Ermənistana AĞIR ZƏRBƏ, qarşısı son anda alınan qlobal MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ermənistana AĞIR ZƏRBƏ, qarşısı son anda alınan qlobal MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya Ermənistana yeni müdafiə krediti razılaşması çərçivəsində silah tədarükünə bu il başlayacaq. ABŞ maliyyə yardımı ayırmaqdan imtina edib. Suriyada ABŞ və Rusiyanın dəstəklədiyi silahlı qruplaşmaların toqquşmasının qarşısı son anda alınıb. İsrailin iki F-35 hərbi təyyarəsi 2018-ci ilin martında İranda əməliyyat keçiriblər. Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya aprelin 27-də Koreya sammitinin keçirilməsi barədə razılaşıb.

Rusiya Ermənistana yeni müdafiə krediti razılaşması çərçivəsində silah tədarükünə bu il başlayacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Vladimir Drojjov deyib.

Qeyd edək ki, Ermənistan indiyə qədər Rusiya ilə iki müdafiə kreditinə imza atıb. İlk kredit 2015-ci ildə verilib və həcmi 200 milyon dollar olub. İkinci kredit isə keçən il imzalanıb və həcmi 100 milyon dollardır. Ermənistan bu borcunu 15 il ərzində geri qaytarmalıdır.

Məhz birinci müqavilə sayəsində Rusiya Ermənistana bölgə üçün təhdid yaradan “İsgəndər” raketlərini verib. İrəvan ikinci müqaviləni imzalayarkən əsas alacağı silahların yenə də strateji xarakterli olacağını bildirib.

ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən daha əvvəl bəyənilmiş Amerika büdcəsinin layihəsini imzalayıb. Ermənistan Gürcüstandan və Ukraynadan fərqli olaraq, maliyyə köməyi almayacaq.

Gürcüstana ən azı 105 milyon 325 min, Ukraynaya isə 420 milyon 700 min dollar maliyyə köməyinin göstərilməsi nızərdə tutulur. Bu məbləğə Ukraynaya ayrılan 200 milyonluq hərbi yardım daxil deyil.

Xatırladaq ki, daha əvvəl Ermənistana 60 milyon dollar yardımın ayrılması çağırışı ilə Konqresin 37 üzvü müraciət etmişdi. Onlar 30 milyon iqtisadi və 30 milyon hərbi, həmçinin Yaxın Şərqdən erməni qaçqınları üçün 20 milyon dolların ayrılmasını xahiş edirdilər.

ABŞ Dövlət Departamentinin hərbi və siyasi əlaqələrdən məsul olan nümayəndəsi Tina Kaydanov Türkiyəyə gəlib. “Habertürk” nəşri Kaydanovun səfərinin 3 aprelə qədər davam edəcəyini yazıb. Kaydanov Ankarada Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Müşavirliyində görüşlər keçirəcək.

Kaydanovun Ankaraya “Patriot” sistemlərinin satılması təklifini gətirdiyi açıqlanıb.

Suriyanın şimalında YPG/PKK terror təşkilatının işğalı altında olan bölgələrdə “Suriyanın gələcəyi” adlı partiya qurulub. ABŞ-ın bölgədəki səlahiyyətli nümayəndələri son aylarda artan səfərləri zamanı partiyanın formasını və strategiyasını təyin edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada ABŞ və Rusiyanın dəstəklədiyi silahlı qruplaşmaların toqquşmasının qarşısı son anda alınıb. Gərginliyə tərəflər arasındakı telefon danışığından sonra son qoyulub. Həftənin əvvəlində baş verən gərginliyin detallarını ABŞ-ın Müdafiə naziri Ceyms Mettis açıqlayıb.

“Hadisə Fəratın şərqində Deyr əz-Zor bölgəsində baş verib. Rusiyanın dəstəklədiyi qüvvələr daha yaxın mövqe qazanmaq üçün hərəkətə keçmişdi”, - Mettis bildirib.

Mettis həmçinin ABŞ Baş Qərargah rəisi general Cozef Danfordla rusiyalı həmkarı Valeri Gerasimovun görüşünün münaqişəyə son qoyduğunu qeyd edib.

“Rusların dəstəklədiyi qüvvələr geri çəkildi, biz də çox az çəkildik”, - Mettis əlavə edib.

“Üçüncü dünya müharibəsini teosiyasi düşüncəyə sahib insanlar çıxardacaq. Geosiyasət coğrafiyanın təsiri altında formalaşdığı halda, teosiyasət teoloji – din və inancların təsiri altında formalaşır”. Bu fikirlə Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı Kamal Öztürk çıxış edib.

Onun sözlərinə görə, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və İranın qəbul etdiyi siyasi qərarlar teosiyasətdən qaynaqlanır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrailin iki F-35 hərbi təyyarəsi 2018-ci ilin martında İranda əməliyyat keçiriblər. Bu barədə informasiyanı Küveytin “Əl-Cəridə” qəzeti yayıb.

İsrail təyyarələrinin Suriya və İraqdan keçərək, İran səmasına daxil olduğu iddia edilib. İsrail hərbçiləri daha çox Bəndər Abbas, İsfahan və Şiraz bölgələrində kəşfiyyat fəaliyyəti aparıblar.

Qırıcılar Suriya, İran, hətta Rusiya radarları tərəfindən qeydə alınmayıb.

Böyük Britaniya Rusiyanın London fond birjasından suveren borc kağızları almasına qadağan qoya bilər. Britaniya Baş naziri Tereza Meyin artıq bu təklifi nəzərdən keçirməyə razılaşdığı bildirilir. Meyə bu təklifi Xarici İşlər üzrə Komitənin sədri Tom Tugendhat irəli sürüb.

“Qardian”a açıqlama verən Tugendhat bunun Rusiyanın cəzalandırılması üçün önəmli olduğunu deyib:

“Hazırda Qərb sanksiyalarına rəğmən Rusiya Avropa Birliyi və ABŞ kapital bazarlarından borc götürə bilər. Bununla da sanksiyalar altında olan Kremlə bağlı bankları, energetika şirkətlərini dəstəkləyə bilər”.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə sədrinin 1-ci müavini Vladimir Cabarov “Skripal işi” ilə əlaqədar Rusiyanın ABŞ-dakı aktivlərinin mümkün həbsini şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Rusiyaya qarşı son hücumlarının arxasında Çinin müttəfiqini sındırmaq cəhdi dayanır. Bunu “Rossiya 1” kanalının efirində İsrailin kəşfiyyat idarəsi "Nativ"in keçmiş rəhbəri, ekspert Yakov Kedmi bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya aprelin 27-də Koreya sammitinin keçirilməsi barədə razılaşıb. Bu haqda sammitə hazırlıq üzrə danışıqların nəticəsinə görə “Renxap” informasiya agentliyi bildirib.

Sammitdə KXDR lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çje İn görüşəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm