Prezidentdən SƏRT MESAJ, 300 illik müharibənin DAVAMI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Prezidentdən SƏRT MESAJ, 300 illik müharibənin DAVAMI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bakıda Qoşulmama Hərəkatı çərçivəsində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransı keçirilir. Yunanıstan və Türkiyə arasındakı gərginlik hər keçən gün artmaqdadır. Rusiya İŞİD liderinin gizləndiyi ehtimal edilən ölkəni açıqlayıb. Ukraynanın şərqində terrorçuluğa qarşı əməliyyat mayda başa çatacaq.

“Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır, yalnız bundan sonra regiona sülh gələ bilər”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Biz bunu ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də deyirik". Bunu Bakıda səfərdə olan Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu jurnalistlərin "Türkiyə Afrindəki antiterror əməliyyatını Qarabağda da keçirə bilərmi" sualını cavablandırıb. O, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib:

"Mən həmsədrlərə də demişəm ki, münaqişə sülh yolu ilə tez bir zamanda həll olunmalıdır. Biz hər zaman, hər bir şəraitdə qardaş Azərbaycanın yanındayıq. Tarix boyunca bizə ehtiyac olduğu təqdirdə qardaşlarımızn yanında olmuşuq, bu gün də yanındayıq, sabah da yanında olacağıq. Azərbaycan da hər zaman Türkiyənin yanındadır".

Tel-Rıfat qısa müddətdə təmizlənəcək. Bu barədə Türkiyənin hökumət sözçüsü Bəkir Bozdağ danışıb.

“Artıq orada əməliyyat başa çatmaq üzrədir, şəhər tezliklə azad ediləcək. Biz istəyirik ki, Sincar və başqa bölgələr də terrorçulardan təmizlənsin. Əgər bunu özləri etməsə, Türkiyə edəcək”, - Bozdağ bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Tel-Rıfatın terrorçulardan təmizlənməsi haqda xəbərlər yayılsa da, Türkiyə lideri Ərdoğan şəhərin hələ azad edilmədiyini demişdi.

Suriyada Şərqi Qutanın terrorçu qüvvələrdən azad edilməsi əməliyyatlarında son mərhələyə gəlinib. Artıq Suriya ordusunun hədəfləri yeni istiqamətlərə yönəlir.

Belə ki, ordu Şərqi Qutanın böyük bir qismini nəzarəti altına aldıqdan sonra İdlibə hücuma keçəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yunanıstan və Türkiyə arasındakı gərginlik hər keçən gün artmaqdadır. Yunanıstanın müdafiə naziri Panos Kammenos sonuncu bəyanatı ilə Türkiyəyə meydan oxuyub.

Türkiyəni “Yunanıstanı təxribata çəkməyə davam edən düşmən” adlandıran yunan nazir Egey dənizindəki adalara və Türkiyə ilə sərhəd bölgəsinə 7 min əsgər göndərdiklərini bildirib.

Qeyd edək ki, Egey dənizində bir sıra adalar və qayalıqlarla bağlı Ankara və Afina arasındakı gərginlik onilliklərdir davam edir. Türkiyə dənizdəki bəzi adalar və qayalıqları işğal edilmiş hesab edir.

Ötən ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfərində bu məsələ ətrafında qalmaqal yaranıb. Daha doğrusu, Ərdoğanla yunan həmkarı Prokopis Pavlopulos arasında Lozanna müqaviləsi ilə bağlı mübahisə yaranıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Birləşmiş Ştatlar Yaxın Şərqdə müddətsiz hərbi mövcudluğa bəraət qazandırmaq üçün idarə olunan xaos vəziyyətini saxlamaq niyyətindədir. Bunu Moskvada keçirilən beynəlxalq təhlükəsizlik üzrə konfransda çıxışı zamanı Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaxın Şərq ölkələri İŞİD terror qruplaşması üzərində qələbədən sonra da terrorçuların fəaliyyətindən əziyyət çəkir. Bunu Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“İraq və Suriya xalqlarının müqaviməti sayəsində İŞİD-in ərazi məğlubiyyətinə baxmayaraq, region əvvəlki kimi terror qruplarının qalıqlarından, həmçinin şübhəli yerdəyişmələrdən əziyyət çəkir”, - iranlı nazir deyib.

“İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi ehtimal ki, İraqda gizlənir”. Bu haqda Rusiya Baş qərargahının (QRU-unun) Baş kəşfiyyat idarəsinin başçısının birinci müavini, vitse-admiral İqor Kostyukov bildirib.

“Əl-Bağdadi, ehtimal ki, İraqdadır. Suriyada qalmaq onun üçün çətin olar”, - o qeyd edib.

Vitse-admiral əlavə edib ki, İŞİD-in başçısının olduğu yer dəqiq məlum deyil. Onun sözlərinə görə, Bağdadini bir çox ölkənin xüsusi xidmət orqanları tutmağa çalışır.

Ağ Ev Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafında yer alan bir neçə Rusiya oliqarxına qarşı yeni sanksiyaları tətbiq etməyə hazırlaşır. Amerikalıların fikrincə, sözügedən oliqarxlar 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilədə şübhəli bilinir. Jurnalistlərin məlumatına görə, sanksiyalar həftə sonuna kimi tətbiq oluna bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Baltikyanı ölkələrə hərbi kömək üzrə NATO-nun səyləri Avropada təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırmır. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Aleksandr Qruşko jurnalistlərə bildirib.

ABŞ-ın ikili xətti davam edir: bir tərəfdən, şərq cinahının gücləndirilməsi və müharibə meydanının yaradılması, digər tərəfdən isə, hərbi büdcənin ümumi daxili məhsulun 2 faizinə qədər artırılması barədə müttəfiqlərin qarşısına qoyulan tələblər. Burada ABŞ-ın marağı açıq görünür: bu pul hər şeydən əvvəl Amerika silahlarının əldə edilməsinə xərclənsin”, - Qruşko Moskvada keçirilən təhlükəsizlik üzrə konfransda deyib.

Onun sözlərinə görə, Moskvanın mövqeyi bundan ibarətdir ki, bütün bu səylər təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırmır, əksinə, zəiflədir.

Daha əvvəl Ağ Ev bildirib ki, ABŞ Baltikyanı ölkələrə 170 milyon dollarqlı hərbi yardım göstərəcək. Bu yardım Estoniya, Latviya və Litvanın təhlükəsizlik imkanlarını genişləndirməlidir.

Ukrayna və Rusiya arasında müharibə artıq 300 ildir davam edir. Bunu “112 Ukrayna” telekanalının efirində müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Yuri Qrimçak deyib.

Məmur vurğulayıb ki, Rusiya əvvəlki kimi Ukrayna ərazisində qeyri-stabillik yaratmağa çalışır. Qrimçak Rusiyanın 2014-cü ildə hazırladığı “Troya” əməliyyatını xatırladıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ölkə daxilində vəziyyəti gərginləşdirmək cəhdləri indi də olur. Kiyevdə, Odessada və Xarkovda. Amma Təhlükəsizlik Xidməti işləyir, hər şey normaldır”, – o bildirib.

Qrimçak qeyd edib ki, ölkələr arasında qarşıdurma Ukraynanın şərqində münaqişənin başa çatmasından sonra da davam edəcək: “Bu qarşıdurma Donbasın azad olunmasından sonra da bitməyəcək. Onsuz da müharibə davam edəcək. Müharibə 300 ildir gedir”.

Kiyevdə “Espresso” telekanalının binasının yaxınlığında terror aktı Rusiya Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin koordinasiyası ilə törədilib. Bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin başçısının müavini Viktor Kononenko bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın şərqində terrorçuluğa qarşı əməliyyat mayda başa çatacaq. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko Vinnitsa vilayətində regional KİV-in nümayəndələri ilə görüşündə bildirib.

Müharibənin nə zaman bitəcəyinə gəlincə, dövlət başçısı bunun çox mürəkkəb sual olduğunu vurğulayıb. Lakin onun sözlərinə görə, dəqiq olan bir şey var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya lideri Kim Çen İn Rusiyaya gəlməsi ilə bağlı Moskvadan dəvət alıb. Bunu jurnalistlərə açıqlamasında ABŞ Milli Kəşfiyyatının direktoru Dsniel Kots deyib.

“Düşünmürəm ki, biz hazırda söhbətin getdiyi konkret mərhələlər haqqında məlumatlıyıq. Biz bilirik ki, o, Çinə Szinpinlə danışıqlar üçün getdi. Biz onun Rusiyaya dəvət edildiyini də bilirik. ABŞ xüsusi xidmət orqanları Kim Çenin Rusiyada hansı məsələləri müzakirə edəcəyini öyrənmək istəyir. Ümid edirik ki, bunu öyrənə biləcəyik”, - deyə o bildirib.

Lakin Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Burmistrov jurnalistlərə bildirib ki, Moskvada Şimali Koreya liderinin Rusiyaya dəvət edildiyi barədə informasiya yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm