib.

“ABŞ-ın Moskvaya qarşı sanksiyaları Azərbaycan və Ermənistanın Rusiyadan silah almasını azalda bilər”. Bu barədə rusiyalı hərbi ekspert Pavel Felgenhauer Ermənistan mediasına açıqlamasında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Ermənistana Rusiyadan silah almamaq haqda xəbərdarlıq edib. Bu barədə “Aykakan Jamanak” qəzetinə ABŞ-ın İrəvandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Vaşinqton İrəvana bu məsələ ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistan PYD/YPG-yə Türkiyə ilə müharibədə dəstək verməlidir”. Bu barədə Rusiyanın erməni əsilli hərbi eksperti Semyon Baqdasarov deyib.

Moskva-İrəvan canlı konfransında çıxış edən Baqdasarov Türkiyənin “tarixi düşmənimiz” olduğunu bildirib.

“Oturmamalı, ortaq tarixi düşmənimiz Türkiyəyə qarşı güclərimizi səfərbər etməliyik. Türkiyənin cənub-şərqi Ermənistanla sərhəddir. Unutmamalıyıq ki, bura Qərbi Ermənistan torpağıdır”, - deyə o iddia edib.

Baqdasarov Ermənistanın PKK/PYD-yə Türkiyə ilə mübarizədə dəstək verməsini vacibliyini vurğulayaraq, əlavə edib ki, “PKK və PYD/YPG liderləri ilə Qarabağda hərbi ittifaq qurmalıyıq”.

Türkiyənin Müdafiə naziri Nurəddin Canikli və ABŞ-ın Müdafiə naziri Ceyms Mettisin Brüsseldə keçirilən görüşü barədə Pentaqondan açıqlama verilib.

“PKK və terrora qarşı Türkiyənin yanındayıq”, - Pentaqondan bildirilib.

Qeyd edək ki, nazirlərin görüşü zamanı Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” anti-terror əməliyyatı, ABŞ-ın Türkiyəyə qarşı olan terror təşkilatlarına yardım etməsi səbəbindən iki ölkə arasında yaranmış gərginliyə dair məsələlər və s. ətrafında müzakirələr aparılıb.

Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-ın Müdafiə naziri Ceyms Mettislə Brüsseldə keçirdiyi görüşdən sonra amerikalı həmkarının skandal təklifi barədə danışıb. Türkiyəli nazirin sözlərinə görə, Pentaqon rəhbəri YPG-ni PKK terror təşkilatına qarşı döyüşdürə biləcəklərini deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə ilə əsas hədəflərimiz tamamilə ortaqdır. Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.

“YPG-yə ağır silah verməmişik, buna görə də onlardan geri alınası heç nə yoxdur”, - Tillerson bildirib.

Suriyada hərbi anbarın partlaması nəticəsində Rusiyanın özəl hərbi şirkətlərindən birinə məxsus 15 muzdlu həlak olub. Bu barədə informasiyanı “Qardian” qəzeti yayıb. İnsidentin Deyr əz-Zor vilayətinin şimal-şərqində baş verdiyi bildirilir.

Muzdlular burada Suriya hökumətinin nəzarətində olan neft və qaz yataqlarının mühafizəsinə cavabdeh olublar. Onlar həmçinin hökumət qüvvələrini Suriya Demokratik Qüvvələrinin nəzarətində olan yataqlara irəlilədikləri vaxt müşayiət ediblər. Bu zaman Əsəd rejiminin əsgərləri silah anbarına daxil olmaq istəyiblər, amma anbarda quraşdırılan tələyə düşüblər. Nəticədə 23 nəfər həlak olub ki, bunun 15-i rus muzdlularıdır.

ABŞ kürd müttəfiqləri ilə birlikdə praktik olaraq Suriya ordusuyla açıq qarşıdurmaya daxil olur. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Faktiki Et-Tanf ərazisində 55 kilometrlik zona Amerika hərbçiləri tərəfindən işğal olunub”, - o deyib.

Zaxarov qeyd edib ki, amerikalılar Türkiyəni təhrik edərək İraq ərazisi vasitəsilə kürd silahlılarına yeni silah konvoyları göndərir.

NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul ediblər. Bu barədə "RİA Novosti" Brüsseldəki hərbi-diplomatik mənbəyə istinadən xəbər yayıb.

Bildirilir ki, müdafiə nazirləri bu qərarı Brüsseldə keçirilən toplantıda razılaşdırıblar. Onlar Avropada hərbi qüvvələrin daşınmasının təmin edilməsi ilə bağlı yeni komanda qərargahı yaratmaq barədə razılığa gəliblər.

Bu ideya ilk olaraq ABŞ-ın Avropada quru qoşunlarının keçmiş komandanı Ben Hodjes tərəfindən təklif olunub. O bəyan edib ki, ittifaqın qoşunları və hərbi texnikası Avropada miqrantlar qədər sürətlə hərəkət edə bilməlidir.

Əfqanıstanın Taliban hərəkatı ABŞ-a ünvanlanan açıq məktubu dərc edib. Hərəkat koalisiya qoşunlarının Əfqanıstandan çıxarılması və trilyonlarla dollara başa gələn çoxillik münaqişəyə son qoymaq üçün “Amerika xalqı”nı və “sülhsevər Konqres üzvləri”ni Donald Tramp administrasiyasını sülh danışıqlarına getməyə inandırmağa çağırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm