Qarabağda yeni MÜHARİBƏ​​​​​​​, məxfilikdən çıxarılan "TROYA"… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağda yeni MÜHARİBƏ​​​​​​​, məxfilikdən çıxarılan "TROYA"… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Bakıda Qoşulmama Hərəkatı çərçivəsində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransı keçirilib. Rusiyanın növbəti silah partiyasının alınması üçün Ermənistana faizsiz kredit verəcəyi barədə xəbər yayılıb. Ankarada Suriya üzrə üçtərəfli sammiti keçirilib. Çinin və ABŞ arasında ticarət müharibəsi genişlənir. "Skripal işi" üzrə qalmaqal davam edir. ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının iclasında Suriya ilə bağlı qərar qəbul edilib. Yunanıstan və Türkiyə arasındakı gərginlik hər keçən gün artmaqdadır. Rusiya İŞİD liderinin gizləndiyi ehtimal edilən ölkəni açıqlayıb.

Azərbaycan, Dağlıq Qarabağ

“Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır, yalnız bundan sonra regiona sülh gələ bilər”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransının yekun sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov toplantının yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağ ətrafında indiki vəziyyət istər Azərbaycan, istərsə də dünya birliyi üçün məqbul deyil”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Biz bunu ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də deyirik". Bunu Bakıda səfərdə olan Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu jurnalistlərin "Türkiyə Afrindəki antiterror əməliyyatını Qarabağda da keçirə bilərmi" sualını cavablandırıb. O, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib:

"Mən həmsədrlərə də demişəm ki, münaqişə sülh yolu ilə tez bir zamanda həll olunmalıdır. Biz hər zaman, hər bir şəraitdə qardaş Azərbaycanın yanındayıq. Tarix boyunca bizə ehtiyac olduğu təqdirdə qardaşlarımızn yanında olmuşuq, bu gün də yanındayıq, sabah da yanında olacağıq. Azərbaycan da hər zaman Türkiyənin yanındadır".

Ermənistan

Rusiya növbəti silah partiyasının alınması üçün Ermənistana faizsiz kredit verəcək. Bu haqda Ermənistanın “Jamanak” qəzetinin mənbələri bildirirlər.

Onların sözlərinə görə, Rusiya Ermənistana silah almaq üçün üçüncü kreditini verməyə hazırlaşır.

“Əvvəlkilərdən fərqli olaraq, növbəti Rusiya krediti faizsiz olacaq və kredit çərçivəsində alınması planlaşdırılan “İsgəndər” taktiki-raket komplekslərinin Azərbaycanla sərhəd bölgələrdə yerləşdirilməsi nəzərdə tutulur”, - qəzet yazıb.

Bu informasiyanı Ermənistan Müdafiə Nazirliyi “Sputnik” agentliyi təkzib etməyib. Amma məsələ burasındadır ki, Ermənistanın “Yerkramas” nəşrinin hərbi mənbələri “İsgəndər” raketlərinin alınması versiyasını təsdiq etməyiblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiya üçün təhlükəsizlik sahəsində problemlər, əvvəlki kimi, Erməntan üçün təhlükə təşkil edir. Ermənistan hakimiyyəti bu gün təhlükəsizlik sisteminin qəfil dəyişikliyinə hazır deyil və ya, ola bilər ki, təhlükəsizliyin başqa sistemləri buna hazır deyil”. Bunu “Birinci İnformasiya” saytına müsahibəsində beynəlxalq münasibətlər üzrə mütəxəssis Ağasi Yenokyan deyib.

Mütəxəssis Gümrüdəki Rusiya hərbi bazasında hərbi polis bölməsinin yaradılmasına da toxunub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, Yaxın Şərq, İran

Aprelin 3-də Ankarada Türkiyə və Rusiya Baş qərargah başçıları – Hulusi Akar və Valeri Gerasimov arasında görüş keçirilib.

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 3-4 aprel 2018-ci il tarixlərində Ankaraya səfər edib. Ölkə liderləri Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yeddinci iclasında iştirak ediblər. Tərəflər S-400 zenit-raket komplekslərinin çatdırılmasının tezləşdirilməsi mövzusunda razılığa gəliblər. Razılığa əsasən, komplekslər 2019-cu ilin iyulunda çatdırılacaq. Daha əvvəl S-400 üzrə müqavilənin reallaşdırılmasına 2020-ci ildə başlanması planlaşdırılırdı.

Liderlər videokonfrans formatında “Akkuyu” Atom Elektrik Stansiyasının birinci enerji blokunun tikintisinə start verib.

"Düşmənlər Rusiya ilə Türkiyənin münasibətlərini poza bilmədilər. Hər iki ölkə bu imtahandan uğurla keçdi". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bəzi dairələr bizim Rusiya ilə münasibətlərimizi pozmaq istədilər. Lakin biz bu imtahandan böyük uğurla çıxdıq. Və bizim münasibətlər daha da gücləndi. Bu gün imzalanmış dörd saziş münasibətlərimizi daha da gücləndirəcək", - deyə Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfrasında bildirib.

Rusiyanın “Gazeta.ru” saytına danışan ekspertlər isə Vladimir Putinin Ankara ilə münasibətləri daha çox fəal inkişaf etdirmək arzusu haqqında nikbin deyillər. Müasir Türkiyənin öyrənilməsi Mərkəzinin siyasi istiqamət üzrə rəhbəri Yuri Mavaşev qeyd edir ki, türk tərəfiylə əlaqələrin intensivləşdirməsi Rusiya üçün çətin beynəlxalq vəziyyətlə bağlıdır.

Oxşar fikirləri Rusiya Elmlər Akademiyasının Şərqşünaslığı İnstitutunun Yaxın və Orta Şərqin öyrənilməsi Mərkəzinin elmi işçisi İlşat Sayetov ifadə edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aprelin 4-də Ankarada Türkiyə, Rusiya və İran prezidentləri – Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin iştirakı ilə Suriya üzrə üçtərəfli sammit keçirilib. Prezidentlər sammitdən sonra birgə mətbuat konfransı keçiriblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Süleyman Şah Türbəsi öz əvvəlki yerinə köçürüləcək. Bunu Türkiyənin Baş nazirinin müavini Fikri İşık “TRT Haber” telekanalının canlı yayımında deyib.

“Süleyman Şah Türbəsi müvəqqəti olaraq danışıb, gec-tez öz yerinə köçürüləcək. Çünki, ora türk torpağıdır”, - o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yunanıstan və Türkiyə arasındakı gərginlik hər keçən gün artmaqdadır. Yunanıstanın müdafiə naziri Panos Kammenos sonuncu bəyanatı ilə Türkiyəyə meydan oxuyub.

Türkiyəni “Yunanıstanı təxribata çəkməyə davam edən düşmən” adlandıran yunan nazir Egey dənizindəki adalara və Türkiyə ilə sərhəd bölgəsinə 7 min əsgər göndərdiklərini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə ilə Yunanıstan arasında son vaxtlar yaşanan gərginliklə əlaqədar qarşılıqlı açıqlamalar davam edir. Son açıqlama Yunanıstan Prezidenti Prokopis Pavlopulosdan gəlib.

O, Türkiyəni təhdid edib: “Bizim sərhədlərimiz Avropa Birliyinin sərhədləridir. Buna görə məsuliyyətimiz daha çoxdur. Haqqımızdan artıq olanı istəmirik. Əlimizdə olanları müdafiə edəcəyik. Lazım gəlsə, çəkinmədən qan axıdacağıq”.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının iclasında Suriya ilə bağlı qərar qəbul edilib. ABŞ ordusunun bir müddət daha Suriyada qalması qərara alınıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi personalının Suriyada İŞİD-lə mübarizə apardığını və bu mübarizənin demək olar ki, başa çatdığını açıqlamışdı.

Birləşmiş Ştatlar Yaxın Şərqdə müddətsiz hərbi mövcudluğa bəraət qazandırmaq üçün idarə olunan xaos vəziyyətini saxlamaq niyyətindədir. Bunu Moskvada keçirilən beynəlxalq təhlükəsizlik üzrə konfransda çıxışı zamanı Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaxın Şərq ölkələri İŞİD terror qruplaşması üzərində qələbədən sonra da terrorçuların fəaliyyətindən əziyyət çəkir. Bunu Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“İraq və Suriya xalqlarının müqaviməti sayəsində İŞİD-in ərazi məğlubiyyətinə baxmayaraq, region əvvəlki kimi terror qruplarının qalıqlarından, həmçinin şübhəli yerdəyişmələrdən əziyyət çəkir”, - iranlı nazir deyib.

“İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi ehtimal ki, İraqda gizlənir”. Bu haqda Rusiya Baş qərargahının (QRU-unun) Baş kəşfiyyat idarəsinin başçısının birinci müavini, vitse-admiral İqor Kostyukov bildirib.

“Əl-Bağdadi, ehtimal ki, İraqdadır. Suriyada qalmaq onun üçün çətin olar”, - o qeyd edib.

Vitse-admiral əlavə edib ki, İŞİD-in başçısının olduğu yer dəqiq məlum deyil. Onun sözlərinə görə, Bağdadini bir çox ölkənin xüsusi xidmət orqanları tutmağa çalışır.

Fransa prezidenti Emmanuel Makronla ABŞ prezidenti Donald Tramp arasında Suriya mövzusundakı danışıqlardan sonra iki ölkə tərəfindən Suriyanın Münbiç bölgəsinə xüsusi təyinatlı əsgərlər göndərilib. Ötən həftə ABŞ prezidenti Donald Trampın "Biz Suriyadan çəkilirik" bəyanatının ardından Pentaqonun Fərat çayının qərb istiqamətindən Suriyanın Münbiç şəhərinə PYD\PKK terror qruplaşmasına dəstək üçün 300 xüsusi təyinatlı əsgər göndərməsinin ardından, bu dəfə də Fransa Türkiyəyə xəyanət etdi. Fransa hakimiyyəti Suriyanın Münbiç bölgəsinə 4 təyyarə ilə 50 xüsusi təyinat keçmiş əsgər yollayıb.

Münbiç hərbi aerodromuna gətirilən Amerika və Fransa əsgərlərinin Azad Suriya Ordusunun bölgədə keçirəcəyi əməliyyatları daha da çətinləşdirəcəyi deyilir. Ekspertlər bildirirlər ki, Fransa və ABŞ-ın bu addımı Türkiyə ilə gərginliyi artıracaq.

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) və Ağ Ev Suriyaya 2 minlik yeni qüvvənin göndərilməsini müzakirə edir. CNN-nin Pentaqon üzrə müxbiri Barbara Star ordudakı mənbələrinə istinadən bildirib.

ABŞ-ın Suriyanın şimalında atdığı hər bir addım ABŞ-Türkiyə hərbi qarşıdurmasını addım-addım yaxınlaşdırır. Prezident Donald Tramp tərəfindən “yaxın vaxtlarda Suriyadan çəkiləcəyik” şəklində bəyanatına baxmayaraq, ABŞ YPG/PKK terror təşkilatının nəzarətində olan Münbiç mahalında daha iki baza qurur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qeyd edək ki, İstanbulda Aya Sofya məscidində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi tədbirdə Quran-i Kərimin oxunması Yunanıstanda sərt reaksiya doğurub. Yunan KİV-ləri bunun qəbuledilməz olduğunu bildiriblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rakkadakı xalq milis dəstələrinin döyüşçüləri Suriyanın Eyn-İssa şəhərindəki ABŞ bazasına hücum ediblər. Hücum zamanı minaatanlardan istifadə edilib.

Milis dəstələri yaydıqları açıqlamada ABŞ, Türkiyə və onların müttəfiqlərinin Suriyanın şimalındakı mövcudluğunu qəbul etməyəcəklərini açıqlayıblar. Onlar ABŞ, Türkiyə və müttəfiqlərinə qarşı “Fərat qəzəbi” əməliyyatını başlatdıqlarını bildiriblər.

Suriyadan tez çıxsaq, Türkiyə ilə kürdlər arasındakı müharibə nəzarətdən çıxacaq. Bunu “Foks Nyus” televiziyasına müsahibəsində ABŞ-ın respublikaçı senator Lindsi Qrem deyib.

“Suriyadan çıxmaq prezidentin verə biləcəyi ən pis qərar olar. Bu filmi daha öncə gördük. Obama İraqda eynisini etdi. İŞİD küncə çəkilib. Əgər onları rahatlatmaq istəyirsinizsə, ABŞ əsgərlərini buradan çıxarın. Nəticədə faciəyə olacaq. Buradan çıxsaq İŞİD geri dönəcək, Türkiyə ilə kürdlər arasında savaş nəzarətdən çıxacaq, Dəməşqi İrana vermiş olacağıq” – deyə o bildirib.

Qeyd edək ki, Tramp bundan öncə ABŞ ordusunun tezliklə Suriyadan çıxacağını bəyan etmişdi.

ABŞ prezidenti Donald Tramp “altılıq” ölkələrinin İranla imzalanan nüvə sazişi ilə bağlı növbəti bəyanat verib. Ağ Evin başçısı nüvə razılaşmasını ləğv etmək üçün Senatdakı respublikaçılara çağırış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada müstəqil və şəffaf istintaqın aparılması ilə bağlı qərarına veto qoyub. Perunun BMT yanında daimi nümayəndəsi Qustavo Meza Cuadra qeyd edib ki, ABŞ-ın TŞ-nin verdiyi qərarı qəbul etməməsi səbəbindən Qəzzada istintaq işinin aparılması üçün qətnamə qəbul edilməsi mümkün olmayıb.

Qeyd edək ki, İsrail Qəzzada fələstinlilərə qarşı güc tətbiq edərək ən azı 16 nəfərin həyatına son qoyub, 1500 sivil vətəndaş yaralanıb.

İsrailin “The Jerusalem Post” qəzeti Türkiyəni açıq şəkildə hədəf göstərib. Yaakov Katz imzası ilə dərc olunan məqalədə Türkiyənin ABŞ, Avropa İttifaqı və NATO tərəfindən cəzalandırılmasına çağırış yer alıb.

NATO üzvü olan Türkiyənin ABŞ-dan hərbi dəstək aldığını bildirən israilli jurnalist bu yardımların kəsilməsinin vacib olduğunu bildirib. O, ABŞ-ın hərbi dəstəyini kəsməsinin kifayət olmayacağını və Türkiyənin NATO-dan kənarlaşdırılmalı olduğunu qeyd edib. Yaakov Katz həmçinin Avropa İttifaqının Türkiyə ilə üzvlük müzakirələrini dərhal dayandırmalı olduğunu bildirib. Jurnalist hesab edir ki, bütün bu addımlarla Türkiyənin diz çökməsinə nail olmaq mümkündür.

Aprelin 3-də ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon söhbəti edib. Ağ Evin bəyanatına görə, liderlər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

“Prezident Tramp təsdiq etdi ki, ABŞ İsrailin təhlükəsizliyinə sadiqdir. İki lider İranın çox zərərli təsirinə və onun stabilliyi pozan hərəkətlərinə qarşı sıx koordinasiyanın davam etdirilməsinə qərar verilblər”, - sənəddə bildirilir.

Qeyd edək ki, İsrailin baş naziri daha əvvəlki bəyanatında İranı Yaxın Şərqdə ən böyük çağırış adlandırıb.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Rusiyanın “Skripal işi” ilə heç bir əlaqəsi yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Sergey Skripalın zəhərlənməsinə Kremlin razılıq verməsi barədə suala cavab verən D.Peskov bununla bağlı rusiyalı rəsmilərin açıqlamalarını oxumağa çağırıb: “Xarici işlər naziri Sergey Lavrovun, XİN-in nümayəndəsi Mariya Zaxarovanın açıqlamalarına baxın. Biz artıq iki həftədən çoxdur ki, hadisənin əvvəlindən bəyan edirik ki, Rusiyanın bu işlə heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, martın 4-də İngiltərənin Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal qızı ilə birgə kimyəvi hücum nəticəsində zəhərlənib.

ABŞ prezidenti Donald Tramp martın 20-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbəti zamanı Vaşinqtonda ikitərəfli görüş keçirməyi təklif edib. Bu haqda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Əgər hər şey normal olacaqsa, ümid edirəm ki, amerikalılar sammitin keçirilməsi imkanını müzakirə etmək təklifindən imtina etməyəcəklər. Telefonla söhbət zamanı, Tramp ilk sammitin Vaşinqtonda – Ağ Evdə keçirilməsini təklif edib”, - Uşakov brifinqdə deyib.

O qeyd edib ki, ilin birinci yarısında görüşün keçirilməsi istisna edilir: “Telefon söhbəti konstruktiv işgüzar xarakter daşıyırdı və bir çox məsələlərə toxunulub. Bundan sonra ikitərəfli münasibətlərimizdə eniş oldu: ABŞ-ın 60 Rusiya diplomatını göndərməsi və baş konsulluğun bağlanması. Bu addımlara Rusiya tərəfi müvafiq cavab verməyə məcbur oldu”.

Qeyd edək ki, Rusiya və ABŞ-ın liderləri indiyə kimi iki dəfə görüşüblər.

Qərbdə Rusiya diplomatlarının ixtisarı məqsədyönlü zərbədir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Aleksandr Qruşko “Valday” diskusiya klubunda çıxışı zamanı bildirb.

O, Rusiya diplomatlarının deportasiyasını “beynəlxalq münasibətlərdə faciə” adlandırıb. Diplomatın sözlərinə görə, beynəlxalq cəmiyyət ciddi çağırışla üzləşib, çünki beynəlxalq münasibətlərdə xüsusi rol oynayan sfera zərbəyə məruz qalıb.

“Bu, əsrlərdir formalaşan diplomatik mexanizmlərdir”, - Xarici İşlər Nazirliyinin başçının müavini qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyaya qarşı sanksiyaların miqyasını genişləndirən ABŞ siyahıya bürokrat və biznesmenlərin adının da yer aldığı 24 nəfəri və 14 qurumu əlavə edib. Siyahıda Rusiya Təhlükəsizlik Şurasının məsul katibi Nikolay Patruşev və “Qazprom” şirkətinin prezidenti Aleksey Millerin də adı də yer alıb.

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamya görə, Vaşinqton hökuməti Rusiyaya tətbiq edilən sanksiyaların miqyasını Ukraynaya, Suriyaya, 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxilə və Qərb demokratiyasına zərər vermək səbəbilə genişləndirib.

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə “yeni əla qələbələr” qazanmaq gücündə deyil. Bunu “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya politoloqu və siyasətçisi Andrey Piontkovskiy deyib.

Onun sözlərinə görə, Kremlin başçısı bundan şəxsi hakimiyyətinin möhkəmləndirilməsi üçün başqa modeldən istifadə etmək niyyətindədir. Politoloqun fikrincə, bu model, Putinin 2014-cü il “Rus baharı” nümunəsindən prinsipial olaraq fərqlənir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə və ABŞ kəşfiyyatının verdiyi məlumatlar sayəsində Rusiyada bir çox terror hücumunun qarşısı alınıb. Bu haqda Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) başçısı Aleksandr Bortnikov bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Çinin Ticarət Nazirliyi ABŞ-dan idxal edilən 128 adda məhsula yüksək rüsumlar tətbiq edib. Pekinin bu addımı ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən polad və aliminiuma tətbiq edilən gömrük rüsumları artırmasına cavab olaraq atılıb.

Çinin Ticarət Nazirliyinin rəsmi saytında deyilir ki, belə addımlar Pekinin öz maraqlarını qorumaq və ABŞ-ın qərarı nəticəsində yaranacaq itkiləri tənzimləmək məqsədi daşıyır. Bildirilir ki, ABŞ-ın qərarı yalnız Çinin mövqelərini sıxışdırmır, həm də Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur.

Pekinin qərarı aprelin 2-dən qüvvəyə minir. Qərara əsasən, 120 adda məhsula, həmçinin meyvələrə 15 faizlik gömrük rüsumu, səkkiz adda məhsula, həmçinin donuz ətinə 25 faizlik gömrük rüsumu tətbiq olunacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın martın 9-da polad və aliminium idxalına gömrük rüsumları tətbiq etməsini nəzərdə tutan qərarı imzalayıb.

Ukrayna

Rusiya 2014-cü ildə Ukraynada vəziyyətin destabilizasiyası üçün “Troya” gizli əməliyyatı hazırlayıb. Bu haqda Böyük Britaniyanın “The Times” nəşrində dərc edilən məruzəyə istinadən “Amerikanın Səsi” yazıb.

Məruzə Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Vladislav Surkovun elektron poçtunun məktublarından informasiyanın itkiləri əsasında hazırlanıb. Beləliklə, Ukraynanın daha bir regionunun Rusiya tərəfindən tutulması planı məxfilikdən çıxarılıb.

Rusiya Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan keçmiş deputatı Aleksey Muratov əməliyyatın müəllifi idi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna və Rusiya arasında müharibə artıq 300 ildir davam edir. Bunu “112 Ukrayna” telekanalının efirində müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Yuri Qrimçak deyib.

Məmur vurğulayıb ki, Rusiya əvvəlki kimi Ukrayna ərazisində qeyri-stabillik yaratmağa çalışır. Qrimçak Rusiyanın 2014-cü ildə hazırladığı “Troya” əməliyyatını xatırladıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ölkə daxilində vəziyyəti gərginləşdirmək cəhdləri indi də olur. Kiyevdə, Odessada və Xarkovda. Amma Təhlükəsizlik Xidməti işləyir, hər şey normaldır”, – o bildirib.

Qrimçak qeyd edib ki, ölkələr arasında qarşıdurma Ukraynanın şərqində münaqişənin başa çatmasından sonra da davam edəcək: “Bu qarşıdurma Donbasın azad olunmasından sonra da bitməyəcək. Onsuz da müharibə davam edəcək. Müharibə 300 ildir gedir”.

Kiyevdə “Espresso” telekanalının binasının yaxınlığında terror aktı Rusiya Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin koordinasiyası ilə törədilib. Bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin başçısının müavini Viktor Kononenko bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın şərqində terrorçuluğa qarşı əməliyyat mayda başa çatacaq. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko Vinnitsa vilayətində regional KİV-in nümayəndələri ilə görüşündə bildirib.

Müharibənin nə zaman bitəcəyinə gəlincə, dövlət başçısı bunun çox mürəkkəb sual olduğunu vurğulayıb. Lakin onun sözlərinə görə, dəqiq olan bir şey var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Şimali Koreya lideri Kim Çen İn Rusiyaya gəlməsi ilə bağlı Moskvadan dəvət alıb. Bunu jurnalistlərə açıqlamasında ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Kots deyib.

“Düşünmürəm ki, biz hazırda söhbətin getdiyi konkret mərhələlər haqqında məlumatlıyıq. Biz bilirik ki, o, Çinə Szinpinlə danışıqlar üçün getdi. Biz onun Rusiyaya dəvət edildiyini də bilirik. ABŞ xüsusi xidmət orqanları Kim Çenin Rusiyada hansı məsələləri müzakirə edəcəyini öyrənmək istəyir. Ümid edirik ki, bunu öyrənə biləcəyik”, - deyə o bildirib.

Lakin Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Burmistrov jurnalistlərə bildirib ki, Moskvada Şimali Koreya liderinin Rusiyaya dəvət edildiyi barədə informasiya yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm