• USD 1,7000 0,00% EUR 1,9288 0,00%
    • GBP 2,2567 0,00% RUB 0,0264 0,00%

Partizan MÜHARİBƏSİ, Şuşa və Xankəndidə Azərbaycan BAYRAĞI.... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Partizan MÜHARİBƏSİ, Şuşa və Xankəndidə Azərbaycan BAYRAĞI.... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Novruz münasibətilə ümumxalq şənliyində çıxışı zamanı işğalçı Ermənistana sərt mesajlar göndərib. Rusiyada keçirilən prezident seçkilərinin nəticələri gözlənilən olub. Böyük Britaniyanın Avropa İttifaqından çıxışından sonra keçid dövrü 21 ay təşkil edəcək. ABŞ-ın kəşfiyyat idarələri Şimali Koreya ilə informasiyanın ötürülməsi mümkün olan qeyri-rəsmi əlaqəni qurublar.

İndiki Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Novruz münasibətilə ümumxalq şənliyində çıxışı zamanı bildirib.

Template blocks/news/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 61

Ermənistanın tam təcridi çox ciddi və mənf nəticələr gətirə bilər. Bunu Ermənistanın “Birinci informasiya” saytı ilə söhbətində Gürcüstanın “Alik Media” nəşrinin baş redaktoru Arsen Xaratyan bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Ermənistan böyük regional layihələrdə iştirak etmək imkanlarından məhrum olacaq. Ötən həftə Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda Cənub-Qərb nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə etdiklərini xatırladan Xaratyan vurğulayır ki, yalnız bu dördtərəfli görüşə diqqət yetirməmək lazımdır.

“Həm də avropalılarla başqa razılaşmalar var. İran malları Qərbə, Qərb malları isə İrana göndəriləcək. Biz Şimal-Cənub dəhlizini sonuna kimi çatdırmağa vaxt tapmadıq. Ermənistanın tam təcridi çox ciddi və mənfi proseslərlə nəticələnə bilər. Ermənistan İran kimi böyük ölkə üçün kiçik bazardır, amma tranzit nöqteyi-nəzərindən tarazlaşdırılmış münasibətlər mümkündür. Məsələn, bu energetika sferasında görünür. Söhbət İran qazının Gürcüstana ehtimal edilən çatdırmasından gedir”, - o söyləyib.

“2019-cu ilə gedərkən Türkiyə Afrin əməliyyatı ilə kifayətlənməyərək yeni əməliyyatlar keçirəcək. Bunun açdığı siyasi meydan isə Türkiyənin güclənməsini təmin edəcək”. Bunu “2019-cu ilə doğru Türkiyə” adlı tədbirdə Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) rəhbəri Burhanəddin Duran deyib.

O, Türkiyənin bundan sonra Yaxın Şərqdəki proseslərdə daha fəal olacağını ifadə edib. Ekspert hesab edir ki, qarşıdakı 1,5 illik kritik dövr Türkiyənin gələcək 50 ilini şəkilləndirəcək.

Template blocks/news/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 61

Suriyanın Afrin bölgəsində “Zeytun budağı” hərəkatının Türkiyənin lehinə tamamlanması Suriya, İraq, Türkiyə və İranda konfederatif idarəçilik sistemini qurmağı qarşısına hədəf qoyan PKK-nın çətin bir dövrə başlamasına səbəb olacaq. Hazırkı hərbi və siyasi mənzərə terror təşkilatını bitirə bilər.

Nəşr qeyd edir ki, PKK-nın və onun lideri Abdullah Öcalanın həmişə xüsusi əhəmiyyət verdiyi və təxminən 40 illik planlarına daxil edilən Afrini bütün itkilərə baxmayaraq, əldə saxlamaq istəməsini aşağıdakı şəkildə izah etmək mümkündür.

Template blocks/news/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 61

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna (ASO) Suriyanın Afrin bölgəsində məğlub olan YPG terror təşkilatı partizan savaşı ilə cavab verməyə hazırlaşır. Bu haqda Böyük Britaniyanın “Qardiyan” nəşrinin Yaxın Şərq üzrə müxbiri Martin Çulov iddia edib.

Afrinin şəhər mərkəzinin 48 saatdan qısa müddətdə ələ keçirilməsinə diqqət çəkilən xəbərdə qeyd edilir ki, şəhərin uzunmüddətli və çətin mühasirədən sonra alına biləcəyi barədə proqnozlar da özünü doğrultmadı.

Terror təşkilatının müdafiə üçün Rusiyadan kömək istədiyi, ancaq bu istəyin rədd olunduğu xatırlanır: "Rusiya və ABŞ daha əvvəllər fərqli səbəblərlə YPG-ni dəstəkləsələr də, ancaq daha sonra Ankara ilə əlaqələri qorumaq məqsədi ilə qarşıdurmadan kənarda qalmağı seçdilər. Rusiya və Türkiyə Suriya üzərindən özləri üçün yeni bir meydan açdılar, Ankara və Vaşinqton arasında isə YPG problemi davam edir”.

Rusiya Mərkəzi Seçki Komissiyası martın 18-də keçirilən prezident seçkilərinin nəticələrini açıqlayıb.

Template blocks/news/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 61

“Daxili çağırış yeni prezident müddətində onun işinin prioritet istiqaməti olacaq”. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, əsas vəzifə Rusiya iqtisadiyyatının artmasını təmin etmək və ona innovasiya xarakteri verməkdir. Dövlət başçısı qeyd edib ki, ölkənin müdafiə qabiliyyəti və təhlükəsizliyin təminatı da diqqətdən kənarda qalmayacaq.

Daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putində ölkənin “aydın və ardıcıl” inkişaf planı var.

Martın 18-də keçirilən prezident seçkiləri Rusiyada son ola bilər. Bunu prezidentliyə namizədlərdən olan Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

Partiya sədri prezident seçkilərinin ləğvini proqnozlaşdırıb.

Template blocks/news/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 61

Polşa hakimiyyəti Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripalın zəhərlənməsi işi üzrə Rusiya diplomatlarını deportasiya edə bilər. Bu haqda Polşa hökumətinin dəftərxanasının başçısı Mixal Dvorçik “Zet” radiostansiyasının efirində bildirib.

O həmçinin əlavə edib ki, yaxın vaxtlarda Avropa İttifaqı və NATO ölkələrinin bir hissəsi Böyük Britaniyada baş vermiş hadisəyə ümumi reaksiya verəcəklər.

Template blocks/news/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 61

Böyük Britaniya Rusiyada prezident seçkilərində Vladimir Putinin qələbəsində öz rolunu oynadı. Bu haqda Vladimir Putinin seçki qərargahının mətbuat katibi Andrey Kondraşova istinadən “The Times” nəşri bildirib.

Onun sözlərinə görə, “Skripal işi” ilə əlaqədar Londonun Moskvaya qarşı addımları rusiyalılar arasında hiddət doğurdu və Putinə gözləniləndən daha yüksək dəstəyi təmin etdi. Vladimir Putinin seçki qərargahının mətbuat katibi həmçinin qeyd edib ki, əsassız ittihamlar Rusiya xalqını “güc mərkəzi”nin ətrafında birləşdirdi.

“Güc mərkəzi, sözsüz ki, bu gün Putindir. Britaniyaya təşəkkür edirik ki, seçkilərə belə fəallığı təmin etdi. Bunu özümüz belə arzulamırdıq”, - Kondraşov deyib.

Qeyd edək ki, Rusiyada martın 18-də president seçkiləri keçirilib. 65 yaşlı Vladimir Putin ilkin məlumatlara görə, 76 faizdən çox səs toplayıb. Seçici fəallığı isə 60 faizdən yuxarı olub.

Böyük Britaniyanın Avropa İttifaqından çıxışından sonra keçid dövrü 21 ay təşkil edəcək. Bu haqda Britaniyanın “Breksit” məsələləri üzrə naziri Devid Devislə Avropa Komissiyasının “Breksit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Barnyenin birgə mətbuat konfransında bildirilib. Keçid dövrü 2020-ci ilin dekabrında başa çatacaq.

Bu dövrdə Böyük Britaniya Avropa İttifaqında vahid bazarın üzvü olaraq bütün hüquqlardan istifadə edə biləcək, amma qurumda qərarların qəbul olunması prosesində iştirak edə bilməyəcək. Daha əvvəl tərəflər razılaşıb ki, London 2020-ci ilin sonuna kimi Avropa İttifaqının büdcəsinə ödəmələri etməyə davam edəcək. Tərəflərin hələlik razılığa gələ bilmədiyi tək məsələ İrlandiyanın sərhədləri ilə bağlıdır.

Bu ayın əvvəlində Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqının açıqladığı “Breksit”ə dair saziş layihəsinə münasibət bildirib.

Template blocks/news/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 61

ABŞ-ın kəşfiyyat idarələri Şimali Koreya ilə informasiyanın ötürülməsi mümkün olan qeyri-rəsmi əlaqəni qurublar. Bu haqda anonim Amerika məmurlarına istinadən “CBS News” telekanalı bildirib.

Telekanalın həmsöhbətləri bildiriblər ki, bu istiqamətdə əsas səyləri Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) göstərir. Telekanal qeyd edir ki, bu yaxınlarda dövlət katibi postuna irəli çəkilən MKİ-nin direktoru Mayk Pompeo da məxfi kanallar üzrə aparılan “sakit diplomatiya”nı dəstəkləyir.

Daha əvvəl yayılan məlumata görə, ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə razılaşıb. Görüşün2018-ci ilin mayın sonuna kimi keçirləcəyi gözlənilir.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...