ABŞ-ın 5 HƏDƏFİ, Türkiyəyə qarşı QORXUNC PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

ABŞ-ın 5 HƏDƏFİ, Türkiyəyə qarşı QORXUNC PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ Dövlət Departamenti Türkiyədən “Zeytun budağı” əməliyyatının dayandırılmasını tələb edib. Suriyada proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi aydın olmağa başlayıb. Rəsmi Moskva Suriya ordusunu dəstəkləməyə davam edəcəyini açıqlayıb. ABŞ kosmosda müharibənin bir neçə il sonra başlayacağını bəyan edib. ABŞ Avropa ölkələrinin hərbi qüvvələrini Rusiyaya qarşı taktiki nüvə silahının tətbiqinə hazırlayır. Şimali Koreyanın Suriyaya kimyəvi silah istehsalında istifadə olunacaq materiallar göndərdiyi iddia olunur.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Suriyada elan edilmiş atəşkəslə bağlı danışıb. Noyert atəşkəs qərarının bütün ölkə ərazisini əhatə etdiyini vurğulayıb.

“Türkiyə bu sənədi daha yaxşı şəkildə yenidən oxumalıdır. 30 gün ərzində Suriyanın hər tərəfində atəşkəsi nəzərdə tutur. Türkiyəyə BMT Təhlükəsizlik Şurasının qərarını yenidən oxumasını tövsiyə edirik”, - Noyert bildirib.

Qeyd edək ki, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ BMT Təhlükəsizlik Şurasının Suriyada bir aylıq “Humanitar atəşkəs” elan etməsinin “Zeytun budağı” əməliyyatına təsir göstərməyəcəyini demişdi.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində terrorçulara ağır zərbələr endirdiyi bir vaxtda İsrailin “The Jerusalem Post” qəzeti Amerika və İsrailin planlarını da ortaya çıxarıb. Afrindəki YPG terrorçularının ağır zərbələr aldığını yazan nəşr onların hava qüvvələri ilə təmin edilməli olduğunu yazıb.

Raçel Avraham imzalı yazıda bildirilir ki, İrandan Aralıq dənizinə açılacaq yolun bağlanması üçün YPG dəstəklənməlidir.

“Əgər İsrail və ABŞ hava dəstəyi ilə bölgədəki qüvvələri cəsarətləndirə bilsə, bölgədəki status-kvo həm Amerika, həm də İsrailin lehinə dəyişə bilər”, - nəşr yazıb.

Yeddi ildir qanlı qarşıdurmaların davam etdiyi Suriyada proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi aydın olmağa başlayıb. Türkiyənin “Habertürk” nəşri xəbər verir ki, Amerikanın döyüş təyyarələrinin Fərat çayının qərbindən şərqinə keçməyə çalışan Rusiya gücləri və Suriya hökumətinə bağlı qüvvələri vurmasından sonra Fəratın şərqi ilə qərbi arasında “iki Suriya” yaradacaq “qırmızı xətt” faktiki olaraq çəkilmiş olub.

Qarşıdakı dövrdə Suriyadakı vəziyyətin daha da çətinləşəcəyi proqnozlaşdırılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rəsmi Moskva Suriya ordusunu dəstəkləməyə davam edəcək. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

“BMT İnsan Hüquqları Şurasının terrorçuları “yaxşı” və “pis” olaraq ayırması qəbuledilməzdir. Rusiya bu ikili standart tətbiqinə qarşı vuruşacaq”, - Lavrov bildirib.

ABŞ kəşfiyyatı Rusiyanın 7 ştatda seçkilərə müdaxiləsini sübut edib. Bu haqda bir neçə Amerika məmuruna istinadən “NBC News” telekanalı bildirib.

Kəşfiyyatın üç yüksək vəzifəli rəsmisinin sözlərinə görə, bunlar Alyaska, Arizona, Kaliforniya, Florida, İllinoys, Texas və Viskonsin ştatlarıdır.

“Yeddi ştatda computer sistemlər müxtəlif üsullarla açılıb. Həm də bəzi pozuntular digər ştatlarla müqayisədə daha ciddi idi: ştatların saytlarına girişdən seçicilərin qeydiyyatının faktiki sistemlərinə müdaxiləyə qədər”, - mənbələr bildiriblər.

Öz növbəsində, İllinoys ştatı hələ 2016-cı ilin yayında seçicilərin qeydiyyatı sisteminə kiberhücumu aşkar edib və bu haqda ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə bildirib.

Qeyd edək ki, rəsmi Moskva sözügedən ittihamları dəfələrlə rədd edib.

“Rusiya ümid edir ki, ABŞ-ın nüvə silahının ərazilərində yerləşdirilməsinə Avropa ölkələrinin vətəndaşları “yox” deməyi bacaracaqlar”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Cenevrədə keçirilən silahsızlaşdırma üzrə konfransda çıxışı zamanı deyib.

“Ümid edirəm, Avropa vətəndaşları kütləvi qırğın silahının öz ərazisində yerləşdirilməsinə “yox” deməyi bacaracaqlar. Həm də silahlar tək dövlətə aiddir. Həmin dövlət artıq o silahı Xirosima və Naqasaki şəhərlərinin əhalisinə qarşı tətbiq edib. Rusiya genişləndirilmiş taktiki nüvə silahına sahib deyil, onun tətbiqi üçün heç bir iş görmür. Bizdə olan döyüş sursatlarının hamısı öz ərazimizdə olan mərkəzi bazalarda yerləşdirilib. Hər kəsə aydın olmalıdır ki, ABŞ Avropa ölkələrinin hərbi qüvvələrini Rusiyaya qarşı taktiki nüvə silahının tətbiqinə hazırlayır ”, - Lavrov bildirib.

Onun sözlərinə görə, bu baxımdan, Avropada ABŞ-ın taktik nüvə silahlarının mövcudluğu yalnız “soyuq müharibə”nin rudimenti deyil, həm də açıq-aydın təcavüzkar mövqedir.

“Rusiya ABŞ-ın mümkün sanksiyalarına müxtəlif formada cavab verə bilər”. Bunu Hərbi Elmlər Akademiyasının müxbir üzvü, politoloq Sergey Sudakov Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını şərh edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kosmosda müharibə bir neçə il sonra başlayacaq. Bunu ABŞ Hərbi Hava Assosiasiyasının simpoziumunda çıxışı zamanı Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Devid Qoldfeyn söyləyib. Onun sözlərinə görə, amerikalılar təcili kosmik məkanda üstünlük əldə etməlidirlər:

“Biz bir neçə il sonra kosmosdan zərbələr endirə biləcəyik. Bu yeni mübahisəli əraziyə biz nəzarət etməliyik. Bunu bizdən ölkə istəyir”.

Qeyd edək ki, Vaşinqton bu il hərbi hava qüvvələrinə 7,75 milyard dollar büdcə ayırıb. Bu, keçən illə müqayisədə 20% çoxdur. 2019-cu ildə ABŞ bu istiqamətdəki xərclərini 8,5 milyarda qədər artırmağı planlaşdırır.

Şimali Koreya Suriyaya kimyəvi silah istehsalında istifadə olunacaq materiallar göndərib. Bu iddia “Nyu York Tayms” qəzeti tərəfindən Birləşmiş Millətlər Təşkilatı Sanksiya Komitəsinin hələ ki, yayımlanmayan sənədlərinə istinadən ortaya atılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm