Ani cavab və ABŞ-a METEORİT YAĞIŞI – Dünən bir ERA BİTDİ
Bizi izləyin

Nida Təhlil

Ani cavab və ABŞ-a METEORİT YAĞIŞI – Dünən bir ERA BİTDİ

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına illik müraciətində Rusiya silahlarının ən yeni nümunələrini nümayiş etdirdi. O vurğuladı ki, təqdim edilmiş silahlar dünyada analoqlara malik deyil və “istənilən təcavüzkarı ayıltmağa” hazırdır.

“Rusiya müdafiə sistemi elə sistemlər alır ki, uzunmüddətli perspektivə onun təhlükəsizliyini təmin edəcək”, - Putin bildirdi.

Publika.az xəbər verir ki, prezident çıxışında prezident müdafiə sənayesi sahəsində müvəffəqiyyətlərə toxundu və qeyd etdi ki, qərb partnyorları 1990-cı illərin sonlarında Rusiyanın hərbi potensialının bərpasını qeyri-mümkün hesab edirdilər.

Ancaq, Putinin sözlərinə görə, Suriyada hərbi əməliyyat bunun əksini göstərdi. Bundan başqa, Rusiya ABŞ-ın raket hücumundan müdafiə sistemləri üzrə müqavilədən çıxışına cavab olaraq özünün strateji nüvə güclərini müasirləşdirməyə başladı. Çıxışın gedişatında dövlət başçısı nümayiş etdirdi ki, ölkə bu sahədə təsirli nəticələrə nail ola bilib.

Prezidentin sözlərinə görə, Rusiyada 2017-ci ildə nüvə başlıqlı unikal raket sistemi yaradılıb.

“Bu tamamilə raket deyil. Bu, “Sarmat” tipli strateji raket üçün nüvə döyüş başlığı üçün kiçik qabaritli mühərrikdir”, - hərbi ekspert, istefada olan polkovnik Viktor Litovkin “Russia Today” (RT) telekanalına müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, belə raket gözlənilməz trayektoriya üzrə uça bilər:

“Bu mühərrik sayəsində raket qeyri-məhdud məsafədə uça biləcək. Putin göstərdi ki, belə raketlərlə Yer kürəsinin istənilən nöqtəsinə zərbə vura bilərik”.

Başqa bir yenilik (bu haqda şayiələr çoxdan var idi) rəqibin hərbi dəniz bazaları və sahil məntəqələrinə zərbə vurmağa imkan verən sualtı pilotsuz aparatdır. Viktor Litovkin qeyd edir ki, Rusiyada böyük dərinlikdə hərəkət edə bilən pilotsuz sualtı aparatları hazırlanıb. Onlar qitələrarası məsafəni sürətlə qət etməyə qadirdir. Bu cür aparatlar ən müasir torpedalar, sualtı gəmilərin bütün növləri və hətta ən sürətli yerüstü gəmilərin sürətini üstələyə bilər.

Putinin sözlərinə görə, belə pilotsuz aparatlar rəqib üçün praktik olaraq əlçatmazdır.

Hərbi ekspert İvan Konovalov “RT” kanalı ilə söhbətində bildirib ki, daha əvvəllər “Status-6” kimi məşhur olan nüvə pilotsuz aparatı amerikalılarda böyük qorxulara səbəb olur. Ekspertin fikrincə, bu qorxular onunla bağlıdır ki, aparat hər şeydən əvvəl çox böyük dərinlikdə hərəkət edir və gözə çarpmır.

“Nüvə sualtı pilotsuz aparatlar strateji silahlar üzərində nəzarət haqqında bütün razılaşmalardan kənardır. Belə sistemlər razılaşmaların imzalanması zamanı nə SSRİ, nə də ABŞ-da var idi. Bundan başqa, belə silah Birləşmiş Ştatlar üçün xüsusi təhdid təşkil edir. ABŞ əhalisinin əksəriyyəti Atlantik və Sakit okeanlarının sahillərində yaşayır. Bu ərazilərdə ən böyük sənaye mərkəzləri yerləşir. Rusiyada isə böyük şəhərlərin əksəriyyəti okeandan əhəmiyyətli dərəcədə uzaqda yerləşir”, - Konovalov bildirib.

Putin tərəfindən elan edilmiş daha bir yenilik “Kinjal” aviasiya hipersəsli raket kompleksidir. Prezident qedy edib ki, onun sınaqları müvəffəqiyyətlə başa çatdırılıb. Rusiya liderinin sözlərinə görə, bu silah rəqibin istənilən müdafiə sistemləri üçün praktik olaraq qarşısıalınmazdır.

“Bu, ehtimal ki, “Tu-22M3” səsdən surətli bombardmançısı, yaxud da “Su-35” və ya “Su-34” üçün nəzərdə tutulub”, - Litovkin güman edir.

Putin çıxışında həmçinin bildirib ki, 2017-ci ildə qoşunlara döyüş lazer sistemlərinin verilməsinə başlanılıb. “Military Russia” portalının banisi Dmitri Kornev qeyd edib ki, rəqibin optik sistemini sıradan çıxara bilən lazer sistemləri artıq var. Onun sözlərinə görə, belə sistemlərə “Sokol-Eşolon” kimi kompleks aiddir.

Rusiya lideri ənənəvi, lakin ən yeni silahlardan heç də az effektiv olmayan silahlardan danışıb. Xüsusi halda, prezident 200 tona qədər çəkisi olan “Sarmat” ağır raketin sınaqlarından danışıb. Raket hipersəsli döyüş başlıqları da daşıya bilir. Prezidentin sözlərinə görə, bu raket kompleksi SSRİ-nin hazırladığı “Voyevoda” qitələrarası ballistik raketi əvəzləyəcək. Həmçinin, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə “Avanqard” hipersəsli kompleksi töhfə verməlidir. Putin bildirib ki, bu silah da raket hücumundan müdafiə sistemləri üçün qarşıalınmazdır.

“O meteorit və alovlu kürə kimi hədəfə doğru uçur. Məmulatın səthində temperatur 1600-2000 dərəcəyə çatır”, - Putin vurğulayıb.

“Bu, kiçik qabaritli qatı yanacaq raketidir. Onun maksimal uçuş məsafəsi 7-8 min kilometrdir”, - Litovkin “Avanqard”ı xarakterizə edib.

Həmçinin, Rusiya lideri vurğulayıb ki, ölkə sərhədlərinin perimetri üzrə raket hücumundan xəbərdarlıq sisteminin bütöv radiolokasiya sahəsi yaradılıb:

“SSRİ-in dağılmasından sonra raket hücumundan xəbərdarlıq sistemində böyük deşiklər çıxdı, indi hamı bərpa edilib”.

Konovalov vurğulayıb ki, Rusiya öz sərhədlərində Hava Hücumundan Müdafiənin dərin eşelonlaşdırılmış sistemini yaradır:

“Bura “Pantsir”, “Buk”, “Vityaz”, S-400 və S-500 daxildir. Bizim ölkəmiz qlobal sistemin yaradılmasına çalışan ABŞ-ın nümunəsi üzrə getmək niyyətində deyil. Hərtərəfli və qlobal raket əleyhinə müdafiə çox bahalıdır, amma onun effektivliyi şübhəlidir. Biz amerikalıların arxasınca düşmürük. ABŞ-da qlobal raket hücumundan müdafiə sistemi yaratmaq ideyası var, biz yalnız öz sərhədlərimizi müdafiə edirik”.

Vladimir Putinin sözlərinə görə, nüvə hücumu halında Rusiya istənilən rəqibə bütün gücü ilə cavab verəcək.

“Nüvə silahının hər hansı tətbiqi ölkəmizə hücum kimi baxılacaq. Cavab isə ani olacaq. Bu gün deyilən hər şey istənilən təcavüzü ayıldacaq”, - Rusiya lideri bildirib.

Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvi Sergey Sydakov qeyd edir ki, silahın ən yeni nümunələri haqqında Putinin söylədiyi fikirlər texniki sıçrayışı göstərir:

“Bu gün hər hansı qızğın silahlanmanın erası bitdi. Hər halda bizim boynumuza qızğın silahlanmanı qoymağa çalışırdılar. O sadəcə mənasız oldu”.

Onun sözlərinə görə, Rusiyanın silahların yeni görüntülərini təqdim etməsindən bonra ABŞ-ın təyyarədaşıyan gəmiləri sadəcə üzən banklara çevrildilər.

“Amerikanın təyyarədaşıyanları o qədər zəif oldular ki, onları sadəcə dünyanın hər hansı nöqtəsində güllələmək olar”, - ekspert vurğulayıb.

Konovalov vurğulayıb ki, ABŞ-ın özü də Rusiyanın nüvə silahları sahəsində daha öndə olduğunu etiraf edir:

“Əbəs deyil ki, Tramp ötən ilin əvvəlində ABŞ-ın strateji nüvə güclərini yoxlamağa çağırdı. Çünki amerikalılar anladılar ki, onlar geri qalırlar. Amerikalılarda nüvə mühərrikli nüvə sualtı pilotsuz aparatlar və ya raketlərə yoxdur. Hipersəslilər raket sistemləri isə hazırlanma mərhələsindədir. Amerikalılarda səsdən surətli raket yoxdur. Məşhur “Tomaqavk” raketi parovoz kimi çox yavaş uçur, onu hətta bizim “Pantsir”in köməyi ilə vurmaq olar”, - ekspert iddia edib.

Konovalovun fikrincə, yaxın vaxtlarda Qərbdən dəhşətli reaksiyanı gözləmək olar. Onun sözlərinə görə, Rusiyanı təcavüzkarlıqda ittiham edən növbəti bəyanatlar səsləndiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm