Yeni müharibənin TARİXİ, bir həftəyə QARABAĞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Yeni müharibənin TARİXİ, bir həftəyə QARABAĞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

MSK) Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeydə alıb. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İrəvana sərt mesajlar verib. ABŞ Türkiyəni sanksiyalarla hədələyib. Suriyanın Şərqi Quta bölgəsində “humanitar pauza” rejimi qüvvəyə minib. ABŞ Rusiyaya qarşı yeni sanksiyaları 30 gün ərzində tətbiq edəcək.

Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeydə alıb. Bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib. Bununla, İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd olub.

“Azərbaycan ordusu bölgənin texniki cəhətdən ən təmin olunmuş, döyüş qabliyyəti yüksək olan ordusu hesab edilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir. Əgər bu gün bizə mane olmasalar və yaxud biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddətdə - bir həftənin, bir ayın içində Azərbaycan torpaqlarını azad etmək gücündəyik. İnanın, buna bu gün ordumuzun həm milli iradəsi çatır, həm də ordudakı və Azərbaycan cəmiyyətindəki vətənpərvərlik hissi buna imkan verir. Həm də bütövlükdə texniki, hərbi hazırlığımız o səviyyədədir ki, 1 ayın içərisində Ermənistanın ərazisini götürə bilərik”.

Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda bu gün baş tutan növbədənkənar qurultayında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistan və Azərbaycan arasında silahlı konfliktin yenilənməsi təhlükəsi artır”. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç "Jamanak” qəzetinin müxbirinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dağlı Qarabağda yeni müharibə Azərbaycan, Ermənistan və Rusiyada keçirilən seçkilərdən sonar baş verə bilər.

“Azərbaycan, Rusiya və Ermənistanda seçkilər başa çatdırdan və hakimiyyətin yenidən təşkilinin tamamlanmasından sonra Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizama salması üçün imkan yarana və ya əksinə, hərbi əməliyyatlar yenilənə bilər”, - ABŞ-ın keçmiş səfiri qeyd edib.

Türkiyənin Şırnak vilayətinin Silopi mahalında tutulan bir terrorçunun ifadəsi PKK terror təşkilatının Türkiyə ilə bağlı dəhşətli planı ortaya çıxıb. İraq və Suriyada ağır zərbələr alan terror təşkilatı Türkiyədə sensasiyalı terror aktlarını törətməyi planlaşdırır.

Tutulan “Demot” kod adlı A.K. da Türkiyəyə məhz bunun üçün göndərilmişdi. İfadəsi alınan “Demot” PKK-nın “tək canavar”ı olduğu ortaya çıxıb. Məlum olub ki, ABŞ-ın nəzarəti altında Rakkadan çıxan İŞİD terrorçularının PKK/PYD terror təşkilatına “tək canavar” taktikası üzrə təlim veriblər. Məlumata görə, Türkiyənin kəşfiyyat qurumları təhlükəsizlik qurumlarını “tək canavar” taktikası üzrə xəbərdar edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Afində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə ağır zərbələr alan YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) Hasekedə güclənməyə çalışır. Terror təşkilatı şəhərin girişində yerləşən böyük lövhədən keçmiş prezident Hafiz Əsədin (indiki president Bəşər Əsədin atası –red.) şəklini endirərək onu PKK-nın lideri Abdullah Öcalan və digər terrorçuların şəkilləri ilə əvəz edib.

Bu isə PYD-nin PKK ilə bağlantısını növbəti dəfə sübut edib.

Qeyd edək ki, Türkiyə PYD-nin PKK-nın bir qolu olduğunu açıqlasa da, ABŞ bunu qəbul etmir və terror təşkilatına yardımlarını davam etdirir. ABŞ-ın terror təşkilatına yardımları Ankara-Vaşinqton xəttində gərginlik yaradan əsas məsələ hesab olunur.

ABŞ Türkiyəni Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasından imtina etməyə çağırıb, əks təqdirdə Ankara barəsində sanksiyalar tətbiq edilə bilər. Bu haqda Vaşinqtondakı mənbəyə istinadən “Habertürk” nəşri bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Praqa məhkəməsi PYD lideri Saleh Müslümü azadlığa buraxıb. Bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb.

Saleh Müslümün azadlığa buraxılmasına münasibət bildirən Türkiyənin Çexiyadakı səfiri Əhməd Necati Bigalı məhkəmə qərarının apelyasiyası olmadığını və PYD liderinin Çexiyanı tərk edə biləcəyini bildirib. Bigalı təəssüf doğuran bu qərarın ikitərəfli münasibətlərə mənfi təsir göstərə biləcəyini qeyd edib.

Qeyd edək ki, bundan öncə Türkiyə Saleh Müslümün ekstradisiyasını tələb etmişdi.

Ankara Saleh Müslümü beynəlxalq axtarışa verib. Onun başına 4 milyon lirə mükafat qoyulub.

Praqa məhkəməsinin PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) keçmiş həmsədri Saleh Müslimlə bağlı qərarına Türkiyə hökumətindən ilk reaksiya gəlib. Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ Çexiyanın qərarının Ankara üçün sürpriz olmadığını bildirib.

“Saleh Müslümin buraxılması barədə qərar iki ölkə arasındakı əlaqələrə mənfi təsir edən və terror təşkilatına dəstək verən qərardır. Çexiyanın qərarı bizim üçün sürpriz olmadı. Bu, siyasi qərardır. Qanun var, amma ona əməl edən yoxdur. Əks halda, terrorçuların lideri Türkiyəyə ekstradisiya edilərdi”, - o deyib.

Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən Şərqi Quta bölgəsində “humanitar pauza” rejimi qüvvəyə minib. Bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə fevralın 27-də yerli vaxtla saat 9:00-dan 14:00-a kimi gündəlik “humanitar pauza” rejimi qüvvədə olacaq. Bu müddətdə ərazidə əməliyyatlar keçirilməyəcək.

Humanitar dəhlizin çıxışında təhlükəsizliyi Rusiya hərbi polisi və Suriya ordusunun hərbi qulluqçuları təmin edəcək. Humanitar dəhlizin ətrafında Al-Duveyr qəsəbəsində mobil tibb məntəqəsi fəaliyyət göstərəcək. Ərazidən çıxarılan dinc sakinlərin nəqli üçün avtobuslar ayrılıb.

Lakin sonradan yayılan xəbərlərə görə, Suriya prezidenti Bəşər Əsədə sabiq qüvvələr yenidən Şərqi Quta bölgəsini bombardman ediblər. Hücum zamanı xeyli dinc sakin həlak olduğu bildirilir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası fevralın 25-də Suriyada 30 günlük atəşkəs barədə qərar qəbul etmişdi.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing. Organisation for the Prohibition of Chemical Weapons) Suriyada araşdırmalara başlayıb. Təşkilat Suriyadakı kimyəvi silahlardan istifadə edildiyinə dair iddiaları araşdıracaq.

Qeyd edək ki, son günlər Suriyanın hökumət güclərinin kimyəvi silahdan istifadə etdiyinə dair iddialar çoxalıb. ABŞ isə bəyan edib ki, Dəməşqin kimyəvi silahlardan istifadə etməsi sübuta yetirilərsə, bu, Suriya ordusunun vurulması üçün əsas yarada bilər.

Bəşər Əsəd rejiminin Suriyada kimyəvi silahdan istifadə etdiyi təsdiqlənsə, rejimə qarşı hava əməliyyatına dəstək veriləcək. Bu sözləri Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson deyib.

“Əgər bu tip silahların istifadəsinə dair sübutlar ortaya çıxsa və bizə əməliyyatlara qatılmaq üçün təklif gəlsə, bunu ciddi şəkildə düşünəcəyik”, - XİN rəhbəri deyib.

Qeyd edək ki, bir qədər Fransa da kimyəvi silahdan istifadənin təsdiqlənəcəyi halda Suriyanın vurulacağını açıqlamışdı.

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları 30 gün ərzində tətbiq edəcək. Bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin söyləyib.

Qeyd edək ki, bundan öncə Mnuçin yeni sanksiyaların tətbiq ediləcəyini söyləsə də, dəqiq tarix açıqlamamışdı. ABŞ yanvarın sonlarında “Kreml hesabatı”nı açıqlayıb. Hesabata 210 vəzifəli şəxs və oliqarxın adı daxil edilib. Rəsmi Vaşinqton bu şəxslərin hər birinin gələcəkdə sanksiyalar altına düşmək ehtimalı olduğunu bəyan edib.

Moskva-Vaşinqton münasibətlərində problemlər həmişə olacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman söyləyib.

Onun sözlərinə görə, bu münasibətlər mərhələli şəkildə, geriyə baxılmadan həll edilməlidir.

Martın 18-də keçiriləcək prezident seçkilərində Vladimir Putinin yenidən seçilməsinə mane olmaq məqsədiylə Donbasda yaxın günlərdə müharibə başlana bilər. Bu haqda Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Əfqanıstandakı böhranın sülh yolu ilə həlli Talibanla birbaşa müzakirələrdən keçir. Bu barədə bəyanatı Taliban yayıb.

“İşğalın sona çatması üçün Əfqanıstan böhranının sülh yolu ilə həllini istəyirik. Amerika və müttəfiqləri Əfqanıstan böhranını hərbi yolla həllinin olmadığını anlamalıdır. Son 17 ildə dəfələrlə sınaqdan keçirilən hərbi strategiyalar yalnız savaşı qızışdırmağa və uzatmağa yardım edib. Bunu davam etdirmək heç kimin marağına xidmət etmir”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, bundan öncə ABŞ Talibanla danışıqlara hazır olduğunu açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm