Torpaqların qaytarılmasının YEGANƏ YOLU, ölümcül zərbə üçün ƏMR… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Torpaqların qaytarılmasının YEGANƏ YOLU, ölümcül zərbə üçün ƏMR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın yeni prezidentinin adı məlum oldu. Türkiyə “Zeytun budağı" əməliyyatında daha 8 şəhid verdi. "Zeytun budağı” əməliyyatında ikinci mərhələ başlayıb. ABŞ hipersəsli silahın sınaq uçuşlarına 2019-cu ildə başlayacaq. ABŞ Dövlət Departamenti 37 “Javelin” tank əleyhinə kompleks və 210 raketin Ukraynaya satışını bəyənib.

Bu gün Ermənistan parlamentində prezidentin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə, Armen Sarkisyan Ermənistanın yeni prezidenti seçilib.

"Sarkisyana 90 deputat səs verib, 10-u onun namizədliyinə qarşı çıxıb. Beləliklə, o, Ermənistan prezidenti seçildi. Səsvermədə 101 deputat iştirak edib. Bir bülleten etibarsız tanınıb", - qanunverici orqanın hesablama komissiyasının başçısı Qaqik Melikyan plenar iclasın gedişatında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Armen Sarkisyanın özü parlamentdə keçirilən dinləmələrdə ənənəvi “Kiçik dövlət, böyük millət” şüarından və Ermənistan qarşısında duran ağır çağırışlar haqqında danışıb. O, prezident seçiləcəyi halda Ermənistan, “Dağlıq Qarabağ Respublikası” separatçı rejimi və diaspora məsələlərinin həllində bütün təcrübəsi və enerjisindən istifadə edəcəyinə söz vermişdi. Və sonra ümumiyyətlə, bildirdi ki, “XXI əsr ermənisi” ola bilər. Onun bununla nəyi nəzərdə tutduğu isə tamamilə aydın deyil.

Bizi şübhəsiz ki, ən çox maraqlandıran məsələ, yeni prezidentin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə baxışının necə olacağıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı martın 1-də həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı 8 türk əsgəri şəhid olub, 13 nəfər isə yaralanıb. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb.

Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində başladığı “Zeytin budağı” əməliyyatının birinci mərhələsi 120 kilometrlik Azez-Deyr Ballut xəttinin PKK/PYD terrorçularından təmizlənməsi ilə başa çatdı. Əməliyyat çərçivəsində bu günə qədər bölgənin 25 faizi terrorçulardan təmizlənib.

Raco, Şeyx Əl-Hadid və Cinderesi cənub, cənubi-şərq və qərbdən mühasirəyə alan birliklərin Afrinin mərkəzinə 1-1,5 kilometr uzaqlıqda olduğu bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ YPG terror təşkilatı ilə bağlı Türkiyəyə verdiyi vədə əməl edəcək. Bu sözləri adının açıqlanmasını istəməyən ABŞ rəsmisi deyib.

O, bildirib ki, Vaşinqton Menbiçdə YPG-nin mövcudluğuna imkan verməyəcək.

Mənbə bildirib ki, ABŞ tərəfi Afrində türk ordusunun dinc sakinlər arasında ölüm hallarının azaldılması üçün bütün tədbirlərdən istifadə etdiyinə əmindir.

ABŞ hipersəsli texnologiyalar sahəsində iş aparır. Belə tipli silahın sınaq uçuşları 2019-cu ildə başlanacaq. Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) perspektivli tədqiqat layihələrinin idarəetmə başçısı Stiven Uoker bildirib.

“Biz anlayırıq ki, Rusiya və Çin kimi ölkələrlə yarışırıq”- Stiven Uoker deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına martın 1-də etdiyi illik müraciətində Rusiya silahlarının ən yeni nümunələrini nümayiş etdirdi. O vurğuladı ki, təqdim edilmiş silahlar dünyada analoqlara malik deyil və “istənilən təcavüzkarı ayıltmağa” hazırdır.

Prezident çıxışında prezident müdafiə sənayesi sahəsində müvəffəqiyyətlərə toxundu və qeyd etdi ki, qərb partnyorları 1990-cı illərin sonlarında Rusiyanın hərbi potensialının bərpasını qeyri-mümkün hesab edirdilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya ABŞ-la hərbi toqquşmadan qaçmaq üçün əlindən gələn hər şeyi edib. Bunu “Qovorit Moskva” radiosuna müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

“Putinin dünənki çıxışı bunu göstərir. Hər şey edilib ki, toqquşma olmasın. Rusiyanın ABŞ-ın danışıqlara cəlb etmək cəhdləri nəticəsiz qalıb. Biz digər keyfiyyətli danışıqlara hazırıq. Bu xahiş və ya izah olmayacaq. Bu danışıq tam ayrı mövqeyə əsaslanacaq”, – deyə o bildirib.

Rusiya özünə və Kollektiv Təhlükəsizlik Müqavilət Təşkilatındakı müttəfiqlərinə qarşı silah tətbiqi zamanı öhdəlikləri çərçivəsində fəaliyyət göstərəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Rusiyanın KTMT və digər müttəfiq öhdəlikləri var. Bu, kifayət qədər aydındır”, – deyə o bildirib.

Qeyd edək ki, Putin bundan öncə Rusiya və müttəfiqlərinə qarşı nüvə hücumu zamanı səssiz qalmayacaqlarını bildirib.

Dünən həmçinin Rusiya Dumasının Təhlükəsizlik Komitəsi sədrinin müavini Aleksandr Şerin də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkələri, həmçinin Suriya, İran, Şimali Koreya, Çin və Türkiyənin Rusiyanın müttəfiqləri olduğunu və bu ölkələrə qarşı hər hansı nüvə hücumu olarsa, Moskvanın hərəkətə keçəcəyini söyləyib.

KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Tacikistan və Qırğızıstan daxildir.

ABŞ Dövlət Departamenti 37 “Javelin” tank əleyhinə kompleks və 210 raketin Ukraynaya satışını bəyənib. Silahların dəyəri 47 milyon dollar qiymətləndirilir.

İndi tərəflər müqaviləni bağlaya bilər. Pentaqondan bildiriblər ki, saziş Ukraynanın təhlükəsizliyinin yüksəldilməsi yolu ilə ABŞ-ın milli təhlükəsizliyinə imkan yaradacaq, amma regionda hərbi balansı dəyişdirməyəcək.

“Donbasda silahlı konfliktə görə məsuliyyət Ukrayna prezidenti Pyotr Poroşenkonun üzərinə düşür”. Bunu Moskvada mətbuat konfransında Ukraynanın keçmiş lideri Viktor Yanukoviç bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm