Lavrova Afrin CAVABI, ABŞ-la müharibə HAZIRLIĞI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Lavrova Afrin CAVABI, ABŞ-la müharibə HAZIRLIĞI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrinlə bağlı tələbinə cavab verib. ABŞ-ın Suriyaya hərbi müdaxilə edəcəyi barədə bəyanatı Suriya ətrafında vəziyyəti daha da gərginləşdirib. Suriyanın hökumət güclərinə qarşı ABŞ-ın planlaşdırdığı əməliyyata İngiltərə də dəstək verə bilər. Kiyev Rusiya biznesmenlərinə qarşı sanksiyalar tətbiq edəcək.

Türkiyənin Müdafiə naziri Nurəddin Canikli Afrində keçirilən “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlama verib.

“Bütün təhdidlərə son qoyulana qədər Afrində qalacağıq”, - nazir bildirib.

N.Canikli Afrinin kimə təhvil verilməsi məsələsinə də aydınlıq gətirib: “Terror təhdidi bitəndən sonra Afrini Suriyanın seçilmiş qanuni hökumətinə təhvil verəcəyik”.

Bu yanaşma çox yanlışdır. Biz Afrini kimə geri verəcəyimizi çox yaxşı bilirik. Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısındakı çıxışında Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlamasına cavab olaraq deyib.

Qeyd edək ki, ötən gün Rusiya XİN rəhbəri Lavrov Türkiyənin Afrini Suriya rejiminə təhvil verməli olduğunu açıqlamışdı.

Terrorla mübarizə formatını yenidən hazırlayan Türkiyə, həm daxildə, həm də sərhədlərindən kənarda PKK terror təşkilatına ardıcıl zərbələr vurur. “Haber7” saytının baş redaktoru İbrahim Ərdoğana görə, Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı növbəti əməliyyata hazırlaşır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyanın hökümət qüvvələrinə aid bəzi hərbi bazalar ABŞ-ın ehtimal edilən raket zərbələri ilə əlaqədar boşaldılır. Bu haqda Almaniyanın DPA informasiya agentliyi məlumat yayıb.

Amerika ordusunun sözcüsü polkovnik Patrik Rider hərbi variantın qəti şəkildə dəyərləndirildiyini deyib.

“Bu, qorxunc hadisənin işığında olduğumuz nöqtə budur: potensial hərbi variantlara baxırıq və onları prezident Donald Trampa təqdim edirik”, - o bildirib.

Gecə saatlarında ABŞ, Fransa ve İngiltərə arasında Suriyada atılacaq addımlarla bağlı müzakirələr aparılıb. Bu müzakirələr ehtimal edilən hücumu ABŞ-ın təkbaşına etməyəcəyini göstərir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün yayılan xəbərdə isə deyilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın hökumət güclərinə məxsus 22 mühüm hədəfin xəritəsini hazırlayıb. Hədəflərin arasında İranın dəstəklədiyi qüvvələrlə bərabər, rus əsgərlərinin də olduğu Xüms, Tartus bazaları da var.

“Tomaqavk” qanadlı raketlərlə, həmçinin raket əleyhinə müdafiə sistemi ilə təchiz edilmiş “Donald Kuk” Amerika esminesi Suriyanın Tartus bazasının 100 kilometrliyinə qədər yaxınlaşıb. Esmines uçuş məsafəsi 1600 kilometrə çatan 56 qanadlı raket və “Standart-2” hava hücumundan müdafiə sistemi ilə təchiz edilib.

Tartusda Rusiyanın Hərbi-Dəniz Donanmasının maddi-texniki təminatı bazası yerləşir.

“CNN Turk” telekanalının məlumatına görə, gəmi bir gün əvvəl Kiprin Larnaki limanından çıxıb. “Donald Kuk”a yaxın vaxtlarda ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin “Porter” raket esminesinin qoşulacağı gözlənilir.

Suriyanın hökumət güclərinə qarşı ABŞ-ın planlaşdırdığı əməliyyata İngiltərə də dəstək verə bilər. “Daily Mail” qəzetinin yazdığına görə, İngiltərə döyüş təyyarələrinin vurulması ehtimalını nəzərə alaraq hücumu Cənubi Kiprdəki bazasından həyata keçirmək variantı üzərində düşünür.

Qəzetin xəbərinə görə, baş nazir Tereza Mey əməliyyat qərarını parlamentin razılığı olmadan verə bilər. 2013-ci ildə dövrün baş naziri Devid Kameron Suriyada əməliyyat keçirmək üçün parlamentə müraciət etmiş, ancaq parlamentin rədd cavabına görə bütün planlar ləğv olunmuşdu.

“Daily Mail” İngiltərənin Suriyaya qarşı ehtimal edilən hərbi müdaxiləsi zamanı “GR4 Tornado” qırıcılarından istifadə edilə biləcəyini yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrail Suriyanın hökumət güclərinə aid təyyarə bazasına raket hücumuna görə cavab verməli olacaq. Bu haqda İranın ali dini lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti bildirib.

ABŞ Konqresində Rusiyanın dövlət bankları və dövlət borcuna qarşı sanksiyalar paketi hazırlanır. Qanun layihəsi Rusiyanın dövlət borcu ilə istənilən əməliyyatları Amerikanın fiziki və hüquqi şəxsləri üçün tam qadağan edilməsini nəzərdə tutur. Yeni sanksiyalar üzrə qanun layihəsinin müəllifləri onu Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovnik Sergey Skripalın zəhərlənməsinə cavab adlandırıblar.

Kiyev Rusiya biznesmenlərinə qarşı sanksiyalar tətbiq edəcək. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Bir neçə gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti, Nazirlər Kabineti, Milli Təhlükəsizlik və Müdafiə Şurasına müvafiq qərar layihəsinin hazırlanması üçün tapşırıq vermişəm. Layihə yaxın vaxtlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasına çıxarılacaq və sanksiyalar tətbiq ediləcək. Onlar ABŞ hökumətinin qərarı ilə maksimal sinxronlaşdırılacaq və sözsüz ki, bu gün Rusiyada proseslərin əsas iştirakçısı olan cənab Deripaska (biznesmen Oleq Deripaska – red.) və başqa oliqarxlar sanksiyalar siyahısına daxil ediləcək”, - Poroşenko deyib.

Qeyd edək ki, ötən həftə ABŞ 24 Rusiya biznesmeni və məmuru, həmçinin 15 şirkəti sanksiyalar siyahısına daxil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm