Vaşinqtonda ÇEVRİLİŞ, yeni cəbhədə MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Vaşinqtonda ÇEVRİLİŞ, yeni cəbhədə MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ Azərbaycanın etiraz notasına cavab verib. “Zeytun budağı” əməliyyatının gedişatında Afrin şəhər mərkəzi mühasirəyə alınıb. Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan ilə Cənubi Kipr arasındakı gərginlik Egey dənizinə keçib. ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu istefaya göndərib. Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsinə cavab olaraq Rusiyanın dövlət serverlərinə kiberhücum həyata keçirə bilər.

"ABŞ-ın mövqeyi dəyişməyib. ABŞ digər ölkələr, o cümlədən Ermənistan da daxil olmaqla de-fakto Dağlıq Qarabağ rejimini tanımır". Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin səfir Robert Sekutanın XİN-ə çağrılması və ona etriaz notasının təqdim olunması ilə bağlı məlumatında bildirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan və Azərbaycan 2016-2017-ci illər ərzində 675 milyon dollarlıq silah alıb. Bu barədə informasiya Stokholm Sülh Problemləri Tədqiqatı İnstitutunun hesabatında yer alıb. Hesabata əsasən Azərbaycan silah idxalına görə dünyada 27-ci yerdə qərarlaşıb. İki il ərzində Azərbaycan 551 milyon dollar silah alıb.

Ermənistana gəlincə isə o, 54-cü yeri tutub. Onun iki il ərzində idxal etdiyi silah 124 milyon dollar həcmində olub.

SİPRİ İrəvana idxalatın hamısını Rusiyanın həyata keçirdiyini bildirib. İki il ərzində Ermənistan 6 ədəd "Smerç" reaktiv atəş sistemi, 200 ədəd "Verba" daşına bilən zenit raket kompleksi və "Kornet 9M133" tank əleyhinə raket kompleksləri alıb.

Azərbaycana isə əsas silah tədarükçüsü Rusiya və İsrail olub. 2017-ci ildə Azərbaycan İsraildən 4 ədəd OPV-62 döyüş gəmisi, 40 ədəd "Orbiter" pilotsuz uçan aparat, 215 ədəd "Spayk NLOS" tank əleyhinə raketini alıb. Rusiyadan 36 ədəd TOS-1A Solntsepek sistemi, 40 ədəd BTR-82A zirehli transportyoru, 800 ədəd "Xrizantema" tank əleyhinə raket kompleksi idxal edib.

Azərbaycan keçən il həm də Slovakiya və Çexiyadan silah alıb. Belə ki, Bakı Bratislavadan 18 ədəd 152 mm-lik özüyeriyən "Dana" haubitsaları, Praqadan isə 10 ədəd 122 mm-lik RM-70 reaktiv səyyar atəş sistemləri əldə edib.

Türkiyənin Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatının 53-cü günündə strateji əhəmiyyətli uğur qazanılıb. Afrin şəhər mərkəzi mühasirəyə alınıb, kritik əhəmiyyət daşıyan bölgələr ələ keçirilib.

Türkiyə Silahlı qüvvələri Baş qərargahından verilən açıqlamaya görə, əməliyyatın başlanmasından bu yana 46-sı son 24 saatda olmaqla, ümumilikdə 3393 terrorçu zərərsizləşdirilib.

Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan ilə Cənubi Kipr arasındakı gərginlik Egey dənizinə keçib. Şərqi Aralıq dənizində istədiyini əldə edə bilməyən Yunanıstan yeni və təhrikedici hücumu Egey dənizində etmək niyyətindədir.

Afina ötən həftə 6 mart-30 aprel tarixlərində Egey dənizində real sursatlarla hərbi təlimlər keçirəcəyini açıqladı. Yunanıstanın açıqlamasına görə, təlimlər üçün Çanaqqala boğazı, Çeşmə, Quşadası, Fethiye və Kaşın qarşısındakı bölgələr seçilib. Beləliklə, Türkiyə gəmilərinin beynəlxalq sulara çıxışı uzun müddət bağlanmış olacaq

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“YPG Münbicdən çəkildikdən sonra Türkiyə və ABŞ əsgərləri təhlükəsizliyi birgə təmin edəcək”. Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, martın 19-da “Yol xəritəsi” müəyyən olunacaq.

Xatırladaq ki, daha əvvəl “Vaşinqton Post” qəzetinin yazdığına görə, Türkiyə ilə ABŞ arasında qurulan ortaq Suriya komissiyası ötən həftə keçirdiyi toplantıda YPG terror təşkilatının Münbiçdən çıxarılmasına dair razılaşma əldə edib.

Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Reks Tillerson arasında 23 fevral tarixində Ankarada baş tutan görüşdə Suriyadakı gərgin vəziyyətə həll yolu tapmaq üçün yaradılan ortaq komissiyanın Vaşinqtonda ilk toplantısı gerçəkləşib. Toplantıda ABŞ tərəfi YPG terrorçuları Münbiçdən çıxararaq Fərat çayının şərqinə doğru göndərməyi qəbul etdiyini bildirib.

ABŞ-ın YPG-ni Münbiçdən çıxarması təqdirdə, Ankara-Vaşinqton xəttində artan gərginliyin azalacağı gözlənilir.

“İncirlik Türkiyənin bazasıdır, bu, NATO-nun bazası deyil və amerikalıların orada olması türk xalqının iradəsindən asılıdır”. Bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələriylə görüş zamanı Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu istefaya göndərib. Bu haqda Tramp Tvitter səhifəsində bildirib.

“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo yeni dövlət katibimiz olacaq. O, fantastik işlər görəcək. Reks Tillersona xidmətlərinə görə təşəkkür edirəm”, - Tramp yazıb.

Pompeonu isə MKİ postunda Cin Xaspel əvəz edib.

“Tillersonla İranın nüvə məsələsində anlaşa bilmirdik”. Bunu ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsi ilə bağlı qərarını şərh edəkən deyib.

“İranın nüvə məsələsi ayrılmağımızın qırılma nöqtəsi oldu. Pompeo ilə fikrimiz eynidir. Uzun zamandır bu məsələni müzakirə edirdik”, - o vurğulayıb.

“Reuters” Ağ evə istinadən bildirib ki, Donald Tramp Şimali Koreya ilə danışıqlar başlayanadək yeni komanda formalaşdırmaq istəyir.

Qeyd edək ki, Trampla Tillersonun Şimali Koreya və Qətərə münasibətdə də fikir ayırlıqlarının olduğu bildirilirdi.

ABŞ-ın Dəməşqə endirəcəyi raket zərbəsi zamanı Rusiya hərbçilərinə təhdid yaransa, Rusiya ona lazım olan cavabı verəcək. Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov söyləyib.

“ABŞ Dəməşqdə hökumət nəzarətində olan obyektlərə Bəşər Əsədin öz rəqiblərinə qarşı kimyəvi silah tətbiq etməsini bəhanə gətirərək zərbə endirmək istəyir. Bizim hərbçilərimizin həyatına təhdid yaranacağı təqdirdə Rusiya ordusu bu raketlərə və onların daşıyıcılarına qarşı lazımi tədbirlər görəcək”, – deyə o bildirib.

“Rusiya Avropada Amerika güclərinin qarşılaşdığı əsas təhlükədir”. Bunu NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti “National Interest” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi stabilliyi pozmağa davam edir və İkinci Dünya müharibəsindən sonra Avropada sülhü təmin edən beynəlxalq hüququn normalarına məhəl qoymur.

General təsdiq edib ki, Amerika hərbçiləri Avropa dövlətlərinin Rusiyanın təcavüzündən müdafiəsi üzrə müxtəlif variantlar və hərbi əks-təsir ssenarilərinin hazırlanması ilə məşğul olur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsinə cavab olaraq Rusiyanın dövlət serverlərinə kiberhücum həyata keçirə bilər. Bu barədə informasiyanı “Tayms” qəzeti yayıb. hazırda Britaniya Müdafiə Nazirliyinin radioelektron kəşfiyyat üçün xüsusi proqram təminatı yaratdığı bildirilib.

“Bu proqramın Kremlin kompüter şəbəkəsinə hücum üçün istifadə ediləcəyi istisna edilmir. Bu, Skripalın zəhərlənməsinə əsas cavab olacaq”, - xəbərdə bildirilir.

Qeyd edək ki, bundan öncə Britaniya Baş naziri Rusiyanı Skripalın zəhərlənməsinə görə ittiham etmiş və iki gün ərzində izahat verilməsini tələb etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm