Müharibə KABİNETİ, 4 ölkədən savaş ELANI... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Müharibə KABİNETİ, 4 ölkədən savaş ELANI... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafındakı adamlarına qarşı sui-qəsd planı de-şifrə edilib. Rusiya Böyük Britaniyanın hərəkətlərinə cavab olaraq ingilis diplomatlarını deportasiya edəcək. Avropa Parlamenti Türkiyənin Afrin əməliyyatlarını dayandırması ilə bağlı qanun layihəsini Strasburqda müzakirəyə çıxaracaq. ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. BŞ Koreya yarımadasında vəziyyətin nizama salınmasına dəstək olaraq Çinin və Rusiyanın bəyanatını BMT Təhlükəsizlik Şurasında bloklayıb. ABŞ prezidenti Donald Tramp bütün dünyaya meydan oxuyan “müharibə sənədləri”nə paralel olaraq bir “müharibə kabineti” qurur.

Avropa Parlamenti Türkiyənin Afrin əməliyyatlarını dayandırması ilə bağlı qanun layihəsini Strasburqda müzakirəyə çıxaracaq. Bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

AP-nin qanun layihəsində Türkiyənin Suriyada apardığı əməliyyatların ABŞ-la münasibətlərinə zərbə vurduğu, tərəflər arasında gərginlik yaratdığı qeyd edilib.

"Suriyadakı ABŞ-ın hərbi bazaları niyə quruldu. Hər halda Rusiyaya görə deyil". Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Suriyada 20 hərbi baza quruldu. Niyə quruldu? İlk ağla gələn İran və Türkiyədir. Hər halda, Rusiya deyil. Bu, üçüncü dünya müharibəsi anlamına gəlir. Hər şeyə hazır olmalıyıq", - o bildirib.

“Bizim dərdimiz işğal deyil. Bizim dərdimiz terror koridorunu şərqindən qərbinə qədər terrorçulardan təmizləməkdir. Bizim bu bölgə ilə sərhədimiz var. Amerikanın varmı? Rusiya rejimlə birgə hərəkət edir. Koalisiya qüvvələri kiminlə hərəkət edir? Tillersona (ABŞ-ın keşmiş xarici işlər naziri – red.) özəlliklə məlumat verdim. Bu silahları buraya niyə gətirirsiniz? dedim. Heç bir səs yoxdur” – Ərdoğan bildirib.

PKK-nın alt qrupu olan TAK qruplaşmasının (Kürdüstan Azadlıq Şahinləri) sui-qəsd dəstəsinin dəhşətli planı ortaya çıxıb. Prokurorluq və Təhlükəsizlik Təşkilatının əldə etdiyi məlumata görə, TAK-ın Mehmet Emin Töre, Gülşən Bahadır ve Zozan Kutumun rəhbərlik etdiyi bir qrup prezident Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafındakı adamlarına qarşı sui-qəsd planlaşdırmışdı.

Məlumata görə, ələ keçirilən sui-qəsd qrupunun hədəfindəki adlar prezident Ərdoğanın oğlanları Əhməd Burak Ərdoğan və Bilal Ərdoğan, enerji və təbii qaynaqlar naziri olan kürəkəni Berat Albayrak, digər kürəkəni Səlçuk Bayraktar və “Turkuvaz Media” İdarə Heyətinin başçısı Sərhat Albayrak olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Suriyanın və Fəratın şərqindəki hərəkətləri açıq şəkildə Afrin hərəkatını provokasiya etdi. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Orada terrorçularla mübarizədə kürd qüvvələrini dəstəklədilər. Bunu terrorçular oradan çıxarıldıqdan sonra da davam etdirdilər. Bundan əlavə, kürdlərlə Suriyanın İranla sərhədini tamamilə nəzarət altına alacaqlarını və təhlükəsiz bölgə adlandırdıqları bu bölgəni kürdlərin qoruyacağını söylədilər”, - Lavrov bildirib.

“İran nüvə bombası hazırlayacağı halda, Səudiyyə Ərəbistanı ən qısa müddətdə bu silahı əldə edəcək”. Bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman CBS telekanalına müsahibəsində deyib.

“Səudiyyə Ərəbistanı nüvə bombası yaratmaq istəmir, amma əlbəttə ki, əgər İran nüvə silahı hazırlayarsa, biz də bu silahı tezliklə əldə edəcəyik”, - o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Böyük Britaniyanın hərəkətlərinə cavab olaraq ingilis diplomatlarını deportasiya edəcək. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

Xatırladaq ki, dünən parlamentdə çıxışı zamanı Britaniyanın baş naziri Tereza Mey 23 Rusiya diplomatının deportasiya ediləcəyini bildirib.

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsində Rusiyanın əlinin olmasıyla bağlı danılmaz faktlara sahibik. Bunu BBC-yə müsahibəsində Britaniya Xarici İşlər naziri Boris Conson söyləyib.

“Rusiyanın əlinin olmasıyla bağlı əldə etdiyimiz faktlar danılmazdır. Rusiyanın bizə verdiyi cavab onun əsas günahkar olmasını təsdiq edir”, – deyə o bildirib.

Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və onun qızının Londonda zəhərlənməsi Fransa, Almaniya, ABŞ-ın və Böyük Britaniyanın təhlükəsizliyini hədələyir. Bu haqda dörd ölkənin liderlərinin birgə bəyanatında deyilir.

“Bu, bizim hamınız üçün təhlükədir. Biz - Fransa, Almaniya, Birləşmiş Ştatlar və Böyük Britaniyanın liderləri Sergey Skripal və onun qızına qarşı edilmiş hücumu pisləyirik”, - bəyanatın mətnində deyilir.

Ölkə liderləri Rusiyanı Skripal işi üzrə yaranmış bütün suallara cavab verməyə çağırıblar.

Xatırladaq ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp bütün dünyaya meydan oxuyan “müharibə sənədləri”nə paralel olaraq bir “müharibə kabineti” qurur. İsrail tərəfdarı olan Maykl Pompeonu Tillersonun əvəzinə dövlət katibi postuna gətirən Tramp neoconların “şahin”i adlandırılan Con Boltona milli təhlükəsizlik üzrə məsləhətçi vəzifəsi verəcək.

Nəşrin yazdığına görə, Dövlət Departamentinin rəhbərliyində edilən dəyişiklik sərt kursun qarşıdakı dövrə damğa vuracağanı göstərmiş oldu.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. Sanksiyalar siyahısına ABŞ-dakı prezident seçkilərinə müdaxilədə ittiham edilmiş şəxslər və şirkətlər düşüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Koreya yarımadasında vəziyyətin nizama salınmasına dəstək olaraq Çinin və Rusiyanın bəyanatını BMT Təhlükəsizlik Şurasında bloklayıb. Bu haqda Rusiyanın BMT-dəki nümayəndəliyinin təmsilçisi Fyodor Strjijovski bildirib.

“ABŞ-ın müzakirəsiz Rusiya-Çin təşəbbüsünü bloklaması Vaşinqtonun həqiqi niyyətləri haqqında suallara səbəb olur”, - Rusiya diplomatı qeyd edib.

“Maydan hadisələri zamanı “Ukrayna” mehmanxanasına snayperləri Ali Radanın hazırkı spikeri Andrey Parubiy yerləşdirib”. Bu haqda Ukrayna Ali Radasının üzvü Nadejda Savçenko bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə etiraz aksiyalarının iştirakçıları silahlı idi və təşkilatçılarının razılığı ilə tətbiq edilirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna Radası Nadejda Savçenkonu Müdafiə Komitəsindən uzaqlaşdırıb. Savçenkonun komitədən uzaqlaşdırılmasını 269 deputat dəstəkləyib. Deputat Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin də tərkibindən çıxarılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm