Ermənistanın bir neçə saatlıq BLEFİ, müharibə elanına bərabər HƏMLƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ermənistanın bir neçə saatlıq BLEFİ, müharibə elanına bərabər HƏMLƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiyanın növbəti silah partiyasının alınması üçün Ermənistana faizsiz kredit verəcəyi barədə xəbər yayılıb. Rusiya prezidenti Türkiyəyə səfər edib. Pentaqon və Ağ Ev Suriyaya 2 minlik yeni qüvvənin göndərilməsini müzakirə edir. ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada müstəqil və şəffaf istintaqın aparılması ilə bağlı qərarına veto qoyub. Moskva Qərbdə Rusiya diplomatlarının ixtisarını məqsədyönlü zərbə adlandırıb. Qərbi Saxara bölgəsində hər an döyüşlər başlaya bilər.

Rusiya növbəti silah partiyasının alınması üçün Ermənistana faizsiz kredit verəcək. Bu haqda Ermənistanın “Jamanak” qəzetinin mənbələri bildirirlər.

Onların sözlərinə görə, Rusiya Ermənistana silah almaq üçün üçüncü kreditini verməyə hazırlaşır.

“Əvvəlkilərdən fərqli olaraq, növbəti Rusiya krediti faizsiz olacaq və kredit çərçivəsində alınması planlaşdırılan “İsgəndər” taktiki-raket komplekslərinin Azərbaycanla sərhəd bölgələrdə yerləşdirilməsi nəzərdə tutulur”, - qəzet yazıb.

Bu informasiyanı Ermənistan Müdafiə Nazirliyi “Sputnik” agentliyi təkzib etməyib. Amma məsələ burasındadır ki, Ermənistanın “Yerkramas” nəşrinin hərbi mənbələri “İsgəndər” raketlərinin alınması versiyasını təsdiq etməyiblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edib. Səfər çərçivəsində Türkiyənin Mersin vilayətində "Akkuyu" atom elektrik stansiyasının (AES) təməlqoyma mərasimi keçirilib.

Trend-in məlumatına görə, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsilə mərasimdə iştirak ediblər. Türkiyə və RF hökumətləri arasında "Akkuyu" AES-in tikintisi haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb.

Qeyd edək ki, ötən gün Türkiyənin Atom Enerjisi Agentliyi AES-in birinci blokunun tikintisinə lisenziya verib.

Ankarada Türkiyə və Rusiya Baş qərargah başçıları – Hulusi Akar və Valeri Gerasimov arasında görüş keçirilib. Bu haqda Türkiyə Baş qərargahının xəbərində deyilir.

Görüşdə müzakirə olunan mövzular haqqında məlumat verilməyib.

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) və Ağ Ev Suriyaya 2 minlik yeni qüvvənin göndərilməsini müzakirə edir. CNN-nin Pentaqon üzrə müxbiri Barbara Star ordudakı mənbələrinə istinadən bildirib.

Məsələ bu gün keçiriləcək Milli Təhlükəsizlik Şurasında gündəmə gələcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Suriyadan tezliklə çəkiləcəyini bildirib. Lakin Dövlət Departamenti mövzu ilə əlaqədar məlumat olmadığını açıqlayıb. KİV-in yazdığına görə, Trampın bəyanatı Pentaqonda çaşqınlıq yaradıb.

ABŞ-ın Suriyanın şimalında atdığı hər bir addım ABŞ-Türkiyə hərbi qarşıdurmasını addım-addım yaxınlaşdırır. Prezident Donald Tramp tərəfindən “yaxın vaxtlarda Suriyadan çəkiləcəyik” şəklində bəyanatına baxmayaraq, ABŞ YPG/PKK terror təşkilatının nəzarətində olan Münbiç mahalında daha iki baza qurur.

Agentliyin Münbiçdəki etibarlı mənbələrdən aldığı məlumatlara görə, ABŞ mahalın cənub-şərqində yerləşən Dadat kəndindəki müşahidə məntəqəsini genişləndirərək oranı bazaya çevirir. Bura Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun nəzarətində olan Cerablus mahalı ilə Münbiç arasındakı sərhət xəttini təşkil edən Sacu çayının 8 kilometrliyində yerləşir.

Digər baza isə sərhəd xəttindən 4 kilometr aralıda qurulur. Bura tikintisi başa çatdırıldıqdan sonra Azad Suriya Ordusu və Türkiyə hərbçilərinə ən yaxın məsafədə yerləşən ABŞ bazası olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada müstəqil və şəffaf istintaqın aparılması ilə bağlı qərarına veto qoyub. Perunun BMT yanında daimi nümayəndəsi Qustavo Meza Cuadra qeyd edib ki, ABŞ-ın TŞ-nin verdiyi qərarı qəbul etməməsi səbəbindən Qəzzada istintaq işinin aparılması üçün qətnamə qəbul edilməsi mümkün olmayıb.

Qeyd edək ki, İsrail Qəzzada fələstinlilərə qarşı güc tətbiq edərək ən azı 16 nəfərin həyatına son qoyub, 1500 sivil vətəndaş yaralanıb.

Qərbi Saxara bölgəsində hər an döyüşlər başlaya bilər. Bu haqda Mərakeşin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Ömər Hilal xəbərdarlıq edib.

O, BMT-nin baş katibi Antonio Guterresə müraciətində qeyd edib ki, Polisario Cəbhəsi son günlərdə Qərbi Saxarada sərhəd pozuntuları edir. Diplomat bunları “təxribat” olaraq xarakterizə edib.

Qeyd edilir ki, Əlcəzair sərhədlərindəki Tenduf qaçqın düşərgəsində yerləşən Polisario Cəbhəsinin şərq sərhədlərindən Mərakeşə doğru edəcəyi hər cür siyasi, hərbi və ya mülki hərəkətlər döyüşə səbəb ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qərbdə Rusiya diplomatlarının ixtisarı məqsədyönlü zərbədir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Aleksandr Qruşko “Valday” diskusiya klubunda çıxışı zamanı bildirb.

O, Rusiya diplomatlarının deportasiyasını “beynəlxalq münasibətlərdə faciə” adlandırıb. Diplomatın sözlərinə görə, beynəlxalq cəmiyyət ciddi çağırışla üzləşib, çünki beynəlxalq münasibətlərdə xüsusi rol oynayan sfera zərbəyə məruz qalıb.

“Bu, əsrlərdir formalaşan diplomatik mexanizmlərdir”, - Xarici İşlər Nazirliyinin başçının müavini qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya 2014-cü ildə Ukraynada vəziyyətin destabilizasiyası üçün “Troya” gizli əməliyyatı hazırlayıb. Bu haqda Böyük Britaniyanın “The Times” nəşrində dərc edilən məruzəyə istinadən “Amerikanın Səsi” yazıb.

Məruzə Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Vladislav Surkovun elektron poçtunun məktublarından informasiyanın itkiləri əsasında hazırlanıb. Beləliklə, Ukraynanın daha bir regionunun Rusiya tərəfindən tutulması planı məxfilikdən çıxarılıb.

Rusiya Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan keçmiş deputatı Aleksey Muratov əməliyyatın müəllifi idi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm