Azərbaycanın “yoran müharibə” TAKTİKASI və Qarabağda itkilər – Ermənistandan ŞOK ETİRAF
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın “yoran müharibə” TAKTİKASI və Qarabağda itkilər – Ermənistandan ŞOK ETİRAF

Martın 15-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində daha bir erməni əsgər öldü. Müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1999-cu il təvəllüdlü Edqar Yeremyan yol qəzası nəticəsində həlak olub.

Publika.az xəbər verir ki, hadisəni şərh edən erməni siyasi şərhçi Sarqis Artsruninin sözlərinə görə, sözügedən hadisə cari ilin ilk ayları ərzində Ermənistan ordusundakı statistikanın kədərli mənzərəsini bir daha ortaya qoyur.

“Silahlı qüvvələrimiz təmas xəttindən uzaqda – düşmən gülləsi olmadan daha çox itki verir. Məhz orduda hökm sürən intizamsızlıq və özbaşınalıq bunun əsas səbəbləridir. Məsələn, dünənki hadisə ilə əlaqədar olaraq Qukasavan Ararat icmasının başçısı Ara Vardanyanın açıqladığı təfərrüatlar diqqət çəkir. O, KİV-ə bildirib ki, Edqar yeni sürücüdür və bu halda olduqca şübhəlidir ki, ona maşının sükanını niyə etibar ediblər? Azərbaycan yoran müharibə taktikasına tərəfdardır və bu halda ordumuzun rəhbərliyi var gücü ilə əsgərlərin həyatını və sağlamlığını qorumağa məcburdur. Amma biz hələ ki, yalnız gözəl vədlər, lovğa konsepsiyalar və vətənpərvərlik şüarları eşidirik”, - o bildirib.

Siyasi şərhçi xatırladıb ki, müdafiə naziri Vigen Sarkisyan bu günlərdə geniş müsahibə verib və “Millət-Ordu” konsepsiyasını ətraflı təqdim edib: “Konsepsiyanın hədəflərindən biri ordunun şəffaflığının təmin edilməsidir. Amma bütün bu gözəl proqramlar reallıqla uyğunlaşmır. Çünki, Ermənistanda, faktiki olaraq, siyasi və ictimai nəzarət mexanizmləri hərəkət etmir. Parlament dövlət idarəçilik sisteminə keçid faktiki olaraq, heç nəyi dəyişdirməyəcək: problem siyasi mədəniyyətlə bağlıdır. Ermənistan hakimiyyəti, hətta qanunverici səviyyədə hər şeyi edir ki, güc strukturları siyasi və ictimai nəzarətdən kənar qalsın. Siyasi və ictimai nəzarət mexanizmləri hərəkət etmədiyi halda, effektiv idarəetmədən və korrupsiyanın təzahürləriylə effektiv mübarizədən danışmaq yersizdir. Orduda əsgərlərin qeyri-döyüş şəraitində həlak olması halları effektsiz və korrupsioner idarəetmənin nəticəsidir. Bu baxımdan, Azərbaycanın Ermənistandakı əsas müttəfiqi ölkədəki möhkəmlənmiş qüsurlu idarə sistemidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm