• USD 1,7000 0,00% EUR 1,9044 +0,68%
    • GBP 2,1393 +0,82% RUB 0,0248 +0,40%

Bağlı qapılar arxasında GEDİŞ, mühasirəyə alınmış qala VARİANTI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Bağlı qapılar arxasında GEDİŞ, mühasirəyə alınmış qala VARİANTI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ankarada Türkiyə, Rusiya və İran prezidentləri – Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin iştirakı ilə Suriya üzrə üçtərəfli sammit keçirilib. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının iclasında Suriya ilə bağlı qərar qəbul edilib. Türkiyə və ABŞ kəşfiyyatının verdiyi məlumatlar sayəsində Rusiyada bir çox terror hücumunun qarşısı alınıb. İran İslam Respublikasının prezidenti Həsən Ruhani ABŞ və İsraili sərt tənqid edib.

Rusiya üçün təhlükəsizlik sahəsində problemlər, əvvəlki kimi, Erməntan üçün təhlükə təşkil edir. Ermənistan hakimiyyəti bu gün təhlükəsizlik sisteminin qəfil dəyişikliyinə hazır deyil və ya, ola bilər ki, təhlükəsizliyin başqa sistemləri buna hazır deyil”. Bunu “Birinci İnformasiya” saytına müsahibəsində beynəlxalq münasibətlər üzrə mütəxəssis Ağasi Yenokyan deyib.

Mütəxəssis Gümrüdəki Rusiya hərbi bazasında hərbi polis bölməsinin yaradılmasına da toxunub.

Rusiyanın “Gazeta.ru” saytına danışan ekspertlər isə Vladimir Putinin Ankara ilə münasibətləri daha çox fəal inkişaf etdirmək arzusu haqqında nikbin deyillər. Müasir Türkiyənin öyrənilməsi Mərkəzinin siyasi istiqamət üzrə rəhbəri Yuri Mavaşev qeyd edir ki, türk tərəfiylə əlaqələrin intensivləşdirməsi Rusiya üçün çətin beynəlxalq vəziyyətlə bağlıdır.

“Əgər Qərb ölkələriylə münasibətlərin pisləşməsi nöqteyi-nəzərindən əlaqələrin intensivləşməsinə baxsaq, Türkiyə bizim bəzi partnyorlarımızdan biri olaraq qalır. Xüsusilə, Suriyada Su-24 təyyarəsinin vurulmasına qədər bizi strateji partnyor adlandırırdılar”, - türkoloq deyib.

Oxşar fikirləri Rusiya Elmlər Akademiyasının Şərqşünaslığı İnstitutunun Yaxın və Orta Şərqin öyrənilməsi Mərkəzinin elmi işçisi İlşat Sayetov ifadə edib.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkiyə səfərindən öncə Suriyadakı gərginlik barədə açıqlamalar verib. Ruhani Suriya böhranında oynadığı rollar səbəbilə ABŞ və İsraili sərt tənqid edib.

Prezident bildirib ki, Amerika Suriya hökumətinin ölkədə hakimiyyət qurmasına qarşı çıxır, hətta Suriyanın parçalanmasını düşünür və planlaşdırır: “Suriyaya sionist qüvvələrin müdaxiləsi var və bu, problemləri artırır. Suriyanın milli suverenliyinə hörmət etmir, ölkənin torpaqlarını bombalayırlar. Terrorçulara dəstək verirlər. Bunlar Suriyadakı problemləri daha da ağırlaşdırır”.

Bu gün Ankarada Türkiyə, Rusiya və İran prezidentləri – Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin iştirakı ilə Suriya üzrə üçtərəfli sammit keçirilib. Prezidentlər sammitdən sonra birgə mətbuat konfransı keçiriblər.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının iclasında Suriya ilə bağlı qərar qəbul edilib. ABŞ ordusunun bir müddət daha Suriyada qalması qərara alınıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi personalının Suriyada İŞİD-lə mübarizə apardığını və bu mübarizənin demək olar ki, başa çatdığını açıqlamışdı.

İŞİD terror qruplaşmasının məğlubiyyəti ABŞ-ın regional siyasətinin məğlubiyyəti deməkdir. Bu haqda Moskvada keçirilən təhlükəsizlik üzrə konfransda İranın müdafiə naziri Əmir Hatəmi bildirib.

“İŞİD-in məğlubiyyəti Amerikanın regional siyasətinin məğlubiyyətini göstərir. Fikir mövcuddur ki, bu məğlubiyyət boşluğu doldurmaq üçün regionda zorakılıq və gərginliyin yeni mərhələsinin başlanmasına gətirib çıxaracaq”, - o deyib.

Nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın komandası hər hansı işıqlı perspektivə malik deyil.

“Gözləmək qalır ki, təhlükə başqa yerdə görünəcək, region üçün daha mürəkkəb və dolaşıq şərtləri yaradacaq”, - İran rəsmisi əlavə edib.

Qərb hegemoniyasına haqq qazandırmaq üçün söylənilən yalanların sayı və keyfiyyətinin bənzəri yoxdur.

Vaşinqtonun yaratdığı - ABŞ-dan digər dövlətlərin vassal asılılığı sistemində artıq nasazlıqlar yaranmağa başlayır. Bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

“Münasibətlər xüsusilə NATO və Rusiya arasında gərginləşir. Rus diplomatlarının bir müddət öncə ABŞ və onun peyki olan ölkələrdən bəhanələrlə qovulması bunu təsdiq edir. Əslində, Rusiya ilə Qərb arasında toqquşmanın obyektiv səbəbləri yoxdur. ABŞ daim özünün kobud diktəsini avroatlantik inteqrasiya altında gizlətməyə çalışır.

Türkiyə və ABŞ kəşfiyyatının verdiyi məlumatlar sayəsində Rusiyada bir çox terror hücumunun qarşısı alınıb. Bu haqda Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) başçısı Aleksandr Bortnikov bildirib.

İsrailin “The Jerusalem Post” qəzeti Türkiyəni açıq şəkildə hədəf göstərib. Yaakov Katz imzası ilə dərc olunan məqalədə Türkiyənin ABŞ, Avropa İttifaqı və NATO tərəfindən cəzalandırılmasına çağırış yer alıb.

NATO üzvü olan Türkiyənin ABŞ-dan hərbi dəstək aldığını bildirən israilli jurnalist bu yardımların kəsilməsinin vacib olduğunu bildirib. O, ABŞ-ın hərbi dəstəyini kəsməsinin kifayət olmayacağını və Türkiyənin NATO-dan kənarlaşdırılmalı olduğunu qeyd edib. Yaakov Katz həmçinin Avropa İttifaqının Türkiyə ilə üzvlük müzakirələrini dərhal dayandırmalı olduğunu bildirib. Jurnalist hesab edir ki, bütün bu addımlarla Türkiyənin diz çökməsinə nail olmaq mümkündür.

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon söhbəti edib. Ağ Evin bəyanatına görə, liderlər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

“Prezident Tramp təsdiq etdi ki, ABŞ İsrailin təhlükəsizliyinə sadiqdir. İki lider İranın çox zərərli təsirinə və onun stabilliyi pozan hərəkətlərinə qarşı sıx koordinasiyanın davam etdirilməsinə qərar verilblər”, - sənəddə bildirilir.

Qeyd edək ki, İsrailin baş naziri daha əvvəlki bəyanatında İranı Yaxın Şərqdə ən böyük çağırış adlandırıb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR