Səddamın KOD ADI, dünya müharibəsinin EPİSENTRİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Səddamın KOD ADI, dünya müharibəsinin EPİSENTRİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Vaşinqton Ankaraya S-400-lərin əvəzində alternativ ZRK-lar təklif etməyə hazırdır. Ağ Ev Suriya məsələsi ilə bağlı yekun qərar qəbul etməsə də, Vaşinqton 8 mümkün hədəfin vurulması ehtimalını nəzərdən keçirir. ABŞ-ın dövlət katibi postuna namizədi Maykl Pompeo qalmaqallı açıqlaması ilə gündəmə gəlib. Rusiya Dövlət Duması ABŞ-a və başqa dövlətlərə qarşı cavab sanksiyaları haqqında qanun layihəsi hazırlayıb. Kiyev Rusiya ilhaq edilmiş Krımda hərbi bazaya çevirməkdə ittiham edib.

Vaşinqton Ankaraya Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksləri (ZRK) əldə etməməyi tövsiyə edir və Türkiyəyə alternativ ZRK-lar təklif etməyə hazırdır. Bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bildirib.

rayona fərqli, uyğunlaşmayan raketdən müdafiə sistemləri gətirilir. Vaşinqton Ankara ilə danışıqlar aparır və NATO standartlarına uyğun olan sistemlər təklif etməyə hazırdır”, - deyə Mettis Nümayəndələr Palatasında dinləmələr zamanı çıxışında deyib.

Rusiya S-400 zenit-raket komplekslərini Türkiyəyə 2019-cu ilin sonuna doğru göndərəcək. Bu haqda Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bildirib.

O, bununla da S-400-lərin Türkiyəyə çatdırılacağı tarixlə bağlı Ankaranın bəyanatını təsdiq etməyib. Türkiyə müdafiə sənayesi müstəşarı İsmail Dəmir zenit-raket sistemlərinin Türkiyəyə 2019-cu ilin iyul ayına kimi çatdırılacağını bildirmişdi.

ABŞ prezidenti Donald Tramp hələlik Suriyaya raketlərin endirilməsi ilə bağlı qərar verməyib. Bunu Pentaqon rəhbəri Ceyms Mettis Konqresin Nümayəndələr Palatasında dinləmələr zamanı çıxışında bildirib.

mövzu ilə bağlı əlavə sualları cavablandırmaqdan imtina edib: “Mövzu ilə bağlı spekulyasiyalara yol vermək istəmirəm”.

Bəşər Əsəd paytaxt Dəməşqdəki prezident sarayını tərk edərək Rusiyanın Latakiyada yerləşən Hmeymim hərbi bazasına qaçıb. ABŞ mətbuatının məlumatına görə, rus əsgərlərinin müşayiəti ilə sarayı tərk edən Əsəd Hmeymimdə pəncərələri olmayan sığınacaqda yerləşdirilib. Prezidentin yanında heç bir suriyalı rəsminin olmadığı bildirilib.

Xatırladaq ki, bir qədər əvvəl Bəşər Əsədin İrana qaçdığı iddia edilsə də, Suriya prezidentinin Dəməşqdə olduğu üzə çıxmışdı.

Böyük Britaniyanın Nazirlər Kabineti krallığın Suriyaya mümkün zərbə endirilməsi aksiyasında iştirakına icazə verib. Bu barədə baş nazir Tereza Meyin sədrliyi ilə keçən iclasda qərar qəbul olunub.

Çərşənbə axşamı Britaniyanın baş naziri Tereza Mey bildirib ki, ABŞ prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makron belə bir qənaətə gəliblər ki, beynəlxalq ictimaiyyət kimyəvi silahın tətbiqinə qadağanın dəstəklənməsi naminə Suriyaya ehtimal olunan hücuma reaksiya verməlidir.

Ağ Ev Suriya məsələsi ilə bağlı yekun qərar qəbul etməsə də, Vaşinqton 8 mümkün hədəfin vurulması ehtimalını nəzərdən keçirir. Bu barədə CNBC kanalına ötən gün Milli Təhlükəsizlik Şurasının toplanmasının ardından adının çəkilməsini istəməyən gizli mənbə danışıb.

Gizli mənbə vurulması nəzərdən keçirilən hədəflər arasında Suriyadakı 2 aviabazanın və bir araşdırma mərkəzinin olduğunu qeyd edib.

Moskvanın əlində Suriyanın Duma şəhərində ehtimal olunan kimyəvi silah tətbiqinin növbəti tamaşa və bu tamaşada rusofobiya kampaniyasının ön cərgələrində dayanan bir ölkənin xüsusi xidmət orqanlarının əli olması barədə təkzibedilməz faktlar var. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

XİN rəhbəri Suriyaya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ekspertlərinin getməsini xatırladaraq bildirib:

“Məncə, onlar Dəməşqə sabah səhər saatlarında çatacaqlar. Ümid edirik ki, gecikmədən, kimyəvi silah, xlor və ya başqa bir şeyin tətibiqinə dair heç nə olmayan, bizim əraziyə baxış keçirən ekspertlərimizin heç nə tapmadığı Dumaya yola düşəcəklər”, -Lavrov qeyd edib.

Sergey Lavrovun sözlərinə görə, Liviya tərzində bir macəra olmamalıdır.

“Ən kiçik səhv belə yeni bir köç dalğasının başlanmasına səbəb ola bilər”, - Lavrov bildirib.

“Üçüncü dünya müharibəsi başlanarsa, ilk növbədə Suriya zərbə altında qalacaq”. Bu haqda “Oboz TV”-nin efirində Ukraynanın Ekstremizm Tədqiqatları İnstitutunun direktor müavini Boqdan Petrenko bildirib. Ekspert həmçinin qeyd edib ki, Türkiyə Suriyada Rusiya və ABŞ arasında ehtimal olunan qarşıdurmaya qarışmayacaq.

Daha əvvəl Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markov III Dünya müharibəsi haqqında ssenarini verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya son bir neçə ildir ki, beynəlxalq güclərin toqquşduğu əsas məkana çevrilib. Son bir neçə gündə isə Suriya ərtafında vəziyyət daha da pisləşib. Bəşər Əsəd rejimini Duma şəhərində kimyəvi silah tətbiqində ittiham edən ABŞ, o cümlədən Böyük Britaniya (baş nazir Tereza Mey artıq parlamentdən Suriyada hərbi güc tətbiqi barədə səlahiyyət alıb –red.) və Fransa hər an Suriyanı bombardman etməyə hazırdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın dövlət katibi postuna namizədi Maykl Pompeo qalmaqallı açıqlaması ilə gündəmə gəlib. Senat qarşısında dindirilən M.Pompeo namizədliyi təsdiqlənərsə, ilk növbədə Rusiya ilə ABŞ arasındakı məsələləri həll edəcəyini deyib: "Türkiyənin Afrinə daxil olması üçlü zirvənin işini daha da çətinləşdirib. Suriyanı paylaşmaq üçün dəfələrlə bir araya gələn Rusiya, İran və Türkiyə yekun qərar qəbul edə bilmir. Biz Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməliyik".

Komitə qarşısında çıxış edən M.Pompeo qeyd edib ki, Rusiyanın yeritdiyi ikili siyasəti onların özlərinə qarşı yeritmək lazımdır.

Rusiya Dövlət Dumasına ABŞ-a və başqa dövlətlərə qarşı cavab sanksiyaları haqqında qanun layihəsi daxil olub. Bu haqda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin jurnalistlərə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiya ilhaq edilmiş Krımı hərbi bazaya çevirmək üçün yarımadaya hərbi texnika cəmləyir”. Bu haqda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov ХІ təhlükəsizlik üzrə forumda bildirib.

Onun sözlərinə görə, Rusiya yalnız yarımadada mövcudluğunu qorumağa hazırlaşmır.

“Yarımadada S-400 zenit-raket kompleksinin güclü raket sistemləri yerləşdirilib. Onlar ölkəmizin istənilən nöqtəsində təyyarələri vura bilər. Bu onu göstərir ki, Rusiya yalnız müdafiə olunmaq üçün Krımda güclü hərbi potensialı hazırlamır”, - o deyib.

Onun məlumatlarına görə, Krımda 30 minə qədər Rusiya hərbçisi cəmlənib: “Krımda çox güclü hərbi potensial cəmləşdirilib. 22-ci ordu korpusu Qara dəniz donanması və Rusiyanın hava güclərinin bölmələrində 30 mindən çox hərbçi var”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm